126
Morfoloji modeldə mədəniyyətin iki səviyyəsi qeyd olunur: adi (gündəlik) mədəniyyət və ixtisaslaşdırılmış
mədəniyyət. İnsanların təşkili üsulları, mədəni təcrübənin qorunub saxlanılması və istifadə edilməsi bu
səviyyələrdə bir -birindən fərqlənir.
Adi mədəniyyət insanların gündəlik həyat dünyasını mühafızə etməklə bağlıdır. İnsan həyatının ilk
günündən son gününə qədər onun hüdudlarında (ailədə, yaxın dostlarının əhatəsində, qeyri-formal qarşılıqlı təsir
prosesində) inkişaf edir. Burada fəaliyyətin sərt təlimati formaları yoxdur, insanın fəallığı dəyişkən xarakter daşıyır,
öz mənafe və tələbatlarının reallaşmasına yönüm əsas cəhətdir.
İxtisaslaşdırılmış mədəniyyət ictimai əmək bölgüsü ilə əlaqədardır, fəaliyyətin sistemli - təsisatlı sferalarının
(əmək, idarəetmə, təhsil, xidmət, peşəkar incəsənət və s.) olmasını
[319 - 320]
nəzərdə tutur. Burada fəaliyyət daha
rasional xarakter daşıyır; insana hər şeydən əvvəl işçi, vəzifəli şəxs kimi yanaşılır.
Mədəniyyətin hər iki səviyyəsi şaquli bölgü üzrə funksional baxımdan müstəqil sferaların ayırd edilməsi ilə
tamamlanır: təsərrüfat mədəniyyəti; siyasi mədəniyyət; hüquqi mədəniyyət; dini mədəniyyət; fəlsəfı mədəniyyət;
bədii mədəniyyət (incəsənət); elmi mədəniyyət; rekreasiya sferası (sağlamlığın qorunmasına yönəlmiş mədəni
fəaliyyət sahəsi).
Qeyd edilən vahidlərlə yanaşı mədəni praktikanın elə sahələri də ayırd edilir ki, onların vəzifəsi
mədəniyyətin bütün səviyyə və sferaları arasında əlaqəni təmin etməkdir. Buraya təhsil sferası, kütləvi informasiya
vasitələri, habelə mədəniyyət müəssisələri (arxivlər, kitabxanalar, muzeylər, konsert zalları və s.) aiddir.
Mədəni praktikanın səviyyələri və sferaları müəyyən funksiyaların həyata keçirilməsi ilə əlaqədardır. Sosial
praktikada onların hamısı çoxsaylı əlaqə və münasibətlərlə bir-birini tamamlayır. Deməli, onlar arasında keçilməz
hüdudlar yoxdur.
Mədəniyyət statik sistem deyildir; o, daim dəyişir, yeniləşir, müxtəlif hadisə və proseslərlə zənginləşir.
Mədəniyyətin özünəməxsus dinamikası dedikdə elə dəyişikliklər başa düşülür ki, onlar nizamlı xarakter daşısın,
məzmun baxımından müəyyənliyə malik olsun, əsas ictimai meyllərin istiqamətinə uyğun gəlsin.
Bəşəriyyətin mədəni təkamülünün tarixi mərhələləri belə dövrləşdirilir: ibtidai cəmiyyətin mədəniyyəti;
qədim dünya mədəniyyəti; orta əsrlər mədəniyyəti; yeni dövr mədəniyyəti. Buna uyğun olaraq, müxtəlif xalqların
mədəni praktikasının bir neçə mərhələsi və modifıkasiyası ayırd edilir: arxaik tipli mədəniyyət (adətən yazısı
olmayan mədəniyyətdir); ənənəvi tipli mədəniyyət; müasir tipli mədəniyyət.
Ənənəvi və müasir mədəniyyətlər təsərrüfat məşğuliyyətinin aparıcı formalarından və iqtisadiyyatın inkişaf
dərəcəsindən asılı olaraq, aşağıdakı kimi təsnif edilə bilər: ənənəvi
[320 - 321]
tipli mədəniyyət - torpaqbecərmə
mədəniyyəti; köçəri (yaxud yarıköçəri) heyvandarlıq mədəniyyəti; oturaq heyvandarlıq mədəniyyəti; müasir tipli
mədəniyyət - industrial cəmiyyət mədəniyyəti; postindustrial cəmiyyət mədəniyyəti. Mədəniyyətin tarixi tipləri
insanın ictimai təkamülünün xüsusiyyətlərini başa düşməyə kömək edir.
Mədəni dəyişikliklərin bir sıra amilləri mövcuddur. Mədəni dəyişikliklərin amilləri dedikdə, məlum
dəyişikliklərin əsasını təşkil edən, onları reallaşdıran hərəkətverici qüvvələr, mənbələr və şərait başa düşülür. Aydın
məsələdir ki, bu və ya digər amilin fəaliyyəti müəyyən tarixi şəraitdə ön plana keçə bilər.
Mədəni dəyişikliklərin əsasını təşkil edən başlıca amillər aşağıdakılardır:
a) təbii-ehtiyat amilləri. Bu amillər mədəniyyətin bir çox sahələrinə (təsərrüfat məşğələləri, əmək alətlərinin
təkmilləşməsi, əhalinin həyat tərzi) ciddi təsir göstərir.
b) mədəniyyət formalarının məkan yerləşməsi. Onların tam yerləşməsi ərazinin mədəni baxımdan
mənimsənilməsini sürətləndirir.
c) müxtəlif mədəniyyətlərin qarşılıqlı təsiri. Bu, bir mədəni birliyin digərinə nüfuz etməsinə və qarşılıqlı
zənginləşməyə imkan verir.
ç) sosial institutlar və münasibətlər. Amillərin bu qrupu bəzi mədəni dəyişiklikləri dinamikləşdirir.
d) mənəvi-ideya amilləri. Bu, mədəni fəaliyyətin ideyalarını, dəyərlərini, bütöv proqramlarını əhatə edir.
e) rasional tədqiqatlar və idarəetmə. Müasir şəraitdə real vəziyyəti aşkara çıxarmaq və mədəni yeniləşməyə
kömək etmək üçün rasional tədqiqatlar aparmağın, idarəetməni optimallaşdırmağın əhəmiyyəti getdikcə artır.
Mədəni dinamika müxtəlif formalarda həyata keçirilir. Bu formalar mədəni dəyişikliklərin istiqamətinə,
məzmununa, intensivliyinə, nəticələrinə görə bir-birindən fərqlənir. Dəyişikliklərin aşağıdakı formalarını qeyd
etmək olar:
[321 - 322]
1) tsiklik, yaxud dalğavari dəyişikliklər. Bu halda mədəni praktika öz inkişafında müxtəlif mərhələlərdən,
fazalardan, tsikllərdən keçir.
2) mütərəqqi (proqressiv) dəyişikliklər. Bu halda dəyişikliklər yüksələn xətlə sosial baxımdan
məqsədəuyğun mədəni keyfiyyətlərin toplanması şəraitində baş verir.
3) qeyri-mütərəqqi (reqressiv) dəyişikliklər. Bunlar mütərəqqi dəyişikliklərə əksdir; belə dəyişikliklər
mədəniyyətin məqsədəuyğun keyfıyyətlərinin azalmasını, böhranlı əlamətlərin artmasını, xaosun yaranmasını sübut
edir.
127
4) mədəni partlayış. Bu, durğunluğa əks olan, nəticələri çətin proqnozlaşdırılan rəngarəng və sürətli
dəyişikliklərlə, qeyri-sabit sosial-mədəni proseslərlə xarakterizə olunur.
5) mədəni durğunluq. Bu, uzunmüddətli dəyişməzlik, süstlük vəziyyəti ilə səciyyələnir. Bəzən mədəni
dinamikanın xarakterini və istiqamətini müəyyənləşdirmək çox çətin olur. Baş verən dəyişikliklərin mənasını
aydınlaşdırmaq üçün müəyyən vaxt tələb olunur. Nəzərə almaq lazımdır ki, mədəniyyətin zənginləşməsi kimi
ümumi proses çərçivəsində onun ayrı-ayrı hissələrinin tənəzzülü, yaxud deqradasiyası baş verə bilər. Məsələn,
universal şəhər mədəniyyəti normalarının geniş yayılması əslində əyalət mədəniyyətinin tənəzzülünə səbəb olur.
6) mədəni böhran. Bu vəziyyət üçün xaotik meyllərin artması, ziddiyyətlərin çoxalması, sosial praktikanın
bu və ya digər sahəsində ənənələrlə innovasiyalar arasında ayrılığın olması səciyyəvidir.
7) mədəni fəlakət. Böhran dərinləşərək, mədəni fəlakətə keçə bilər. Bu halda praktikanın bu və ya digər
sahəsinin, bəzən bütün mədəniyyətin əvvəlki qaydada fəaliyyəti mümkün olmur, mədəni varislik itir. Tarixən
ərazilərin hərbi işğalı nəticəsində bütöv mədəniyyətlərin yoxa çıxmasına dair faktlar məlumdur.
Mədəni dəyişikliklərin rəngarəng formaları sübut edir ki, mədəni dinamika ən müxtəlif, ziddiyyətli
proseslərin,
[322 - 323]
meyllərin qarşılıqlı əlaqə və təsiri şəraitində baş verir. Çox mühüm dinamik meyllərin aşkar
və gizli keyfiyyətləri, təzahürləri dəqiq müəyyənləşdirilməli, əsaslı keyfiyyət təhlili aparılmalıdır.
Azərbaycan mədəniyyəti çoxəsrlik ənənələri olan, keyfiyyət spesifikliyini qoruyub saxlayan, dinamik
inkişaf edən mədəniyyətdir. Müstəqillik şəraitində öz tərəqqisi üçün yeni imkanlar əldə edən bu mədəniyyət dünya
mədəniyyətinin nailiyyətlərindən yaradıcılıqla istifadə etməklə daha da yeniləşir, zənginləşir.
[323-324]
128
Ədəbiyyat siyahısı
Azərbaycan dilində
1. Abdullayev E. Dağlıq Qarabağ problemi beynəlxalq hüquq müstəvisində. B., 2004.
2. Abdullayev Ə. . Dil, siyasət, sosial tərəqqi. B., 1985.
3. Abbasova Q. Y. Elmin və təhsilin sosiologiyası. B., 2002.
4. Abbasova Q., Hacıyev Z. Sosial fəlsəfə. B., 2001.
5. Ağayev T. B. Sosiologiyaya dair sxemlər. B., 2002.
6. Azərbaycan Respublikasının Konstitusiyası. B., 1995.
7. Azərbaycan Respublikasının ailə məcəlləsi. B., 2006.
8. Azərbaycanın statistik göstəriciləri. B., 2006.
9. Cavadova H. Q. G. Zimelin sosioloji konsepsiyası. B., 2007.
10. Cozef E. Stiqlitz. Qloballaşma və onun doğurduğu narazılıqlar. B., 2004.
11. Demokratiya: gediləsi uzun bir yol. B., 2002.
12. Əfəndiyev M. Siyasi və hüquqi təlimlər tarixi. B., 2002.
13. Əfəndiyev M. , Şirinov A. Sosiologiyanın nəzəri problemləri. B., 2001.
14. Əmirov M. İlham Əliyev. Bizim siyasətimiz bizim işimizdi. B., 2007.
15. Əliyev H. Ə. Müstəqilliyimiz əbədidir. B., 1997, 2004.
16. Əzimov K. A. , Həsənov R. M. Sosiologiya. B., 2003.
17. Fəlsəfə ensiklopedik lüğəti. B., 1997.
18. Xəlilov S. S. Lider. Dövlət. Cəmiyyət. B., 2001.
19. Xəlilov S. S. Təhsil, təlim, tərbiyə. B., 2005.
20. Hüquq ensiklopedik lüğəti. B., 1991.
21. İmanov H. R. Fəlsəfənin əsasları. B., 2007.
22. Quliyev R. Sosiologiya: nəzəriyyə və tədqiqat metodologiyası. B., 1995.
23. Quliyev T. Ə. Əməyin iqtisadiyyatı. B., 2003.
24. Quliyev T. Ə. İdarəetmənin əsasları. Bakı, 1993.
[324 - 325]
25. Qurbanov F. Elmə sinergetik yanaşma. B., 2005.
26. Mehdiyev R. Azərbaycan: tarixi müstəqillik fəlsəfəsi. B., 2001.
27. Məmmədova A. N. Sosial ekologiya. B., 2007.
28. Məmmədov Ə. Elmi idrak və onun inkişaf dialektikası. B., 1998.
29. Mərdanov M. , Quliyev Ə. Azərbaycan Respublikasının dövlət rəmzləri. B., 2001.
30. Ümumi sosiologiya. Professor Z. T. Qalenkovanın redaktorluğu ilə. Tərcüməçi fəl.e.d., prof. Rüstəmov
İ. B. , 2007.
31. Rüstəmov İ. Azərbaycanda təbii-elmi biliyin inkişafının fəlsəfi problemləri. B., 2001.
32. Şəfiyev Ü. Konfliktologiya: siyasi - sosioloji təhlil. B., 2002.
33. Şirəliyev H. , Əhmədov Ə. Politologiya. B., 1997.
34. Şirəliyev H. , Vahidov F. Ahəngdar inkişaf etmiş şəxsiyyətin formalaşması. B., 1987.
35. Sosiologiya. B., 1994.
36. Vahidov F. Ağayev T. Sosiologiya. B., 2005.
Rus dilində
37. Аббасова К. Я. Философия в современной системе культуры. Б., 2007.
38. Абдулатипов П. Г. Природа и парадоксы национального «Я»., М., 1991.
39. Антонов А. И. , Медков В. М. Социология семьи. М., 1996.
:
40. Антонов А. И. Микросоциология семьи. М., 1998.
41. Андреев Ю. П. , Коржевская Н. М. и др. Социальные институты: Содержание, функции,
контроль. Свердловск., 1989.
42. Амелин В. Н. Социология политики. М.,1992.
43. Аристотель. Политика. М., 1995.
[325 - 326]
44. Арон Р. Этапы развития социологической мысли. М., 1993.
45. Асмолов А. Г. Психология личности. М., 1990.
46. Ахмедли Дж. Т. , Рагимов А. А. Измерение и анализ данных в социологии. Б., 2002.
47. Бабаков В. Г. Кризисные этносы. М., 1993.
48. Бжезинский 3. Великая шахматная доска. М., 1999.
129
49. Беляева Л. А. В поисках «среднего класса» // Соц. ис-след. 1999. №7.
50. Бердяев Н. О человеке, его свободе и духовности: Избр. труды. М., 1999.
51. Бромлей Ю. В. Очерки теории этноса. М.,1983.
52. Буданцев Ю. П. Социология средств массовой информации. М., 1997.
53. Бурдье П. Социология политики. М.,1993.
54. Валентей Д. И. , Кваша А. Я. Основы демографии. М., 1989.
55. Вебер М. Основные понятия стратификации // Соц. исслед. 1994. № 5.
56. Виханский О. С. Стратегическое управление. М.,1999.
57. Волков Ю. Г. Социология. М, 2004.
58. Галкин А. А. Тенденции изменения социальной структуры. //Соц.исслед. 1998. № 10.
59. Гараджа В. И. Социология религии. М., 1996.
60. Гелнер Э. Нации и национализм. М., 1991.
61. Гидденс Э. Социология. М., 1999.
62. Гревцов Ю. И. Очерки теории и социологии права: Учебное пособие. СПб; 1996.
63. Ерасов Б. С. Социальная культурология. М., 1996.
64. Зеленов Л. А. Социология города: для вузов. М., 2000.
65. Земски М. Семья и личность. М., 1999.
66. Зиммел Г. К. Социология религии //Избранное: В 2 т. М., 1996.
67. Иванов В. Н. , Сергеев В. К. Человек, культура, город. М., 2002.
[326 - 327]
68. Иманов Г. Социально - классовая структура развитого социализма. Б., 1985.
69. Ионин Л. Г. Социология культуры. М., 1996.
70. Карбонье Ж. Юридическая социология /Пер. с франц./. М., 1986.
71. Клямкин И. М. Политическая социология переходного общества (Политические исследования,
1993. №4.)
72. Козлов В. А. , Суслов Ю. А. Конкретно-социологические исследования в области права:
Учеб.пособие. Л., 1981.
73. Конфликтная этничность и этнические конфликты. М., 1994.
74. Кравченко А. И. История менеджмента. М., 2000.
75. Кравченко А. И. Социология. М., 2006.
76. Кравченко А. И. Социология. Общий курс. М., 2002.
77. Кудрявцев В. Н. , Казитирчук В. П. Современная социология права: Учебник. М., 1995.
78. Малиновский Б. Магия, наука и религия. М., 1998.
79. Маскаленко В. В. Социализация личности. Киев, 1996.
80. Медков В. М. Демография. М., 2004.
81. Мертон Р. Социальная теория и социальная структура //Соц.исслед. 1992. № 2,3,4.
82. Межэтнические отношения и конфликты в постсоветских государствах. М., 1999.
83. Менеджмент организации. М., 1995.
84. Михайлова Л. И. Социология культуры. М., 1999.
85. Национальные процессы в СССР. М., 1991.
86. Парсонс Т. О структуре социального действия. М., 2000.
87. Пригожий А. И Организация: система и люди. М., 1983.
88. Пригожий А. И. Социология организации. М. , 1980.
89. Радугин А. А. , Радугин К. А. Социология: Курс лекций. М.,2001.
90. Россия и ее соседи. Соотношение национальных интересов внутри СНГ. М., 1999.
[327 - 328]
91. Руткевич М. Н. Макросоциология. М., 1995.
92. Рысь Ю. И. , Степанов В. Е. Социология. М., 2005.
93. Современная западная социология. Словарь. М., 1990.
94. Сорокин П. А. Система социологии. М., 1993.
95. Сорокин П. А. Социальная стратификация и мобильность//Человек. Цивилизация. Общество. М.,
1992.
96. Социальное расслоение и социальная мобильность. М., 1999.
97. Социальные структуры и социальные субъекты. М., 1992.
98. Социология. М., 2002.
99. Социология. Основы общей теории. М., 2002.
100. Социология. Учебник. М., 2002.
101. Социология семьи: Учебник / Под ред. проф. А. И. Антонова. М., 2005.
130
102. Тихонова Н. Е. Динамика социальной стратификации в постсоветском обществе
//Общественные науки и современность. 1997. № 5.
103. Томилин В. Ф. Сельская среда обитания: социология, экология, экономика. Акмола, 1992.
104. Тощенко Ж. Т. Социология. Общий курс. М, 2001.
105. Трансформация социальной структуры и стратификация российского общества. Изд. 3-е. М.,
2000.
106. Удальцова М. В. Социология управления: учебное пособие. Москва-Новосибирск, 1999.
107. Уткин Э. А. Конфликтология. Теория и практика. М.,1998.
108. Филиппов Ф. Р. Социология образования. М., 1989.
109. Фомичев П. Н. Социологические теории национализма. М., 1991.
ПО. Фрейд З. . «Я» и «Оно»: Труды разных лет. Тбилиси, 1991.
111. Фролов С. С. Социология. М., 2002.
112. Харчев А. Г. , Мацковский М. С. Современная семья и ее проблемы. М., 1999.
[328 - 329]
113. Черкасов В. В. , Третьяк В. И. Управленческая деятельность менеджера. Основы менеджмента.
Киев, 1998.
114. Широкова И. Г. Конспект лекции. М., 2001.
115. Юдин Ю. Политические партии и право в современном государстве. М., 1998.
116. Ядов В. А. Стратегия социологического исследования. М., 1998
.[329 - 330]
131
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
F. Q. Vahidov, T. B. Ağayev
SOSİOLOGİYA
(Ali məktəblər üçün dərs vəsaiti)
Texniki redaktor: fəlsəfə elmləri nəmizədi,dosent
Aygün Məmmədova
Kompüter tərtibatçısı:
Azadə İmanova
Yığılmağa verilmişdir 01.02.2008
Çapa imzananmışdır 12.03.2008
Kağız formatı 60x84 116
Hh həcmi 21
Tiraj 1000
Təknur MMC-nin mətbəəsində çap edilmişdir
Ünvan: H. .Cavid 31
Dostları ilə paylaş: |