XVI-XVII
əsrlərin
eksperimental
riyazi
təbiətşünaslığınım
inkişaf
istiqamətinin
müəyyənləşməsində əhəmiyyətli rol oynadı.
13.Orta əsrlər Qərb fəlsəfəsində təbiətə münasıbət
Orta əsrlər fəlsəfəsində təbiət antik dünyagörüşü üçün səciyyəvi olan müstəqilliyini
bütünlüklə itirir- təbiət Allahın yaratdığı varlıqlar arasında sıradan birinə çevrildi. Möcüzə
törətmək qüdrətinə malik olan Allah nəinki təbiəti yaratmışdır, o həm də təbiətdə baş
verən proseslərin təbii gedişinə qarşı durmaq gücündədir. Antik dövrdə təbiət bütpərəst
(çoxallahlıqdan çıxış edən ) dünyagörüşünün başlıca mənbəyini təşkil edirdi. Xristian
monoteizmi bütpərəstliklə bir araya sığmadığına görə xristianlıq bütün vasitələrlə
bütpərəstliyin çıxış nöqtəsini təşkil edən təbiəti alçaldıb gözdən salmağa çalışırdı. Buna
görə də orta əsrlərdə təbiət idrakın müstəqil predmetinə çevrilmədi.Təbiət öz özlüyündə
müstəqil bir dəyər deyil, daha çox simvolik məna daşımağa başladı. Təbiətdə heç bir
hadisə özü –özünü təmsil etmir; onların hər biri dini –mənəvi mahiyyət daşıyan daha ali
reallığın simvolları kimi çıxış edirlər. Buna görə də simvolizm və alleqorizm müqəddəs
yazılar və onlara həsr olunmuş şərhlər ruhunda tərbiyə olunmuş orta əsrlər təfəkkür
tərzinin səciyyəvi cəhətlərindən birini təşkil edir.
Orta əsrlər fəlsəfəsi insanla təbiət arasındakı münasibətlərə dair antik fəlsəfədən prinsipial
şəkildə fərqli yanaşır. Xristian ilahiyyatı insanı Allahın bənzəri və surəti kimi
səciyyələndirir.Bundan çıxış edərək, Orta əsr filosofları təbiəti deyi, insanı ali varlıq səviyyəsinə
yüksəldirdilər. Antik fəlsəfəyə görə insana hər nə qədər yüksək dəyər verilsə də, o təbiətin
bir hissəsi kimi ona tabedir. Orta əsrlər fəlsəfəsində Allahın surəti və bənzəri kimi insan
sanki təbiətin hüdudlarından kənara çıxaraq, onun fövqündə dayanır. Allah təbiəti ona görə
yaratdı ki, o özü bütün mövcudatın hakimi olduğu kimi, təbiəti yaradaraq, insanı da onun
hakimi etdi.
14.Orta əsrlər Qərb fəlsəfəsində insan problemi
İnsana münasibətdə orta əsrlər fəlsəfəsinin irəli sürdüyü ideyaların əsasını xristianlığın
“insan Allahın surəti və bənzəridir” ehkamı təşkil edir. Bu ehkam orta əsrlərdə insana münasibəti
antik dövrlə müqayisədə kökündən dəyişdi. Məlum olduğu kimi antik fəlsəfənin kosmosentrizmi
insanı təbiətin adi bir parçası kimi nəzərdən keçirməyi tələb edirdi. Orta əsrlərin dini
dünyagörüşü insanı təbiətlə deyil, bütün kainatın fövqəltəbii başlanğıcı olan Allahla bağlayır.
İnsanın mahiyyətini orta əsrlər fəlsəfəsi Allahdan ona pay verilmiş ağıl və azad iradə sahibi
olmasında görür. Allah özü azad varlıq olduğuna görə, insanı da azad yaratdı. O bütün
mövcudatın hakimi olduğu kimi, təbiəti yaradaraq, insanı da onun hakimi etdi. Beləliklə sonralar
İntibah mədəniyyətinin səciyyəvi xüsusiyyətini təşkil edən humanizm ideyaları öz başlanğıcını,
məhz, orta əsrlərin dini dünyagörüşündən götürür. Orta əsrlər fəlsəfəsində insan haqqında
təsəvvürlərin digər mənbəyini insanın öz nəfsinin köləsi olması və əzəldən günahkar bir varlıq
olması haqqında ideyalar təşkil edir. Patristikanın banilərindən olan Origen hesab edirdi ki, insan
ruh, can və bədəndən ibarətdir. Ruh insanın özünə məxsus olmayıb ona Allah tərəfindən bəxş
edilmişdir və həmişə xeyirə və həqiqətə can atır. Can isə insanın yalnız ona məxsus olan
“Mən”ini təşkil edir və hər bir adama fərdiyyət keyfiyyəti verir. Lakin insanın mahiyyətinin ən
mühüm göstəricisi iradə azadlığı olduğuna görə, xeyirlə şər arasında azad seçim etmək, məhz
canın missiyasıdır, çünki yalnız can insanı fərdiyyət kimi xarakterizə edir. Öz təbiəti etibarilə can
daha ali başlanğıc olan ruha, bədən isə cana tabe olmalıdır. Lakin canın ikili təbiəti üzündən çox
vaxt onun bədənə yaxın olan aşağı səviyyəsi onun ali səviyyəsini üstəliyir və bununla da insanı
öz nəfsinin və ehtiraslarının istəyinə əməl etməyə məcbur edir. Bu hal vərdişə çevrildikdə insan
Allahın bərqərar etdiyi təbii nizamı tərsinə çevirərək günaha batır: o, ali məqama sahib olanı
özündən aşağıda duranı tabe etdirir və bununla da şərin dünyaya ayaq açmasına səbəbkar olur.
İnsanın özünü sürüklədiyi bu rəzalətdən xilas olması üçün öz gücü yetərli deyil; bunun üçün
onun Allahın mərhəmətinə ehtiyacı var.
15.Orta əsrlər fəlsəfəsi tarixi proses və onun mənası haqqında
Orta əsrlərdə, ilk dəfə olaraq, tarixi şüurun formalaşması üçün əlverişli ilkin şərtlər
meydana çıxdı. Tarixi şüurun mövcudluğu üçün ilkin şərt keçmiş, indi və gələcək arasındakı
keyfiyyət fərqinin dərk edilməsidir. Bütpərəst dünyagörüşü isə bu fərqin dərk edilib
mənalandırılması üçün əlverişli deyildir. Bütpərəstlik insanın şüurunu əsas etibarilə təbiətlə
bağlayır, təbiət isə zaman,vaxt keçdikcə baş verən keyfiyyət dəyişikliklərini hiss etmək üçün
əlverişli mühit deyil. Təbiətdə baş verən təkamül dəyişmələri çox ləng gedir və onları
müşahidə etmək üçün bir və ya bir neçə insan nəslinin ömrü kifayət deyildir.
Xristianlıq Allah-oğulun insanda (İisus Xristosun simasında) təcəssüm etməsini o vaxta
qədər baş vermiş bütün hadisələrdən mahiyyətcə fərqləndirir; bu hadisənin baş verməsilə
zaman bir-birindən keyfiyyətcə fərqlənən iki hissəyə parçalanır: bu hadisədən keçmişdə baş
verənlər və sonra, gələcəkdə baş verəcək hadisələr. Beləliklə Allahın insanda təcəssümü
zaman oxunda fundamental bir hadisə kimi anlaşılar və özünün dərk edilməsi üçün insan
nəslinin bütün keçmişinin yəhudi Bibliyasında olduğu şəkildə, yəni, tarixi baxımdan
nəzərdən keçirilməsini tələb edir.
Digər tərəfdən, varlığa keçmişdən gələcəyə doğru istiqamətlənmiş tarixi proses kimi
yanaşmanın formalaşmasına xristianlıqda dünyanın sonu haqqında esxatoloji təsəvvürlərin
geniş yayılması da böyük təsir göstərmişdir. İsa peyğəmbərin ikinci dəfə zühür edərək,