F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə130/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   126   127   128   129   130   131   132   133   ...   161

 

654 


O,  furajkasını  götürüb  mənim  əlimi  sıxdı.  O  yaman 

məyus idi; Nelli onu çox bərk təhqir etmişdi. Mən daha buna 

dözə bilmədim. İxmenev gedəndən sonra Nelliyə dedim: 

– Nelli, sənin ona yazığın gəlmədi? Ayıb deyilmi, ayıb 

deyilmi sənə?! Yox, sən yaxşı qız deyilsən, sən doğrudan da 

kinlisən!  –  bunu  deyib,  necə  vardımsa,  elə  də  şlyapasız 

qocanın  dalınca  yüyürdüm.  Mən  istəyirdim  onu  darvazaya 

qədər  ötürüm,  təsəlli  olmaq  üçün  ona  ikicə  kəlmə  də  olsa 

söz  deyim.  Pilləkəndən  enərkən  elə  bil  hələ  də  Nellinin 

üzünü  görürdüm:  onun  üzü  mənim  etdiyim  məzəmmətdən 

ağappaq ağarmışdı. 

Çox çəkmədi ki, mən özümü qocaya yetirdim. 

Qoca acı-acı gülümsəyərək dedi: 

–  Yazıq  qız  təhqir  olundu;  İvan,  inan  ki,  onun  da  öz 

dərdi  var;  mən  də  başladım  ona  öz  dərdimdən  danışmağa... 

Mən  onun  yarasını  qanatdım.  Deyirlər  ki,  toxun  acdan 

xəbəri olmaz. Vanya, mən də bunu əlavə edim ki, ac da acı 

hər vaxt başa düşməz. Di, sağ ol! 

Mən  başqa  şeydən  danışmağa  başladım,  lakin  qoca 

ancaq əlini yellədi. 

downloaded from KitabYurdu.org



 

655 


– Mənə niyə təsəlli verirsən! Yaxşısı budur ki, göz ol, 

qoy o sənin yanından qaçmasın. – Sonra o acıqlı bir halda: – 

Gördün  o  necə  baxırdı...  –  deyərək  əlavə  etdi,  əlağacını 

yelləyə-yelləyə, səkiyə vura-vura yeyin-yeyin getdi. 

Qocanın dediyi düz də oldu. 

Siz  indi  mənim  vəziyyətimi  təsəvvür  edin:  evə 

qayıdanda  gördüm  ki,  Nelli  yoxdur.  Məni  dəhşət  aldı. 

Dəhlizə yüyürdüm, pilləkənlərə baxdım, onu səslədim, hətta 

qonşuların  qapısını  döyüb  onun  onlarda  olub-olmadığını 

soruşdum;  mən  onun  yenə  də  qaçdığına  inana  bilmirdim, 

heç  inanmaq  da  istəmirdim.  Axı,  o  necə  qaça  bilərdi? 

Həyətin  bir  darvazası  var;  mən  qoca  ilə  danışanda  o  bizim 

yanımızdan  keçməli  idi.  Sonra  başa  düşdüm  ki,  o  əvvəl 

pilləkənin  bir  yerində  gizlənib,  mənim  evə  qayıtmağımı 

gözləyə bilərdi, mən evə qayıdan kimi o da qaçardı, belə ki, 

mən  onu  heç  görə  bilməzdim.  Mən  bunu  düşünərkən  çox 

məyus oldum. Hər halda, o çox uzaqlaşa bilməzdi. 

Hər ehtimala qarşı qapını açıq qoyub,  böyük bir təşviş 

içində küçəyə yüyürdüm. 

downloaded from KitabYurdu.org




 

656 


Əvvəl  Masloboyevgilə  getdim.  Onlar  evdə  deyildi. 

Balaca  bir  kağız  yazıb  qoydum,  baş  verən  hadisəni  onlara 

bildirdim, xahiş etdim ki, Nelli sizə gəlsə dərhal mənə xəbər 

verin;  oradan  həkimin  yanına  getdim;  həkim  də  evdə  yox 

idi,  qulluqçusu  bildirdi  ki,  o  gündən  sonra  Nelli  bura 

gəlməmişdir.  Mən  nə  etməli  idim?  Bubnovagilə  getdim; 

tanıdığım tabut qayırandan məlumat aldım: o mənə dedi ki, 

polis idarəsi dünəndən bəri Bubnovanı nə iş üstündəsə tutub 

saxlamışdır.  Nelli  də  o vaxtdan  buralara gəlməmişdir.  Mən 

yorulmuşdum,  əldən  düşmüşdüm,  yenə  də  Masloboyevgilə 

getdim,  yenə  də  eyni  cavabı  aldım;  bura  heç  kəs 

gəlməmişdi,  onlar  özləri  də  hələ  qayıtmamışlar.  Yazdığım 

kağız stolun üstündə idi. Mən nə etməli idim? 

Axşamdan  xeyli  keçəndən  sonra,  böyük  bir  müsibət 

içində  evə  qayıdırdım.  Mən  gərək  bu  axşam  Nataşanın 

yanına gedəydim, hələ səhərçağı o məni çağırtdırmışdı. Mən 

bütün  günü  heç  bir  şey  yeməmişdim,  Nellinin  fikri  məni 

götürmüşdü.  “Bu  axı  nə  olan  şeydir?  Yoxsa,  bu  qəribə 

hadisə  o  xəstəliyin  nəticəsidir?  Bəlkə  o  dəli  olmuşdur,  ya 

downloaded from KitabYurdu.org




 

657 


dəli  olur?  Ah,  ilahi,  indi  haradadır,  onu  mən  haradan 

tapım?!” 

Elə  bunu  demişdim  ki,  bir  də  gördüm  Nelli  bir  neçə 

addım kənarda, V. körpüsündə, fənərin yanında durmuşdur; 

o  məni  görmürdü.  İstədim  onun  yanına  yüyürəm,  amma 

özümü  saxladım.  Təəccüblə  öz-özümə  dedim:  “Bu  axı 

burada  nə  qayırır?”  Mən  indi  arxayın  idim  ki,  daha  onu 

gözdən  itirməyəcəyəm;  dayanıb  onu  müşahidə  etməyə 

başladım.  On  dəqiqə  keçdi,  o  hələ  də  durub  gəlib-gedənə 

baxırdı.  Nəhayət,  yaxşı  geyimli  bir  qoca  kişi  gəlib  keçdi. 

Nelli  ona  yaxınlaşdı,  o  adam  dayanmayaraq,  cibindən  nəsə 

çıxarıb  ona  verdi.  Nelli  ona  baş  əydi.  Bu  zaman  nələr  hiss 

etdiyimi  söyləməyə  acizəm.  Ürəyim  ağır  bir  iztirab  içində 

sıxıldı, sanki sevdiyim, oxşayıb əzizlədiyim çox qiymətli bir 

adam  gözümün  qabağında  alçaldılmış,  rüsvay  edilmişdi; 

gözlərimdən yaş axırdı. 

Bəli,  bu  –  yazıq  Nelli  üçün  axan  göz  yaşları  idi!  Eyni 

zamanda,  mənim  ona  yaman  acığım  tutmuşdu;  o,  ehtiyacı 

olduğu  üçün  dilənmirdi;  o  yiyəsiz  deyildi,  başlı-başına 

atılmamışdı, amansız təzyiqlərdən deyil, onu sevib əzizləyən 

downloaded from KitabYurdu.org



 

658 


dostlarından  qaçmışdı.  O  sanki  bu  hərəkəti  ilə  kimi  isə 

heyrətə  salmaq,  ya  da  qorxutmaq  istəyirdi;  sanki  o  kiminsə 

qarşısında  lovğalanırdı!  Onun  qəlbində  gizlin  bir  sirr 

vardı… Bəli, qoca haqlı idi: o təhqir olunmuşdu, onun yarası 

sağala  bilməzdi,  o  sanki  bizim  hamımıza  qarşı  etibarsızlıq 

ifadə  olunan  bu  sirli  hərəkətləri  ilə  öz  yarasını  qəsdən 

qanatmaq  istəyirdi,  sanki  o  duyduğu  bu  əzabdan,  bu  əzab 

xudbinliyindən  (əgər  belə  bir  ifadə  mümkünsə)  həzz  alırdı. 

Mən  –  yaranı  bu  cür  qanatmağın,  ondan  həzz  almağın 

səbəbini  bilirəm;  bu  –  tale  tərəfindən  sıxışdırılan,  bunun 

haqsız  bir  şey  olduğunu  dərk  edən  alçaldılmış  və  təhqir 

olunmuş adamların duyduğu həzdir. Lakin Nelli bizim hansı 

bir  haqsızlığımızdan  şikayətlənə  bilərdi?  O  sanki  öz 

şıltaqlıqları,  qəribə  hərəkətləri  ilə  bizi  təəccübləndirmək, 

qorxutmaq istəyirdi, sanki o, doğrudan da bizim qarşımızda 

öyünürdü...  Yox,  belə  deyildi!  O  indi  təkdir,  o  bilir  ki, 

bizlərdən heç kəs onun diləndiyini görmür. Bəs elə olanda o 

öz-özlüyündə bundan həzz alır? O nə üçün dilənir? Pul onun 

nəyinə lazımdır? 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə