Fakültə: Geoloji kəşfiyyat Qrup: 25. Müəllimin adı


Fasiyalar və onların növləri



Yüklə 0,62 Mb.
səhifə26/30
tarix25.09.2023
ölçüsü0,62 Mb.
#123798
1   ...   22   23   24   25   26   27   28   29   30
Lito konspekt

Fasiyalar və onların növləri
Fasiya təlimini litoloji ədəbiyyata ilk dəfə İsveçrə alimi Qresli daxil etmişdir. O, Şotland dənizində Yura çöküntülərini öyrənən zaman orada eyni litoloji tərkibə malik mütəlif şəraitdə əmələ gəlmiş süxur komplekslərini, yəni fasiyaları öyrənmişdir. Fasiya öyrənilərkən müxtəlif alimlər tərəfindən onun haqqında bilgilər daha da dərinləşmişdir, daha xırda və dəqiq məlumatlar əldə edilmişdir. Ümumiyyətlə fasiyanı 3 tipə ayırırlar:

  1. Dəniz fasiyası

  2. Laqun fasiyası

  3. Kontinental fasiya

Dəniz fasiyası – Litoral, sublitoral, dayaz dəniz (dənizdən bar və adalar ayrılmış), litoralın sahilindən uzaqlarda olan, sublitoralın sahilindən uzaqlaşan, mərcan riflərinin, açıq dəniz fasiyalarını göstərə bilərik.
Keçid fasiya – Laqun, laqun-bogaz (təmiz suların daxil olması çətin olan duzlaşmış), laqun və laqun-körfəz (normal duzluluğa, yəni dəniz duzluluğuna yaxın) və nəhayət laqun körfəz (şirin suların axınları ilə) liman fasiyaları və delta fasiyaları aiddir.
Kontinental və qitə fasiyası – Allüvial, dellüvial, prollüvial, ellüvial, göl (şirin göllər), duzlu göllər, bataqlıq və göl bataqlıq, buzlaq və flüvio-qlassial, eol fasiyaları aiddir.
Formasiya
Fasiyaların paragenetik məcmusunun zaman və məkan daxilində az və ya çox dərəcədə davamlı olan yığmaları formasiya adlanır. Formasiyaların yaranması üçün müəyyən tektonik rejim və müəyyən landşaf və iqlim şəraiti tələb olunur. Geotektonik rejim burada aparıcı rola malikdir. Məhz buna görə formasiyaları təsnif edərkən geotektonik prinsip daha əlverişlidir. Bu prinsipə görə geosinklinal, keçid və platforma formasiyaları alınır.
Geosinklinal formasiya-gilli-şistli, vulkanogen-silisli, karbonatlı-kömürlü, molass və s. aiddir.
Keçid formasiya-kömürlü, neft, molass, qırmızı rəngli, laqunlu-duzlu və s. aiddir.
Platforma formasiya-kvarslı-qumlu, qlaukonitli-fosforitli, karbonatlı və bəzi kömürlü və s. digərləri aiddir.
3.Çöküntü toplanmanı yaradan əsas faktorlar
Çökmə differensasiyası zamanı mexaniki, kimyəvi, bioloji və fiziki-kimyəvi proseslərin təsiri altında çökmə materialının növləşməsi (çeşidləşməsi) və ya həll olmuş və qazvari hissəciklərin ixtiyari şəkildə bərk fazaya ayrılması baş verir ki, nəticədə ayrılmış həmcins məhsulların sonradan çöküntüyə çevrilməsi hadisəsi baş verir. Belə çöküntülərdən əmələ gələn süxurlar, maqmatik süxurlardan daha sadə kimyəvi tərkibə, ayrı-ayrı komponentlərin yüksək konsentrasiyasina və ya hissəciklərin ölçüsünə görə yüksək həmcinsiyə malik olması ilə seçilirlər. Bunun sayəsində bir çox çökmə süxurlar qiymətli faydalı qazıntılara (kvars qumları, dəmir filizləri, daş duz, nadir element yataqları və s.) çevrilirlər.
Çökmə differensasiyanın gedişatını tənzimləyən başlıca xarici faktorlar aşağıdakılardır:

  1. Hövzə dibinin və quru səthinin relyefi;

  2. iqlim;

  3. nəql olunma mühiti (hava, su, quru, buzlaqlar);

  4. daşınma mühitinin hərəkət rejimi (zəifləmə, sürətlənmə, sürətin pulsasiyası);

  5. çökmə materialları ilə qidalanma oblastlarının sayı və onlardan sedimentasiya sahəsinə qədərki məsafə;

  6. hövzənin duzluluğu və həll olmuş komponentlərin miqdar nisbəti;

  7. Hidrogen ionlarının konsentrasiyası (pH);

  8. oksidləşmə bərpa potensialı (Eh);

  9. orqanizmlərin həyat fəaliyyəti.

Çökmə differensasiyanın geedişatında xarici faktorlardan əlavə, çökmə materialın fiziki-kimyəvi xassələri də öz əksini tapır. Bunlara aiddir:

  1. Dispersiya dərəcəsi;

  2. sıxlıq;

  3. mexaniki davamlılıq;

  4. kimyəvi aktivlik;

  5. həllolma qabiliyyəti;

  6. nəqlolma yollarındakı çökmə materialının miqdarı (və ya konsentrasiyası)

Differensasiyanın gedişinə təsir edən səbəblərin çoxluğu və prosesdə iştirak edən hissəciklərin vəziyyətinin müxtəlifliyi, litogenezin bütün tipləri üçün yararlı olan vahid çökmə differensasiya sxeminin yaranmasına imkan vermir.

4.Çökmə prosesinin təkamülünün dönməzliyi haqqında


Çökmə süxurların Yerin geoloji inkişaf tarixi ərzində yaranması onun hərəkət formasının tədricən və sabit dəyişməsi şəraitində, tektonik aktivlik, yer təki və səthindəki fiziki şəraitlərdə və üzvi aləmin inkişafı sayəsində baş vermişdir. Bunlar yaranmış çöküntülərin tərkibində müəyyən kəmiyyət və keyfiyyət dəyişiklikləri əmələ gətirmişdir. Bu dəyişikliklər fəlsəfənin ʺinkarı-inkarʺ qanununun əyani nümunəsi, əksi hesab olunur. Onun məğzi bundan ibarətdir ki, inkişaf ibtidaidən aliyə və sadədən mürəkkəbə doğru baş verir. Hər bir yeni, əvvəllər başqa inkişaf mərhələlərinin çatmış olduğu mövcud baza əsasında yaranır.
Çökmə prosesində təkamül praktiki ondan ibarətdir ki, müəyyən zamandan sonra bəzi çöküntülərin yaranması tədricən sönür (başa çatır), lakin əvəzində həmin kompanentlərdən özünün mineral tərkibi, quruluşu və fiziki-kimyəvi xassələrinə görə fərqlənən yeniləri yaranır. Belə çevrilmələr Yerin xarici təbəqələri olan atmosfer, hidrosfer, litosfer və sonradan biosferin təkamülü ilə əlaqədardır.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə