Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə26/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   22   23   24   25   26   27   28   29   ...   59

53 
 
mərkəzi  yerlərinə  düĢmüĢdür.  Lakin  0,75  metr  dərinlikdən  baĢlanan  bu  qəbir 
abidəsinə qədərki qatda dağıdılmıĢ qəbir abidəsi, habelə cüzi mədəni təbəqə izləri 
öyrənilmiĢdir.  
Qəbirin istiqaməti və kənar xətləri müəyyənləĢdirmək üçün çınqıllı və xırda 
daĢ qarıĢıqlı sarımtıl töküntüsü götürüldü. Çınqıllı torpaq çox çətinliklə qoparılırdı. 
Onun  altında  yanğın  izi  olan  qara  torpaq  zolağı  qəbir  boyu  davam  edirdi.  Bu 
çınqıllı  qara  torpaq  altında  nisbətən  yumĢaq,  ağımtıl  torpaq  müĢahidə  edilmiĢdir. 
Qara-qonur  rəngdə  tökmə  torpaq  kənar  hissədən  aydın  seçilirdi.  Düzbucaqlı 
formasında  olan  qəbirin  kənarları  30  sm  enində  qara  rəngli  torpaq  zolağı  ilə 
əhatələnirdi. ġərq-qərb istiqamətinə doğru olan bu qəbirin uzunluğu 4 metr, eni 2 
metrdir.  Tək  adama  məxsus  bu  abidə  çox  dəbdəbəli  və  zəngin  dəfn  mərasiminə 
malik  olmuĢdur.  Qəbirin  Ģimal-qərb  küncündə,  kəllə  qərbə  olmaqla,  əllər  üzünə 
doğru,  qıçlar  dizdən  qatlanaraq  sağ  böyrü  üstdə  insan  skeleti  aĢkar  edilmiĢdir. 
Onun dizləri önündə xırda daĢ və bir çölmək vardır. Qəbirin Ģərq hissəsində və ya 
skeletin  ayaqları  istiqamətində  iki  iri  küpün  ağzı  görünmüĢdür.  Bu  küplərin  ağzı 
vaxtı ilə yastı daĢla örtülü olmuĢdur. DaĢlardan biri yana düĢmüĢ, digəri isə küpün 
ağzında  qalmıĢdır  (tablo  41).  Bundan  baĢqa  küplərin  yanında  daha  bir  dolça  da 
qoyulmuĢdur.  Ağzı  örtülü  qalmıĢ  küpün  içərisi  boĢ  və  təmiz  qalmıĢdır.  Onun 
dibində maye çöküntüsü izi hiss olunur. O biri küpün ağzındakı daĢ düĢdüyündən 
içərisi torpaqla dolmuĢdur.  
Küplərin  içərisində  maye-içki  qoyulduğu  güman  edilir.  Bunu  iri  küplərin 
yanındakı  dolça  da  müəyyən  qədər  təsdiqləyir.  Belə  ki,  axirət  dünyaya  inamla 
əlaqədar olaraq kiçik dolça ilə böyük küplərdəki içkidən götürüb istifadə edilməsi 
nəzərdə  tutulduğu  ehtimal  olunur.  Ġri  təsərrüfat  küpləri  qarĢısında,  yəni  qəbirin 
Ģərq-qərb  hissəsində,  qabların  ağzı  səviyyəsindən  bir  qədər  üstdə  dörd  qoyun 
sümüklərinin  qoyulduğu  müəyyənləĢdirildi.  Qoyun  yaxud,  davar  skeletinin  bütöv 
qalıqları  aĢkar  edilmiĢdir.  Qurban  gətirilmiĢ  heyvan  sümükləri  ilə  qabların 
arasındakı  nazik  torpaq  qatında  od  yandırılması  izi  müĢahidə  edilmiĢdir.  Qoyun 
cəmdəyinin  qalığına  görə  kəllə  gündoğan  tərəfə  qoyulmuĢdur.  Bundan  baĢqa  enli 
ağız saxsı qablar içərisində də xırdabuynuz heyvan sümükləri aĢkar edilmiĢdir. Az 
miqdarda quĢ sümüklərinə də təsadüf edilmiĢdir. Qəbirin içərisinin torpağı ehtiyatlı 
qazılıb  çıxarıldıqca  skeletin  önündə  baĢdan  ayağadək  müxtəlif  saxsı  qab,  metal 
əmək alətləri, silah və s. görünməyə baĢladı. Qeyd edək ki, əvvəlcə skeletin özünün 
yönünü  müəyyənləĢdirdik  və  ətrafını  təmizlədik.  Skeletin  sümükləri  həddən  artıq 
olduğundan,  Ģotka-bıçaq  toxunarkən  ovulub  tökülürdü.  Hətta  kəllə  sümüyü  xırda 
hissələrə  parçalanıb  yerində  qalmıĢdır.  Çox  güman  ki,  yer  Ģumlanarkən  ağır 
kotanların təzyiqi və s. nəticəsində olmuĢdur. Kəllə enli tunc cütqabağı (baĢlıq) ilə 
əhatələnmiĢdir (tablo 44-4, s.q. № 34). Onun yanında çoxlu miqdarda tunc bəzək 
tikmələri aĢkar edilmiĢdir. Dairəvi formada olan bu bəzəklərin bir tərəfi çökək və 
ortadan  kiçik  qabartılıdır.  Bu  hissədə  onların  kiçik  halqalarından  ibarət  tikilmək 
üçün  yeri  də  olmuĢdur  (s.q  №  36).  Bundan  baĢqa  tunc  lövhəciklərin  qırıqları  da 


54 
 
vardır (s.q. № 35). Bütün bu metal hissələr çox güman ki, baĢ zirehi əhəmiyyəti də 
kəsb  etmiĢdir.  Bu  fikri  təsdiqləyici  dəlillər  çoxdur.  Belə  ki,  digər  avadanlıqla 
yanaĢı  çoxlu  dəmir  silaha  (nizə,  mizraq,  toppuzabənzər,  daĢ  bülöv  daĢı  və  s.)  da 
təsadüf edilmiĢdir. Skeletin qarĢısında bir dəmir əĢyaya rast gəlinmiĢdir (tablo 45-
1, s.q. № 49). 
Onun iki çıxıntısı irəliyə doğru uzanır, ucları nisbətən ĢiĢ və bir tərəfə azca 
maillidir.  Onun  çıxıntılarının  birləĢdiyi  yer  dairəvi  qalın  lövhə  Ģəklində  olub 
xaricdən  mərkəzində  çıxıntısı  vardır.  Bu  dəmir  əĢyanın  at  əsləhəsilə  əlaqədar 
olduğu güman edilir. Onun bənzəri bizə nə arxeoloji tapıntı kimi, nə də etnoqrafik 
material kimi bəlli olmadığından hələlik hansı vəzifə daĢıdığı tam aydın deyildir. 
Skeletin  yerləĢdiyi  kiçik  sahədən  baĢqa  onun  baĢı,  üzü  qarĢısından  ta 
qəbirin  Ģərq  küncünədək  müxtəlif  antik  dövr  saxsı  qabları  –  iri  xeyrələr,  qulplu 
dayaz qablar, ilgəkvari qulpu olan qırmızı rəngli çanaqlar, iki qulpu küpə, üçayaqlı 
vazalar,  qara  saxsı  camlar,  dopu  və  s.  düzülmüĢdür.  Təkcə  saxsı  qablar  50-dən 
çoxdur.  Bu  qabların  əksəriyyəti  həddən  artıq  ovxalanmıĢdır.  Əlbəttə,  onların 
əksəriyyəti  götürülmüĢ,  təkrar  olmayan  qablar  isə  çətinliklə  də  olsa  yığılıb  bərpa 
edilmiĢdir ki, bu barədə ayrıca məlumat veriləcəkdir.  
Ġnsan  kəllə  sümüyü  yanından  dəmir  silah  və  baĢqa  əĢyalarla  yanaĢı  bir 
dəmir  dəhnə  (gəm)  də  tapılmıĢdır.  Həmin  dəhnə  at  ağzına  taxılan  iki  iri  dəmir 
zəncir paxlasından və onları birləĢdirən iki yastı, uzunsov dəmir hissədən ibarətdir. 
Bu dəmir hissələr atın qulağı yanından burnunadək uzanır və oval ucları üstə tərəf 
əyilib dik dayanır. Dəmir sahənin atın cəngləri yanından da halqavari dik dayanan 
çıxıntısı da vardır. Həmin çıxıntılar atın hərəkət zamanı istənilən tərəfə döndərmək, 
qaytarmaq üçündür (tablo 45-2, s.q. № 38). 
Qəbirin Ģərq tərəfində, divardan 70 sm  aralı bir at kəlləsi  və qıç sümükləri 
aĢkar edilmiĢdir. Kəllənin uzunluğu 50 sm-dir. At kəlləsi qarĢısında, qəbirin cənub 
divarlarında  xırda  daĢla  doldurulmuĢ  (hündürlüyü  50,  eni  90  sm)  tağvari  boĢluq 
nəzərə çarpır.  Atın çənəsində 8 diĢ, yanda  isə 10 diĢ var idi. At sümüklərinə görə 
onun  cavan  heyvan  olduğu  bilinir.  At  sümüklərindən  qərbə  doğru  kiçik  heyvan 
sümükləri  də  aĢkarlanmıĢdır.  Təmizləmə  zamanı  kəllə  və  diĢlərə  görə,  habelə  qıç 
sümüklərinə görə itə aid qalıqlar aydınlaĢmıĢdır. At sümüklərinin Ģimal hissəsində 
qırmızı rəngdə tava formalı saxsı qabın sınıqları (bu qabın bütün hissələri yox idi), 
ondan  qəbrə doğru  bozumtul  qabın  sınıq  hissələri,  onun  altında  isə  bir  tunc  halqa 
(s.q. № 42-43), iki tunc  muncuq (s.q. № 40-41). Ġki dəmir biz (tablo 44-9, s.q. № 
46) və baĢqa materiallar aĢkar edilmiĢdir. 
Dəmir məmulatı ilə yanaĢı daha doğrusu bilavasitə alət və silahların yanında 
bir  neçə  bülöv  daĢı  və  bir  ədəd  bozumtul  çəkicə  oxĢar  alət  hissəsi  tapılmıĢdır. 
Sonuncunun  ucları  iĢlənib  yeyilmiĢdir.  Onun  qalmıĢ  parçasında  deĢik  izi  yoxdur 
(tablo 45-16, s.q. № 61). Bülöv daĢlarından ikisi qara və yastı formadadır (tablo 45 
-  9,  10,  s.q.  №  60,  58).  58  saylı  bülöv  daĢının  uzunsov  və  hamar  gövdəsinin  bir 
tərəfi  ĢiĢ  olub  asmaq  üçün  iki  tərəfli  deĢiyə  malikdir.  Bu  cür  alət  və  ya  silah 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə