Фейзи мустафайев



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə37/39
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51338
növüYazı
1   ...   31   32   33   34   35   36   37   38   39

 

80 


 

Təbiidir, bütün bunları Elza xanıma danışmaqla bir növ ondan xahiş edirdim 

ki, Əlinin həyatı ilə bağlı heç nəyi «gizlətməsin».Özü də elə buna çalışdığına görə  

ona oxucular adından minnətdarlığımı bildirirəm.Əgər o, Əlinin ədəbi irsinə və 

şəxsi həyatına ehtiram göstərməsəydi bu məktubları arxivə verməzdi ki… 

 

«Elza! Neçə gün cəhdlə sahmana salmaqq istədiyim bir işin, bəlkə də 



taleyimizin dünən sənin məni başa düşmədiyin üzündən qırıldığını hiss etdim.Üç 

gün ağır ürək ağrısı içində səni yola gətirə bilmədiyim tərsliyinlə mübahisəmiz 

sona yetdi.Birdin - birə .gözlənilmədən.axmancasına.Halbuki, bu üç gündə mən 

bütün həyatım boyu çəkdiyim əzablar qədər əzab çəkmi-şəm…Mən bu üç gündə 

ürək çırpıntısı ilə səni başa salmaq istədim.Səninlə olduqca geniş bir söhbət etmək 

istədim.Bircə şeyi mən başa düşə bilmədim ki,sən mənimlə niyə üz -üzə oturub 

söhbət etmək istəmədin..Məgər telefonla da tale həll etmək olarmı? Görünür, bu 

tale səni o qədər də maraqlandır-mır.Görünür, sən işini daha yaxşı başqa bir işlə, 

uşaqlara daha əlverişli bir işlə dəyişməyi bir ailənin dağılmasından çətin bilirsən. 

 

Mən indi bizim üçün - uşaqlarımız üçün ağır bir hadisənin çox sürətlə 



yaxınlaşdığını duyuram.Mənə elə gəlir ki, yolun ortasından çıxa bilmirəm; üstümə 

isə ağır bir yük qatarı gəlir.mən istəyirəm ki, bu qatar üstümdən tez keçsin.Çünki 

qorxunu gözləmək…qorxunun özündən dəhşətlidir.Mən istəyi-rəm ki, hadisə tez, 

kəskin, uzadılmadan bütün dəhşəti ilə gəlib çatsın.Bəlkə sən bu hadisə ilə 

aramızdakı çox az məsafədə dərindən düşünüb - daşınasan, bü-tün bu işlərə 

gələcəyin qara zirvəsindən baxmağa heç olmasa səy göstərəsən. 

 

Mən bu zirvədən baxmışam.Heç birimizin həyatı oradan baxanda işıqlı 



görünmür.Bəlkə də mənə belə gəlir.Bu, məlum fikirdir.Amma bunu ürəkdən

beyindən süzüb keçirmək çətindir.Bunlar mənim səninlə etmək istədiyim, lakin 

müyəssər olmadığım söhbətin mində biridir.sən mənimlə oturub söhbət etmək 

istəmədiyin üçün iki çıxış yolundan biri qalır: AYRILMAQ YOLU.Heç olmasa bu 

yolda sən mənə əziyyət vermə.Qəti qərarın varsa, məsələni tezləşdirməkdə mənə 

kömək et.Razılıq qeydini və pasportları elə indicə mənə ver.mən daha dözə 

bilmirəm.Qoy nə olur, tez olsun.Əgər sözün varsa, neçədə mənə zəng vuracağını 

de ki, idarədə olum.Yaxud mən sənə zəng edim.Hər halda yaxşı olardı ki, dərindən 

söhbət edək.Məsələ baş tutmasa da.Belə söhbəti biz gələcəkdə arzulayacağıq.Elza, 

məndən zəhlən getsə belə məni dinlə.Elza!!! mən bütün gecəni yollarda gəzə - gəzə 

fikirləşmişəm.sən də bir az fikirləş.Mənim də, uşaqlarımızın da əvəzinə fikirləş! 

Əli». 


 

Əli Kərimin üç vərəqdə yerləşdirdiyi bu «faciəni», gəlin, bilmədiyimiz 

yerlərə yozmayaq.Təsəllimiz bu olsun ki, belə «faciələrin» kəskinliyi Əlinin 

yaradıcılığına müsbət təsir edirdi.Yadıma  A.Kuprinin həyatından səhifələr 

düşür.Deyirələr, o, Davıdova familiyalı bir qızı sevir.Bu vaxt Kuprin «təkbə-

tək»əsərini yazırmış.Qızla evləndikdən sonra yaxşı işləyə bilmir.Bunu görən 

Davıdova evdən gedir və özü üçün otaq tutur.Kuprinə də deyir ki, hər dəfə onunla 

görüşə gələndə əsərin yeni fəslini gətirməlidir.Əgər gətirməsə, onunla 

görüşməyəcək,qapını açmayacaq.Kuprin belə də edirmiş.Bir dəfə o yeni fəsil yaza 

bilmir və istəyir ki, Davıdovanı aldatsın, köhnə fəsillərdən birini göstərib otağa 

keçsin.Davıdova bunu bilir və əsbiləşib qapını açmır.Kuprin düşüb gedir.Davıdova 



 

81 


pəncərədən baxır, görür kuprin həyətdə daşın üstündə oturub ağlayır.Davıdovanın 

yenə də ürəyi yumşalmır.Çünki o, rus ədəbiyyatının gələcəyinə hörmət 

edirdi.bilirdi ki, bu «qəddarlıq» Kuprinin xeyrinədir. 

 

Əlbəttə, mən burada iki yazıçı taleyi arasında oxşarlıq axtarmıram.Siz də 



axtarmayın.Oxşarlıq zad yoxdur.Sadəcə olaraq özümü inandırmaq istəyirəm ki, 

Əlinin çəkdiyi «əzablər» Əli kərim imzasının tanınmasına kömək edib. 

 

Adətdir, sevgililər küsüşəndə istəyirlər bir - birlərində olan yadigarlarını geri 



götürsünlər.Məktublarını da almaq istəyirlər: sabah başqasının əlinə düş-məsin.Əli 

ilə Elzanın münasibətlərində məni heyrətləndirən nədir? Keçmişə 

toxunmamaq.Yəni Elza xanım Əlidən küsdüyü halda ondan olan məktubu 

saxlayıb.Oxumadan da, yaxud oxuduqdan sonra cırıb ata bilərdi… 

 

Siz yəqin ki, məktubdakı bəzi sözləri oxuyanda təəccüblənmisiniz: nə əcəb, 



Elza xanım bunların verilməsinə razı olub? Heyrətlənməyin, bu məhəb-bətin 

başqalarına sübut olunmağa ehtiyacı yoxdur. «Kimdən, nədən, necə istə-yirsən yaz. 

Bircə Əli Kərimə toxunan söz demə.Bunu sənə bağışlamaram» - Elza xanımın 

mənə qəti dediyi bu sözləri elə bilin özünüz eşitmisiniz. 

 

Əli kərimin şəxsi fondundakı hər bir sənəd böyük maraq doğurur.Çünki bu 



sənədlər bilavasitə onun keçmiş əhval - ruhiyyəsindən, sevincli dəqiqələrin-dən və 

qayğılarından xəbər verir.Burada onu Yazıçılar İttifaqının yeni üzvlük biletini 

almağa da dəvət edirlər, 75 manat ev kirayəsini yubandırdığına görə «hədələyirlər» 

də.Fransız dilində çıxan «Proizvedeniya i mneniya» curnalı Əli Kərimin şeirlərini 

dərc etdiyini bildirirsə, respublika Teatr və Musiqi Müəssələri İdarəsi narahatdır ki, 

Əli Kərim bağladığı müqaviləyə əml etmir; «Hazır olun» pyesinin ikinci dəfə 

uzadılmış vaxtı bitsə də, əsərin taleyi haqqında bir xəbər yoxdur.Pyatiqorskdakı 

Lermantovun ev - muzeyi Əli Kərimdən onun «Üç atlı» poeması haqqında izahat 

verməyi xahiş edirsə, moskvadan Çingiz Hüseünov onu  sevindirir ki, Əlinin 

«Sovetski pisatel» nəşriyyatında çıxacaq kitabının taleyi müsbət həll 

olunmuşdur.həmin kitabın tərcüməçisi Qarold Reqistanın Əli Kərimə 

məktubundan sətirlər: 

 

«Əzizim Əli.Kitab(«Üçüncü atlı» nəzərdə tutulur) yığılmağa verilmişdir.Çox 



yaxşı alınıb.Bizim rəhbərliyimiz bütün müşavirələrdə deyir ki, bu. Ən yaxşı 

kitablarımızdan biridir.»Göylər adamının himni» ni «Drucba narodov» çap etməyə 

söz verib, «Molodaya  qvardiya» curnalı böyük silsilə şeirlərini qəbul edib.tezliklə 

oraya - Vladimir Sıbinin adına şəklini və özün haqqında bir neçə söz 

göndər…İyunun 3 - də saat doqquz otuzda birinci proqramla sizin şeirlərinizdən 

ibarət böyük veriliş olacaq.Qulaq asın! Gördüyünüz kimi, çox iş görmüşəm.Sizə 

yeni müvəffəqiyyətlər arzulayı-ram…» 

 

Əli kərimin şəxsi fondunda, necə deyərlər, dostlarının ona rəsmiləşdiril-miş



qeydə alınmış, məhəbbətdlərinin» şahidi oldum. 

Deyirlər, insan əşrəfi, qızıl pul deyil ki, hamının xoşuna gəlsin.Yəni onu 

xoşlamayanlar da ola bilər.Doğrudur,Əli Kərimin şəxsi fondunda onu istəmə-

yənlərlə rastlaşmadım.Nə deyirdi, dostları deyirdi.Əli Kərim dostlarına qarşı 

məhəbbətdə xəsislik etməzdi.Ona görə dostları Əliyə bu qədər mehribanlıq 

göstərirmişlər.Dostlarının ona verdiyi hədiyyə - kitablardakı kiçik avtoqraflar 




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə