232
böyük qardaşı idi. Hər halda, onu belə böyük bir oğlanın
atası hesab etmək olmazdı.
Knyaz düz Nataşanın yanına gəldi, qətiyyət və inam
ifadə olunan bir nəzərlə ona baxaraq dedi:
– Belə bir vaxtda, həm də məlumat vermədən, mənim
bura gəlməyim həm qəribədir, həm də qəbul olunmuş
qayda-qanundan kənar bir hərəkətdir. Lakin mən əminəm ki,
siz mənim bu hərəkətimin adətdən kənar bir hərəkət
olduğunu dərk etmək imkanında olduğuma hər halda inana
bilərsiniz. Mən kimin yanına gəldiyimi bilirəm. Bilirəm ki,
siz arif, alicənab bir insansınız. Mənə ancaq onca dəqiqə
vaxtınızı bağışlayın, əminəm ki, siz özünüz məni başa
düşərsiniz, mənə haqq qazandırarsınız.
Bu sözləri o, nəzakətlə, lakin qüvvət və inadla söylədi.
Nataşa:
– Əyləşin, – dedi.
Bayaqkı təşviş və qorxu hələ də onun canından
çıxmamışdı.
Knyaz azca başını əyərək, təşəkkür edib oturdu.
Oğlunu göstərərək sözə başladı:
downloaded from KitabYurdu.org
233
– Hər şeydən əvvəl, icazə verin, mən ona iki kəlmə söz
deyim. Alyoşa, sən məni gözləmədən, hətta bizimlə
sağollaşmadan gedən kimi, qrafinyaya xəbər verdilər ki,
Katerina Fyodorovnanın halı pisdir. Qrafinya cəld yerindən
qalxıb getmək istəyəndə, Katerina Fyodorovna özü qəmgin
və həyəcanlı halda birdən içəri girdi. Bizə dedi ki, mən
Aleksey Petroviçin arvadı ola bilmərəm. Bunu da əlavə etdi
ki, mən monastıra gedəcəyəm, Aleksey Petroviç məndən
xahiş etmişdir ki, ona kömək edim, özü də Natalya
Nikolayevnanı sevdiyini mənə etiraf etmişdir... Belə bir
anda Katerina Fyodorovnanın, bu heç təsəvvürə sığmayan
hadisəni gəlib bizə etiraf etməsi, əlbəttə, sənin bu son dərəcə
qəribə izahatın nəticəsində baş vermişdir. Katerina
Fyodorovna özündə deyildi. Mənim bundan necə heyrətə
düşdüyümü və qorxduğumu sən təsəvvür edə bilərsənmi?! –
sonra o, Nataşaya tərəf dönərək əlavə etdi. – İndi mən sizin
evinizin qarşısından keçəndə pəncərənizdən işıq gəldiyini
gördüm. Çoxdan bəri məni təqib edən bir fikir bu zaman
mənə elə hakim kəsildi ki, mən ilk arzuma qarşı dura
bilməyərək içəri girdim. Nə üçün? Bu saat deyim, lakin
downloaded from KitabYurdu.org
234
əvvəlcədən xahiş edirəm ki, mənim izahatımın bir qədər sərt
olmasına təəccüb etməyin. Bu şeylər elə qəfildən üz
vermişdir ki...
Nataşa dili tutula-tutula dedi:
– Mən əminəm ki, bunu başa düşərəm, sizin
söylədiklərinizə... olduğu kimi... qiymət verərəm.
Knyaz diqqətlə ona baxdı, sanki bir anda onu tamamilə
öyrənmək istəyirdi.
– Mən də sizin arifliyinizə əminəm. Əgər mən indi
sizin yanınıza gəlməyə təşəbbüs etmişəmsə, bu ancaq ona
görədir ki, kiminlə müamilədə olacağımı bilirdim. Mən sizi
çoxdan tanıyıram, bununla belə, bir zamanlar mən sizin
haqqınızda çox haqsızlıq etmişəm, sizin qarşınızda
müqəssirəm. Qulaq asın: siz, mənimlə sizin atanız arasında
çoxdan bəri davam edən pis münasibətdən xəbərdarsınız.
Mən özümü təmizə çıxarmaq istəmirəm, bəlkə də mən onun
qarşısında, mənim bu vaxta qədər təsəvvür etdiyimdən daha
çox müqəssirəm. Əgər məsələ belədirsə, onda mən özüm
aldanmışam, mən vasvasıyam, bunu etiraf edirəm. Mən
adamın yaxşı cəhətindən daha tez, pis cəhətini görməyə
downloaded from KitabYurdu.org
235
meyil edirəm, bu isə hissdən məhrum olan bir qəlbə xas olan
bədbəxtlikdir. Lakin məndə öz nöqsanlarını gizlətmək adəti
yoxdur. Mən bütün deyilən böhtanlara, dedi-qodulara
inandım, siz öz ata-ananızı qoyub gedəndə, Alyoşanın
vəziyyəti məni dəhşətə saldı. Lakin mən onda sizi hələ
tanımırdım. Yavaş-yavaş əldə etdiyim məlumat məni
tamamilə ruhlandırdı. Mən müşahidə etdim, öyrəndim,
nəhayət, inandım ki, mənim şübhələrim əsassızdır. Mən
eşitdim ki, sizin öz ailənizlə aranız dəymişdir, bunu da
bilirəm ki, atanız sizin mənim oğlumla evlənməyinizin qəti
surətdə əleyhinədir. Sizin Alyoşaya belə bir təsiriniz, onun
üzərində belə bir hökmünüz olduğu halda, siz bu təsirdən,
hökmdən bu vaxta qədər istifadə etməmisiniz, onu sizinlə
evlənməyə məcbur etməmisiniz, elə bircə bu özü sizi son
dərəcə yaxşı bir cəhətdən nəzərə çarpdırır. Lakin indi sizin
qarşınızda tamamilə etiraf edirəm ki, onda mən sizin mənim
oğlumla evlənməyinizə hər vasitə ilə mane olmağa var
qüvvəmlə çalışmağı qət etdim. Mən bilirəm ki, çox açıq
danışıram, lakin indi mənim açıq danışmağım hər şeydən
artıq lazımdır, siz özünüz də axıra kimi mənə qulaq asdıqdan
downloaded from KitabYurdu.org
236
sonra bununla razılaşacaqsınız. Siz öz evinizi tərk etdikdən
az sonra mən Peterburqdan getdim, lakin gedərkən mən
daha Alyoşanın başına bir iş gələcəyindən qorxmurdum.
Mən sizin nəcibanə qürurunuza əmin idim. Mən başa
düşürdüm ki, atanızla mənim aramda olan çəkişmə
qurtarmayınca siz özünüz də evlənmək istəməyəcəksiniz.
İstəməyəcəksiniz ki, mənimlə Alyoşa arasında olan
münasibət pozulsun, çünki mən heç vaxt onun sizinlə
evlənməsini
əfv
etməzdim.
Bir
də
ona
görə
istəməyəcəkdiniz ki, sonra deməsinlər ki, siz özünüzə
evlənmək üçün knyaz axtarmışsınız, bizim ailəmizlə əlaqə
yaratmaq fikrində imişsiniz. Əksinə, siz hətta bizə
etinasızlıq göstərirdiniz, bəlkə də gözləyirdiniz ki, mən
özüm gəlib, oğlumla evlənmək şərəfinə bizi nail etmənizi
sizdən xahiş edim. Hər halda mən inadla sizin əleyhinizə
olmaqda davam edirdim. Özümü təmizə çıxarmayacağam,
lakin bunun səbəbini də sizdən gizlətməyəcəyəm. Sizin
əleyhinizə olmağımın səbəbi budur: siz yüksək aristokrat
cəmiyyətindən deyilsiniz, özünüz də kasıbsınız. Doğrudur,
mənim az-çox dövlətim var, lakin bizə çox dövlət lazımdır.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |