Fazil Osmanov



Yüklə 376,74 Kb.

səhifə19/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
1   ...   15   16   17   18   19   20   21   22   ...   59

39 
 
sınmıĢdır. Bu qabların hamısı qırmızı rəngdə hazırlanmıĢdır. Bundan əlavə bir ədəd 
sınmıĢ  təkayaq  vaz  da  tapılmıĢdır.  Buradan  bir  neçə  ĢüĢə  və  metal  muncuqlar  da 
tapılmıĢdır. ġüĢə muncuqlar (s.q. № 699) eyni ölçülü olmayıb, yumru, uzunsov və 
təkərvaridir. Xırda ĢüĢə muncuqların tərkibində (müəyyən qatında) çox nazik qızıl 
təbəqəsi (zağlama) vardır.  
25 saylı torpaq qəbir. X kvadratın 0,8 metr dərinliyində daha bir dağılmıĢ 
uĢaq  qəbiri  qeydə  alınmıĢdır.  Onun  çürümüĢ  sümükləri  belə  bütöv  qalmamıĢdır. 
Kvadratın  mərkəzində  yerləĢən  bu  qəbir  abidəsinin  dağınıq  materialı  qeyd  edilib 
toplandı. Əldə edilən gil qablar əsasən qırmızı rəngdədir. Onlardan biri orta həcmli 
olub,  ağzının  kənarında  boruĢəkilli  lüləyi  vardır.  Qabın  ağzı  dairəvi  olub,  azca 
kənara əyilmiĢ formadadır. Qulp ağzının arxadan kənarı ilə çiyninə yapıĢdırılmıĢdır. 
Onun ağzı ilə lüləyi arasında yapma gil kəbər olub, üstü batıq haĢiyələnmiĢdir. Bu 
cür  bir  növ  avtafavari  qablar,  ġirvan  ərazisi  üçün  səciyyəvidir.  Bundan  əlavə  bu 
qəbir  abidəsinin  avadanlığı  içərisində  gil  camlar,  ağzı  dördgül  dolçalar,  ağzı  azca 
əyməli kiçik gil fincan, gil qapaq, dəmir nizə ucluğu vardır. Salamat qalan qablar 
13-ə qədərdir.  
XI-XII kvadratların arasında 0,6 metr dərinlikdə daha bir iri adama aid qəbir 
abidəsinin  varlığı  aĢkar  edilmiĢdir.  Dayazda  yerləĢdiyindən  skeletin  sümükləri  və 
avadanlığı  demək  olar  ki,  təsərrüfat  iĢləri  zamanı  tamam  dağılıb  səpələnmiĢdir. 
Lakin  abidələrin  miqdarı  cəhətdən  onu  26  saylı  torpaq  qəbiri  kimi  qeyd  etməyi 
lazım bildik. 
XIII  ilə  XIV  kvadratlar  arasında  0,6  metr  dərinlikdə  yenə  də  dağılmıĢ 
Ģəkildə daha bir torpaq qəbiri aĢkar edilmiĢdir. 27 saylı bu torpaq qəbirdə sümüklər 
tamam  dağılmıĢ,  kəllə  sümüyündən  azca  qalmıĢdır.  QalmıĢ  sümüklərə  görə  onun 
sağ  böyrü  üstündə,  üzü  Ģimal-qərbə  doğru  olduğu  bilinir.  Skeletin  baĢı  yanından 
ağzı  novçalı,  dairəvi  və  s.  bu  kimi  qab  qırıqları  və  bütövləri  dağınıq  Ģəkildə 
tapılmıĢdır.  
28  saylı  torpaq  qəbir.  Bu  qəbir  abidəsi  XII  kvadratda  yerləĢərək  demək 
olar  ki,  bütün  kvadratı  əhatə  edir.  Yer  səthindən  1,8  metr  dərinlikdə  yerləĢən  bu 
abidənin  çuxuru  düzbucaqlı  Ģəkildə  olub,  0,9  metr  dərinlikdən  cizgiləri  bilinirdi. 
Qəbirin  çuxurunun  eni  1,7  metr,  uzunluğu  2,7  metrdir.  Skelet  qəbirdə  sol  böyürü 
üstündə,  üzü  gündoğana  tərəf,  çox  da  sıx  deyil,  zəif  bükülmüĢ  Ģəkildə 
qoyulmuĢdur. Skeletin üstdə  olan sağ qolunun dirsəyi çanaq sümüyü  üzərində,  əl 
ilə  düz  irəliyə  uzadılmıĢdır.  Sağ  biləyində  ağzı  aralı  bir  tunc  bilərzik  və  həmin 
əlinin Ģəhadət barmağında bir ədəd tunc üzük var idi. Sol qolunun dirsəyi sağ əlin 
yanında, əli isə ölünün üzünə söykənmiĢdir. Bu əlin yanında bir ədəd dəmir əĢya 
da  vardır.  Skeletin  boynu  yanında  qara  rəngli  muncuğa  oxĢar  əĢyanın  toz  halına 
düĢmüĢ əlaməti görünmüĢdür. Onun ayağı altında, çiynindən dik qaldırılmıĢ qulplu 
olan nisbətən iri küp, dizi qarĢısında bir təkqulplu kiçik gil qab, üzü qarĢısında isə 
yenə  bir-iki  sınıb  qarıĢmıĢ  gil  qab  qırıqları  (onların  içərisində  xırda  heyvan 
sümükləri  var  idi)  aĢkar  edilmiĢdir.  Bütün  bunlardan  əlavə  qəbir  çuxurunda, 


40 
 
skeletin  baĢı  tərəfdə  qırmızı  rəngli  iri  və  xırda  gil  qablar  –  5  ədəd  çölmək,  qara 
rəngli  təkayaq  vaza  və  s.  vardır.  Bunlar  20-25-ə  qədərdir.  Qabların  əıksəriyyəti 
qırıldığından  onları  götürmək  mümkün  olmadı.  Qəbir  çuxurunun  Ģərq  divarının 
dibi  ilə  skeletin  üzü  qarĢısında  olmaqla  onun  uzunu  boyu  qara  rəngdə  yanğın  izi 
buraxmıĢdır.  Bu  yanğın  izi  davam  edən  istiqamətdə  davam  edən  arabir  saxsı 
qırıqlar da var idi. Qəbirin üstü təmizlənərək çaxmaqdaĢı parçaları, boz və qrımızı 
rəngli  saxsı  qırıqları  da  tökmə  torpağın  içərisində  var  idi.  Qablar  yerləĢən  sahədə 
və onların içərisində heyvan (qoyun-keçi) sümükləri var idi. Skeletin baĢı yanında, 
qabların  üstündə  bir  dəmir  nizə  ucluğu  da  tapılmıĢdır  (s.q.  №  719).  Bu  qəbirin 
materialları içərisində qara rəngli təkayaq vazanın iki qulpu vardır. Qulplardan biri 
lentvari,  digəri  isə  çubuqĢəkilli  olub  hər  ikisi  qabın  ağzının  kənarı  ilə  çiyninə 
yapıĢdırılmıĢdır.  ÇubuqĢəkilli  yaxud  en  kəsiyi  dairə  təĢkil  edən  qulpun  qabın 
ağzına  yapıĢan yerin üstü batıq və özü qulaqcıq formasındadır. Lakin bu qab tam 
ovxalanmıĢdır.  Buradan  ağzının  kənarında  bitiĢik  lüləyi  olan  aftavari  qab  da 
tapılmıĢdır. 
Tapıntılardan ağımtıl rəngli, uzunboğaz və uzunsov yumru gövdəsi olan düz 
oturacaqlı dolça (s.q. № 716), ağzı novçalı kiçik dolça (s.q. № 717), qırmızı rəngli 
gil çölmək (s.q. № 718), tunc üzük (s.q. № 720), tunc bilərziyi (s.q. № 721) qeyd 
etmək olar.  
29  saylı  torpaq  qəbir.  Abidə  XVII  kvadratda  1,3  metr  yer  səthindən 
dərində yerləĢir. Qəbirdə skelet sol böyrü üstündə az bükülü Ģəkildə olub, ayaqları 
Ģimala  doğru  istiqamətləndirilmiĢdir.  Bu  skeletin  kəlləsi  yox  idi,  skeletin  dizdən 
yuxarıdakı  bazu  sümüyünün  uzunluğu  45  sm-dir.  Ümumiyyətlə,  bu  abidə  də  iri 
bədənli kiĢiyə məxsus olmuĢdur.  
Skeletin  ayaqları  altında  bir  qırmızı  rəngli  iri  təkqulplu  küp,  bir  matra,  5 
çölmək,  bir  dopu,  camvari  təkqulplu  qab,  çiynində  iki  ilgəkvari  qulplu  olan  orta 
həcmli küp, bir ədəd çəhrayı rəngli, üç ĢiĢ qıçları olan qab, bir ədəd kiçik və zərif 
düzəldilmiĢ, altından içəriyə  doğru  batığı olan süddan  tapılmıĢdır. Qablar  həddən 
artıq  qırıldığı  və  təkrar  materialdan  ibarət  olduğu  üçün  yerindəcə  qeyd  edilib 
saxlanılmıĢdır.  Bunlardan  yalnız  ağzı  süzgəcli,  sarımtıl  gil  süddan  biçimli  qabın 
sınıqları (s.q. № 724) götürülmüĢdür. Gil qablar yerləĢən sahədə 3 ədəd dəmir nizə 
ucluqları da dik sancılmıĢ Ģəkildə aĢkar edilmiĢdir (s.q. № 723). 
30  saylı  torpaq  qəbir.  XIX  kvadratda  1  metr  dərinlikdə  aĢkar  edilən  bu 
qəbir abidəsinin sıx bükülü Ģəkildə, baĢı Ģimal-Ģərqə, üzü Ģimala doğru olmaqla sağ 
böyrü üstündədir. Burada bükülmə o qədər sıx olmuĢdur ki, onun topuqları çanağa 
söykənmiĢ, dizlərlə dirsəklər birləĢmiĢdir. Əlləri üzünə doğrudur.  
Onun  çanağı  və  ayaqları  iki  qulplu  orta  həcmli  küpə  söykənmiĢdir.  Alnı 
qarĢısında  yenə  eyni  ölçülü  küp  qoyulmuĢdur.  Küplər  həddən  artıq  ovxalanıb 
sıradan çıxmıĢdır. Üzü önündə bir nizə dik sancılmıĢdır (s.q. № 725). Küp və nizə 
qoyulan  yerdən  azca  Ģimala  doğru  və  bir  qədər  üst  səviyyədən  iri  buynuzlu 
heyvanın çənə sümüyü vardır.  




Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   59


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə