Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə12/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   8   9   10   11   12   13   14   15   ...   59

25 
 
söykənəcək  dayaq,  o  biri  əlində  isə  quĢ  və  ya  heyvan  tutmuĢ  fiqur  təsvir 
olunmuĢdir.  Nüydü  kəndi  yaxınlığındakı  qədim  abidədə  aparılmıĢ  arxeoloji 
qazıntılar  bu  vaxta  qədər  çox  cüzi  olmasına  baxmayaraq  onlardan  əldə  edilən 
maddi-mədəniyyət  zənginliyi  burada  antik  dövrün  izdihamlı  bir  yaĢayıĢ 
məskəninin varlığını göstərir. Lakin bu kiçik qazıntılar onun yaĢayıĢ yerini tam və 
dəqiqliyi  ilə  aĢkara  çıxara  bilməmiĢdir.  Burada  ardıcıl  qazıntılar  zamanı  ətraf 
ərazidə də diqqətli təqiqat aparılmasına və bu zəngin nekropolun münasib yaĢayıĢ 
mənzilləri və tikililərinin tapılıb öyrənilməsinə səy göstəriləcək. 
Uzunboylar  abidəsi.  Ekispedisiya  müddətində  ətraf  ərazinin  tətbiqi  ilə  də 
müəyyən  dərəcədə  məĢğul  olunmuĢ  və  bəzi  yeni  abidələr  aĢkara  çıxarılmıĢdır. 
Ümumiyyətlə,  ġirvan  ərazisində,  o  cümlədən  Ağsu  rayonunda  antik  və  orta  əsr 
abidələri  olduqca  çoxdur.  Rayonun  dağlıq  hissələrində,  xüsusən  alçaq  boz 
dağlardan  və  yaylalardan  ibarət  münbit  torpaqlara  malik  olan  sahələrdə  bu  dövr 
abidələrinə  daha  çox  rast  gəlmək  olar.  Nüydi  qədim  yaĢayıĢ  yeri  yaxınlıqlarında 
Nuran,  Xasıdərə,  Sanqalan,  Qırlar  kəndləri  ətrafında  eyni  tip  abidələr  vardır. 
Xasıdərə  və  Sanqalan  kəndləri  arasında  Uzunboylar  deyilən  sahə  yerləĢir.  Bura 
əkin  üçün  Ģumlandığından  antik  dövr  üçün  səciyyəvi  maddi-mədəniyyət 
qalıqlarının  üzə  çıxdığı  müĢahidə  edilmiĢdir.  Sahə  axtarılmıĢ,  Ģumun  üzərində 
insan  sümükləri,  saxsı  qab  parçaları,  kül-kömür  izləri  diqqəti  cəlb  etmiĢdir. 
Buradan  toplanan  keramika  məmulatı  onların  eramızdan  əvvəlki  minilliyin  son 
rübünə xas materialdan ibarət olduğu sübut edir. Həmin qalıqlar tapılan yer sahənin 
ən hündür nöqtəsidir. Bura həm cənuba tərəf geniĢ çölləri və həm də Ģimala tərəf 
dağları seyr və müĢahidə etmək üçün bir növ amfiteatrı xatırladır. Bu cür tapıntılar 
Uzunboylar sahəsinin lap yaxınlığında, Ģərqə doğru “DaĢçıxan” deyilən yerdən də 
məlumdur.  ġübhəsiz,  bunlar  bir  abidəyə  məxsusdur.  Lakin  yerüstü  axtarıĢlarla 
onun sahəsini və yaĢayıĢ yerini dəqiqləĢdirmək mümkün olmadı.  
Uzunboylar  abidəsində  toplanan  tapıntıların  Nüydi  abidəsi  materialları  ilə 
müəyyən uyğunluğu varsa da, onun ilk dövrləri üçün daha çox yaxınlığa malikdir. 
Belə  ki,  tapılan  kiçik  dolçanın  gilinin  tərkibi  təmiz  olub,  üzəri  anqoblanmıĢdır. 
Onun  ağzı  dairəvi,  gövdəsi  yumru,  oturacağı  düzdür,  lentvari  qulpu,  kənarı  ilə 
çiyninə  yapıĢdırılmıĢdır. Onun hündürlüyü 8 sm, ağzının diametri 5 sm, oturacaq 
diametri  4  sm-dir.  Bundan  baĢqa  gil  qab  ağzının  kənarı,  qapaq  qırığı  və  s. 
tapılmıĢdır  ki,  onların  bəzisi  boz  rəngdə  anqoblanmıĢdır,  bəzisi  də  qırmızı  rəngə 
çəkilmiĢdir.  Qırmızı  rəng  qab  əvvəlki  minilliyin  ikinci  yarısına,  xüsusən  son 
dövrlərə aid qiymətli məlumat verə bilər.  
Təpədalı  (Qırlar)  yaşayış  yeri.  Uzunboylar  abidəsindən  6-7  km  Ģərqə 
doğru Qırlar kəndinin Ģimal-Ģərqində  Təpədalı  adlı antik dövr və  orta  əsrlərə  aid 
möhtəĢəm abidənin qalıqları vardır. O hələ 1960-cı illərdə müəllif tərəfindən qeydə 
alınmıĢ  və  abidələrin  mühafizə  təĢkilatlarına  verilmiĢdir.  Təpədalı  qədim  yaĢayıĢ 
yerinin  Azərbaycan  SSR  Mədəniyyət  Nazirliyinin  Abidələri  Mühafizə  siyahısına 
daxil  olmasına  baxmayaraq  1971-ci  ildən  həmin  sahə  üzüm  bağı  üçün 


26 
 
ĢumlanmıĢdı,  nəticədə  çoxlu  dağıntı  olmuĢdur.  Bundan  əlavə  abidənin  yerləĢdiyi 
sahənin üzümlüyə çevrilməsi onun mütamadi olaraq dağılacağına səbəb olacaq və 
gələcək  arxeloji  qazıntı  iĢləri  aparılması  iĢini  çətinləĢdirəcəkdir.  Burada  yenidən 
axtarıĢlar  nəticəsində  nəhəng  təpənin  üstündə  biĢmiĢ  kərpic,  saxsı  qab  qırıqları, 
ocaq  yerinin  varlığı  təpənin  döĢündə  isə  nisbətən  düzən  hissədə  10-12  hektara 
qədər  sahədə  antik  dövrü  xarakterizə  edən  saxsı  qab  qırıqları,  uzunsov,  bir  növ 
qabırğavari  dən  daĢları  qalıqlarının  səpələndiyi  müĢahidə  olunmuĢdur.  Yerüstü 
tapıntılarla abidənin ilk dövrünü hələlik e. ə. I minilliyin son rübünə aid etmək olar. 
Təpənin  özünə  gəlincə,  onun  üstü  orta  əsrlərə  aiddir.  Lakin  bu  barədə  yalnız 
arxeoloji  qazıntı  apardıqdan  sonra  qəti  fikir  söyləmək  olar.  Bu  abidə  də 
Uzunboylar, Nüydi yaĢayıĢ yerləri ilə eyni yüksəklikdə və eyni mövqedə yerləĢir. 
Onlar ġamaxı və Qəbələ arasında düz xətt üzrə gedən aranla dağ arasındakı hündür 
yaylaların  üstündə  yerləĢir.  Çox  güman  ki,  Qəbələ  və  ġamaxı  arasındakı  qədim 
yollar məhz bu yaĢayıĢ yerləri boyu olmuĢdur.  
 
1973-cü il 
Arxeoloji  dəstə  1973-cü  il  iyunun    21-dən  avqustun  19-na  kimi  Ağsu 
rayonu Nüydi kəndinin qərb kənarında, eramızdan əvvəlki minilliyin son rübü və 
eramızın  ilk  əsrləri  çərçivəsinə  aid  yaĢayıĢ  yerinin  nekropolunda  iĢ  davam 
etdirmiĢdir.
8
 Əvvəllərdə  baĢlanmıĢ  qazıntı,  xüsusən  keçən  ildən  yarımçıq  qalmıĢ 
abidələr dərinə qazılmıĢ və ətrafa doğru geniĢləndirilərək iĢlənmiĢdir. Qeyd etmək 
lazımdır  ki,  abidə  yerləĢən  bütün  sahə  bilavasitə  baĢ  verən  üzüm  bağı  içərisində 
yerləĢdiyindən  çöl  tədqiqat  iĢlərində  bir  sıra  maneələrin  qarĢıya  çıxmasına  səbəb 
olmuĢdur.  Buna  baxmayaraq  rayon  və  kənd  yerli  təĢkilatların  köməyilə  lazımi 
tədbirlər görülmüĢdür. 
Qazıntı  sahəsində  abidələr  dörd  tərəfə  kütləvi  Ģəkildə  davam  edir.  Ġmkanı 
nəzərə  alaraq  (bağın  seyrəkliyini  və  abidələrin  çoxluq  meylini)  sahənin  Ģərqə  və 
Ģimala  doğru  geniĢləndirdik.  Bununla  əlaqədar  olaraq  bir  neçə  üzüm  tənəyi  də 
çıxarıldı.  Artırılan  sahədə,  üst  qarıĢıq  qara  torpaq  layında,  0,3  metr  dərinlikdən 
saxsı qab və qırıqlarına, tunc üzük və muncuğa rast gəlinirdi ki, bu da burada qəbir 
abidəsinin olmasını, habelə onun Ģum zamanı dağıdılmasını bildirirdi. 
Qazıntıdan  çıxan  torpağı  istənilər  səmtə  atmaq  mümkün  deyildi.  Onun  ki, 
torpaq xərəylə yalnız qazıntının cənub-qərb kənarına, 1965-ci ildəki qazıntı yerinin 
çalasına  daĢınmıĢdır.  AtılmıĢ  torpağı  uzağa  kürümək  üçün  texnikadan  istifadə 
etmək imkanı olmadığından bütün iĢlər əl ilə görülmüĢdür.  
                                                 
8
 Ekspedisiya  bu  tərkibdə  iĢləmiĢdir:  dəstə  rəhbəri  Fazill  Osmanov  (21.VI-19.VIII.73),  tarix  elmləri 
namizədi  Fərhad  Ġbrahimov  (21.VI-19.VIII.73),  aspirant  Əli  Haqverdiyev  (21.VI-19.VIII.73),  Tarix 
elmləri namizədi Faiq Hüseynov (21.VI-20.VII.73), sürücü B.B.Mehdiyev. 
 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə