Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə29/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   25   26   27   28   29   30   31   32   ...   59

59 
 
1982-ci il 
 
Ağsu  rayonu  ərazisində  yerləĢən  Uzunboylar  və  Qırlartəpə  abidələrində 
arxeoloji  tədqiqat  iĢləri  1982-ci  il  iyulun  12-dən  sentyabrın  10-na  kimi  davam 
etdirilmiĢdir
27
. 1981-ci ildə ilk dəfə qazıntıya baĢlanan Uzunboylarda aĢkar edilmiĢ 
zəngin torpaq qəbirləri diqqəti cəlb etmiĢdir. Ona görə də bu il həmin qazıntı sahəsi 
geniĢləndirilərək iĢlənmiĢdir. 
Ġlk  günlər  bəzi  axtarıĢlar,  müĢahidə  edilmiĢ,  təĢkilatı  iĢlərlə  məĢğul 
olunmuĢdur.  1981-ci  ildə  Ġsmayıllı-Muğanlı  asfalt  yolunun  çəkiliĢi  ilə  əlaqədar 
tədqiqat  ərazisində  bəzi  abidələr  üzə  çıxmıĢ,  bir  neçə  qədim  qəbir  dağıdılsa  da 
ekspedisiya  müddətində  onlar  qeydə  alınmıĢ,  materialı  toplanmıĢ  və  lazımi 
tədbirlər  görülmüĢdür.  Yeri  gəlmiĢkən  qeyd  etmək  lazımdır  ki,  1981-ci  ildə  yol 
çəkiliĢi  Girdimandan  Bədova,  Tircan  kəndi  altınadək  çatdırılmıĢdır.  Məhz  həmin 
ilin yayında Ġsmayıllı-Basqal istiqamətində Girdimançayın üstündən ilk dəfə olaraq 
körpü  salınmıĢdır.  1982-ci  ildə  isə  həmin  asfalt  yol  Muğanlıyadək  (ġamaxı 
yaxınlığında)  çatdırılmıĢ  və  payız  mövsümündə  Ağsuçayın  üstündən  (göstərilən 
istiqamətdə)  yenə  də  ilk  dəfə  körpü  iĢə  salınmıĢdır.  Münbit  torpaqlara  malik 
yaylaların üstündə izləri qalan qədim yaĢayıĢ  məskənlərini bir-birilə əlaqələndirən 
və Ģərq-qərb istiqamətində uzanan həmin qədim yeri əhali “poçt yolu”, “top yolu” 
da  adlandırır.  Əsrlərdən  bəri  hərəkət  xətti  kimi  istifadə  olunmuĢ  həmin  torpaq 
yolun  istiqamətilə  yeni  salınmıĢ  tranzit  xətti  (Ģosse  və  körpülər)  1982-ci  ilin  son 
aylarından tamamilə iĢə düĢmüĢdür ki, bu da ġirvanın dağlıq və dağətəyi zonasında 
yaĢayan əhalinin iqtisadi həyatında xüsusilə böyük əhəmiyyət kəsb edir. Bu yolun 
Uzunboylardan  keçib  getdiyi  yerdə  bəzi  qəbir  abidələri  və  baĢqa  qədim  maddi-
mədəniyyət  qalıqları  üzə  çıxmıĢdır.  Yolun  hər  iki  tərəfindən  çoxlu  yonulmamıĢ 
tikinti  daĢları  (çaydaĢı),  dən  daĢları,  yanmıĢ  suvaq  parçaları  və  saxsı  qırıqlarının 
səpələndiyi  müĢahidə  edilmiĢdir.  Bir  qədər  Ģimala  doğru  nisbətən  hündür  yerdə 
bina daĢları, iri küp qırıqları və s. qeydə alınmıĢdır. Buradakı dən daĢları içərisində 
çay daĢlarından düzəldilmiĢlərinə də təsadüf edilmiĢdir. 
Ümumiyyətlə,  Uzunboylar  abidəsində  tikinti  qalıqları,  daha  doğrusu  daĢ, 
kirəcə  oxĢar  qalıqları  və  s.  həddən  artıqdır.  Lakin  onların  hər  hansı  bir  nizamlı 
qalığı və ya baĢqa tikinti planını müəyyənləĢdirə bilməmiĢik. Qeyd etmək lazımdır 
ki,  antik  dövrə  aid  yaĢayıĢ  mənzilləri,  tikililərinin  izini  tapmaq  ondan  əvvəlki  və 
sonrakı yaĢayıĢ yerlərinə nisbətən çətindir. Bu dövrdə yaĢayıĢ yerləri əsasən daha 
möhkəm  istehkamlarda  və  ya  hündür  təpələrdə  olmamıĢdır.  Ona  görə  də  əksər 
yaĢayıĢ  yerləri,  xüsusən  kiçik  məskənlərin  sonradan  uzun  müddət  təsərrüfat  iĢləri 
                                                 
27
 Ekspedisiya  aĢağıdakı  tərkibdə  iĢləmiĢdir:  Fazill  Osmanov  (dəstə  rəhbəri),  baĢ  elmi  iĢçilər  Fərhad 
Ġbrahimov ( 20. VII-20. VII-82). Abdulla Fazilli (I.V III-15. VIII.82); kiçik elmi iĢçi Qafar Cəbiyev 
(15.VII-30.VII.82). 
 
 


60 
 
və təbii hadisələr nəticəsində izi itmiĢdir. QalmıĢ cüzi əlamətlər isə yaĢayıĢ yerini, 
onun  tikintisini  və  bu  kimi  xüsusiyyətlərini  öyrənməyi  çətinləĢdirmiĢdir.  Lakin 
bununla  belə  Uzunboylarda  yerüstü  axtarıĢlar  zamanı  yaĢayıĢ  yeri  haqqında  daha 
geniĢ  təsəvvür  əldə  etmək  olur.  Burada  yenə  də  tikintidə  istifadə  edilən  daĢlara 
(divar,  döĢəmə,  dən  daĢlarına  və  s)  tez-tez  çoxlu  miqdarda  təsadüf  edilir.  Dən 
daĢlarından çox irilərinə də rast gəlinir. Bu cür dən daĢları bir növ mexaniki qüvvə 
ilə iĢləyən dəyirmanlara yaxın üsuldan istifadəni xatırladır. Bundan baĢqa yerli daĢ 
cinslərindən  müəyyən  çapılma,  yonulma,  döyülüb  hamarlanma  izi  olanlarına  da 
təsadüf  edilir.  Bu  ərazidə  çay  daĢlarından  5  saylı  qəbirdə  skeletin  baĢı  cənuba 
doğru  olmaqla  arxası  üstə  dəfn  edilmiĢdir.  Kəllə,  daha  doğrusu  ölünün  üzü  azca 
gündoğana  meyilli  qoyulmuĢdur.  Qollar  yana  doğru  olub  dirsəkdən  qatlanaraq 
qarnı  üstünə  gətirilmiĢdir.  Onurğa  sümüyü  yaxınlığında  olan  əllərində,  daha 
doğrusu  hər  biləyində  bir  tunc  bilərzik  vardır.  BaĢında  misdən  pilək-bəzəklər 
qalmıĢdır. Bu cür metal bəzəklər kəllənin ətrafına çevrələndiyini və çiyni yanında 
boynunda  da  olduğu  müĢahidə  edilmiĢdir.  Skeletin  boynundakı  bəzəklərin  altında 
qaramtıl  narın  torpaq  qatı  qalmıĢdır  ki,  bu  da  saç,  hörük  çürüntüsünü  xatırladır. 
BaĢı yanında bir kiçik üzük, sırğa formalı bəzək vardır. 
Skeletin  qıçları  dizdən  qatlanaraq  bir  növ  bardaĢ  qurma  formasında  olub, 
ayaqları  çanaq  sümüyü  yaxınlığında  bazu  sümükləri  arasında  bir-birinə  bitiĢik 
vəziyyətdə idi. Sol qıçın dizi qarĢısında bir ədəd qara formalı bəzək və bir bilərzik 
var idi. 
Qəbirdə  ölünün  üzü  qarĢısında  qırmızı  rəngli  saxsı  qablar  düzülmüĢdür. 
Qeyd  etdiyimiz  kimi  torpaq  üstündə  ağır  texnika  iĢlədiyi  üçün  qablar  tamam 
qırılmıĢdır.  Saxsı  qablar  skeletin  baĢı  yanındakı  ayaqları  altınadək  qoyulmaqla 
qəbir boĢluğu doldurulmuĢdur. Qəbirin ayaq tərəfində (skeletə görə) 6 bütöv xırda 
buynuz  heyvan  cəmdəyinin  sümükləri  müĢahidə  edilmiĢdir.  Burada  dəmir  əĢyaya 
xırda  iynə  yaxud  sancaq  formalı  dəmir  Ģeylər  istisna  olmaqla  təsadüf 
olunmamıĢdır.  Qəbirin  Ģimal-qərb  küncündə  bir  iri  təsərrüfat  küpü  dik 
basdırılmıĢdır. 
Küpün  yalnız  ağız  hissəsi  qəbirin  dibi  səviyyəsində  idi.  Qalan  bütöv  küp 
daha  dərinə  qazılıb  basdırılmıĢdır.  Bu  küpün  ağzı  yastı  daĢla  örtülmüĢdür.  Ona 
görə də içərisi boĢ və təmiz qalmıĢdır. Dibində qaramtıl çöküntü izi qalmıĢdır ki, 
bu  da  onun  içərisində  maye  halında  ərzaq  və  ya  bu  kimi  məhsul  qoyulduğunu 
bildirir.  Küpün  ağzı  dairəvi,  boğazı  qısa,  uzunsov,  gen  gövdəsi  və  düz  oturacağı 
vardır.  Küpün  ağzının  diametri  25,  qalınlığı  2,  oturacağının  diametri  13, 
hündürlüyü 65 sm-dir. 
Bu  küp  yaxĢı  qalsa  da  gövdəsindən  çatlamıĢdır.  Odur  ki,  onu  yerindəcə 
qeyd  etdik.  Fotosunu  yenidən  çəkdik,  yenidən  öz  yerində  basdırıb  içərisinə 
yaxınlıqdakı  6  saylı  torpaq  qəbirindən  çıxmıĢ,  sınıq  və  götürülməsi  məsləhət 
olmayan təkrar materiallar yığılıb saxlandı. 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə