Platon dövlətin üç formasını fərqləndirir – monarxiya, aristokratiya və demokeratiya. Monarxiya
və aristokratiyanı “düzgün” dövlət forması adlandırırdı.
Platon, demokratik dövlət formasının əleyhinə çıхaraq, onu qara camaatın, qədirbilməz хalqın,
qaniçən zalımların hakimiyyəti hesab edirdi.
Aristotelə görə insana zəka verilmişdir və dünyanı dərk edərək o, həyatının zəkalı həddini
özü müəyyənləşdirməlidir. Aristotelə görə insan üç növ ruha – vegetativ, hissi, rasional ruha
malikdir. Rasional ruh fəal intellektdir və yalnız insana xasdır. Bu intellekt xaricdən gəlir və
deməli, ilahidir. İnsanın çata biləcəyi ali xeyir və xoşbəxtlik özünü insan kimi
kamilləşdirmədədir. Aristotelə görə dövlət təbii quruluşdur, insan isə siyasi heyvandır. Dövlətin
son məqsədi xoşbəxt həyatı təmin etməkdir. Dövlətin başlıca vəzifəsi isə əxlaqlı vətəndaşı
tərbiyə etməkdir. Platonun təbəqələrə böldüyü cəmiyyəti Aristotel yaşlara görə bölürdü. O, hesab
edirdi ki, gənc ikən insan hərb sənəti ilə, qocalanda isə siyasətlə məşğul olmalıdır. Aristotelə
göprə ən yaxşı hakimiyyət formaları – monarxiya və aristokratiya, ən pis dövlət formaları isə
tiraniya, oliqarxiya və ifrat demokratiyadır.
11.Orta əsrlər Qərb fəlsəfəsinin mənbələri: teosentrizm
Hər bir tarixi dövr özünəməxsus dünyagörüşünə istinad edir. Qərb mədəniyyətinin
dünyagörüşü əsasını monoteist din olan xristianlıq təşkil edir. Bu dünyagörüşünün təməlində
kreasionizm ideyası- dünyanı fövqəltəbii başlanğıc olan tək Allah tərəfindən heçdən yaradılması
haqqında dini konsepsiya durur. Orta əsrlərin monoteist dini dünyagörüşü mütləq varlığı -
Allahı- hüdudsuz və hər şeyə qadir olan fövqəltəbii başlanğıc kimi səciyyələndirir. Orta əsrlərin
kreasionist dünyagörüşü bütpərəstlik üçün səciyyəvi olan dualizmi tamamilə aradan qaldırır:
yalnız yeganə mütləq başlanğıc olan tək Allah mövcuddur, qalan nə varsa, hamısı onun
yaratdıqlarıdır və buna görə də müstəqil mövcudluğa malik deyil. Orta əsrlər fəlsəfəsinin bütün
ontoloji təlimlərinin əsasında kreasionist dini konsepsiya durur. Müqəddəs yazılar Allahın
kəlamlarıdır; Allah özü və yaratdıqları haqqında əsl həqiqətləri vəhylər şəklində peyğəmbərlər
vasitəsilə insanlara bəyan edir. Buna görə də fəlsəfə və elm özlüyündə varlığın sirləri qarşısında
acizdirlər. Fəlsəfənin vəzifəsi dünya haqqında həqiqətləri aşkara çıxarmaq yox, müqəddəs
yazıları şərh edərək onları təbliğ etməkdir. Beləliklə Orta əsrlərdə fəlsəfənin idraki funksiyası
onun əlindən alındı və o, ilahiyyətin xidmətçisi səviyyəsinə endirildi. Orta əsrlər fəlsəfəsinin
idrak nəzəriyyəsinin əsasında “ilahi vəhy” haqqında dini təlim durur. Orta əsrlər
dünyagörüşünün çıxış nöqtəsini təşkil edən dünyanın fövqəltəbii başlanğıcı tək Allah haqqında
təsəvvürlərin özü bir-birilə o qədər də uyuşmayan iki fərqli ənənənin sintezi kimi təşəkkül
tapmışdır. Bu ənənələrdən biri öz başlanğıcını antik fəlsəfənin rasionalizmindən götürür və
Allahın mahiyyətini onun xalis zəkanın təcəssümü olmasında görür. Allahın mahiyyətinə ikinci
yanaşma isə öz başlanğıcını iudaizmdən götürən Bibliya ənənələrindən qaynaqlanır. Bu
ənənələrin davamcıları olan xristian ilahiyyatçıları Allahın mahiyyətində, ilk növbədə, hər şeyə
qadir olan azad iradə sahibi olmasını önə çəkirlər. Mütləq varlığın təbiətinə bu cür fərqli
yanaşmalar bütün orta əsrlər Qərb fəlsəfəsində dərin izlər buraxdı.
12.Orta əsrlər Qərb fəlsəfəsinin əsas жərəyanları
IV-V əsrlərdə xristianlığın neoplatonizmlə mürəkkəb qarşılıqlı təsiri nəticəsində
patristika adlandırılan xristian dini fəlsəfəsi təşəkkül tapdı. Patristikanın nümayəndəsi Avqustin
(354-430) xristian dini təlimini neoplatonizm prinsiplərindən istifadə edərək, sistemləşdirməyə
çalışırdı. Təbiət və cəmiyyətdən daha çox dünyanın transsendent yaradıcısına köklənmiş ruhani
həyata diqqət, insanda antik mədəniyyətə bəlli olmayan daxili “Mən” hissini formalaşdırdı. Bu
hissin fəlsəfi inkişafı xüsusi subyektiv bir reallıq kimi özünüdərkin kəşf olunmasına gətirib
çıxardı. Beləliklə orta əsrlər fəlsəfəsində sonralar yeni dövr rasionalizminin çıxış nöqtəsini təşkil
edən “Mən” anlayışının formalaşması prosesi başlandı. Kreasionizmin fəlsəfi cərəyanlarda fərqli
şərhi, mövcudluq (ekzistensiya) və mahiyyət (essensiya) anlayışlarının fərqləndirilməsi orta
əsrlər Qərb fəlsəfəsinin əsas cərəyanlarından olan realizmlə nominalizm arasında əsrlər boyu
davam edən mübahisələrə səbəb oldu. Orta əsrlərdə antik fəlsəfə ənənələrinin davamçıları olan
realistlər hesab edirdilər ki, Allahın xəlq etdiyi bütün varlıqların mövcudluğu onların
mahiyyətləri ilə şərtlənir, onların mahiyyətləri əzəldən ilahi zəkada onun “ideyaları” şəklində,
ümumi anlayışlar (universalilər) kimi mövcuddur. Realistlərdən fərqli olaraq, nominalistlər
hesab edirdilər ki, xəlq olunanların mövcudluğu öz başlanğıcını zəkadan götürə bilməz.
Mövcudluq Allahın iradəsindən qaynaqlanır və buna görə də xəlq olunmuşların mövcudluğu
onların mahiyyətlərindən ilkin olub müstəqildir. Orta əsrlər fəlsəfəsinin görkəmli
nümayəndələrindən olan Akvinalı Foma (1225-1274) əsas fəlsəfi cərəyanlar olan realizmlə
nominalizm arasındakı ziddiyyətləri aradan qaldırmağa çalışırdı. O, mövcudluq və mahiyyət
anlayışlarını substansiya və aksidensiya ilə əvəzlədi. Aksidensiyalardan - “xassələrdən,
keyfiyyətlərdən,” fərqli olaraq, substansiyalar və ya mahiyyətlər müstəqil şəkildə mövcuddurlar.
Uilyam Okkama (1285-1349) görə ideyalar (mahiyyət) Allahın yaratdıqlarının proobrazları (ilk
nümunələri) şəklində ilahi zəkada mövcud deyil, real olaraq yalnız təkcələr (konkret varlıqlar)
mövcuddur. Nominalizm varlığın müxtəlif iyerarxik səviyyələri haqqında təlimi qəbul etmir.
Təcrübəyə istiqamətlənmə nominalizmin xarakterik xüsusiyyətini təşkil edir. Sonralar bu
tendensiya Yeni dövr fəlsəfəsində emprizm tərəfindən mənimsənilərək daha da dərinləşdirildi və