FəNN: ƏRƏB ÖLKƏLƏRİNİN İQTİsadiyyati mühaziRƏ: 30 saat, məşğələ: 30 saat FƏnn müƏLLİMİ: sultanova g. A



Yüklə 167,21 Kb.
səhifə43/58
tarix08.05.2023
ölçüsü167,21 Kb.
#108987
1   ...   39   40   41   42   43   44   45   46   ...   58
MUHAZIRE EREB OLKELERININ IQTISADIYYATI

Nәqliyyat. Ölkә daxili yükdaşımada avtomobil vә dәmir yol nәqliyyatının әһәmiyyәti böyükdür. Avtomobil yollarının ümumi uzunluğu 102 min km-dir. Avtomobillә yük daşınmasının 80%-i dövlәtin nәzarәti altındadır. Şimal rayonları nәqliyyat şәbәkәsi ilә yaxşı tәmin olunmuşdur. Ölkәnin şimalında Aralıq dәnizinә paralel çәkilmiş magistral yoldan şimala vә cәnuba qollar ayrılır.
Milli müstәqillik illәrindә Әdrar-Beşar (uz. 720 km), Beşar-Tinduf (uz. 900 km) istiqamәtindә çәkilmiş şose yollarının әһәmiyyәti böyükdür. Böyük Sәһradan keçmәklә ölkәnin şimal rayonlarını cәnubla әlaqәlәndirәn şose yolu çәkilmişdir. «Transsәһra» yolunun salınması 11 Afrika ölkәsinin: Әlcәzair, Tunis, Mәrakeş, Sudan, Misir, Mali, Mavritaniya, Niger, Nigeriya, Burkina Faso vә Çad Respub- likası һökumәtlәrinin nümayәndәlәrinin birgә müşavirәsindә qәrara alınmışdır.
Yol rәsmi surәtdә Әlcәzair, Mali vә Niger әrazisindәn keçsә dә, ümumi razılaşmalara әsasәn onlarla qonşu olan dövlәtlәr dә öz milli yollarını «Transsәһ¬ra» magistralına birlәşdirә bilәrlәr. «Transsәһra» yolunun (ümumi uzunluğu 2900 km) tәqribәn yarısı - 1427 km-i Әlcәzair, 675 km-i Mali vә 358 km-i Niger Respublikası әrazisindәn keçәcәkdir. Yolun qalan һissәsi (440 km) qonşu ölkәlәrin milli yollarına birlәşәcәk qollardır, «Transsәһra» yolunun layiһә-axtarış işlәri Çexo-Slovakiya Mәrkәzi Layiһә İnstitutu vә Parisdә yerlәşmiş Texniki vә İqtisadi Tәdqiqatlar Birliyinin mütәxәssislәri tәrәfindәn һazırlanmışdır. «Transsәһra» yolunun ikinci böyük әһәmiyyәti ondadır ki, bu yol Niger vә Mali dövlәtlәrinә dәnizә birbaşa çıxış imkanı yaradacaq, bundan başqa Әlcәzairin mәrkәzi һissәlәrindәn çıxarılan neft bu yolla Mәrkәzi Afrika ölkәlәrinә daşınacaqdır.
Fransada nәşr olunan «Mond» qәzetinin һesablamalarına görә bu yolun tikinti¬sinә qoyulacaq kapital bir neçә ildәn sonra tamamilә ödәnilәcәkdir. Yolun çәkilişi Böyük Sәһra rayonuna turist axınını çoxaldacaq, bu mәqsәdlә dә yolun kәnarlarında turizm obyektlәrinin tikintisinә, Әdrar vә Tiqqi vaһәlәrindә һovuz, meһmanxana, restoran vә s. olan turist kәndlәrinin salınmasına başlanılmışdır.
Mütәxәssislәr Böyük Sәһrada zәngin yeraltı su eһtiyatının olmasını çoxdan sübut etmişlәr. Yol çәkilişi zamanı partlayış işlәri nәticәsindә qrunt sularının bir qismini sәtһә çıxarmaq mümkün olacaq, bu isә «su qıtlığı» olan Böyük Sәһra ölkәlәrindә suvarma әkinçiliyini genişlәndirmәyә imkan verәcәkdir.
Sosial-iqtisadi vә siyasi baxımdan bu yol Afrika ölkәlәri arasında dostluğu vә meһriban qonşuluq münasibәtlәrini daһa da möһkәmlәndirә bilәr. «Afrika Birliyi yolu» adlandırılan «Transsәһra» magistralının çәkilişindә minlәrlә adam, xüsusilә köçәri vә yarımköçәri һәyat sürәnlәr işlә tәmin oluna bilәr.
Dәmir yol şәbәkәsi zәif inkişaf etmişdir. Dәmir yollarının ümumi uzunluğu 6 min km-dir. Dәmir yol nәqliyyatı dövlәt bölmәsinә mәxsusdur. Oran-Әlcәzair-Konstantina istiqamәtindә olan dәmir yolu ölkәnin әn müһüm magistralıdır. Bu magistral Mәrakeşin Ucda, Tunisin Qardimau şәһәrlәrinә kimi davam edir. Magistral Әlcәzairin әn müһüm iqtisadi mәrkәzlәrini bir-birilә әlaqәlәndirir. Bu yoldan ölkәnin dәniz limanlarına vә cәnubdakı dağ-mәdәn sәnaye mәrkәzlәrinә qollar ayrılır.
Әlcәzairdә boru nәqliyyatı yaxşı inkişaf etmişdir. Neft kәmәrlәrinin ümumi uzunluğu 5,9 min km, qaz kәmәrlәri isә 4,3 min km-dir. Haud-әl-Hamra - Arzev, Haud-әl-Hamra  Beҹaiyә, İn-Әminas  Saһirә (Tunis), Haud-әl-Hamra - Mesdar  Şkikda neft kәmәrlәri, Hәssi-Rmel  Arzev, Hәssi-Rmel Şkikda qaz kәmәrlәri vardır. 1981-ci ildә istifadәyә verilmiş Әlcәzair-Tunis-İtaliya magistral qaz kәmәrinin (uz. 2,5 min km) 850 km-i Әlcәzair әrazisindәn keçir.
Ölkәnin xarici ticarәt әlaqәlәri dәniz nәqliyyatı vasitәsilәdir. «Kompani Nasional Aljeren de Naviqasion» dövlәt şirkәti dәniz nәqliyyatına xidmәt edir. Yük dövriyyәsinә görә Becaiyә, Arzev, Әlcәzair, Әnnab vә Oran limanları xü- susilә әһәmiyyәtlidir.
Ölkәnin һava nәqliyyatı inkişaf edir. Әlcәzairdә 60-dan artıq tәyyarә limanı vә meydanı var. Әlcәzair şәһәrinin yaxınlığındakı Dar-әl-Beyda, Oran şәһәri yaxınlı¬ğın¬dakı La-Seniya vә Әnnab şәһәrindәki tәyyarә limanları beynәlxalq әһәmiy¬yәtlidir.
Turizm tәsәrrüfatı һәlә zәif inkişaf etmişdir. Tәbii şәraitin orijinallığının (közәl çimәrliklәrә malik Ara- lıq dәnizi saһillәri, dağlar, Böyük Sәһra vә oradakı vaһәlәr vә s.), diqqәtәlayiq mәdәni-tarixi yerlәrin (müxtәlif eralar vә xalqlara aid tarixi memarlıq abidәlәrinin zәnginliyi, muzeylәr vә s.) xarici turistlәrdә maraq oyat¬ması şübһәsizdir. Lakin 1988-ci ildә Әlcәzairә cәmi 50 min xarici turist gәl¬miş¬dir. Qonşu әrәb ölkәsi Tunisә isә һәmin ildә 3,5 mln. nәfәr turist axını olmuş¬dur. Bu tәsәrrüfat saһәsi dövlәt bölmәsinin әlindәdir. Әlcәzair һökumәti turizmi inkişaf etdirmәk mәqsәdilә tәdbirlәr һәyata keçirәrәk köһnә meһman¬xanaların bәrpasına, yeni meһmanxanalar vә digәr turizm obyektlәrinin tikintisinә xüsusi fikir vermәyә başlamışdır. 1989-cu ildә Fransa, İtaliya şirkәtlәrinin iştirakı ilә ölkәdә birgә turizm müәssisәlәrinin yaradılması barәdә müqavilә imzalan¬mış¬dır.

Yüklə 167,21 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə