23
Ayrı-ayrı xəz-dəri yarımfabrikatlarının sortu çox müxtəlifdir. Qış növlərinin
çoxusu 1-ci,2-ci,3-cü sortlara bunların yaz növləri isə 1 və 3-cü sortlara ayrılır. 1-ci
sorta dolğun tülkü və bütün sahəsində cod tükləri,hamar və tiftik tük dəsti sıx: 2ci
sorta nisbətən az dolğun,belində və boynunda cod tükü və tikftik tükü nisbətən qısa
olan: 3cü sorta isə tükləri seyrək və cod tükü və tiftik tükü qısa xəz dərilər daxil
edilir. Ev dovşanının dərilərində olan yarımfabrikatlar əla,1,2,3 sorta it dərisindən
olanlar 1,2,3 sorta,qoyun dərisindən olanlar isə 1 və2ci sorta ayrılır. Ən çox sort
bölgüsü xalis cinsli qara rəngli buxara dərilərində rast gəlinir. Bunlar 30 sorta
bölünür və sortlar hərflər vasitəsilə işarələnir(PPP,PP,P,E,EA,İ,İİ,Z,N və.s).
Nöqsan qrupları şərti işarə olmaqla dəridə tikişləri, keçəlliliyi, sürtülmüş
yerləri, yatıq tükləri, düyünləri və.s nöqsanları xarakterizə edir. Bundan başqa
dərinin bu və ya digər hissəsinin,məsələn,başının pəncələrinin və quyruğunun
çatmaması da qüsur sayılır.
Xəz dəri yarımfabrikatlarının bu və ya digər nöqsan qruplarına salınması bir
qayda olaraq ,bal sistemi üzrə aparılır. Dəridə müşahidə olunan hər bir nöqsan
(keçəl,sürtülmə yerləri və.s), habelə tikiş yerləri həmi dəri növünün standartına və
texniki şərtlərinə əsasən bal vahidlərinin ümumi sayına görə qruplaşdırılır.
Qış mövsümlü xəz yarımfabrikatları
.
Xəz yarımfabrikatları qış növlərinin
çeşidi çox müxtəlifdir. Aşağıda bunlardan ən çox yayılmışların xarakteristikası
verilir.
Mişovul-çox yayılmış xəz növüdür, bunun tükü qara rəngdən başlamış açıq
boz və kül rənginə bənzər boz və kerənə çalan rəngə qədər olur. Mişovul daha çox
təbii aşılanmış halda buraxılır, kryaja,o cümlədən, Yakutiya, Zabaykal, amur və.s
bölünür.
Tülkü-bir neçə növdə rast gəlinir. Buraya Karaqanda tülküsü, qırmızı tülkü,
bozdöş tülkü, gümüş-qara tülkü, platin rəngli tülküvə.s daxil olur.Karaqanda
tülküsü Zaqafqaziya və Orta Asiyada yayılmışdır. Bu tülkünün tükü cod, qaba və
24
bozumtul kürən rəngində olur. Karaqanka tülküsü təbii aşılanmış,boyalanmış və
gümüşü-qar tüklüyə bənzədilmiş halda satışa daxil olur.
Qırmızı tülkünün rəngi yaşadığı rayondan asılı olaraq al qırmızıdan
başlayaraq solğun qırmızıya qədər çalır.Qırmızı tülkü təbii aşılanmış olur və
rənginə, tülkünün yumşaqlığı və sıxlığına görə 6 qrupa bölünür. Hazır məmulatda
təbii rəngdə aşılanmış qırmızı tülkü kryajlarının(Kamçatka tülküsü,Yakutiya
tülküsü,Lena tülküsü,Amur tülküsü və.s) görə ayrılır. Qırmızı tülkünün tükü
qara,qəhvəyi və bozumtul rənginə boyanır və habelə gümüşü-qara və qonur-qara
tülkülərə bənzədilir. Qara və qəhvəyi rənglərə boyanmış dərilərdə çox zaman
porsuq, ağ, ayı, it və çəpiş dərisindən qoparılan ağ tüklər yapışdırılır. Qırmızı
tülkülərdən şırxılmış və qara,yaxud digər rənglərə boyanmış xəz-dəri az rast gəlir.
Bozdöş tülkünün tük örütüyü qonur-tünd, qonur və açıq-qonur rənglərdə
olur. Tük örtüyünün yumşaqlığına görə bu tülkünün dərisi yumşaq və (əksəriyyəti
Qafqaz kryajı) cod xəz dərilərə bölünərək aşılanmış təbii növdə buraxılır.
Qara-gümüşü tülkünün cod tükünün bir hissəsi bozumtul aspid
şəklində,yaxud dibi qara,ortası gümüşü və ucu yenə qara rəngdə olur. Əsas tük
örtüyünün rənginə görə tülkülər 3 rəngə bölünür və bunlara qara, habelə açıq-
gümüşü və belində tünd zolağı olan tünd qonur rəngə çalan olur. Tülkünün
dərisindəki gümüşü tüklərin miqdarına görə 30-dan 60%-ə qədər,60-dan 90%dək
və 90-dn 100%-ə qədər gümüşü rəngli tükü olan tülkü dərilərin bölünür. Gümüşü-
qara rəngli tlkülərin bir növünü də ağızburnu ağ rəngli olan tülkülər təşkil edir.
Platin rəngli tülkülərdə cod tükün çox hissəsi ucu qaramtıl-ağ tüklərdən,
habelə xalis ağ və xalis tüklərdən ibarət olur, bunların tiftik tükləri isə açıq boz
rəngə çalır.
Şimal tülküsü-tülkü fasiləsinin xüsusi bir növünü təşkil edir. Bunlar 2
rəngdə, yəni mavi və ağ rənglərdə rast gəlir. Ağ tülkü xəzi aşılanmamış halda 3
qrupa və hər qrup isə 2 kryaja bölünür.
25
Dovşan-3 növə yəni ağ dovşan,çöl dovşanı və boz dovşan xəzlərinə ayrılır.
Boz dovşan xəz dəri üçün demək olar ki,tədbiq olunmur. Ağ dovşanın tükü
qar kimi ağ, qulaqlarının ucu isə qara ləkəli olmaqla bunlar təbii aşılanmış və
bahalı xəzlərə, məzələn, dəniz pişiyinə, kor siçana və belə xəzlərə bəzədilmiş,
habelə qara və digər rənglərə boyanmış halda buraxılır.
Çöl dovşanının-tükü çox zaman bozumtul rəngdə cod tükləri is tünd
olur.Bunlar təbii aşılanmış və boyanmış halda buraxılır.
Su samuru-olduqca qiymətli xəz yarımfabrikatıdır.Su samuru həm
davamlı,həm də gözəl olmaqla çox zaman uzun tükləri didilmiş halda rast gəlir. Su
samurunun xəzi şabalıd rəngində(ən bahalısı),açıq qəhvəyi,qum rəngində və
qırmızıya çalar(ən ucuz) olur. Boyanmış su samuru dəniz pişiyinə bənzədilərək
qara rəngdə buraxılır. Su samurundan boyunluqlar və baş geyimləri hazırlıanır.
Qunduz-suda yaşayan heyvanın dərisidir və bu xeyli iri olur. Qunduz xəzinin
rəngi adətən, bozumtul qəhvəyi olmaqla təbii halda və cod tükləri qopardılmaqla
satışa buraxılır. Bu xəzdən boyunluq, papaq və digər məmulat hazılanır.
Dələ-2 növdə olur. Bunlardan birinə yumşaq yaxud meşə dələsi və 2cisinə dağ
və yaxud qayalıq dələsi deyilir. Yumşaq dələ dərisinin tiftiyi boz olmaqla açıq
qəhvəyidən(qum rəngi) tutmuş göyümtül boz olmaqla tünd şabalıdı rəngdə rast
gəlir.Dağ dələsinin tükləri meşə dələsinə nisbətən cod,tiftiyi isə ağımtıl və
boğazında ağ ləkəli olur.Meşə dələdində bu ləkə sarıya çalır. Dələ xəzi başlıca
olaraq qadınlara məxsus boyunluqlara sərf edilir.
Samur-zahiri görünüşcə dələ xəzinə oxşayır və bunlar açıq qəhvəyidən
başlamış tünd qəhvəyi rəngə qədər olur. Samur əksəriyyətcə təbii aşılanmış halda
buraxılır və qadınlara məxsus boyunluqlar və paltolar hazırlanır.
Safsar-3 növdə rast gəlməklə bunlarqara,ağ və xallı olur. Qara safsarın tükü
tünd(cod tükləri parlaq vəqaramtıl-qonur) olur və kryajlara bölünür.Ağ safsarın
tükü açıq olur və xam halda 9 kryaja təbii aşılanmış haıda isə 4 qrupa və
Dostları ilə paylaş: |