Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə25/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   21   22   23   24   25   26   27   28   ...   59

51 
 
çınqıl və sarı  narın torpaqdan ibarətdir. Həmin  sahə daĢ dağıntısı olan  yer 4  metr 
cənub-qərbə  doğru  davam  edir  və  bundan  sonra  3  metr  Ģimal-Ģərqə  uzanır.  DaĢ 
dağıntısı tökülmüĢ yerin arxası çınqıllı qəhvəyi-sarı torpaqla döĢəndiyi hiss olunur. 
Bu töküntülər demək olar ki, yerin üstünə yaxındır. Odur ki, həmin qalıqlar əvvəlki 
yerini  dəyiĢmiĢ  və  pozulmuĢdur.  Bina  qalığı  hesab  edilən  yerdən  iri  və  xırda  ucu 
ĢiĢ,  uzunsov  daĢlar  tapılmıĢdır.  Bunların  içərisində  bir  tərəfindən  deĢik 
açılmıĢlarına  da  təsadüf  edilir.  Bu  daĢların  sənətkarlıqla  iĢləndiyi  güman  edilir. 
Lakin bu daĢların alət kimi istifadə olunması hələ tam yəqinləĢdirilməmiĢdir. Belə 
bir  fakt  diqqəti  cəlb  etməyə  bilməz  ki,  Nüydi  yaĢayıĢ  yerinin  yaxınlığında 
sənətkarlıq ocağı kimi qeyd edilən çoxlu yanğın izi və kərpic halına düĢmüĢ suvaq 
parçaları tapılan sahədə də bu cür alətlərə təsadüf edilir. AçılmıĢ qazıntı sahəsində 
tikinti  qalıqları,  sənətkarlıq,  baĢqa  təsərrüfat  iĢlərilə  bağlı  tapıntılardan  baĢqa 
yaĢayıĢ  məskəni  və  onun  sakinlərinin  həyat  fəaliyyətini  daha  aydın  nəzərə 
çarpdıran  qəbir  abidələri  də  aĢkar  edilmiĢdir.  Həmin  abidələr  torpaq  qəbirlərdən 
ibarət olub, çox zəngin avadanlığa malikdir. Qəbirlər dördkünc Ģəkildə qazılmıĢdrr. 
Böyük ölçülü və qeyri-adi təchizata malik olan bu qəbir abidələrinin ayrı-ayrılıqda 
təsvirini verməyi lazım bilirik. 
1  saylı  torpaq  qəbir.  Uzunboylarda  arxeoloji  qazıntı  zamanı  ilk  dəfə 
təsadüf  edilən  bu  qəbir  abidəsi  nisbətən  dayazda  olduğundan  yer  Ģumlanarkən 
dağıdılmıĢ,  əksər  avadanlığı  sınmıĢ  və  yerindən  tərpədilmiĢdir.  Odur  ki,  onun 
istiqamətini  müəyyənləĢdirmək  mümkün  olmadı.  Hətta  skeletin  sümükləri  də 
qarıĢdırılmıĢdır.  Lakin  bütün  bunlar  bilərəkdən  olmamıĢdır.  Buradan  salamat 
qalmıĢ qablara habelə bəzək əĢyalarına təsadüf olunmuĢdur. Qol sümükləri yanında 
tunc bilərzik,  muncuq (ĢüĢə, əqiq, pasta) tapılmıĢdır (tablo 45-14). Bütün bunlarla 
birlikdə  qol  və  əl  sümükləri  yanında  bir  ədəd  yerli  gümüĢ  sikkə  də  tapılmıĢdır. 
Makedoniyalı  Ġsgəndərin  puluna  bənzədilərək  zərb  olunmuĢ  bu  sikkə  yaxĢı 
qalmıĢdır.  O  abidənin  dövrünü  müəyyənləĢdirməkdə,  eləcə  də  onun  sakinlərinin 
iqtisadi  və  mədəni  səviyyəsini  aydınlaĢdırmaqda  bizə  böyük  kömək  göstərə  bilər. 
Bundan  baĢqa  daha  maraqlı  tapıntılardan  biri  də  ağ  əhəngdaĢından  olan  dayaz 
piyalədir. Qabın ağzının kənarı ilə çevrələnən iki batıq xəttin arası (2,5 sm enində) 
çox  məharətlə  iki  maral,  bir  ceyran,  yaxud  tur  qaçan  Ģəkildə  onların  ardınca 
quyruğu  yuxarı  qatlanmıĢ  Ģəkildə  bir  it  (yaxud  bəbir?)  cəld  qaçıĢda  təsvir 
edilmiĢdir. Hər bir rəsmin arası iki dik cızıqla kəsilərək araları yenə də dik, lakin 
ziqzaq cizgilərlə bəzədilmiĢdir. 
Bu  ziqzaq  xətlərlə  itlərlə  ceyranın  arasında  dörd,  ceyranla  birinci  maralın 
arasında  isə  6,  ikinci  maralın  arasında  beĢ  xətt  çəkilmiĢdir.  Piyalənin  içərisində 
kəsik  xətti  bildirən  cızıq  vardır.  Bu  cür  yenə  də  xaricdən  az  bir  hissəsini  bölən 
Ģəkildə  verilmiĢdir.  Həmin  piyalə  və  yaxud  cam  dayaz  və  qalın  olub  kiçik  və 
nisbətən  düz  oturacağa  malikdir.  Onun  oturacağı  nəmlik  və  ya  yuyulmadan  bir 
qədər  aĢınmıĢdır.  Həmin  qabın  eyni  forması  saxsıdan  hazırlanmıĢdır.  Həm  də  bu 


52 
 
forma  tədqiq  olunan  abidədən  çoxlu  miqdarda  tapılır  və  onun  səciyyəvi  qab 
nümunələrindən birini təĢkil edir. 
1  saylı  torpaq  qəbirində  Albaniyanın  ilk  dövrləri  üçün  daha  səciyyəvi  olan 
süddanbiçimli, yumru gövdə, yandan qulplu qablar üçayaq və təkayaqlı qara qonur 
rəngli  vazaların  hissələri  də  tapılmıĢdır.  Abidənin  əsas  saxsı  qab  nümunələrindən 
biri  də  cam  formalı  kiçik  qulplu  olan  nümunələrdir.  Bu  tip  qabların  böyük 
nümunələri  də  aĢkar  edilmiĢdir.  Onlar  bir  növ  xeyrələri  xatırladır.  Qalqa  tipli 
qabların  içərisində  qoyulmuĢ  çox  kiçik  camlara  da  təsadüf  edilmiĢdir.  Onların 
ağzının  kənarından  dik  qaldırılmıĢ  qövsĢəkilli  kiçik  qulplar  vardır.  Bu  cür  kiçik 
ölçülü qablar da Uzunboylardan həddən artıq tapılır. 
Qəbirdən aĢkar edilmiĢ vaza, xeyrə və qalqa tipli qabların içərisindən qoyun 
və  quĢ  sümükləri  var  idi.  Bu  qabların  üzərində  yanğın  izi  də  müĢahidə  edilir. 
Bundan əlavə qablar qoyulan  yerdə od izi qalmıĢdır. Bu qalıqlar içərisində kömür 
qalıqları  da  vardır  ki,  onların  bəzisinin  palıd  ağacına  aid  olduğu  kömürünün 
qatlarından bilinir. Bundan baĢqa bu qəbirin dağıdılmasına  baxmayaraq bir qoyun 
skeletinin demək olar ki, tam hissələri müĢahidə edilmiĢdir. 
Saxsı  qablarda  Albaniyanın  ilk  dövrlərini  səciyyələndirən  ağzında 
novçavari  çıxıntısı  olan  süddan,  ağzı  dörd  tərəfə  əyməli  dopu,  Ģargövdəli  digər 
bardaqlar  diqqəti  cəlb  edir.  Enli  və  qısa  boğaza  malik  bu  qabların  bir  qulpu  olub 
gövdəsilə ağzının kənarı altında yapıĢdırılmıĢdır. Onların boğazı batıq xətlə və çəp 
kəsmələdə bəzədilmiĢdir. 
TapılmıĢ  qara  rəngli  qapağın  üstündə  ilgəkĢəkilli  qulpu  və  barmaqla 
basılmıĢ bəzəyi vardır (tablo 46-5). Qapaq ağzı dairəvi və enli boğaz qabın ağzını 
örtmüĢdür. 
Bəzək Ģeyləri  içərisində pastadan  asmalara  da  təsadüf  edilmiĢdir.  Onun bir 
tərəfi qabarıq olub üzəri kiçik qazıma yolu ilə bir növ balığın pulcuqlarını bildirir. 
Asmaq üçün baĢ tərəfindən deĢik açılmıĢdır. Bu isə balığın gözlərini xatırladır. 
1 saylı qəbirin avadanlığı içərisində dəmir materialı da çoxdur. Onlardan ox 
ucları (tablo 45 - 7, 8), bıçaq tiyəsi (tablo 45-3), biz (tablo 45-6), nizə qırıqları və s. 
göstərmək  olar.  Dəmir  əĢyalarla  birlikdə  qara  rəngli  uzunsov  düzəldilmiĢ  bülöv 
daĢı da tapılmıĢdır (tablo 45-9). 
Ġçərisində dəmir yapıĢdırılmıĢ bir ədəd dairəvi bəzək əĢyasının kənarlarında 
iki  yerdə  deĢiyi  vardır.  Onun  bir  tərəfi  qabarıqdır.  Çökək  tərəfindəki  dəmir  qalığı 
bu  əĢyanın  sancaq  hissəsi  olduğunu  bildirir.  Yerüstü  tapıntılar  içərisində  müxtəlif 
ölçülü  zəncir  həlqələrindən  ibarət  bəzək  nümunələri  də  tapılmıĢdır.  Bu  zəncirin 
üstündə dəmir lehimi qalmıĢdır. Görünür ki, onu silah və ya baĢqa alətə lehimləyib 
bərkitmiĢlər.  
2  saylı  torpaq  qəbir.  Bu  qəbir  abidəsi  qazıntı  sahəsinin  cənub  kənarına 
yaxın,  daha  doğrusu  VV  a,b  kvadratları  arasında  aĢkarlanmıĢdır.  Qazıntı  yeri 
seçərkən yoxlama nöqtəsində qəbir abidəsinin  izi üzə çıxdığından, məhz buradan 
kənarlara  doğru  sahəni  artırmıĢdır.  Təbiidir  ki,  bu  abidə  də  qazıntının  təqribən 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə