Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə34/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   30   31   32   33   34   35   36   37   ...   59

69 
 
qırıqları içərisində qırmızı rəngə boyanmıĢlarına da təsadüf edilir. ġübhəsiz  geniĢ 
sənətkarlıq  sahələrinə  malik  olmuĢ  bu  yaĢayıĢ  yerlərində  müxtəlif  bitkilərin  kökü 
və  külündən  boyaq  kimi  istifadə  edilmiĢdir.  Burada  yabanı  Ģəkildə  bitən  çoxillik 
gülxətmi  bitkisi  də  yetiĢir.  Ondan  indi  də  müxtəlif  rəngli  boyalar  hazırlamaq 
sahəsində istifadə edilir. 
Üst qatda davam etdirilən qazıntı zamanı, təqribən 0,2-0,3 metr dərinlikdə, 
təpənin  qərb  kənar  xətti  üstündə  bir  ədəd  yastı  daĢ  parçası  tapılmıĢdır.  55 
kvadratında aĢkar edilmiĢ bu daĢ lövhənin bir üzündə barmaq ucu yerləĢən batıqlar 
düzəldilmiĢdir.  Həmin  batıqların  bəzisinin  içərisində  dəmir  pasına  oxĢar  qalıqlar 
vardır.  Bu  daĢdan  dəzgah  hissəsi  və  ya  müəyyən  qəlib  kimi  istifadə  edilməsi 
güman  olunur.  Buradan  qalın  saxsı  küp  ağzı,  suvaq  parçaları,  yonulmuĢ  tikinti 
daĢları da tapılır. Bu daĢlar yumĢaq cinsli (əhəngdaĢı) olub, yaxınlıqdakı Pəldahar 
yatağındandır. 
Təpənin  cənub-qərb  kənarında,  Ģərq-qərb  istiqaməti  üzrə  uzanan  kəbərvari 
töküntü daĢları altında 0,5 metr dərinlikdə daĢ hörgü  üzə  çıxmıĢdır. Bu hörgünün 
içəri tərəfidir. Lakin onun barı və ya otağa məxsusluğu hələlik bəlli deyildir. 
Təpənin  mərkəzinə  yaxın  hissəsində,  Q4  və  D5  kvadratları  arasından,  0,5 
metr  dərinlikdən  bir  ədəd  saxsı  insan  fiquru  aĢkar  edilmiĢdir  (tablo  56).  Gil 
heykəlciyin  baĢı  ĢiĢ  konusvari,  gövdəsi  silindrik,  oturacaq  və  ya  ayaq  hissəsi 
dairəvi və altdan içəriyə doğru batıqdır.  
Təpənin çökmüĢ mərkəzi hissəsinə yaxın kvadratlarda (Q3-Q5 və D3-D5-ci 
kvadratların)  0,4-0,5  metr  dərinlikdə  divar  hörgüsünü  bildirən  kənarları  çapılıb 
düzəldilmiĢ daĢlar aĢkar edilmiĢdir. Onlar həddən artıq xırda sınıqlardan ibarətdir 
ki, bu da onların vaxtı ilə məiĢətdə iĢlənib sıradan çıxdığını və tullandığını bildirir. 
Saxsı qırıqlarından qırmızı, qara, bozumtul qab oturacağı və ağzının kənarı, habelə 
metal  bəzək  (mis,  üzük,  sırğa  və  s.)  tapılmıĢdır.  AĢkar  edilmiĢ  sahədə  tapılmıĢ 
maddi-mədəniyyət  qalıqları  həddən  artıqdır.  Tam  hissələri  qalmıĢ  və  bu  dən 
daĢından baĢqa Q4 kvadratından 0,3 metr dərinlikdən yenə də saxsı qab qırıntıları 
və ovuntu daĢlar arasından daha bir dən daĢının yarısı əldə edilmiĢdir.  
Gil  çıraqlar. Mənzillərin iĢıqlandırılmasında  müxtəlif dövrlərdə müxtəlif 
çıraqlardan  istifadə  edilmiĢdir.  Azərbaycanda  antik  dövrə  aid  çıraqdan  istifadə 
haqqında  istər  yazılı  və  istərsə  də  arxeoloji  məlumat  yox  dərəcəsindədir.  Lakin 
həmin  dövrdə  təkayaq  və  üçayalı  vazalar  və  bu  kimi  qablardan  Ģamdan  kimi 
istifadə  olunduğunu  güman  etmək  olar.  Bununla  belə  üçayaq  və  təkayaq  vazalar 
vasitəsinə  məxsus  elə  qablar  vardır  ki,  onlardan  bilavasitə  çıraq  kimi  istifadə 
edilmiĢdir.  Bu  cür  çıraqlar  Nüydi,  Uzunboylar,  Kürdüvan  abidələrindən  e.ə.  II-I 
əsrlərə və eramızın əvvəllərinə aid olan nümunələri əldə edilmiĢdir. Bu çıraqların 
irəliyə uzanan dar uzunsov novçası vardır ki, onların da bu hissəsi hisdən-alovdan 
qaralmıĢdır. Bunlardan ağzı örtülməklə  müəyyən  yanacaqdan, çox güman ki, neft 
məhsullarından istifadə edilmiĢdir. Qırlartəpədən tapılmıĢ qısa lüləklər və bir ədəd 
lüləklə  gövdənin  müəyyən  hissəsinin  tapılması  bu  fikri  daha  da  möhkəmlətdi. 


70 
 
Bununla  belə  çıraq  və  onun  yanından  saxsı  qabların  içərisindən  qətran  qalığının 
aĢkar  olması  isə  onu  bir  daha  təsdiqləməyə  imkan  yaratdı.  Bu  saxsı  çıraq 
lüləyindən  biri  qırmızı  rəngdə  olub  tərkibində  ağ  qum  dənələri  vardır.  Lüləyin 
ucunda-altda və üstdə düyməcik olmuĢdur. Bunun üstündə his izi yoxdur. Digər bir 
çırağın hissəsi isə olduqca yaxĢı və aydın təsəvvür yaradır. Tünd boz rəngdə olan 
saxsı çırağın oturacaq və lülək hissəsi qalmıĢdır. Lülək çox qısa olub üstü bir qədər 
basılmıĢ vəziyyətdədir. Onun üstündə kiçik düyməcik vardır. Çırağın oturacağının 
qalmasına və dayanmasına əsasən lüləyin ucu dik dayanır. Bu isə onun içərisində 
yanacağın  maye  halında olmasına əsas verir. QalmıĢ  hissəsinə  görə onun dəyirmi 
gövdəsi  olmuĢdur.  Qulpunun  olub-olmaması  məlum  deyildir.  Çırağın  xarici 
ĢüyrələnmiĢdir. Onun lüləyinin ucundan oturacağınadək alov və yanma nəticəsində 
möhkəm qaralmıĢdır, 
Daş  məmulatı.  Qırlartəpədə  daĢ  alətləri  çoxlu  miqdarda  aĢkar  edilir. 
Bunlar  baĢlıca  olaraq  qayıqvari  dən  daĢlarından,  sürtgəclərdən,  daĢ  qab  və  üstü 
deĢikli  alətəoxĢar  əĢya,  itiləyici  alətlər  (xart)  və  s.  ibarətdir.  Həmin  material 
haqqında  yuxarıda  yeri  gəldikcə  adı  çəkilmiĢ  tapılma  Ģəraiti  göstərilmiĢ,  hətta 
bəziləri  haqqında  nisbətən  ətraflı  danıĢılmıĢdır.  Odur  ki,  bunların  bəzisi  haqqında 
həm də təsərrüfat əhəmiyyəti barədə qısa məlumat vennək istəyirik. 
Ağımtıl  rəngdə  yastı  daĢ  parçası  diqqəti  daha  çox  cəlb  edir.  Onun 
birtərəfli azca qabarıq əks üzü isə nisbətən hamar və üstündə 12 yerdə barmaq ucu 
yerləĢən çalalar  vardır  (tablo  56-5).  Bu kiçik  çökəklikdə dəmir  çıxarını  xatırladan 
qalıq izi də bilinir. Bu daĢ tapıntının yaxınlığında bir ədəd kiçik saxsı iy baĢlığı da 
əldə  edilmiĢdir.  Buradan  belə  bir  təsəvvür  də  yaranır  ki,  həmin  daĢ  toxuculuqla 
bağlı hər hansı bir dəzgah hissəsi olmuĢ və buna yaxın vəzifəni ifa etmiĢdir. 
DaĢ  alətlər  içərisində  kobud  qabaoxĢar  nümunələr  (tablo  56-6),  yumru 
alətlər (tablo 56-8, 9), asmaq üçün deĢikli xart daĢı da maraqlıdır. 
Dəmir materialı içərisində bir ədəd ox ucu daha çox cəlb edir (tablo 55). Bu 
tip dəmir ox ucularının tam oxĢar formaları çoxdur. Həmçinin yeni Tsruxaytud və 
Zorqol  kəndlərində  tapılanlar  da  buraya  daxildir.  Bu  tip  dəmir  ox  ucları 
Zabaykalyada  hun  dövründən  baĢlayaraq  müasir  etnoqrafik  dövrə  qədər  ən  çox 
yayılmıĢdır.
30
 Həmin ox ucunun tiyəsinin uzunluğu 6 sm, eni 1-1,5 sm, saplağının 
uzunluğu  isə  5  sm-dir.  Ox  ucu  çox  yaxĢı  qalmıĢdır.  Burada  dəmir  materiallının 
yaxĢı  qalmasının  bir  səbəbini  də  yaĢayıĢ  yerinin  hündürdə  olması  və  burada 
nəmliyin azlığı, suyun dayanmaması ilə də izah etmək olar. 
Qəbir  abidəsi.  Qırlartəpə  yaxınlığında  təzə  salınmıĢ  Ģosse  yolunun 
kənarında  qədim  qəbir  abidələrinin  qalıqları  yenə  də  müĢahidə  edilmiĢdir. 
Bunlardan  xeyli  nümunələr  1982-ci  ildə  aĢkar  edilib  öyrənilmiĢdir.  1983-cü  il 
qazıntı  mövsümündə  yolun  kənarında  bir  qəbir  abidəsinin  varlığı  aĢkara 
                                                 
30
 Й.С.Худяков.  Коллекция  железных  наконечников  стрел  Читинского  музея//  Археологии 
северной Азии, Новосибирск, Наука-Сибирское отделение, 1982, с. 140. 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə