37
Skeletin baĢı yanında adət üzrə saxsı qablar olmuĢdur. Onlar 13-ə qədər
olub çox sınmıĢdır və təkrar məmulatın sınıqların təmsil edirdilər. Odur ki, bunları
götürmək və bərpa etmək çətin idi.
21-23 saylı torpaq qəbirlər. Bu üç qəbir abidəsi bir yerdə, eyni dərinlikdə
aĢkar edildiyindən və onun çox güman ki, ailəvi olduğundan təsvirlərini də bir
yerdə verməyə lazım bilirik. Bunlardan 21-22 sayı ilə qeydə alınanlar VIII
kvadratda, 23 saylı isə XIII ilə yanaĢı düĢən VII kvadratda 1,5 metr dərinlikdə
aĢkar edilmiĢdir. Bunlardan 21 saylı nisbətən iri olub, sol böyrü üstdə, çox sıx
olmamaq Ģərtilə bükülü, üzü cənub-Ģərq istiqamətində idi. Onun sağ qolunun
dirsəyi fəqərə sümüyünün üstündə, əli isə çənəsi altında idi. Sol qolun dirsəyi
dizlərə yaxın, əli isə düz üzünə doğrudur, hətta bir barmağı burnu üstündədir.
Skeletin kəlləsindən çanağına qədər uzunluğu 90 sm-dir. Bu da həmin skeletin iri
hündürboylu adama, çanaq sümüyünün kiçikliyi və baĢqa əlamətlərə görə kiĢiyə
aid olduğunu göstərir. Belə ki, onun hündürlüyü təqribən 1,8-1,9 metr olmuĢdur.
Yeri gəlmiĢkən qeyd edək ki, Nüydi abidəsində aĢkar edilən insan qalıqlarına görə
onların mütənasib bədən quruluĢu və 1,6-1,8 metr boy ölçüsü əksəriyyət təĢkil
etmiĢdir. Bu isə öz növbəsində burada yaĢamıĢ qədim sakinlərin dövrünə görə pis
güzəran keçirilməməsilə sıx bağlıdır. Əksəriyyətin diĢləri salamatdır və demək olar
ki, hamısı yerində olur. Lakin kəllələr və baĢqa sümüklər çox parçalandığı üçün
aĢkar olunduğu yerdən kənara aparmaq üçün əlveriĢli deyildir.
Əlbəttə, bu elementar xüsusiyyətlə onların anatomiyası haqqında geniĢ fikir
yürütmək, eləcə də ixtisasımızdan kənar olduğu üçün çox çətin olsa da, bunların
verilməsi dövrün bəzi ictimai münasibətlərinin araĢdırılmasında yardımçı rol
oynaya bilər. Bizcə qəbir abidələrinin tədqiqində antropoloqun iĢtirakı çox vacibdir
və bu elmi dəqiqləĢdirmələrdə böyük fayda verə bilər.
Bu qəbirdə ölünün ayaqları yanında 70 sm aralı bir ədəd iri küp
basdırılmıĢdır. Skeletin sağ əlinin orta barmağında mis üzük, boğazında isə pasta
və ĢüĢə muncuqlar vardır. Maraqlı faktlardan biri də ondan ibarətdir ki, kiĢilərdə
qadınlar kimi az da olsa bəzək Ģeylərinə malik olmuĢlar. Nüydi qazıntılarında kiĢi
qəbirlərindən bilərzik, üzük və muncuq tez-tez tapılır.
Təsvir etdiyimiz qəbir abidəsinin skeletin baĢı yanında 2 iri qulplu, enli ağzı
küp, 2 ədəd qara rəngli təkayaq “iki mərtəbəli” vaza, 5 ədəd qırmızı rəngli çölmək
(qulplar ikitilli olub, çiyninə köndələn yapıĢdırılaraq ağzının kənarı altında doğru
dik qaldırılmıĢ formadadır), iki kiçik və bir ədəd iri qırmızı rəngli ağzı üçgül dolça,
iki ağzı üçgül, oturacağı düz, zərif qab, bir ədəd çiynində dik qaldırılmıĢ qulplu və
ondan daha bir kiçik ilgəkvari qulpları olan, ağzı qapaqla örtülmüĢ dopu
tapılmıĢdır (s.q. № 684-688).
22 saylı torpaq qəbiri bundan əvvəl təsvir edilən ayağı altında və onun tərs
istiqamətinə doğru – XIII ilə VII kvadratın arasında sağ böyrü üstdə sıx bükülü
Ģəkildə aĢkar edilmiĢdir. Skeletin üzü Ģimal-Ģərqə olmaqla əllər çənədə, ayaqlar isə
çanağa dayanmıĢ Ģəkildə qoyulmuĢdur. Bu qəbirin baĢı yanına düzülmüĢ avadanlıq
38
21 saylı qəbirin skeletinin çanağına söykənir. 22 saylı torpaq qəbirin skeletinin
baĢından 21 saylı ayağına qədər olan məsafə 85 sm-dir. Skeletin qolunda tunc
bilərzik, sağ əlində bir tunc üzük var idi. Əlləri altında isə dəmir çapacaq
qoyulmuĢdur.
Çapacağın sulğuncu yanında, əlinin altında (çənəsindən altda 6 sm aralı) bu
onun əli içərisində olmuĢ, çürümə prosesilə əlaqədar əl sümüyünün altına
düĢmüĢdür) bir ədəd gümüĢ pul tapılmıĢdır. Bu pulun əks üzündə bir əlində quĢ
tutmuĢ fiqur kresloda oturmuĢ, o biri əlində isə uzun dayaq vardır. Üzərində iki
sxematik adam baĢı təsvir edilmiĢdir. O bənzədilmə yerli sikkə nümunəsidir. Onun
üstü bir qədər paslanmıĢdır (s.q. № 694). Bu Nüydi abidəsindən tapılan ikinci
qəbirdir. Bu qəbirdən digər materiallardan baĢqa bir dəmir ucluğu tapılmıĢdır. (s.q.
№ 680). Qəbirin saxsı məmulatını səciyyələndirmək üçün forması bəlli olan
qablardan əsasən quĢ fiquru, qırmızı rəngli qab (qeyd edək ki, bu cür qablar
Nüydinin səciyyəvi qab formalarından sayıla bilər), qulplu kasavari qab, çiynində
bir qədər xaricə doğru meyilli, dik qaldırılmıĢ qulpu olan, ağzı dairəvi, gövdəsi enli
və uzunsov, oturacağı düz, gövdəsində üç yerdə məməciyə malik dopu, habelə
zərif süddan tapılmıĢdır. Axırıncı gil qab sarımtıl-boz rəngdə olub, habelə hamar
və qəĢəng hazırlanmıĢdır. Ümumiyyətlə, bu zərif gil qab Albaniyanın məĢhur və
səciyyəvi nümunələrindəndir. Onun altı içəriyə doğru batıqdır. Ağzı üçgül, üzəri
həm cızma, həm yapma bəzəklə bəzədilmiĢdir (s.q. № 693).
VII kvadratın 1,5 metr dərinliyində aĢkar edilən 23 saylı torpaq qəbiri uĢağa
aid olub, 21-22 saylı qəbirlərdən eyni səviyyədə və bir döĢəmədir. Skelet sol böyrü
üstdə, Ģimal-qərbə doğru çox da sıx olmayan Ģəkildə bükülü idi. Əlləri çənəsinə
doğru qoyulmuĢdur. Kəllə və ümumiyyətlə baĢqa sümükləri həddən artıq
çürümüĢdür. Bu skeletin boğazı yanında muncuqlar əldə edilmiĢdir. Onun
qulaqlarında yumru içərisi boĢ dairəvi sırğa tapılmıĢdır. Lakin nazik olduğundan
ovxalanıb sıradan çıxmıĢdır.
24 saylı torpaq qəbir. Bu torpaq qəbiri IX kvadratın 0,9-1 metr
dərinliyində aĢkar edilmiĢdir. Skeletin qol, qabırğa və kəllə sümüklərindən çürümə
nəticəsində çox az hissələr qalmıĢdır. Hətta onun istiqamətini və yerləĢdirmə
vəziyyətini dəqiq müəyyənləĢdirmək olmadı. Lakin kəlləyə və qalan sümüklərə
görə onun baĢı azca Ģərqə mayilliklə cənub-Ģərqə olduğu bilinir. Skeletin boğazı
ətrafında (yəqin ki, qolunda olmuĢ) bir tunc bilərzik tapılmıĢdır, qulağında bir
tərəfi deĢik tunc lövhədən sırğa da vardır. Ayaq tərəfdə iki küp sınıqları, baĢ
tərəfində isə xırda gil qablar - əsasən çölməklər (5 ədəd) vardır. Qablar arasında bir
ədəd oraqvari dəmir parçası (bıçaq) da qoyulmuĢdur. AĢkar edilmiĢ çölməklər
nisbətən kiçik olub, onlardan ikisinin ikitipli qulplu çiynindən köndələn
yapıĢdırılaraq dik qaldırılmıĢdır. Üçünün qulpu isə lentĢəkilli olub, ağzının kənarı
ilə çiyninə yapıĢdırılmıĢdır. Qabın qulpları arasında üç batıqdan ibarət iki yerdə
bəzəyi vardır. Bundan baĢqa bir dopu, bir ədəd ağzı üçgil, orta həcmli dolça
(boğazını hörmə gil çubuqcuq), iki enli boğaz qab tapılmıĢdır. Axırıncı qablar
Dostları ilə paylaş: |