F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə48/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   44   45   46   47   48   49   50   51   ...   161

 

237 


Bizim  familiyamız  süqut  edir.  Bizə  yüksək  aristokrat 

cəmiyyəti  ilə  əlaqə  və  pul  lazımdır.  Qrafinya  Zinaida 

Fyodorovnanın ögey qızının yüksək aristokrat cəmiyyəti ilə 

əlaqəsi  olmasa  da,  çox  varlıdır.  Bir  az  gözləsəydim,  dövlət 

axtaran  başqa  bir  adam  tapılardı,  qız  da  əlimdən  çıxardı. 

Fürsəti  əldən  vermək  olmazdı,  mən  də  belə  bir  qərara 

gəldim:  Alyoşa  hələ  çox  cavan  olsa  da,  onu  həmin  qız  ilə 

evləndirim.  Görürsünüz  ki,  mən  heç  bir  şey  gizlətmirəm. 

Siz,  öz  tamahı  ucundan,  həm  də  sinfi  ənənələri  nəzərə 

alaraq, öz oğlunu pis bir hərəkət etməyə vadar edən, bunu da 

dərk edən bir ataya nifrətlə baxa bilərsiniz. Mən ona görə pis 

hərəkət deyirəm ki, istədiyi adamın yolunda hər şeyini fəda 

edən  alicənab  bir  qızı  atmaq  –  pis  hərəkətdir,  bir  də  ki,  o 

adam  özü  də  onun  qarşısında  çox-çox  müqəssirdir.  Lakin 

mən  özümə  haqq qazandırmaq  istəmirəm.  Qrafinya  Zinaida 

Fyodorovnanın  ögey  qızını  öz  oğlumla  evləndirmək 

istəməyimin  ikinci  səbəbi  də  budur  ki,  bu  qız  sevgiyə, 

hörmətə  son  dərəcə  layiq  bir  qızdır.  O  qəşəngdir,  yaxşı 

tərbiyə olunmuşdur, çox gözəl də xasiyyəti var. Hələ bir çox 

cəhətdən  uşaq  olsa  da,  çox  ağıllıdır.  Alyoşa  iradəsizdir, 

downloaded from KitabYurdu.org



 

238 


yüngülməzacdır, son dərəcə ağılsızdır, iyirmi iki yaşı olduğu 

halda,  hələ  lap  uşaqdır,  ancaq  onun  bircə  məziyyəti  var  ki, 

təmiz  bir  qəlbə  malikdir,  bu  isə  hətta  başqa  nöqsanlarına 

görə  daha  təhlükəlidir.  Çoxdan  bəridir  ki,  mən  təsirimin 

onun üzərində azalmağa başladığını hiss edirəm. Qızğınlıq, 

gənclik  ehtirasları  öz  varlığını  hiss  etdirir,  hətta  yerinə 

yetirilməli olan bəzi həqiqi vəzifələrdən də üstün olur. Bəlkə 

də  mən  onu  həddindən  artıq  çox  sevirəm,  lakin  inanmağa 

başlayıram  ki,  təkcə  mənim  rəhbərliyim  onun  üzərində 

azdır.  O  mütləq,  həmişə  gərək  bir  adamın  xeyirxah  təsiri 

altında olsun. O tabe olan, sevən, sevməyi, tabe olmağı əmr 

etməkdən  üstün  tutan  zəif  bir  təbiətə  malikdir.  Bütün  ömrü 

boyu da o belə qalacaqdır. Siz təsəvvür edirsinizmi ki, mən 

Katerina Fyodorovnanın şəxsiyyətində ideal bir qız simasını 

görərkən nə qədər sevindim! Mən istərdim elə bir qız mənim 

oğlumun  arvadı  olsun.  Lakin  mən  gec  sevinmişdim:  onun 

üzərində başqa bir qızın sarsılmaz təsiri hökmranlıq edirdi, o 

da sizsiniz. Bir ay bundan əvvəl Peterburqa qayıdarkən, mən 

onu  diqqətlə  müşahidə  etməyə  başladım,  gördüm  ki,  onda 

yaxşılığa doğru xeyli dəyişiklik var, buna çox təəccüb etdim. 

downloaded from KitabYurdu.org



 

239 


Yüngülməzaclıq,  uşaqlıq  onda  hələ  də  olduğu  kimi 

qalmışdır,  lakin  onun  qəlbində  bəzi  nəcib  hisslər 

möhkəmlənmişdir,  o  yalnız  oyuncaqlarla  deyil,  yüksək, 

nəcib,  təmiz  hisslərlə  də  maraqlanmağa  başlayır.  Onun 

idealları  qəribədir,  möhkəm  deyil,  hətta  bəzən  mənasızdır 

da. Amma arzuları, meyli, qəlbi yaxşıdır, bu isə bütün başqa 

şeylərin  bünövrəsidir.  Onda  olan  bütün  bu  yaxşı  cəhətlər, 

heç  şübhəsiz  ki,  sizdəndir.  Siz  onu  yenidən  tərbiyə 

etmisiniz. Etiraf  edirəm ki, elə onda mənim ağlıma belə bir 

fikir  gəldi:  hər  kəsdən  çox,  siz  onu  xoşbəxt  edə  bilərsiniz. 

Ancaq  mən  bu  fikri  özümdən  qovdum,  belə  bir  fikir  mənə 

lazım  deyildi.  Mən  gərək,  hər  necə  olur  olsun,  onu  sizdən 

uzaqlaşdıraydım.  İşə  başladım,  elə  zənn  etdim  ki, 

məqsədimə  çatmışam.  Hələ  bir  saat  bundan  əvvəl  mən  elə 

bilirdim  ki,  qalib  gəlmişəm.  Lakin  qrafinyanın  evində  baş 

verən  hadisə  bir  anda  mənim  bütün  mülahizələrimi  alt-üst 

etdi,  hər  şeydən  əvvəl,  heç  gözləmədiyim  bir  məsələ  məni 

heyrətə  saldı,  bu  da  Alyoşadakı  çox  qəribə  görünən 

ciddiyyət, 

sizə 


olan  münasibətindəki  qətiyyət,  bu 

münasibətdəki  səbat  və  möhkəmlikdir!  Təkrar  edirəm:  siz 

downloaded from KitabYurdu.org



 

240 


onu tamamilə yenidən tərbiyə etmisiniz. Mən birdən gördüm 

ki,  onda  əmələ  gələn  dəyişiklik,  hətta  mənim  güman 

etdiyimdən  də  çox  qabağa  gedir.  Bu  gün  o  birdən  mənim 

qarşımda  ağıl  əlamətləri  olan  şeylər  söylədi,  mən  belə  bir 

şeyin onda olduğunu heç güman etmirdim, o eyni zamanda, 

fövqəladə  bir  incəlik,  həssaslıq  göstərdi.  O,  çətin  hesab 

etdiyi  vəziyyətdən  çıxmaq  üçün  çox  düzgün  bir  yol 

seçmişdir. O, insan qəlbinin ən nəcib duyğularına, yəni əfv 

etmək,  pisliyə  qarşı  alicənablıq  göstərmək  duyğularına 

toxunmuş,  bunu  hərəkətə  gətirmişdir.  O  özünü  incitdiyi 

adamın  ixtiyarına  vermiş,  eyni  zamanda,  kömək  üçün  ona 

müraciət  etmişdir.  O  onu  sevən  bir  qızın  qüruruna 

toxunmuş, onun qarşısında etiraf etmişdir ki, sizin rəqibiniz 

var,  mən  başqa  bir  qızı  sevirəm,  eyni  zamanda,  onda 

rəqibinə  qarşı  hüsn-təvəccöh  oyatmışdır,  özünü  də  əfv 

etdirmiş, öz xeyrini güdmədən, bir bacı kimi onunla dostluq 

etmək vədini almışdır. Həm bu cür bir məsələni söyləyəsən, 

həm  də  qızı  təhqir  etməyəsən,  özündən  incitməyəsən,  buna 

bəzən  ən  mahir  bir  filosof  da  qabil  ola  bilməz,  buna  ancaq 

onun  qəlbi  kimi  saf,  təmiz,  təravətli,  yaxşı  bir  istiqamətə 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə