35
ağ rəngdə qalmıĢdır. Həmin maddə izi 10 sm aĢağıya doğru davam edir və sonra
qara ləkələrlə əvəz olunur. Dibi tamam qaralmıĢ Ģəkildə idi. Küpün ağzı
səviyyəsindən 1 metr Ģimal-Ģərqə doğru bir daĢ dirək sınığı da aĢkar edilmiĢdir.
Bütün bu materiallar yerindəcə qeyd edilmiĢdir.
AĢkar edilmiĢ gil qablar içərisində qırmızı rəngli, ağzında iki bir-birinə əks
uzunsov novçası olan ikiqulplu yumru gövdəli dolça zövqlə düzəldilmiĢdir. Onun
gilinin tərkibində ağ qum qarıĢığı vardır. Qabın üçtilli qulpları ağzının kənara
çıxmıĢ əyinti qulaqcığın altı ilə çiyninə yapıĢdırılmıĢdır. Boğazı enlidir və çıxıntı
ilə çevrələnir. Bu cür iki çıxıntı uzun novçaların altında boğazı çevrələyən kəbər
bəzək ilə gövdəsinin enli yerinə qədər uzadılır. Həmin çıxıntı bəzəklərin üzəri çəp
batıq xətlə naxıĢlanmıĢdır (s.q. № 635). Daha bir qırmızı rəngli dərin kasanı
xatırladan gil qab da diqqəti cəlb edir. Onun ilgəkvari qulpu ağzının kənarından dik
qaldırılmıĢdır. Bu qabın ağzı enli oturacağa doğru nisbətən daralır. Oturacağı
düzdür. Onun ağzının kənarında ucları birləĢən, bir növ heyvan buynuzu Ģəklində
yapma bəzəyi vardır (s.q. № 636). Gil qablar içərisində ağzı üçgül, süzgəclilər,
nəlbəkiformalılar, qapaq və s. çoxlu miqdarda əldə edilmiĢdir ki, bunların
hamısının təsvirini verməyi lazım bilmirik. Bunlardan bir ədəd qara-çəhrayı rəngli
gil vazanın hündür dayanacağı vardır. Tutum hissəsi nəlbəkivari olub, ağzının
kənarı ilə gövdəyə kiçik lentvari qulp yapıĢdırılmıĢdır. Oturacağı dairəvi altdan
içəriyə doğru batıqdır (s.q. № 654). Gil qablardan əlavə əmək alətləri, silahlar və
bəzək Ģeyləri də aĢkar edilmiĢdir ki, bunlar dövrün bir sıra məsələlərini öyrənmək
üçün müəyyən əhəmiyyətə malikdir. Bu qəbir abidəsində həm əmək aləti, həm də
silahlar demək olar ki, eyni dərəcə tapılmıĢdır. Bunlardan dəmir oraq (s.q. № 669),
dəmir çapacaq (s.q. № 672), hətta dən daĢları, kəsərli alətləri itiləmək üçün bütöv
daĢları (s.q. № 656, 657) də tapılmıĢdır.
Tapıntılar içərisində ən maraqlı və yeganə nüsxələr hesab edilən tunc
lövhədən dairəvi formada düzəldilmiĢ döĢ örtüyüdür. Ġki ədəd olan bu əĢyanın bir
tərəfi qabarıqdır. Onlar skeletin döĢləri üstündə aĢkar edilmiĢdir (s.q. № 668). Bu
tapıntının qabarıq üzündə mərkəzi kiçik çıxıntı təpəcik vardır. Əks tərəfdə, içəridən
isə paltar tikmək, yaxud bağlamaq üçün dəmirdən ilgəyi vardır. Onlardan birinin
içərisində yun parça izi qalmıĢdır. Bu əĢya bəzək vasitəsi kimi istifadə edilməklə
eyni zamanda zireh əhəmiyyətinə malik umbon vəzifəsi də daĢımıĢdır.
Bəzək Ģeyləri içərisində tunc bilərziklər (s.q. № 658), tunc üzük (üzüklərdən
biri arxaik formada olub, 5 cərgə dairədən ibarət yay Ģəklində düzəldilmiĢdir),
tuncdan paltara bəzək düzəltmək üçün muncuğa oxĢar bəzəklər, ĢüĢə, pasta və s.
muncuqlar da çoxdur.
Qəbirin avadanlığı içərisində, daha doğrusu, skeletin önündə, bir qədər aralı
iki dəmir əĢya tapılmıĢdır. Onun ətafında dəmir halqa vardır. Ġki yastı dəmir qol
bir-birinə dolanmıĢ və uclarında deĢik düzəldilmiĢdir. O biri ucları uzunsov
zəncirvari paxlalarla bir-birinə birləĢdirilir (s.q. № 673).
36
18 saylı torpaq qəbir. Bu torpaq qəbir II kvadratda aĢkar edilmiĢdir. Onun
yerləĢdiyi sahə 1965-ci ildə aparılmıĢ qazıntının kənarına düĢür. Odur ki, həmin
vaxtdan bəri keçən müddətdə ola bilsin ki, bu qəbir abidəsi uçub dağılmıĢ və
nəticədə skeletin sümükləri də yerində qalmamıĢdır. Qəbir 1,7 metr yer səthindən
dərində yerləĢmiĢdir. Qablar yerləĢən ərazi və qəbirin sahəsi təqribi olaraq 2,6
metr, 1,5 metr ölçüsündə müəyyənləĢdirilmiĢdir. Lakin qəbirin yerinin açılmasına,
orada qabların qalmasına baxmayaraq heç bir insan sümüyünün tapılmaması bir
qədər Ģübhə doğurur. Bu, ola bilsin ki, vaxtı ilə hansısa hadisə ilə bağlı qəbirdə
insan dəfn olunmamıĢ, yalnız onun Ģərəfinə mərasim düzəldilmiĢdir. Belə ki,
qəbirdə düzələn qabların yerləĢdiyi sahənin uzunu 1,5 metr, eni 0,5 metrdir. Onlar
qəbirin qərb küncünə doğru düzülmüĢdür ki, bunların da çoxu sınmıĢdır. Buradan
ağzı dördgül qırmızı rəngli gil qab, kiçik dolça, ağzı slindrik dopu, kiçik vannaya
oxĢar gil qab, nisbətən iri küp qırıqları və bunların üstündə xırdabuynuzlu heyvan
sümükləri aĢkar edilmiĢdir. Ümumiyyətlə 17-yə qədər gil qab qırıqları müĢahidə
edilmiĢdir.
20 saylı torpaq qəbir. VI kvadratda, 1,25 metr dərinliklə aĢkar edilən bu
qəbir abidəsinin yerləĢdiyi sahə 1,8-1,4 metrdir. Ġri adama məxsus olan skletin üzü
Ģimal-qərbə doğru istiqamətləndirilmiĢdir. Onun əlləri üzünə doğru yönəldilmiĢ
vəziyyətdə sıx bükülü qoyulmuĢdur. Kəllədən (təpədən) çanaq sümüyünə qədər 90
sm olan bu skletin bükülmə nəticəsində uzunluğu 1 metr olan bir sahədə
yerləĢmiĢdir. Dəfn olunanın üzü qarĢısında 50 sm aralıda 4 ədəd nizə ucluğu dik
vəziyyətdə yerə sancılmıĢdır. Onların biri tamam ovxalandığı üçün götürmək
mümkün olmadı. BaĢın arxa tərəfində 12 sm aralı dəmir çapacaq, 22 sm aralı isə
boyundan asma tunc döĢ bəzəyi qoyulmuĢdur. Dairəvi formada düzəldilmiĢ bu asqı
bəzək əĢyasının kənarı bir zolaq kimi çevrələnərək arası deĢikli kəsmələrlə
bəzədilmiĢdir. Kənarında tutmaq üçün saplaq, saplağın da ucunda asmaqdan ötrü
ilməsi vardır. Bu dairəvi asqının mərkəzindən qabarıq tərəfə kənarları slindirik və
çıxıntılı deĢik düzədilmiĢdir.
DöĢ bəzəyinin qabarıq səthində, kənara yaxın dörd yerdə bərabər məsafədə
düyməciyəoxĢar dairəvi bəzək vardır (s.q. № 675). Skletin boyun hissəsindən və
baĢına yaxın yerdə 23 ədəd ĢüĢə və pastadan müxtəlif formalı muncuqlar
tapılmıĢdır. Onlar yaĢıl rəngli dilikli ĢüĢə və pastadan, uzunsov ĢüĢə və göyrəngli
göz muncuqlardan ibarətdir (s.q. № 679). Bundan baĢqa qolunda bir enli tunc
bilərzik olmuĢdur. Nazik tunc lövhədən enli və qabırğavari düzədilmiĢ bu
bilərziyin ucları aralı və bir qədər geriyə qatlanmıĢ formadadır (s.q. № 676). Daha
sonra əl barmaqlarında iki tunc, iki dəmir üzük olmuĢdur. Tunc və dəmir üzüklərin
hərəsindən birini salamat götürmək mümkün olmuĢdur (s.q. № 677, 678). Dörd
ədəd nizədən biri tam xarab olub, sıradan çıxmıĢdır. Onlar müxtəlif böyüklükdədir
(s.q. № 681). Çapacağa gəlincə, 0,28 sm uzunluqda olub, dəstəsi 13, tiyəsi isə 15
sm-dir. Onun tiyə və dəstəsinin arxası qövsvaridir (s.q. № 680).
Dostları ilə paylaş: |