669
məzəmmət edərdi, darıxardı, dərd çəkərdi, ağlardı, Katyanın
yanına gedər, orada təsəlli tapardı.
O gün ki Nataşa mənə Alyoşanın kəndə getməsindən
xəbərdar olduğunu söyləmişdi (bu, mənim knyazla olan
söhbətimdən bir həftə sonra idi), həmin gün Alyoşa ümidsiz
halda yanıma gəldi, məni qucaqladı, sinəmə sıxılaraq uşaq
kimi ağladı. Mən susub onun nə deyəcəyini gözləyirdim.
– Vanya, – dedi, – mən alçaq adamam, əclaf adamam!
Sən məni öz-özümdən xilas et. Mən ona görə ağlamıram ki,
alçaq və əclaf adamam, ona görə ağlayıram ki, Nataşa
mənim üzümdən bədbəxt olacaq. Axı, mən onu bədbəxt
eləyib gedəcəyəm… Vanya, əzizim, de görüm, həll elə
görüm! Mən kimi çox sevirəm: Katyanı, ya Nataşanı?
– Alyoşa, bunu mən həll edə bilmərəm, bunu sən
məndən yaxşı bilərsən…
– Yox, Vanya, mən onu demirəm; mən elə axmaq
deyiləm ki, sənə belə bir sual verəm, məsələ də elə
orasındadır ki, mən özüm bu işdən baş çıxara bilmirəm. Mən
bunu öz-özümdən soruşuram, ancaq cavab verə bilmirəm.
downloaded from KitabYurdu.org
670
Sən kənardan baxırsan, bəlkə məndən çox bilirsən...
Bilməsən də, de görüm: bu sənə necə gəlir?
– Mənə elə gəlir ki, sən Katyanı çox sevirsən.
– Sənə elə gəlir! Yox, yox, elə deyil! Sən tapa
bilmədin! Mən Nataşanı hədsiz dərəcədə sevirəm. Mən heç
cürə, heç vaxt onu buraxa bilmərəm; mən bunu Katyaya da
demişəm; Katya da tamamilə mənimlə razıdır. Sən niyə
danışmırsan? Mən indicə gördüm ki, sən gülümsədin. Ah,
Vanya, mənim dərdim indiki kimi həddindən artıq çox
olanda sən mənə heç təsəlli verməmisən… Sağ ol!
O cəld otaqdan çıxdı. Nelli kirimişcə bizim
söhbətimizə qulaq asırdı; Alyoşa ona çox qəribə təsir
bağışlamışdı, onu təəccübləndirmişdi. Nelli onda hələ xəstə
idi, yataqda yatır, dərman içirdi. Alyoşa heç onunla
danışmazdı, gələndə ona heç bir əhəmiyyət verməzdi.
İki saatdan sonra o yenə də gəldi: onun kefi kök idi,
üzü gülürdü; mən buna təəccüb etdim. O yenə də məni
qucaqlayıb həyəcanla dedi:
– İş qurtardı! Bütün düyünlər həll olundu. Sizin
yanınızdan birbaş Nataşanın yanına getdim: mənim ovqatım
downloaded from KitabYurdu.org
671
təlx idi, mən onsuz dura bilməzdim. İçəri girən kimi onun
qabağında diz çöküb ayaqlarını öpdüm: bu mənə lazımdı,
mən bunu istəyirdim, bunsuz mən qəm-qüssədən ölərdim.
Nataşa dinməz-söyləməz məni qucaqlayıb ağladı. Elə
buradaca ona dedim ki, Katyanı səndən çox sevirəm...
– O nə dedi?
– O heç bir söz demədi, ancaq məni əzizlədi, mənə
təsəlli verdi: məni, ona elə bir söz deyən adamı! İvan
Petroviç, o təsəlli verməyi bacarır! Mən ağlaya-ağlaya,
bütün dərdimi açıb ona dedim! Elə lap açıqca dedim ki,
Katyanı çox sevirəm, ancaq onu nə qədər sevsəm də, kim
olur olsun, nə qədər sevsəm də Nataşasız yaşaya bilmərəm,
ölərəm. Hə, Vanya, bircə gün də onsuz yaşaya bilmərəm,
mən bunu hiss edirəm, hə! Buna görə də bu qərara gəldik ki,
tezliklə evlənək; ancaq kəndə gedənə kimi bunu etmək
mümkün deyil, çünki indi böyük pəhrizdir, nikah
oxumayacaqlar, gərək mənim qayıdıb gəlməyimi gözləyək,
bu da iyunun başlanğıcında olacaq. Atam razılıq verəcək, –
buna heç şübhə yoxdur. O ki qaldı Katya – axı nə olsun ki!
downloaded from KitabYurdu.org
672
Mən Nataşasız yaşaya bilmərəm… Evlənəcəyik, sonra da
Nataşa ilə bərabər Katyagilə gedəcəyik.
Yazıq Nataşa! Bu uşağa təsəlli verməklə, onun yanında
oturub etirafına qulaq asmaqla, bu sadəlövh, xudbin adamı
sakitləşdirmək üçün bu yaxında onunla evlənmək əfsanəsini
uydurmaqla sən nə əzab çəkmisən! Alyoşa doğrudan da bir
neçə gün sakitləşdi. Əslində o, Nataşanın yanına – təkbaşına
öz zəif qəlbi ilə kədərə tab gətirə bilmədiyi üçün gəlirdi.
Lakin ayrılıq vaxtı yaxınlaşarkən o yenə də narahat olmağa,
gözyaşı tökməyə başladı, yenə də mənim yanıma gəlir, öz
dərdini söyləyərək ağlayırdı. Son vaxtda, o, Nataşaya elə
yaxınlıq göstərirdi ki, ay yarım nədi, heç bircə gün də onsuz
yaşaya bilməzdi. Lap son dəqiqəyə kimi o əmindi ki,
Nataşanı ancaq ayyarımlığa qoyub gedir, qayıdandan sonra
onların toyu olacaq. O ki qaldı Nataşa, – o tamamilə başa
düşürdü ki, onun bütün taleyi dəyişir, Alyoşa bir daha onun
yanına qayıtmayacaq, bu elə belə də olmalıdır.
Ayrılıq günü gəlib çatdı. Nataşa xəstə idi; onun rəngi
solmuşdu, gözləri qızarmışdı, dodaqları qurumuşdu, arabir
öz-özü ilə danışırdı, hərdən cəld və diqqətlə mənə baxırdı;
downloaded from KitabYurdu.org
673
ağlamırdı, mənim suallarıma cavab vermirdi. Alyoşanın
səsini eşidəndə yarpaq kimi əsirdi, şəfəq kimi qıpqırmızı
qızarır, tələsə-tələsə ona tərəf gedirdi, Alyoşanı əsəbi halda
qucaqlayırdı, öpürdü, gülürdü... Alyoşa diqqətlə ona baxırdı,
bəzən də xəstə olub-olmadığını təşvişlə soruşurdu, ona
təsəlli verərək deyirdi ki, tezliklə qayıdıb gələcəyəm, sonra
da toyumuz olacaq. Nataşa var qüvvəsini toplayaraq özünü
ələ alırdı, ağlamamağa çalışırdı. O, Alyoşanın yanında
ağlamırdı.
Alyoşa bir dəfə ona dedi ki, qayıdıb gələnə kimi gərək
sənə xərcləməyə pul verəm, sən narahat olma, çünki atam
mənə yol üçün çoxlu pul verəcəyini vəd etmişdir. Nataşa
qaşqabağını tökdü. Sonra biz ikimiz tək qalanda mən
Nataşaya dedim ki, hər ehtimala qarşı, mən sənin üçün yüz
əlli manat saxlamışam. Nataşa bu pulu mənim haradan
tapdığımı soruşmadı. Bu söhbət Alyoşa gedəndən iki gün
əvvəl olmuşdu; Nataşanın Katya ilə ilk və son görüşü də
bundan bir gün qabaq olmuşdu. Alyoşa ilə kağız göndərib
Nataşadan xahiş etmişdi ki, sabah onun yanına gəlməsinə
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |