27
Dünyanın cəhətləri üzrə götürülmüĢ qazıntı sahəsi bir daha yoxlandı, köhnə
və artırılmıĢ yeni kvadratlar müəyyənləĢdirilib mıxçalarla bölmələrə ayrıldı. Keçən
il yeddi kvadratdan ibarət olan qazıntı indi Ģimal, Ģərq-qərb istiqamətlərinə
artırılaraq iyirmi birə çatdırıldı. Hər bir kvadratın ölçüsü 2,5x2,5 mertdir. Bu, bəzi
müstəsnalığı nəzərə almasaq keçən il də belə olmuĢdur. 1973-cü ildəki qazıntı
keçən ilki qazıntı sahəsini də əhatə etdiyindən, yəni 1972-ci ildə qazıntı iĢi hələ
sona çatmadığından və yeni abidələrin açılması ilə əlaqədar geniĢlənən habelə
böyük ölçüdə qeyd edilmiĢ V-VII kvadratlar bu il yenidən ümumi qaydaya
uyğunlaĢdırıldı. Keçən il yalnız V kvadratın bəzi hissəsində xam torpağa çatmıĢdır.
Qazıntının planı 1 metr: 4 sm miqyası ilə millimetrlik kağız üzərinə müəllif
tərəfindən köçürülmüĢdür.
Qazıntı iĢləri ilə yanaĢı, iĢ vaxtından əvvəl və sonra Nüydi düzü yaĢayıĢ yeri
dönə-dönə gəzilib yoxlanılır, hər dəfə müxtəlif maddi-mədəniyyət qalıqları qeydə
alınırdı. BaĢlanmıĢ və hal-hazırda davam etdirilən qazıntı yeri əsasən abidənin
qəbiristan hissəsidir. Burada əsasən Ģimala və ətraflara doğru təqribən 50 m-lik
məsafədə dən və tikinti daĢları, saxsı qırıqları müĢahidə olunur; xüsusən iĢlək üzü
çökək, əks tərəfə qabarıq olan uzunsov dən daĢlarına daha çox təsadüf olunur.
ġimala doğru, qeyd edilən məsafədə yaĢayıĢ binalarının olması haqqında ehtimal
doğuran dən və tikinti daĢları töküntüsü yerində qazıntı aparmaq fikrinə gəldikcə
də yuxarıda göstərdiyimiz çətinliklər yenə də qarĢıda dururdu. Çünki sovxoz
təĢkilatları yalnız baĢladığımız sahədə bəzi üzüm tənəklərinin çıxarılmasına icazə
vermiĢdir.
Təkcə Nüydi düzündə deyil, Nüydi kəndindən Ģimal Ģərqə doğru, 1 km-lik
məsafədə yeni üzüm bağı salınması ilə əlaqədar abidələr üzə çıxarılmıĢdır. Qarağac
dibi, BaĢ yer və Qozlu bulaq adlanan bu sahələr bir-birinə bitiĢik olub, eyni
abidəyə aiddir. Buradan antik dövr üçün səciyyəvi olan saxsı qab qırıqları və tikinti
daĢlarının qalıqları müĢahidə olunur. Bu abidədən 0,5 km cənuba doğru Xanqıran
deyilən sahənin Ģimal kənarında kürəxananın qalıqlarını xatırladan çoxlu yanıb
kərpicləĢmiĢ töküntülər vardır. Burada yəqin ki, müəyyən bir istehsal ocağı
olmuĢdur.
Qazıntı sahəsinin Ģimal kənarında iĢ davam etdiriləcək XI və XII
kvadratların arasında bir dağılmıĢ qəbir abidəsinin izi müəyyən edilmiĢdir. Burada
saxsı qab qırıqları insan sümüklərinə qarıĢmıĢdır. Bundan əlavə, XV kvadrata XVI
kvadratın arasında yenə də vaxtı ilə Ģum zamanı dağıdılmıĢ qəbir abidəsi
qablarından bir ədədi baĢı aĢağı üzüm tənəyinin dibində (0,6 metr dərinlikdə)
salamat qalmıĢdır. Kiçik gil dolçadan ibarət bu qabın ağzı novçalı formada olub
ikitilli qulpu ağzının kənarı ilə çiyninə yapıĢdırılmıĢdır. Qabın boğazı silindrik
hazırlanaraq üzəri iki batıq xətlə çevrilmiĢdir. Gövdəsi dairəvi və oturacağa doğru
yığcamlanmıĢ formadadır. Onun oturacağı düzdür. Qabın çiynində üç yerdə yapma
28
düyməciklərdən ibarət alt-üst bəzək düzəldilmiĢ və onların arası iki dalğavari xətlə
əlaqələndirilmiĢdir.
9
Qazıntının üst qarıĢdırılmıĢ təbəqəsindən dən daĢları, saxsı qab qırıqları,
dəvəgözü və çaxmaqdaĢından alət və qəlpələr, habelə toxa tapıntısına rast
gəlinmiĢdir. Bütün bunlar əsasən 0,25-0,7 metr yer səthindən dərinlikdə aĢkar
edilmiĢdir. Bu tapıntılar içərisində daĢ toxa xüsusilə diqqəti cəlb edir. Ona görə ki,
bu cür əmək alətlərinə abidədə birinci dəfə təsadüf olunur. Bərk daĢ cinsindən
düzəldilmiĢ bu toxanın üst (yuxarı) hissəsi sınmıĢ, yaxud sındırılmıĢ və kəsiyi oval
forma almıĢdır. Onun sınığından göründüyü kimi içərisi çəhrayıdır, iĢlək hissəsi,
yaxud ağzı çox iti olub bir növ təbərzin baltanın ağzını xatırladır. Ağzından bir
qədər aralı, gövdəsindən tutmaq, yaxud bağlamaq üçün yanlarından döyülüb
nazildilmiĢdir. Bu hissəsinin çətinliklə çapılıb qopardılması hiss olunur. Çünki, bu
daĢ toxa çapılıb qopardılması hiss olunur. Çünki, bu daĢ toxa bərkliyinə görə
qırmızımtıl qraniti xatırladır. Toxanın üzəri də sürtülüb, hamarlanmıĢ, ağzı isə
itilənmiĢdir.
Qeyd edilən tapıntılar, xüsusilə daĢ toxa Nüydi yaĢayıĢ yerində
məskunlaĢmanın hələlik tunc dövründən daha doğrusu onun son mərhələsindən
mövcudluğu haqqında təsəvvür yaradır.
Nüydi ellin dövrü qəbiristanında bu iki arxeoloji qazıntılar zamanı 18-ə
qədər torpaq qəbiri aĢkar edilmiĢdir. Onların bəzisi dağılsa da, əksəriyyəti yaxĢı
qalmıĢdır. Həmin abidələr haqqında daha aydın təsəvvür yaratmaq üçün ayrı-
ayrılıqda təsvirini verməyi məqsədəuyğun hesab edirik. Onu da qeyd etmək
lazımdır ki, təsviri veriləcək qəbir abidələrinin sıra №-si lap ilk qazıntılar zamanı
aĢkar edilmiĢ qəbirlərin ardıcıl davamıdır.
10
Qəbirlərin çoxu təsərrüfat iĢləri zamanı
dağıdılmıĢdır.
14 saylı torpaq qəbir. Keçən ildən açılmıĢ sahədə, I kvadratda 0,7 metr
dərinlikdə yerləĢən bu qəbir abidəsi dağıdıldığından ətrafına qoyulan avadanlığı
demək olar ki, sınıb xarab olmuĢ, sümükləri isə dağılmıĢ Ģəkildə qalmıĢdır. UĢağa
aid qəbir abidəsində skeletin vəziyyətini müəyyənləĢdirmək mümkün oldu. Belə ki,
onun baĢı Ģərqə olmaqla sol böyrü üstündə cənuba doğru istiqamətləndiyi
aydınlaĢdırılır. Əl barmaqları və qıç sümükləri ilə yanaĢı bir ədəd tunc üzük də
tapılmıĢdır. Üzüyün en kəsiyi üçbucaq formada olub, üstü qabarıq, içəri tərəfi
hamardır. Onun ucları bir-birinə yaxınlaĢdırılmıĢ və bir qədər arxaya qatlanma
vəziyyətində hazırlanmıĢdır. Bu tip üzüklər, hətta eynən bu formada bilərziklər
Nüydi abidəsi üçün səciyyəvidir.
9
Mötərizədə göstərilən №-lər çöl qeydiyyatının sıra nömrəsini bildirir. Çöl qeydi nömrələnməsi 1972-ci
il qeydiyyatının davamıdır.
10
Bunlardan 4 torpaq qəbri 1965-ci ildə, 9 torpaq və 2 küp qəbri 1972-ci ildə aĢkar edilmiĢdir. Odur ki,
torpaq qəbirlərinin sıra nömrəsi 1973-cü ildə 14-dən baĢlanır.
Dostları ilə paylaş: |