Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə18/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   14   15   16   17   18   19   20   21   ...   59

37 
 
Skeletin  baĢı  yanında  adət  üzrə  saxsı  qablar  olmuĢdur.  Onlar  13-ə  qədər 
olub çox sınmıĢdır və təkrar məmulatın sınıqların təmsil edirdilər. Odur ki, bunları 
götürmək və bərpa etmək çətin idi. 
21-23 saylı torpaq qəbirlər. Bu üç qəbir abidəsi bir yerdə, eyni dərinlikdə 
aĢkar  edildiyindən  və  onun  çox  güman  ki,  ailəvi  olduğundan  təsvirlərini  də  bir 
yerdə  verməyə  lazım  bilirik.  Bunlardan  21-22  sayı  ilə  qeydə  alınanlar  VIII 
kvadratda,  23  saylı  isə  XIII  ilə  yanaĢı  düĢən  VII  kvadratda  1,5  metr  dərinlikdə 
aĢkar  edilmiĢdir.  Bunlardan  21  saylı  nisbətən  iri  olub,  sol  böyrü  üstdə,  çox  sıx 
olmamaq  Ģərtilə  bükülü,  üzü  cənub-Ģərq  istiqamətində  idi.  Onun  sağ  qolunun 
dirsəyi  fəqərə  sümüyünün  üstündə,  əli  isə  çənəsi  altında  idi.  Sol  qolun  dirsəyi 
dizlərə  yaxın,  əli  isə  düz  üzünə  doğrudur,  hətta  bir  barmağı  burnu  üstündədir. 
Skeletin kəlləsindən çanağına qədər uzunluğu  90 sm-dir. Bu da həmin skeletin iri 
hündürboylu  adama,  çanaq  sümüyünün  kiçikliyi  və  baĢqa  əlamətlərə  görə  kiĢiyə 
aid  olduğunu  göstərir.  Belə  ki,  onun  hündürlüyü  təqribən  1,8-1,9  metr  olmuĢdur. 
Yeri gəlmiĢkən qeyd edək ki, Nüydi abidəsində aĢkar edilən insan qalıqlarına görə 
onların  mütənasib  bədən  quruluĢu  və  1,6-1,8  metr  boy  ölçüsü  əksəriyyət  təĢkil 
etmiĢdir. Bu isə öz növbəsində burada yaĢamıĢ qədim sakinlərin dövrünə görə pis 
güzəran keçirilməməsilə sıx bağlıdır. Əksəriyyətin diĢləri salamatdır və demək olar 
ki,  hamısı  yerində  olur.  Lakin  kəllələr  və  baĢqa  sümüklər  çox  parçalandığı  üçün 
aĢkar olunduğu yerdən kənara aparmaq üçün əlveriĢli deyildir. 
Əlbəttə, bu elementar xüsusiyyətlə onların anatomiyası haqqında geniĢ fikir 
yürütmək,  eləcə  də  ixtisasımızdan  kənar  olduğu  üçün  çox  çətin  olsa  da,  bunların 
verilməsi  dövrün  bəzi  ictimai  münasibətlərinin    araĢdırılmasında  yardımçı  rol 
oynaya bilər. Bizcə qəbir abidələrinin tədqiqində antropoloqun iĢtirakı çox vacibdir 
və bu elmi dəqiqləĢdirmələrdə böyük fayda verə bilər.  
Bu  qəbirdə  ölünün  ayaqları  yanında  70  sm  aralı  bir  ədəd  iri  küp 
basdırılmıĢdır. Skeletin sağ  əlinin orta  barmağında  mis  üzük, boğazında  isə  pasta 
və  ĢüĢə  muncuqlar  vardır.  Maraqlı  faktlardan  biri  də  ondan  ibarətdir  ki,  kiĢilərdə 
qadınlar kimi az da olsa bəzək Ģeylərinə malik olmuĢlar. Nüydi qazıntılarında kiĢi 
qəbirlərindən bilərzik, üzük və muncuq tez-tez tapılır.  
Təsvir etdiyimiz qəbir abidəsinin skeletin baĢı yanında 2 iri qulplu, enli ağzı 
küp, 2 ədəd qara rəngli təkayaq “iki mərtəbəli” vaza, 5 ədəd qırmızı rəngli çölmək 
(qulplar  ikitilli  olub,  çiyninə  köndələn  yapıĢdırılaraq  ağzının  kənarı  altında  doğru 
dik qaldırılmıĢ formadadır), iki kiçik və bir ədəd iri qırmızı rəngli ağzı üçgül dolça, 
iki ağzı üçgül, oturacağı düz, zərif qab, bir ədəd çiynində dik qaldırılmıĢ qulplu və 
ondan  daha  bir  kiçik  ilgəkvari  qulpları  olan,  ağzı  qapaqla  örtülmüĢ  dopu 
tapılmıĢdır (s.q. № 684-688). 
22 saylı torpaq qəbiri bundan əvvəl təsvir edilən ayağı altında və onun tərs 
istiqamətinə  doğru  –  XIII  ilə  VII  kvadratın  arasında  sağ  böyrü  üstdə  sıx  bükülü 
Ģəkildə aĢkar edilmiĢdir. Skeletin üzü Ģimal-Ģərqə olmaqla əllər çənədə, ayaqlar isə 
çanağa dayanmıĢ Ģəkildə qoyulmuĢdur. Bu qəbirin baĢı yanına düzülmüĢ avadanlıq 


38 
 
21  saylı  qəbirin  skeletinin  çanağına  söykənir.  22  saylı  torpaq  qəbirin  skeletinin 
baĢından  21  saylı  ayağına  qədər  olan  məsafə  85  sm-dir.  Skeletin  qolunda  tunc 
bilərzik,  sağ  əlində  bir  tunc  üzük  var  idi.  Əlləri  altında  isə  dəmir  çapacaq 
qoyulmuĢdur.  
Çapacağın sulğuncu yanında, əlinin altında (çənəsindən altda 6 sm aralı) bu 
onun  əli  içərisində  olmuĢ,  çürümə  prosesilə  əlaqədar  əl  sümüyünün  altına 
düĢmüĢdür)  bir  ədəd  gümüĢ  pul  tapılmıĢdır.  Bu  pulun  əks  üzündə  bir  əlində  quĢ 
tutmuĢ  fiqur  kresloda  oturmuĢ,  o  biri  əlində  isə  uzun  dayaq  vardır.  Üzərində  iki 
sxematik adam baĢı təsvir edilmiĢdir. O bənzədilmə yerli sikkə nümunəsidir. Onun 
üstü  bir  qədər  paslanmıĢdır  (s.q.  №  694).  Bu  Nüydi  abidəsindən  tapılan  ikinci 
qəbirdir. Bu qəbirdən digər materiallardan baĢqa bir dəmir ucluğu tapılmıĢdır. (s.q. 
№  680).  Qəbirin  saxsı  məmulatını  səciyyələndirmək  üçün  forması  bəlli  olan 
qablardan  əsasən  quĢ  fiquru,  qırmızı  rəngli  qab  (qeyd  edək  ki,  bu  cür  qablar 
Nüydinin səciyyəvi qab formalarından sayıla bilər), qulplu kasavari qab, çiynində 
bir qədər xaricə doğru meyilli, dik qaldırılmıĢ qulpu olan, ağzı dairəvi, gövdəsi enli 
və  uzunsov,  oturacağı  düz,  gövdəsində  üç  yerdə  məməciyə  malik  dopu,  habelə 
zərif süddan tapılmıĢdır.   Axırıncı gil qab sarımtıl-boz rəngdə olub, habelə hamar 
və  qəĢəng  hazırlanmıĢdır.  Ümumiyyətlə,  bu  zərif  gil  qab  Albaniyanın  məĢhur  və 
səciyyəvi  nümunələrindəndir.  Onun  altı  içəriyə  doğru  batıqdır.  Ağzı  üçgül,  üzəri 
həm cızma, həm yapma bəzəklə bəzədilmiĢdir (s.q. № 693). 
VII kvadratın 1,5 metr dərinliyində aĢkar edilən 23 saylı torpaq qəbiri uĢağa 
aid olub, 21-22 saylı qəbirlərdən eyni səviyyədə və bir döĢəmədir. Skelet sol böyrü 
üstdə,  Ģimal-qərbə  doğru  çox  da  sıx  olmayan  Ģəkildə  bükülü  idi.  Əlləri  çənəsinə 
doğru  qoyulmuĢdur.  Kəllə  və  ümumiyyətlə  baĢqa  sümükləri  həddən  artıq 
çürümüĢdür.  Bu  skeletin  boğazı  yanında  muncuqlar  əldə  edilmiĢdir.  Onun 
qulaqlarında  yumru  içərisi  boĢ  dairəvi  sırğa  tapılmıĢdır.  Lakin  nazik  olduğundan 
ovxalanıb sıradan çıxmıĢdır.  
24  saylı  torpaq  qəbir.  Bu  torpaq  qəbiri  IX  kvadratın  0,9-1  metr 
dərinliyində aĢkar edilmiĢdir. Skeletin qol, qabırğa və kəllə sümüklərindən çürümə 
nəticəsində  çox  az  hissələr  qalmıĢdır.  Hətta  onun  istiqamətini  və  yerləĢdirmə 
vəziyyətini  dəqiq  müəyyənləĢdirmək  olmadı.  Lakin  kəlləyə  və  qalan  sümüklərə 
görə  onun  baĢı  azca  Ģərqə  mayilliklə  cənub-Ģərqə  olduğu  bilinir.  Skeletin  boğazı 
ətrafında  (yəqin  ki,  qolunda  olmuĢ)  bir  tunc  bilərzik  tapılmıĢdır,  qulağında  bir 
tərəfi  deĢik  tunc  lövhədən  sırğa  da  vardır.  Ayaq  tərəfdə  iki  küp  sınıqları,  baĢ 
tərəfində isə xırda gil qablar - əsasən çölməklər (5 ədəd) vardır. Qablar arasında bir 
ədəd  oraqvari  dəmir  parçası  (bıçaq)  da  qoyulmuĢdur.  AĢkar  edilmiĢ  çölməklər 
nisbətən  kiçik  olub,  onlardan  ikisinin  ikitipli  qulplu  çiynindən  köndələn 
yapıĢdırılaraq dik qaldırılmıĢdır. Üçünün qulpu isə lentĢəkilli olub, ağzının kənarı 
ilə  çiyninə  yapıĢdırılmıĢdır.  Qabın  qulpları  arasında  üç  batıqdan  ibarət  iki  yerdə 
bəzəyi  vardır.  Bundan  baĢqa  bir  dopu,  bir  ədəd  ağzı  üçgil,  orta  həcmli  dolça 
(boğazını  hörmə  gil  çubuqcuq),  iki  enli  boğaz  qab  tapılmıĢdır.  Axırıncı  qablar 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə