Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə15/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   11   12   13   14   15   16   17   18   ...   59

31 
 
yapıĢdırılmıĢdır.  Onun  bu  hissəsi  bir  qədər  içəriyə  basılmıĢ  Ģəkildədir.  Kiçik 
oturacağı da uzunsov və düzdür. Qırmızımtıl rəngdə olan bu gil qab 611 saylı gil 
qabın  içərisinə  qoyulmuĢdur  (s.q.  №  612).  Bu  tip  qablar  da  Nüydi  abidəsi  üçün 
səciyyəvidir.  
7.  Gil  süddan.  Ağzı  novçalı  və  7  deĢmədən  ibarət  süzgəci  olan  bu  qabın 
rəngi bozumtuldur. Onun gili təmiz və içərisi qırmızıdır. Gövdəsi yumrudur. Üçtilli 
qulpunun  ağzının  kənarına  yapıĢan  hissəsində  iki  qulaqcığı  vardır.  Qulpun  digər 
ucunun  gövdəyə  yapıĢdırılan  hissəsində,  qabarıq  yerində  yapma  düyməcikləri 
vardır. Onun oturacağı içəriyə doğru batıqdır (s.q. № 613).  
8.  Gil  badya.  Enli  ağızlı  kasacıqdan  ibarət  gövdəyə  malik  bu  gil  qabın 
ağzının  kənarından  bir  novça  əyintisi  vardır.  Onun  qaramtıl  qalan  saxsısı  vardır. 
Qabın  ağzının  kənarından  (sol  tərəfdən)  en  kəsiyi  lentvari  qalın  qulp 
yapıĢdırılmıĢdır.  Qulp  kənara  doğru  uzanaraq  ucu  qıra  Ģəklində  aĢağıya  doğru 
qatlanaraq  heç  bir  yerə  yapıĢdırılmamıĢ  bir  növ  yandan  qulplu  olan  çömçəni 
xatırladır.  Bəlkə  də  bu  elə  metal  və  ya  baĢqa  ərintilər  zamanı  “çömçə”  (lyaçka) 
vəzifəsi daĢımıĢdır (s.q. № 614).  
9.  Tunc  üzüklər.  Bunlardan  birinin  ucları  sivri  və  aralı,  en  kəsiyi 
lentĢəkillidir; üzüyün  uclara  yaxın hissəsi enli, ortasına  yaxın  hissəsi isə xaricdən 
içəriyə doğru batıqdır. Onun üzəri cəng atmıĢdır (s.q. № 615). 
Digər tunc üzüklər baĢqa formadadır. Onların en kəsiyi üçbucaq formasında 
olub  üstü  qabarıq,  içərisi  isə  yastıdır.  Üzüyün  ucları  bir-birinə  çatdırılmıĢdır  (s.q. 
№ 616).  
10.  Tunc əşya. En kəsiyi yarımdairə təĢkil edən bu tunc əĢya iki ədəd olub, 
onlardan biri nisbətən böyük, digəri isə kiçikdir. Onların bir tərəfi qabarıq-dəyirmi, 
о  biri  üzü  isə  çökəkdir.  Kənarları  qeyri-bərabər  kəsiyə  malikdir.  Bu  kiçik  tunc 
əĢyanın  kənarlarında  iki  yerdə,  bərabər  məsafədə  kiçik  deĢiklər  kiçik  deĢikləri 
vardır  (s.q.  №  617).  Bunlar  qabların  yanında  bir-birinin  içərisində  ağzı  yuxarı 
qoyulmuĢdur. Ola bilsin ki, bunlar zərgərlik tərəzisi kimi istifadə edilmiĢdir. Çünki 
bir  о  qədər  də  zərif  düzəldilmiĢdir.  Digər  tərəfdən  bəzək  Ģeyləri  adətən  skeletin 
üstündə və onun yaxın ətrafında müĢahidə olunur. 
11.  Тunc  əşya  (biz  və  ya  sancaq).  Ucu  ĢiĢ,  uzun  biz  formasında  olan  bu 
tunc  əĢya  incə  hazırlanmıĢdır.  Onun  əl  tutan  hissəsinə  yaxın  yeri  yastı  rombvari 
düzəldilərək  mərkəzindən  kiçik  deĢik  açılmıĢ  və  oraya  üzükvari  tunc  halqa 
keçirilmiĢdir  (bu  metal  halqa  aləti  əldə  tutan  zaman  baĢ  barmağa  keçiriləndə 
rahatlıq yaradır. Buna bəzən metal zəncir də bağlanır ki, bu da asmaq üçün olmuĢ, 
yaxud  yaraĢıq  məqsədi  daĢımıĢdır).  Buradan  yuxarı  bütöv  metal  çubuqcuq  iki 
hissəyə  bölünmüĢ,  lentvari  ucları  ayrı-ayrılıqda  içəriyə  doğru  dolanaraq  bir-birinə 
yaxınlaĢdırılmıĢ  və  tunc  məftillə  cəmləĢdirilmiĢ  və  bu  bir  növ  ona  yaraĢıq 
vermiĢdir  (s.q.  №  618).  Bu  tip  tapıntılar  Mingəçevirin  küp  qəbirlərindən  də 
məlumdur.  Nüydi  abidəsindən  isə  ikinci  tapıntıdır.  Bu  tunc  əĢyadan  bəzək  kimi 


32 
 
istifadə olunmaqla yanaĢı sənətkarlığın müəyyən sahəsində biz kimi də iĢlədilməsi 
ehtimal olunur. 
17 saylı torpaq qəbir. Bu torpaq qəbiri XXI kvadratın Ģimal-Ģərq küncünə 
doğru  olan  sahədə  aĢkar  edilmiĢdir.  Yerin  quruluĢu  ilə  əlaqədar  olaraq  qəbirin 
avadanlığının  üstü  yer  səthindən  30-40  sm  dərində  görünmüĢdür.  UĢağa  aid  bu 
abidədə  skelet  demək  olar  ki,  qalmamıĢdır.  Ona  görə  də  onun  istiqamətini  dəqiq 
müəyyənləĢdirə  bilmədik.  Qəbirin  avadanlığına  görə  qız  uĢağına  məxsusiyyəti 
ehtimal  olunur.  0,3-0,4  metr  dərinlikdə  görünən  avadanlığın  altına  qədər  qazılıb 
təmizləndikdə  dərinlik  0,95-1  metrə  çatdı.  Bu  abidənin  avadanlığı  da  özünə  görə 
zəngin hesab olunur. Kəllə sümüyü altından və yanından xırda, nazik lövhə misdən 
düzəldilmiĢ gül formalı baĢ bəzəyinin qırıqları tapılmıĢdır. Bundan baĢqa bir dəmir 
bıçaq qırığı, dəmir və tunc bilərzik, tunc üzük, muncuq, dörd ədəd göz muncuğu, 
gil matra, süddan, çölmək, habelə baĢqa qırmızı rəngli qablar aĢkar edilmiĢdir. Bir 
neçə qulplu qazanı xatırladan gil çölməkləri daha çox rast gəlinir və bunlar Nüydi 
abidəsi üçün mühüm səciyуə daĢıyır. Həmin qablardan bu qəbir abidəsində 7 ədəd 
bir  yerdə  qoyulmuĢdur.  Bundan  əlavə  dörd  ədəd  gil  vazaya  təsadüf  olunmuĢdur. 
Onlardan  ikisi  qara,  ikisi  isə  qırmızı  rəngdə  olub  qara  rənglinin  biri  üçayaqlı 
ağzının  kənarı  ilə  çiyninə  birləĢdirilən  lentvari  qulplu,  digəri  isə  bir  hündür 
oturacaq  üzərində  düzəldilmiĢdir.  Bunların  hər  ikisi  ovuntu  halına  düĢdüyündən 
götürülməsi mümkün olmadı. Qırmızı rəngli vazalardan da biri yenə də tək hündür 
oturacaqlı,  digəri  isə  üç  qıçlıdır.  Axırıncı  yaxĢı  qalmıĢdır  və  ətraflı  təsviri 
veriləcəkdir.  Ümumiyyətlə  17  saylı  torpaq  qəbirindən  təkcə  20-dən  çox  gil  qab 
qeydə alınmıĢdır. Qeyd edilən materialdan bir neçəsinin təsvirini veririk: 
Tunc  üzük.  En  kəsiyi  dairəvi  olan  bu  üzük  metal  çubuqcuqdan  kəsilərək 
formalaĢdırılmıĢdır.  Müəyyən  ölçüdə  kəsilən  çubuqcuğun  bir  ucu  döyülüb 
yastılaĢdırılmıĢ  və  bir  növ  ilan  baĢı  formasına  salınmıĢdır.  Onun  üstü  isə 
mərkəzdən  kənarlara  doğru  sünbül  qılçığını  xatırladan  bitkilərlə  bəzədilmiĢdir. 
Həmin  yastılaĢdırılmıĢ  və  üstü  bəzədilmiĢ  üzüyün  bir  ucu  o  biri  ucuna  doğru 
əyilmiĢ  və  dairə  Ģəkli  almıĢdır.  Yastılandırılan  hissə  üzüyün  qaĢını  əmələ 
gətirmiĢdir.(s.q.№ 621). 
Dəmir  nizələr.  Kəllə  yaxınlığında  dik  sancılan  vəziyyətdə  aĢkar  edilmiĢ 
nizə  ucluqları  üç  ədəd  olmuĢdur.  Onlardan  biri  parçalanıb  tökülmüĢ,  ikisi  yaxĢı 
qalmıĢdır.  Onların  tiyəsi  uzunsov  yarpaq,  sulğuncları  boru  Ģəklindədir.  Tiyə 
hissəsinin  ortası  azca  qabarmıĢdır  ki,  bu  da  onun  mərkəzi  hissəsinin  qalın, 
kənarlarının  və  ucunun  olmasını,  habelə  möhkəmliyini  təmin  etmək  üçündür 
(s.q.№620). 
Gözmuncuqları. Dörd ədəd gözmuncuğundan ibarət olan bəzəklər kürəcik 
Ģəklində  müxtəlif  materialların  birləĢdirilməsi  yolu  ilə  hazırlanmıĢdır.    Onlar  altı 
kiçik dairəvi yaxud oval formalı, göy rəngli gözcükdən ibarət olub (bunlar firuzəyi 
ĢüĢədən  ibarətdir),  ətrafı  üç  qat  ağ  ĢüĢə  zolağı  ilə  dairəyə  alınmıĢdır.  Zolaqların 
arası  çox  nazik    kanalcıqla  ayrılır.  Bu  zolaqlar  ĢüĢəvari  pastaya  da  oxĢayır.  Ağ 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə