33
dairəciklər arasındakı firuzə rəngli gözcüklərin bir kürə Ģəklində birləĢən aralıq
hissələri yaĢıl ĢüĢə parçaları təĢkil edir və buradan sap keçirilmək üçün nazik
borucuğu var. ġüĢə gözmuncuqların hamısında gözcüklər 6 ədəddir (s.q.№ 625).
Gil vaza. Qırmızı rəngdə olan bu gil vazanın tərkibində xırda ağ qum
dənəcikləri vardır. Onun gövdəsi camvari olub qalın divarlı hazırlanmıĢdır.
Ağzının kənarı düzdür və buradan dik əymə Ģəklində ikitilli qulp düzəldilmiĢdir.
Vazanın oturacağı dəyirmi olub, üç ədəd ucu ĢiĢ, qısa ayaq-dayanacaq üzərində
hazırlanmıĢdır. Qabın üzəri hamarlanmıĢdır (s.q. № 627).
Matrayaoxşar gil dolça. Qırmızı rəngdə olan bu gil qabın gilinin tərkibinə
çox xırda ağ qum dənəcikləri qarıĢdırılmıĢdır. Onun boğazı uzunsov borunu
xatırladır. Ağız isə bir qədər geniĢləndirilmiĢ formada, dairəvidir. Çiynindən üç
batıq xətlə çevrələnir. Qabın çiynində iki yerdə yapıĢdırılmıĢ ilgəkvari qulpu
vardır. Gövdə yumru olub, oturacağa doğru tədricən daralır. Oturacaq düz
hazırlanmıĢdır. Qabın üzəri hamarlanmıĢdır (s.q.№ 628).
17 saylı torpaq qəbirin ağzı novçalı, qırmızı rəngli, ağzı ilə çiynini arxadan
birləĢdirən gil qab nümünələri də aĢkar edilmiĢdir. Bundan baĢqa oradan tapılmıĢ
çoxlu çölməklərdən biri qırmızı rəngdə olub, gilinin tərkibində ağ qum dənəciyi
vardır, üzəri hamarlanmıĢdır. Onun ağzı enli, boğazı bir qədər yığılmıĢ, çiyni isə
gövdəyə getdikcə geniĢlənmiĢ, oturacağa doğru isə yenidən formadadır. Qabın
çiynində iki yerdən, bir-birinin əks istiqamətində ikitilli üçbucaq formalı qulp
yapıĢdırılmıĢdır. Qulplar boğazın çökək hissəsinə doğru mayilli olmaqla dik
düzəldilmiĢdir. Qulpların arasında yenə iki yerdə, çiyin hissədə üç batıqdan ibarət
bəzəyi vardır. Oturacaq düz hamarlanmıĢdır (s.q. № 631). Bu tip qablar Nüydi
qədim yaĢayıĢ yeri sakinlərinin əsasən maldarlıqla əlaqədar məiĢətinə məxsusdur.
Bu cür qablar sağın zamanı istifadə etmək və ya heyvandarlıq məhsullarının emal
edilməsi üçün daha yararlıdır. Bunlar həm sərnic, həm də qazan rolunu oynaya
bilər.
Kasavari qırmızı rəngli gil qab. Onun ağzı dairəvi olub, oturacağa doğru
tədricən daralır və düz oturacaqla qurtarır. Qabın ağzının kənarı düz olub, içəriyə
azca meyillidir. Ağzının kənarından dik qulpu olmuĢ, lakin sınmıĢdır. Qabın
gövdəsində “L” iĢarəsini xatırladan gil bəzək yapıĢdırılmıĢ və onun üstü qabın ağzı
kənarından azca yuxarı qaldırılmıĢdır. Bu cür yapma bəzək üç bərabər məsafədə
edilmiĢdir (s.q.№ 630).
Qalın divarlı orta həcimli gil küpəyə oxşar qab. Qırmızı rəngdə olan bu
qabın ağzı dairəvi, ağzının kənarlarından dik qaldırılmıĢ qulpu vardır. Onun boğazı
batıq xətlərlə (dik və çəp olmaqla) bəzədilmiĢdir. Qab boğazından aĢağıya doğru
mayilləĢərək genəlir və çiynindən kəskin Ģəkildə yenidən oturacağa doğru daralır
və düz oturacaqla qurtarır, onun kəsiyi bir növ romb Ģəkli alır. Bu qabın çiynində
qalın və kobud kiçik daha bir qulpu vardır. Qabın iki qulpları arasında boğazından
çiyninə doğru cızma xətlə iĢarəsində rəsmlə bəzədilmiĢdir (s.q. № 632)
34
18 saylı torpaq qəbir. Bu torpaq qəbir aĢkar edilərkən, onun üst
səviyyəsindən, daha doğrusu 1,2-1,3 metr dərinlikdə bir öküz və xırda buynuzlu
heyvan sümükləri görünmüĢdür. Burada öküzün baĢı, qıçları və baĢqa sümükləri
aydın bilinir. Öküz baĢının ölçüsü 35x40 sm-dir. Onun üzü Ģərqə doğru bükülü və
dağınıq halda idi. Heyvan kəlləsinin boğazı yanında 7 ədəd həddən artıq irrizasiya
olub parçalanmıĢ ĢüĢə muncuq və bir ədəd içərisi boĢ, ağız-ağıza qoyulmuĢ tunc
muncuq tapılmıĢdır. Öküz sümükləri olan sahənin qabağından bir iri qayıqvari dən
daĢı və baĢqa saxsı qırıqları aĢkar edilmiĢdir. Saxsı parçaları çölmək, cam kimi
qabların qırıqlarından ibarət idi. Bu heyvan sümüyü altında od, yanğın izi
müĢahidə edilmiĢdir.
III kvadratda aĢkar edilən heyvan sümüklərinin bir qədər Ģimala doğru 1,5
metr dərinlikdə qəbirin avadanlığı görünmüĢdür. Qəbir dördkünc formada
qazılmıĢ, ölünün qarĢısında avadanlıq üçün bir qədər geniĢ yer götürülmüĢdür.
Onun döĢəməsinə qədər yer səthindən 1,7-1,8 metrdir. Skeletin üzü Ģərqə olmaqla
sol böyrü üstündə idi. Bükülü Ģəkildə dəfn olunmuĢ ölünün qolları qarnının
üstündə köndələn qoyulmuĢdur, əllər dirsəklərin yanında idi. Ġri adama aid skeletin
kəllədən çanağa qədər uzunluğu 0,8 sm, qıç sümüklərindən (dizdən aĢağı) birinin
uzunluğu 48 sm-dir.
Skeletin dizləri qarĢısında iri dəmir əĢya aĢkar edilmiĢdir. Onun oxĢarları
hələlik bizə bəlli olmadığı üçün qeyri-müəyyən qalsa da, bir qədər at yüyəni bəzəyi
ilə əlaqədar olduğu ehtimal olunur. Lakin qəbirdən at sümüyü tapılmamıĢdır.
Həmin dəmir əĢyanın yanında qoyulan çənəsi və onun da yanında vannayaoxĢar
uzunsov, bir qulplu gil qab qoyulmuĢdur. Onun içərisində xırdabuynuzlu heyvan
sümükləri var idi. Kəllə yaxınlığında çoxlu gil qablar, əmək alətləri, silah və s.
qoyulmuĢdur. Gil qablardan iri çölməklər, camlar, çəhrayı rəngli vazalar (tək
hündür dayanacaqlı) gövdəsi iti çıxıntı Ģəkilli, ağzı enli, iki qulpludur. Qulplardan
biri lentĢəkilli digəri isə en kəsiyi dairəvi olan çubuqcuq formalı, onun qabın
ağzına yapıĢdırılan hissəsinin üstü yastı və qulaqcıq formasındadır. Lakin bunlar
həddən artıq ovxalandığı üçün mümkün olmadı.
III və IV kvadratların arasında, ölünün ayaqları yerləĢən sahədən 0,7 metr
aralı bir ədəd iri təsərrüfat küpü aĢkar edilmiĢdir. Küpün ağzı qəbirin döĢəməsi
səviyyəsində görünmüĢdür. Onun ağzı dairəvi, boğazı isə çox qısadır. Ağzının
diametri kənardan-kənara 26 sm, qalınlığı 2,5 sm, hündürlüyü 80 sm, gövdəsinin
enli yerindən çevrəsi 1,9 metrdir. Küpün ağzının kənarından 7 sm aĢağı çiyninə
doğru dörd yerdən (bərabər məsafədə) yumru və ucları ĢiĢ bəzək məhmizlər
düzəldilmiĢdir. Boğazdan gövdəyə doğru genələn küp oturacağa doğru daralır və
altı düz formadadır. Küpün üzəri bozarmıĢ göy rəngdə ağzının kənarı və içərisi
çəhrayı rəngdədir. Gilinin tərkibində xırda ağ qum qarıĢığı vardır. Əl ilə
hazırlanmıĢ bu küpün gövdəsi dalğavaridir. Küpün ağzı dördkünc daĢla örtülmüĢ,
içərisinə torpaq dolmamıĢ və içərisində olmuĢ məhsulun izi onun divarına
qalmıĢdır. Ġçəridən, küpün ağzından 5 sm aĢağı çevrə Ģəklində ərzaq iri bozumtul-
Dostları ilə paylaş: |