Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə42/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   38   39   40   41   42   43   44   45   ...   59

85 
 
yenə  də  sümükdən  kəsilərək  düzəldilmiĢ  müxtəlif  alət  və  bəzək  Ģeylərindən 
ibarətdir.  Maral  və  cüyür  buynuzundan  daha  çox  istifadə  olunmuĢdur.  Bunlardan 
biri  daha  maraqlıdır.  Üç  Ģaxədən  ibarət  olan  kiçik  cüyür  buynuzundan 
sənətkarlıqda  istifadə  edilmiĢdir.  Sümük  tapıntıları  içərisində  bir  ədəd  üzüyü 
xatırladan barmaqcıl da vardır. Bu əĢya hər hansı bir lülə sümüyündən iti alətlə çəp 
kəsilərək  üzük  formasına  salınmıĢdır.  Onun  üstündə  bir  növ  qaĢı  xatırladan 
hissəsində  kiçik  dairə,  dairənin  ortasında  isə  nöqtə  Ģəkilli  deĢiyi  yardır.  At 
dırnağını  xatırladan  bu  əĢya  yaxĢı  hamarlanmıĢdır.  Bu  sümük  üzüyü  xatırladan 
əĢyadan  ox  atmaqda  istifadə  olunduğu  ehtimal  edilir.  Ondan  kamana  tarma 
çəkilmiĢ  ipin  və  ya  köĢənin  dartılması  zamanı  barmağı  kəsməsin  deyə  istifadə 
edildiyi güman olunur. Yaxınlıqdakı nekropoldan və bilavasitə akropoldan kaman 
və  ox  ucları  da  tapılmıĢdır  ki,  bu  da  həmin  alətdən  göstərilən  məqsəd  üçün 
istifadəni söyləmək fikrini bir daha asanlaĢdırır. 
Ümumiyyətlə  Qırlartəpədə  tapılmıĢ  müxtəlif  maddi-mədəniyyət  qalıqları 
burada  daĢiĢləmə,  dulusçuluq,  sümükiĢləmə,  metaliĢləmə,  ağac  iĢləri  və  bunların 
da xırda və incə sahələrinin inkiĢafı haqqında aydın təsəvvür yaradır. 
 
1985-ci il 
Ekspedisiya iyulun 2-dən sentyabrın 15-nə kimi Ağsu və Ġsmayıllı rayonları 
ərazisində  iĢləmiĢdir
33
.  Həmin  müddətdə  əsas  qazıntı  yeri  olan  Qırlartəpədə 
əvvəldən  baĢladığımız  qazıntını  davam  etdirmiĢik  (tablo  61-62).  Bununla  yanaĢı, 
Ağsu Ģəhəri yaxınlığında Xaraba Ģəhər yerində kəĢfiyyat qazıntısı qoyulmuĢdur. 
...Qırlartəpədə  kompleks  tikinti  qalıqlarının  içridən  bəzi  xüsusiyyətləri 
aydınlaĢdırılsa da, hasar divarının xarici tərəfi qazılıb açılmamıĢdır. Bu mövsümdə 
ekspedisiya  abidənin  həm  də  ətraf  divarlarının  xarici  sərhədlərini  və  onun 
qalınlığını  müəyyən  etməyə  çalıĢmıĢdır.  Qeyd  etməliyik  ki,  bu  böyük  tikintinin 
yerləĢdiyi  təpənin  ətrafları  dik  yamaclardan  ibarətdir.  Ona  görə  də  bayırdan 
qazmaq  kompleksin  tezliklə  uçub  dağılmasına  əvvəlki  vəziyyətinin  pozulmasına 
səbəb ola bilərdi. Divarın uçmasının qarĢısını almaq məqsədi ilə bütün divar boyu 
xarici səthinin  hər  yerdə açılmasını  hələlik təxirə  salmıĢıq. Lakin onun qalınlığını 
aydınlaĢdırmaq üçün Ģimal divarın xaricində V7Q7 kvadratlarında qazıntını davam 
etdirməklə  bayır  tərəfini  müəyyənləĢdirə  bildik.  Həmin  kvadratlarda  0,7-1  metr 
dərinliyə qədər qazılaraq demək olar ki, tam bünövrəyə qədər endirilmiĢdir. Aydın 
olmuĢdur ki,  yan divarın bu hissədə qalınlığı 3,1 metrdir. Bu da həmin hörgünün 
hasar  və  ya  ətraf  müdafiə  hörgüsü  olduğuna  Ģübhə  doğurmur.  Cənub  divarı 
                                                 
33
 Ekspedisiya  bu  tərkibdə  iĢləmiĢdir:  rəis  Fazill  Osmanov  (2.VII-15.IX.85),  kiçik  elmi  iĢçi  Qafar  Cəbiyev 
(2.VII-15.IX.85),  baĢ  elmi  iĢçi  Fərhad  Ġbrahimov  (1.VIII-30.VII1.85),  kiçik  elmi  iĢçi  Sevda  Hüseynova 
(1.VIII-30.VIII.85), kiçik  elmi  iĢçi  Ayna Əlizadə  (10.VII-10.VHI.85), baĢ laborant Tofiq Mehdiyev (I VIII-
30.VIII.85),  rəssam  Cəbrayıl  Ġsgəndərov  (15.VIII-30.VIII.85).  memar  Qalib  XoĢginabi  (15.VIII-
15. IX.85 ). 
 


86 
 
xaricində  də  qazıntı  iĢi  aparılaraq  bu  hissədə  divarın  qalınlığını  müəyyən  etmək 
mümkün  olmuĢdur.  Burada  xüsusilə  cənuba  doğru  açılan  baĢ  doqqazın  (darvaza) 
ətrafı  təmizlənmiĢ  və  xaricdən  sərhəddi  müəyyənləĢdirilmiĢdir.  Əsas  qapı  kimi 
qeyd  edilən  bu  hissədə  divarın  qalınlığı  3,5  metrdir.  Qapının  eni  isə  2,4  metrdir. 
Qapı yerinin 0,6 metr hündürlüyü qalmıĢdır. Burada qapı üstündə qoyulmuĢ qalın 
ağac-qapıbaĢı  və  ya  qapıüstü  ağaclarının  yanıb  kömürləĢmiĢ  izi  qalmıĢdır. 
KömürləĢmiĢ  ağac  qalıqları  iki  ədəd  olub,  biri  qapının  girəcəyində  yəni  xaricə 
doğru,  digəri  isə  içəriyə  doğru  olan  kənarlarında  qoyulmuĢdur.  QalmıĢ  ağac 
kömürü qat-qat və coddur. Bu da yoğun palıd ağacının qalığı olduğunu bildirir. Bu 
yaĢayıĢ  yerinin  ətrafı  və  yaxınlıqlarında  meĢəliklər,  xüsusilə  palıdlıqlar  çoxdur. 
Ona görə də tikinti damının və qapı üzərinə döĢənmiĢ ağaclar, eləcə də digər tikinti 
materialı içərisində palıd ağacları üstünlük təĢkil etmiĢdir. 
Cənub  doqqazı  yerinin  Ģərq  tərəfindən  0,8  metr  enində  və  0,9  metr 
uzunluğunda  divar  içəriyə  doğru  artır  (plan).  Ġçəriyə  doğru  uzanan  bu  hissənin 
davamı  yoxdur.  Ola  bilsin  ki,  bu  elə  0,9-1  metr  uzunluqda  qapı  girəcəyində  hər 
hansı  bir  çıxıntı,  künc  təĢkil  etmiĢdir.  Burada  əmələ  gələn  küncdən  Ģərqə  doğru 
əsas  divara  qədər  6  metrlik  məsafədə  Ģimala  doğru  uzanan  divar  baĢlanır.  ġərq 
tərəfdən  Ģimal-cənub  istiqaməti  üzrə  uzanan  divarın  içəridən  uzunluğu  7  metrdir. 
Onun  1,4  metri  divarın  ortasında  qapı  yerinə  düĢür.  Burada  da  divarların  qalmıĢ 
hündürlüyü  1  metrə  qədərdir.  Bu  qapı  yerində  də  qapıüstü  ağacın  olduğu  qalmıĢ 
kömür  izindən  məlum  olur.  Tikinti  kompleksinin  Ģərq  ucunda  ümumi  tikintinin 
kəlləsini  tamamlayan  və  qeyd  edilən  qapının  Ģərqə  çıxan  hissəsində  daha  bir 
dördkünc yer aĢkar olunmuĢdur. Buranın Ģimal-cənub üzrə uzunluğu 7,45 metr, eni 
isə 5,2 metrdir. Bu da yenə Ģimal-cənub üzrə olmaqla ortadan arakəsmə divarla iki 
hissəyə bölünmüĢdür. Onun Ģərq yarısının eni 2,9 metrdir. Ümumiyyətlə göstərilən 
ölçülərin hamısı içridən-içəriyədir. Həmin yerdən çürüntülü torpaq, saxsı qırıqları, 
sapand daĢı hesab etdiyimiz yumru daĢlardan xeyli miqdarda əldə edilmiĢdir. Qeyd 
edək  ki,  bu  cür  daĢlar  qərb  kəllələrdə  aĢkar  edilmiĢ  dördkünc  tikintidən  və  ya 
bürclərin  içərisindən  də  çoxlu  tapılmıĢdır.  Qazıntının  və  ya  tikinti  kompleksinin 
mərkəzi  hissəsində  həmin  daĢların  anbarı  aĢkar  olunmuĢdur.  Qapı  yerindən  bir 
ədəd zərif düzəldilmiĢ və iĢlənib nazilmiĢ dən daĢı hissəsi əldə edilmiĢdir. Bu dən 
daĢı  yarısının  ucu  iĢlək  tərəfindən  əks  istiqaməti  üzrə  olmaqla  bir  qədər  maili 
düzəldilmiĢdir  ki,  bu  da  həmin  üst  sürtəc  daĢın  iĢlənməsi  zamanı  əli  yerə  və  alt 
daĢına toxunub zədələnməkdən mühafizə etməkdən ötrüdür. 
Abidənin  Ģərq  ucundakı  böyük  düzbucaq  formalı  tikintinin  içərisi 
təmizlənərkən  buradan  içəriyə  doğru  olan  qapının  yanından  bir  iri  küp  ağzının 
qırığı  tapılmıĢdır.  Küp  qırığı,  daha  doğrusu  onun  ağzı  kənarındakı  səthində  kiçik 
ovalĢəkilli sxematik insan təsvirli möhür yeri vardır. Qırlartəpədə möhür izinə ilk 
dəfə rast gəlinir. 
Divarların  xaricindən  tikintinin  vəziyyətini  aydınlaĢdırmaq  məqsədilə 
aparılmıĢ  tədqiqat  zamanı  daha  bir  xüsusiyyət  nəzərə  çarpmıĢdır.  E7  kvadratında 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə