F. Q. Vahidov, T. B. Ağayev


  Normativ - etalon ünsürü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə70/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   71

124 
 
3.  Normativ - etalon ünsürü. Bu, insan fəaliyyətini onun normalaşdırılması baxımından səciyyələndirir. 
Mədəni norma davranışın, mənəvi fəallığın müəyyən standartıdır. Konkret mədəniyyəti təmsil edən adamlar öz 
fəaliyyətində bu normalara istinad edirlər. Normalar fəaliyyətin müəyyən mədəniyyətə xas olan çox mühüm 
prinsiplərini təsbit edirlər. Cəmiyyətdə  mədəni normaların daimi yeniləşməsi prosesi gedir. Lakin ictimai 
praktikanın müxtəlif sahələrində yeniləşmənin 
[313 - 314] 
sürəti fərqlidir. Mədəni innovasiyaların bir qismi zaman 
keçdikcə normaya çevrilə bilər. Bunun üçün həmin innovasiya əhalinin əsas hissəsi tərəfındən bəyənilməli, qəbul 
edilməli, bir neçə nəslin həyat prosesində təkrar istehsal olunmalıdır. 
Mədəni praktikada mədəni nümunələrin özünəməxsus yeri vardır. Onların məzmunu dünya haqqında 
informasiyanı, onu qiymətləndirmə  məqammı, burada insanın fəaliyyət üsulunu və s. əks etdirir. Mədəni 
nümunələrin təşəkkülü müxtəlif cür baş verir. Bədii yaradıcılıqda, dini praktikada onların çoxluğu daha çox hiss 
olunur. Geniş diapazona malik müxtəlif mədəni hadisələr (məsələn, maddi predmetlər, insanların davranış 
maneraları, zahiri xarakteristikaları, incəsənətin janr və üslub xüsusiyyətləri, iqtisadi münasibətlərin formaları, 
siyasi mədəniyyət təzahürləri və s.) mədəni nümunələr ola bilər. Etnomilli mədəniyyət nümunələri xüsusilə 
davamlıdır. 
Konkret mədəniyyət nümayəndələrinin fəaliyyətindəki mədəni nümunələrin, normaların bütöv 
komplekslərini mədəni özək adlandırmaq qəbul olunmuşdur. Bu, əsrlər  ərzində qorunub saxlanılan fenomendir, 
xalqın fərdi mahiyyəti ilə  sıx bağlıdır. Mədəniyyətin özəyi onun ayrı-ayrı komponentlərinin münasibətlərini 
nizamlayan özünəməxsus katalizatordur; o, məlum mədəniyyətin digər mədəniyyətlərlə qarşılıqlı  təsirində onun 
identikliyini mühafızə edib saxlamağa imkan verir. 
Mədəni normalarla və nümunələrlə müqayisədə adətlər daha bütöv xarakterə malikdir. Mədəni 
tənzimləmənin bir forması olan adətlər adamların konkret davranışını sosial cəhətdən  əhəmiyyətli vəziyyətlərdə 
ifadə edir. Ənənə anlayışı adətlərlə müqayisədə daha geniş məna kəsb edir. O, təkcə davranış stereotiplərini deyil, 
həm də nəsildən - nəslə ötürülən sosial-mədəni irsin bütün həcmini əhatə edir. Ənənələr zamanın tələblərinə uyğun 
olaraq, dəyişikliklərə uyğunlaşa bilər. Onlarda sabitləşdirici və dinamik ünsürlər sıx 
[314 - 315]
 çulğalaşmışdır. 
Onlar yeni ünsürləri özündə birləşdirə bilər, formaca və  məzmunca dəyişə, yeniləşə bilər.  Ənənələrdə xalqın 
təcrübəsini nəsildən-nəslə ötürmək, başqa xalqların praktikasındakı faydalı ünsürləri seçmə qaydasında əks etmək 
xüsusiyyəti vardır. 
Rituallar, mərasimlər mühüm nizamlayıcı  əhəmiyyətə malikdir. Ritual-mərasim davranışı xeyli dərəcədə 
formallaşmışdır. Böyük simvolik mənası olan belə davranış sosial əlaqələrin möhkəmlənməsində, mədəni varisliyin 
qorunub saxlanılmasında müəyyən rol oynayır. 
Normativ-etalon ünsürün müxtəlif vahidlərini müqayisə etsək, onların müəyyən fərqlərini görmək olar. Belə 
ki, konkret insanın yerinə yetirdiyi mədəni normalar və nümunələr bir çox cəhətdən avtomatik xarakter alır. Onlar 
insan fəaliyyətinin bütün tərəflərinə  dərindən nüfuz etmişlər. Adətlər,  ənənələr, rituallar, mərasimlər isə  mədəni 
norma və nümunələr komplekslərindən ibarət olub, daha çox demonstrativ xarakterə malikdir. 
4. İnformasion ünsür. Bu ünsür ətraf aləm haqqında məlumatları ifadə edir. Həmin məlumatlar gerçəkliyin 
başa düşülməsində qeyri-müəyyənliyi azaldır. Mədəni normalar, işarələr və simvollarla yanaşı biliklər, təsəvvürlər 
və s. mühüm informasiya imkanların malikdir. Hər bir xalqın miflərdə, incəsənətdə, gündəlik təsəvvürlərdə və s.-də 
formalaşdırdığı, təsbit etdiyi dünya mənzərəsi informasion ünsürün ayrılmaz tərkib hissəsidir. O, müxtəlif 
amillərdən (xalqın tarixi praktikası, təbii landşaft, beynəlxalq  əlaqələr və s.) ibarətdir. Elmi fikir bu mənzərənin 
formalaşmasına öz töhfəsini verir. 
Keçmiş  və indiki mədəniyyətlərin çox geniş  rəngarəngliyindən danışmaq olar. XIX əsrdən başlayaraq, 
tədqiqatçılar müxtəlif xalqların müxtəlif tarixi dövrlərə aid olan mədəniyyətlərini müqayisəli şəkildə öyrənməyə
onlarda təkrar olunan ünsürləri,  ən mürəkkəb kompleksləri ayırd etməyə  cəhd göstərmişlər. Bu əsasda 
mədəniyyətin universal modelini 
[315 - 316]
 yaratmaq kimi mürəkkəb vəzifəni reallaşdırmağa çalışmışlar. Lakin 
nəticədə  mədəniyyətin fundamental xarakteristikalarını sadalamaq və nəzərdən keçirmək yolu ilə getmişlər. Belə 
xarakteristikalar müxtəlif müəlliflərdə müxtəlifdir (4-dən təxminən 50-yə  qədər). Tədqiqatçıların universal hesab 
etdikləri ünsürlər və xüsusiyyətlər sırasına bunlar aiddir: dil, nitq, sosial təşkil, qohumluq sistemləri, birgə əmək və 
əmək bölgüsü, böyüməkdə olan nəslin təlimi və təhsili, müəyyən qadağanlar sistemi, dəfn mərasimləri, dini kultlar, 
adətlər və s. 
Tədqiqatçılar mədəniyyət universalilərini də ayırd edirlər. Mədəniyyət universaliləri dünya mənzərəsinin hər 
bir xalqın mədəniyyətinə xas olan fundamental kateqoriyaları kimi nəzərdən keçirilir. 
Araşdırmalar göstərir ki, istər universal modelin, istərsə  də  mədəni universalilərin  əsası insanın davamlı 
antropoloji xarakteristikalarına, habelə onun mövcudluq şəraitinə söykənir. Lakin bu ümumiliklə yanaşı çoxsaylı 
fərqli  əlamətlər də vardır.  İnsan birlikləri müxtəlif təbii və sosial həyat  şəraitində yaşadıqlarına və ona 
uyğunlaşmalı olduqlarına görə onların mədəni inkişafı bir-birindən fərqli xüsusiyyətlər kəsb etmişdir. Müxtəlif 
mədəniyyətlərin ümumbəşəri əsası rəngarəng etnik-milli və mədəni-sivilizasion xarakteristikalarla, xüsusiyyətlərlə 
tamamlanır. 


125 
 
Mədəniyyəti müxtəlif  əsaslara görə  tərkib hissələrə ayırırlar. Lakin araşdırmalar göstərir ki, təklif edilən 
variantlar çox zaman bütün mədəniyyətin tərkibini deyil, yalnız onun ayrı-ayrı məkanlarını və ya altsistemlərini əks 
etdirir. 
Mədəniyyətin quruluşunun  ən sadə modeli onun maddi və  mənəvi mədəniyyətə ayrılmasıdır. Belə 
təsnifatdan həm gündəlik praktikada, həm də elmdə geniş istifadə olunur. Maddi mədəniyyət dedikdə, 
mədəniyyətin bütün predmetləri və maddi obyektləri,  əlaqə kanalları (yollar, informasiya şəbəkələri), habelə 
mədəni praktikaya qoşulmuş təbii - landşaft hadisələri başa düşülür. Mənəvi mədəniyyət dedikdə isə 
[316 - 317]
 
mənəvi sərvətlərin (obrazlar, biliklər, təsəvvürlər, dəyərlər, simvollar və s.) geniş məkanı başa düşülür. 
Mədəniyyətdə müxtəlif məzmun - tarixi qatları və tərkib hissələri ayırd etmək baxımından onun bölgüsü də 
təklif edilmişdir. Bu halda qeyd edilir ki, qədim dünyanın mədəniyyətlərindən başlayaraq, sosial diferensiasiyanın 
dərinləşməsi zəminində xalq mədəniyyəti fenomeni formalaşmışdır, Müasir şəraitdə bu mədəniyyətin dəqiq 
cızılmış hüdudları yoxdur. Bu anlayış daha çox bəzi etnik və ya ümummilli invarianta, ənənələrdə təsbit olunan və 
inkişaf etdirilən dəyər-normativ və  məna məzmunlarının məcmusuna müncər edilir. Xalq mədəniyyətinin 
yaradıcıları  həm aşağı  təbəqələr, həm də müxtəlif təbəqələrin nümayəndələridir.  İnsanın öz mədəniyyətinə 
mənsubluq  şüuru, öz xalqına mənəvi yaxınlığı, müasir sosial kontekstdə xalq ənənələrinə adaptasiyası indiki 
şəraitdə xalq mədəniyyətinin mühüm xarakteristikalarıdır. 
Kütləvi mədəniyyət yeni dövrün fenomenidir. Bu fenomen obyektiv surətdə industrializasiya prosesləri ilə 
təşəkkül tapır və hazırda postindustrial, informasion mədəniyyətə keçidin təsiri altında inkişaf edir. Kütləvi 
mədəniyyət son əsrlərdə Qərbi Avropa xalqlarının obyektiv inkişaf qanunauyğunluğunu əks etdirir. Bu prosesdə adi 
ənənəvi mədəniyyət geniş miqyaslı birliklərin, habelə konkret subyektlərin tələbatlarını ödəyə bilmədi. Ona görə də 
müxtəlif fəaliyyət sahələrində kütləvi mədəniyyətin rəngarəng təzahürləri meydana gəlirdi. Kütləvi ümumtəhsil 
məktəblərinin formalaşması, kütləvi kommunikasiya vasitələrinin inkişafı, siyasi həyatda kütləvi hərəkatların və 
partiyaların meydana gəlməsi, kütləvi istehlakçı  tələbatlarının, standartlarının qərarlaşması  və s. - bütün bunlar 
kütləvi mədəniyyətə ehtiyacı  şərtləndirirdi. Kütləvi mədəniyyət məhsulları peşəkarlar - kütləvi tələbat, təhsil, 
siyasət, kütləvi incəsənət, reklam sahəsində çalışan mütəxəssislər tərəfındən yaradılır. Bu məhsullar bütün dünyaya 
yayılır; onların bir çoxunda etnik-milli 
[317 - 318]
 əlamət axtarmaq mənasızdır. Həmin məhsulların hazırlanması 
daha çox kommersiya məqsədlərinə tabe edilmişdir. 
Əksmədəniyyət özündə elə ustanovkalar cəmləşdirir ki, onlar hakim mədəniyyətə qarşı durur, inkişafın 
alternativ prinsiplərini, yəni mənəvi yönümləri irəli sürür. Əksmədəniyyət hadisəsi xalqların inkişafını 
dinamikləşdirən amillərdən biri kimi XX əsrin ikinci yarısında tədqiqatçıların diqqətini cəlb etmişdir.  Əvvəlki 
fəaliyyət normalarının, mənəvi yönümlərin zəifləməsi və yenilərinin doğulması çox zaman ictimai təbəqələşməyə, 
müəyyən sosial qüvvələrin fəallaşmasına səbəb olur. Bu dəyişikliklər ideyalarda, bütöv təbəqələrin fəaliyyətində 
aydın ifadə olunduqda cəmiyyətdə yeniləşmə meylləri güclənir. Nəticədə  əksmədəniyyətin formalaşması üçün 
zəmin yaranır. Yeni təsəvvürlər müəyyən dövr ərzində əsas nümunələrə münasibətdə innovativ xarakterini saxlayır, 
lakin zaman keçdikcə onların xeyli hissəsi hakim mədəniyyətə inteqrasiya oluna bilər. 
Mədəniyyətin quruluşunu onda müxtəlif submədəniyyətlərin olması baxımından nəzərdən keçirmək olar. 
Submədəniyyətlər hakim mədəniyyətin tərkib hissələri olub, öz normativ quruluşu, dəyərləri,  ənənələri ilə 
bütövlükdə mövcud mədəniyyətdən fərqlənirlər. Onlar sosial birliklərlə - mədəniyyətin daşıyıcıları ilə sıx bağlıdır. 
Bu halda şəhər və  kənd submədəniyyətini, habelə silklərin, təbəqə  və siniflərin submədəniyyətini ayırd edirlər 
(məsələn, mühüm əlamətlərə görə Qərbi Avropada cəngavər mədəniyyəti, sonra zadəgan mədəniyyəti, daha sonra 
isə burjua mədəniyyəti ayırd edilmişdir). Keçmişdə əkinçi xalqların kəndli mədəniyyəti üçün spesifik həyat tərzi, 
xüsusi təsərrüfat formaları və əmək ritmi, habelə bədii praktikanın folklor növləri (miflər, nağıllar, atalar sözləri, 
incəsənətin tətbiqi növləri və s.) səciyyəvi olmuşdur. Hazırda Asiyanın, Cənubi Amerikanın, Afrikanın bir sıra 
ölkələrində həmin mədəniyyət qalmaqdadır. 
Müasir  şəraitdə  həyat fəaliyyətinin stratifikasiya formaları  əsasında submədəniyyətlərin formalaşması 
prosesi 
[318 - 319]
 nəzərə çarpmır. Məsələn, orta sinfin müxtəlif təbəqələri arasında mədəni fərqlər həyat tərzinin 
mədəni üslub xüsusiyyətlərinin fərqliliyinə müncər edilir. Lakin müasir cəmiyyətdə sosial meyarlara görə ayırd 
edilən bir sıra submədəniyyətlər inkişaf etməkdədir. Məsələn, tədqiqatçılar elitar mədəniyyəti - cəmiyyətin 
imtiyazlı qruplarının submədəniyyətini, yoxsulluq mədəniyyətini - ən yoxsul qrupların elitar mədəniyyətə  əks 
qütbdə inkişaf edən mədəniyyətini, gənclər submədəniyyətini - müasir şəhər mühitində formalaşan və  gəncləri 
əhatə edən mədəniyyəti, etnik-milli submədəniyyətləri (xüsusən milli-etnik tərkibi rəngarəng olan ölkələrdə), 
habelə ərazi (regional) submədəniyyətlərini ayırd edirlər. 
Tədqiqatçılar mədəniyyətin quruluşunun bütöv modellərini də  işləyib hazırlamışlar. Bu halda həmin 
modellərin tərkib hissələri vahid meyarlara görə ayırd edilir. Belə olduqda ayrı-ayrı hissələr arasında qarşılıqlı 
surətdə əlaqəli olan münasibətləri görmək mümkündür. Mədəniyyətin morfoloji modeli bu baxımdan diqqəti cəlb 
edir. Həmin modeldə  təsnif üçün tarixi formalaşma və funksional-məzmun müstəqilliyi kimi meyarlar 
götürülmüşdür. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə