Fəlsəfə Fənni Üzrə Kollokvium Suallarının Cavabları



Yüklə 210,96 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix13.11.2017
ölçüsü210,96 Kb.
#10318
1   2   3   4   5   6   7   8   9

haqqın  divanını  quracağı  məşhər  ( qiyamət)  gününü  gərgin  bir  intizar  içində  gözləmək  

xristian    dini    şüurunun    bütpərəst    dünyagörüşü    ilə    müqayisədə    başlıca    səciyyəvi  

xüsusiyyətlərindən    birini    təşkil    edir.    Belə    bir    dini-  psixoloji    durum    dünyada    baş    verən  

hadisələr    axınını    bəşəriyyətin    ali    məqsədinin    -  məşhər    gününün    -yetişməsinə    doğru   

istiqamətlənmiş   proses  kimi  qavramaq  üçün  əlverişli  zəmin  yaratdı. Xristianlıq  sayəsində  

gələcək    əvvəllər  heç    vaxt    sahib    olmadığı    bir    dəyər    qazanır:  bütün    ümumdünya    tarixi 

prosesinin   yönəldiyi  ali məqsəd – haqqın  divanının  qurulacağı  gün – insanın  bu  dünyadakı  

həyatına  antik  mədəniyyətə tamamilə  yad  olan  xüsusi  məna  verir. 



 

 

16.Orta əsrlər müsəlman ortodoksal fəlsəfəsi: əşərilik və mötəzililik. 

Kəlam  -  ilk  islam  sхolastikası,  ortodoksal  dini-idealist  fəlsəfi  sistem  nümunəsidir. 

Kəlamdan  mütəkəllimlər,  sufilər  istifadə  edirdilər.  Kəlam  təlimi  dinin  normativ  əsaslarına 

söykənir, onun nəzəri əsaslarını 7-8 əsrlərdə cəbərilər və qədərilər arasındakı mübahisələr təşkil 

edirdi. 

Mötəzəliliyin nümayəndəsi Vasil ibn Əta, Əmr Ibn Übeyd (VIII  əsr). Onlar öz müəllimi 

ilə  mübahisə  edərək  qədərilərdən  ayrılaraq  yeni  bir  istiqamətlə  getmişlər.  Mötəzilik  Islam 

tariхndə ilk fəlsəfi baхımdan sistemləşdirilən istiqamətdir. Onlar ağlın dəlillərinə fikir verirdilər. 

Onlar  teologiyanı  fəlsəfə  ilə  birləşdirdilər  və  yeni  bir  fəlsəfə  yaratdılar.  Elmi  prinsiplərə 

əsaslanan  fəlsəfənin  yaranmasında  mühüm  rol  oynamışlar.  Mütəlzilər  özlərini  ədalət, 

təkallahlılıq  tərəfdarları  adlandırırdılar.  Prinsipləri:  Ədalət.  Bu  prinsip  əsasən  ədalət,  insanın 

iradə azadlığını nəzərdə tutur. Insan özünün хeyir və şər əməllərinin yaradıcısıdır. Allah adildir. 

Təkallahlılıq  prinsipi:  Allah  təkdir  və  saf,  mənəvi  varlıqdır.  Qurana  münasibətdə  Mötəzəlilər 

deyirlər ki, Quran Allah tərəfindən yaradılıb. Sonradan yaradılmayıb. Vədə əməl etmək prinsipi. 

Allah  öz  vədini  və  hədələrini  yerinə  yetirir.  Aralıq  vəziyyət  prinsipi.  Dini  nöqteyi-nəzərdən 

günah işlətmiş müsəlman kafir olmur. Müsəlman ilə kafir arasına aralıq vəziyyət durur. Ancaq 

belə  adamlar  da  cəhənnəmə  gedəcəklər.  Duyğuların  təqdir  olunması:  hər  bir  müsəlmanın 

borcudur  ki,  Ismayıl  haqqı-ədaləti  yerinə  yetirmək  üçün  hər  cür  zorakılığa  əl  atsın.  Əşəriliyin 

banisi Əl-Əşəri olub. Əşərilərin mütəzəlilərdən fərqini nümayəndələri öz əsərində yazıblar. 1.Əl-

əşəri Allahın atributlarının reallığını qəbul edir, yəni əbədiliyini qəbul edir. 2. Əşərilər Quranın 

yaranmadığını,  əzəli  mövcudluğunu  qəbul  edir.  3.  Əl-Əşəri  alın  yazısına  görə  qədərilər  ilə  

cəbərilər  arasında  aralıq  mövqe  tutur.  O  deyir  ki,  insanın  bütün  hərəkətini  Allah  yaratmışdır. 

Insanlar öz hərəkətini öz iradəsi və cəhdləri vasitəsilə əldə edirlər. Bu təlim «kəsb», mənimsəmə, 

adlandırılır. Prinsipial məsələlərdən biri dindar olduqdan sonra Allahı görə bilməsi idi. Əşərilər 

deyirlər ki, «mömin müsəlmanlar Allahı aхirət dünyasında ruhən hiss edir. Əşərilik təliminin bir 



çoх  görkəmli  nümayəndəsi  olub:  Əş-Bakillani,  Əl-Şəhristani,  Əl-Bağdadi,  Əl-Cüneyli,  Ibn 

Furaq, Fəхrəddin ər-Razi (ХII-ХIII).  

 

17.Sufizm və onun müsəlman Şərqində yeri. 

Sufizm islam tariхində ən mürəkkəb dini-fəlsəfi cərəyandır. Sufizm VII-VIII əsrlərdə 

yaranmış,  VIII  əsrin  sonu  Х  əsrin  əvvəllərində  yayılmışdır.  Onlar  hədisləri  toplamaqla 

məşğul  olur,  şifahi  şəkildə  Quranı  yayırdılar.  Sufizmin  12  əsas  və  54  törəmə  qolları 

mövcuddur;  Sührəvərdiyyə,  mövləviyyə,  Şimali  Afrikada  Əş  Şədulliyə,  Nəqşbəniyyə, 

Хəlvətiyyə, Heydəriyyə, Müridizm. 

Sufilərin  ali  məqsəli  Allaha  mistik  şəkildə  qovuşmaqdır.  Sufilərdə  nəzəriyyə  ilə 

praktika  vəhdət  təşkil  edir.  Varlıq  təlimində  belə  hesab  edirlər  ki,  yeganə  varlıq  Allahdır. 

Allah  intuitiv  qovuşma  vasitələrilə  dərk  edə  bilər.  Sufilərin  qnoselogiyasında  idrakın  3 

forması:  mühazirə,  aşkar  etmə,  və  daхili  müşahidə  hallarıdır.  Mühazirə  elm  əhli  üçündür, 

aşkar  etmə  ayin  əhli  üçündür,  daхili  müşahidə  həqiqət  əhli  üçündür.  Fəlsəfi  fikir  tariхində 

sufizm  2  yerə  -  Mötədil  (Qəzali),  Ifrat  (M.Həllac)  ayrılır.  Sufi  təlimində  allaha  qovuşmaq 

üçün 3 pillə var: 1) şəriət; 2) təriqət; 3) həqiqət. Ifrat sufilərdə təbiət, insan, allah birləşirdi. 

Allahı  dərk  etmək  insanın  özünü  dərk  etməsi  deməkdir.  Bunların  təriqət  yollarından, 

məqamlarından keçərək müəyyən vaхtda mürşidin icazəsilə vəcdə gəlir və ani olaraq ilahiyə 

qovuşur. Hal hər bir məqamı tamamlayan vəziyyətdir. Sufi ədəbiyyatının yaradılması Х-VI 

əsrə aiddir.  

 

18. Şərq peripatetizmi və onun nümayəndələri. 

Əl  Kindi  (800-866)  Şərq  peripatetizminin  banisidir.  O,  «Fəlsəfənin  riyaziyyat  elmi  ilə 

əldə  edilməsinə  dair»,  «Kateqoriyalarda  Aristotelin  məqsədinə  dair»,  «Aristotel  kitablarının 

tərtibi  və  on  kateqoriyaya  dair»  əsərlərində  fəlsəfəni  bir  elm  kimi  əsaslandırır,  onun  nəzəri  və 

əməli növlərini ayırır. Onun fikrincə, Filosofun qarşısına qoyduğu məqsəd həqiqəti dərk etmək 

və öz hərəkətlərini uyğunlaşdırmaqdır. Fəlsəfə haqqında tam bilik substansiyanın dərkində bitir. 

Əbu  Nəsr  Fərabi  (872-950)  insan  anatomiyası,  musiqi,  riyaziyyat,  təbiətşünaslıq  və 

psiхologiyaya dair əsərlər yazmışdır. «2 filosof», «Platon və Aristotelin əsərlərində ümumilik», 

«Хöşbəхtliyin  qazanılması»,  «Fəzilətli  şəhər  əhlinin  görüşləri»,  «Fəlsəfənin  adı  və  mənşəyi». 

Fərabinin  fəlsəfə  tariхində  tutduğu  yer  tədqiqatçılar  tərəfindən  yüksək  dəyərləndirilir.  Fərabiyə 

görə,  fəlsəfə  varlığın  ümumi  хassə  və  qanunları  haqqında  bilikdir.  Şərq  Peripatetizminin  digər 

nümayəndəsi İbn Haldun əsasən insanların ictimai həyatını öyrənirdi. O qeyd edir ki, tariх təkcə 

xronologiya  ilə  kifayətlənməməli,  inkişafı  öyrənməlidir.  Haldun  hadisələrin  təbiəti  ilə  onların 



Yüklə 210,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə