F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə136/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   132   133   134   135   136   137   138   139   ...   161

 

684 


onun üzünə xüsusi bir ifadə ilə baxmasın, onun yanında ah-

vay  eləməsin, ehyamlı  söz danışmasın,  xülasə, bu əhvalatın 

ona  məlum  olduğunu  heç  bir  hərəkətilə  bildirməsin.  Anna 

Andreyevna  buna  o  qədər  təəccüb  etdi,  o  qədər  sevindi  ki, 

hətta  əvvəl  mənə  inanmadı.  Sonra  dedi  ki,  mən  də  o  yetim 

qız  məsələsini  Nikolay  Sergeiçin  qulağına  çəkdim,  o  heç 

danışmadı,  amma  əvvəl  özü  həmişə  evə  bir  qız  gətirməyi 

məndən xahiş edirdi. Biz belə bir qərara gəldik: sabah Anna 

Andreyevna  Nellini  gətirməyi,  müqəddəməsiz,  eyhamsız 

ondan xahiş etsin. Lakin ertəsi gün biz hər ikimiz yamanca 

qorxuya düşdük və narahat olduq. 

İxmenev,  onun  işindən  ötrü  çalışan  məmuru  səhərçağı 

görür.  Məmur  ona  deyir  ki,  knyazı  gördüm,  knyaz  mənə 

dedi  ki,  İxmenevkanı  mən  qaytarmayacağam,  amma  “bəzi 



ailəvi  vəziyyəti  nəzərə  alaraq”  qocanı  mükafatlandırıb  ona 

on  min  manat  verəcəyəm.  İxmenev  məmurun  yanından 

birbaş  mənim  yanıma  gəldi;  ovqatı  yaman  təlxdi;  gözləri 

qəzəblə  parıldayırdı.  O  nədənsə  məni  otaqdan  pilləkənə 

çağırdı,  təkidlə  məndən  tələb  etdi  ki,  mən  bu  saat  knyazın 

yanına gedim, knyazı duelə çağırdığını knyaza deyim. Mən 

downloaded from KitabYurdu.org



 

685 


buna elə heyrət etdim ki, əvvəl heç bir şey anlaya bilmədim. 

Sonra  onu  bu  fikirdən  döndərməyə  çalışdım.  Qoca  elə 

qəzəbləndi ki, hətta ürəyi xarab oldu. Su gətirmək üçün evə 

yüyürdüm; lakin qayıdanda qocanı pilləkəndə görmədim. 

Ertəsi gün onlara getdim; o evdə yox idi: iki gün idi ki, 

o heç evə gəlmirdi. 

Üçüncü  gün  məsələ  bizə  aydın  oldu.  Qoca  mənim 

yanımdan  birbaş  knyazgilə  gedir;  knyazı  evdə  tapmır,  ona 

bir  kağız  yazıb  qoyur;  kağızda  yazır  ki,  sizin  məmura 

dediyiniz söz mənə çatdırılmışdır, mən bu sözlə özümü son 

dərəcə təhqir olunmuş, sizi isə alçaq bir adam hesab edirəm; 

buna  görə  də  sizi  duelə  çağırıram;  eyni  zamanda,  sizə 

xəbərdarlıq  edirəm  ki,  dueldən  boyun  qaçırmayasınız,  əgər 

qaçırsanız cəmiyyət qarşısında rüsvay ediləcəksiniz. 

Anna Andreyevna mənə belə dedi: o, evə elə həyəcanlı, 

ovqatı təlx qayıtmışdı ki, hətta xəstələndi də. O mənimlə çox 

mehriban  idi,  ancaq  suallarıma  az  cavab  verirdi,  aydın 

görünürdü ki, nəyi isə böyük bir səbirsizliklə gözləyir. Ertəsi 

gün  şəhər  poçtu  ilə  bir  məktub  gəldi;  o  məktubu  oxuyub 

çığırdı,  başını  qamarladı.  Mən  qorxudan  donub  qaldım. 

downloaded from KitabYurdu.org



 

686 


Amma o elə o saat şlyapasını, əlağacını götürüb cəld evdən 

çıxdı. 


Məktub  knyazdan  idi.  O,  soyuq  bir  ifadə  ilə  qısaca  və 

nəzakətlə  İxmenevə  yazırdı  ki,  mən  məmura  dediyim  söz 

üçün  heç  kəsə  haqq-hesab  verməyə  borclu  deyiləm.  Mən 

sizin  məhkəmədə  gedən  işi  uduzduğunuza  çox  təəssüf 

edirəm,  lakin  buna  nə  qədər  təəssüf  etsəm  də,  məhkəmə 

çəkişməsində  uduzan  bir  adamın  intiqam  məqsədilə  öz 

rəqibini duelə çağırmağa haqqı olduğunu heç də ədalətli bir 

şey  hesab  etmirəm.  O  ki  qaldı  sizin  məni  “cəmiyyət 

qarşısında  rüsvay  etmək”  təhdidiniz,  –  mən  sizdən  xahiş 

edirəm  ki,  bu  barədə  narahat  olmayasınız,  ona  görə  ki, 

cəmiyyət qarşısında heç bir rüsvayçılıq-filan olmayacaq, heç 

ola  da  bilməz;  sizin  məktubunuz  dərhal  lazımi  yerinə 

veriləcək, xəbərdar edilmiş polis idarəsi də, yəqin ki, nizam-

intizamı,  sakitliyi  təmin  etmək  üçün  lazımi  tədbir  görmək 

iqtidarındadır. 

İxmenev,  əlində  məktub,  elə  o  saat  knyazın  üstünə 

gedir.  Knyazı  yenə  də  evdə  tapmır,  lakeydən  öyrənir  ki, 

knyaz  indi  yəqin  qraf  N-in  evindədir.  Qoca  fikirləşmədən 

downloaded from KitabYurdu.org



 

687 


birbaş  qrafın  evinə  yollanır.  Pilləkənlə  yuxarı  qalxanda 

qrafın  qapıçısı  onu  saxlayır.  Qoca  son  dərəcə 

qəzəbləndiyindən  qapıçını  ağacla  vurur.  O  saat  onu  tutub 

artırmaya çıxarırlar, polis nəfərinə verirlər, o da qocanı polis 

idarəsinə  aparır.  Bunu  qrafa  bildirirlər.  Knyaz  bu  zaman 

qrafın  yanında  imiş:  o,  bu şöhrətpərəst  qocaya  deyir  ki,  bu 

həmin Natalya Nikolayevna dediyim qızın atası İxmenevdir 

(knyaz  belə  işlər  üçün  bir  neçə  dəfə  qrafa  qulluq 

göstərmişdi…),  bu  zadəgan  qoca  da  knyazın  məlumatını 

eşidəndə  ancaq  gülür,  İxmenevin  təqsirindən  keçir: 

sərəncam  verilir  ki,  İxmenevi  buraxsınlar;  lakin  onu  ancaq 

iki  gündən  sonra  buraxırlar,  həm  də  (yəqin  ki,  knyazın 

sərəncamı  ilə)  qocaya  deyirlər  ki,  knyaz  özü  onun 

bağışlanmasını qrafdan xahiş etmişdir. 

Qoca  öz  evinə  dəli  kimi  qayıtdı,  elə  o  saat  divana 

yıxılıb,  bir  saat  uzandı,  heç  tərpənmədi;  sonra  yerindən 

qalxıb təntənə ilə bildirdi ki, öz qızımı həmişəlik qarğıyıram, 

onu atalıq xeyir-duasından məhrum edirəm. 

Anna  Andreyevna  dəhşət  içində  donub  qaldı;  lakin 

qocaya  kömək  etmək  lazımdı:  bütün  günü,  az  qala  bütün 

downloaded from KitabYurdu.org



 

688 


gecəni, huşunu itirmiş kimi, ərinə qulluq elədi, yaylığı sirkə 

ilə  isladıb  alnına  qoydu,  başının  ətrafına  buz  yığdı.  Qoca 

qızdırmışdı,  sayıqlayırdı.  Mən  onların  yanından  gedəndə 

gecə  saat  üçə  işləyirdi.  Ertəsi  gün  səhər  İxmenev  ayağa 

qalxdı, elə o gün də yanıma gəldi ki, Nellini aparsın. Lakin 

Nelli getmədi; bu əhvalatı mən xeyli əvvəl nəql etmişəm; bu 

onu  tamamilə  sarsıtdı.  O  evinə  qayıdıb  yorğan-döşəyə 

düşdü.  Bunlar  hamısı  strastnaya  cüməsində  baş  vermişdi: 

Katya  ilə  Nataşanın  görüşü  həmin  günə  təyin  edilmişdi, 

Katya ertəsi gün Alyoşa ilə Peterburqdan gedəcəkdi. Mən bu 

görüşdə  iştirak  etdim;  görüş  səhər  tezdən  oldu:  hələ  heç 

qoca yanıma gəlməmişdi, Nelli də evdən qaçmamışdı. 

 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə