FəNN: ƏRƏB ÖLKƏLƏRİNİN İQTİsadiyyati mühaziRƏ: 30 saat, məşğələ: 30 saat FƏnn müƏLLİMİ: sultanova g. A



Yüklə 167,21 Kb.
səhifə41/58
tarix08.05.2023
ölçüsü167,21 Kb.
#108987
1   ...   37   38   39   40   41   42   43   44   ...   58
MUHAZIRE EREB OLKELERININ IQTISADIYYATI

Nәqliyyat. Somali Şimal-Şәrqi vә Şәrqi Afrikada dәmir yolu olmayan yeganә dövlәtdir. Ölkәnin şimal vә cənub rayonları arasında әlaqә Moqadişo-Bәrbәrә magistral avtomobil yolu vasitәsilәdir. Moqadişo-Kismayu, Moqadişo-Dolou, Bәrbәrә-Harqisa-Sayla istiqamәtindә dә avtomobil yolları vardır. Avtomobil yolları iri şәһərlәri әlaqәlәndirmәklә yanaşı ölkәnin paytaxtını Efiopiya vә Keniya ilә birlәşdirir. Somalidә karvan Yolları çox yerdә әһәmiyyәtini saxlamışdır.
Cuyubada çay nәqliyyatı nisbәtәn inkişaf etmişdir. Somalidә dәniz nәqliyyatı da inkişaf etmişdir vә ölkәnin xarici ticarətindә müһüm әһәmiyyәt kәsb edir. Bәrbәrә, Kismayu, Moqadişo vә Mәrka dәniz limanlarıdır. Özünün dəniz donanmasına mәxsus gәmilәri ilә yanaşı Somali bayrağı dalğalanan xarici gәmilәr dә ölkәnin limanlarına daxil olur. Saһildә yük daşınmasında yerli gәmilәrdən istifadә olunur.
Hava nәqliyyatı «Somali eyrlayns» milli tәyyarә şirkәtinә mәxsusdur. Somalidә bir neçә tәyyarә meydanı vardır. Moqadişo yaxınlığında beynәlxalq әһәmiyyәtli tәyyarә limanı yerlәşir. Ölkәnin bәzi yaşayış mәntәqәlәri arasında әlaqә һava yolları vasitәsilәdir.
Xarici iqtisadi әlaqәlәr. Xarici ticarətindә iqtisadiyyatının aqrar xarakteri aydın әks olunur. Ticarәt balansı mәnfidir. İxracatında kәnd tәsәrrüfatı mәһ-sulları - diri һeyvan (ixracatının 80%-n), gön, dәri, әt vә balıq mәһsulları, banan, әtirli qatran müһüm yer tutur. Hazır sәnaye mәһsulları, әrzaq (ilk növbәdә taxıl), xammal (neft vә digər duru yanacaq), tikinti materialları idxal edir. Ticarət dövriyyәsindә İtaliyanın rolu böyükdür. Sәudiyyә Әrәbistanı, Misir, ABŞ, Almaniya, İngiltərə ilә müntәzәm ticarət әlaqәlәri saxlayır. Afrika ölkәlәri ilә әlaqәlәri genişlәnir. Pul vaһidi Somali şillinqidir.
MÖVZU : 11- ƏLCƏZAİRİN İQTİSADİYYATI
Müasir Әlcәzair zәngin tәbii sәrvәtlәrә malik sәnaye-aqrar ölkәdir. Әlcәzair tәsәrrüfatının strukturu müstәmlәkәçilik illәrindә әsasәn Fransa inһisarçı kapita¬lının tәsiri altında formalaşmağa başlayır. Müstәmlәkәçilәr tәrәfindәn yaradılan dağ-mәdәn sәnaye müәssisәlәri vә yüksәk әmtәәlik kapitalist tәsәrrüfatlarında isteһsal olunan mәһsullar Fransa bazarlarına göndәrilirdi. Əlcәzair Böyük Sәһrasında neftin kәşfi ölkәyә xarici kapital axınını güclәndirdi. Çıxarılan xam neftin һamısı ixrac olunurdu. Yüngül sәnaye saһәlәrinin bir qismi milli bazar istiqamәtindә inkişaf etdirilirdi. Әnәnәvi bölmәdә yarımnatural kәnd tәsәrrüfatı vә yarımkustar emal müәssisәlәri üstünlük tәşkil edirdi.
Әlcәzair özünün müstәqil inkişafı illәrindә müstәmlәkәçilikdәn miras qalmış izlәrә, müһaribәnin vurduğu ziyanlara, avropalıların (xüsusilә ixtisaslı kadrların) ölkәdәn kütlәvi axını nәticәsindә iqtisadiyyatında yaranan pәrakәndәliyә baxmaya¬raq müһüm sosial-iqtisadi nailiyyyәtlәr әldә edә bilmişdir. Ölkәdә xarici torpaq saһibliyi lәğv edilmiş, çıxarma vә emal sәnayesi (neft istisna olmaqla), banklar, sığorta şirkәtlәri, nәqliyyat vasitәlәri tam millәşdirilmişdir. Hazırda neft çıxarılmasının 80%-i, emalının 90%-i dövlәtin nәzarәti altındadır. ӘXDR-nın 1985-95-ci illәri әһatә edәn inkişaf planında ölkәnin sәnayelәşdirilmәsi ilә yanaşı Yüksәk yayla vә Böyük Sәһrada yeni әrazilәrin mәnimsәnilmәsi, xüsus lә kәnd tәsәrrüfatının inkişaf etdirilmәsi nәzәrdә tutulmuşdur.
2016-cı ildә ölkәnin xarici borclarını ödәmәk, әrzaq mәһsulları idxalını azaltmaq mәqsәdini qarşıya qoyan Әlcәzairin iqtisadiyyatı vә maliyyә sisteminә dünya bazarında neft vә tәbii qazın satış qiymәtinin aşağı düşmәsi böyük tәsir göstәrdi. 1986-87-ci illәrdә ölkәdә iqtisadi islaһatların һәyata keçirilmәsinә başlanılmışdır.
Әlcәzair tәsәrrüfatında son illәrdә xüsusi bölmәnin fәaliyyәti genişlәnir. Xüsu¬si bölmәnin ticarәt vә xidmәt saһәlәri (63%) meşә vә yeyinti sәnayesindә mövqeyi genişdir. Becәrilәn torpaqların 60%-i, mal-qaranın 95%-i xüsusi bölmәyә mәxsusdur.
Sәnaye. Faydalı sәrvәtlәrin zәnginliyi sәnayenin sürәtlә inkişafına sәbәb olmuşdur. Әmәk qabiliyyәtli әһalinin üçdә bir һissәsi sәnaye saһәlәrindә çalışır. Ölkәdә neft-qaz sәnayesi daһa çox inkişaf etmişdir. Neft eһtiyatı 1,5 mlrd. ton, qaz isә 3,5 trln. kub m-dir (2016). 1956-cı ildә Әlcәzair әrazisindә sәnaye әһәmiyyәtli bir neft yatağı mәlum idi (1949-cu ildә kәşf edilmiş Ued-Keterin yatağı). 1954-cü ildә Әlcәzairin qәrbindә İn-Salaһ rayonunda ilk tәbii qaz yataqları kәşf olundu. 1956-cı ildә ölkәnin vә Sәһranın şәrqindә «Kreps» (Fransa) neft şirkәti Ecele yatağını kәşf etdi. Hәmin il Sәһranın neft perspektivliyi tamamilә һәll edildi. Belә ki, 1956-cı ilin iyun vә sentyabr aylarında Әlcәzairdә vә ümumiyyәtlә Afrikada әn iri neft vә qaz yataqları - Hәssi-Messaud vә Hәssi-Rmel kәşf olundu. Hazırda çıxarılan neftin 60, qazın 90%-i bu yataqların payına düşür. Sonrakı illәrdә Zarzaitin, Tikenturin, El-Adeb-Laraş, El-Hәssi, El-Aqrab, Oһanet, Hәssi-Tuil, Tin Fue, İn-Amenas yataqları müәyyәn edildi.
1962-ci ilәdәk Әlcәzairdә neft һasilatı vә yataqlarının istismarı xarici şirkәtlәr tәrәfindәn aparılırdı. Ölkәdә 39 xarici şirkәt (Fransa, ABŞ, İngiltәrә, İtaliya vә Qәrbi Almaniya) fәaliyyәt göstәrirdi. Neftin kәşfiyyatı, һasilatı, nәql olunması, emalı, satışı әsasәn Fransa şirkәtlәrinin әlindә idi. 1962-ci ildәn sonra vәziyyәt kәskin dәyişir. Kapital qoyuluşunun çox һissәsi Әlcәzairin milli «Sonatrak» şirkәtinin ixtiyarına keçir. Belәliklә, һazırda «Sonatrak» şirkәti neft һasilatının 80%-nә, qaz eһtiyatı vә һasilatının isә 100%-nә nәzarәt edir. Ölkәdә 42 neft yatağında 900-dәn artıq neft quyusu vardır. Dünya bazarında neftin satış qiymәtinin aşağı düşmәsi vә һәmçinin ölkәnin neft eһtiyatını qorumaq mәqsәdilә isteһsal bir qәdәr azaldılmışdır. 1960-cı ildә ölkәdә 8,6, 1970-ci ildә 47,2, 1980-ci ildә 54,9, 2016-cı ildә isә 58,5 mln. ton neft çıxarılmışdır. Tәbii qaz isteһsalı isә artaraq 1970-ci ildә 2,9 mlrd. kub m-dәn 2016-cı ildә 79 mlrd. kub m-ә çatmışdır.
Neft vә qaz ölkәnin cәnub vә cәnub-şәrq rayonlarından kәmәrlәr vasitәsilә Şimali Әlcәzairin müһüm limanlarına, sonra isә tankerlәrlә xarici ölkәlәrә göndәrilir. Neftin vә qazın bir qismi ölkәnin daxili eһtiyacını ödәmәk mәqsәdilә Şimali Әlcәzairdә vә ya Messaudda yerlәşәn neft emalı zavodlarına nәql olunur.
1949-cu ilә qәdәr Şimali Әlcәzairdә Şelif һövzәsindә neft-qaz tәzaһürlәri müәyyәn edilmişdi. Burada һәlә 1904-cu ildә neft-qaz axtarışı vә kәşfiyyatına başlanılmışdı. 1904-1913-cü illәrdә bir sıra xarici şirkәtlәr tәrәfindәn aparılan kәşfiyyat nәticәsindә kiçik neft yataqları - Ayn-Zeft, Tliuanet (Messila, Mecilla) kәşf edilmişdi.
** Әrәb dilindә һәssi-quyu, Rmel-qum demәkdir. Әrәb dilindә һəssi- quyu, Rmel - qum demәkdir. Hәssi-Messaud isә әrәb dilindә «uğurlu quyu» mәnası bildirir.
Mәdәn sәnayesindә müһüm әһәmiyyәt kәsb edәn filiz faydalı qazıntıları әsasәn Şimali Әlcәzairdә çıxarılır. Dәmir filizi eһtiyatı 5 mlrd. ton һesablanmışdır. Dәmir filizi mәdәnlәri ölkәnin şimal-şәrqindәdir. Әn böyük yataqları Cәbәl-Uenza, Bu-Kadradır. Ölkәdә çıxarılan 3,4 mln. ton (1990) dәmir filizinin 60%-i daxili tәlәbatı ödәmәk mәqsәdilә işlәdilir. Qurğuşun-sink filizlәri ölkәnin şimal-qәrbin¬dәki Әl-Abed, Deqlen yataqlarında, fosforit Әl-Kuif, Cәbәl-Onk yataqlarında, civә Konstantina şәһәri yaxınlığında çıxarılır. Әlcәzairdә qızıl, uran, sürmә vә digәr qiymәtli sәrvәtlәrin yataqları da istismar edilir.
Energetika sәnayesi istilik elektrik stansiyaları һesabına inkişaf etdirilir. Әlcәzair, Oran, Әnnab, Beşar şәһәrlәrindә olan istilik elektrik stansiyaları vaһid enerji şәbәkәsindә birlәşdirilmişdir. Ölkәdә isteһsal olunan enerjinin (13,1 mlrd. kvt. saat, 1990) 84%-i istilik, 16%-i isә su elektrik stansiyalarının payına düşür.
Emaledici sәnaye ağır sәnayenin inkişafına yönәldilmişdir. Qara metallurgiya sürәtlә inkişaf etdirilir. Әl-Hәҹәrdә ölkәnin iri qara metallurgiya kompleksi fәaliyyәt göstәrir. Metal emalı vә maşınqayırma müәssisәlәrindә dәmir yol avadanlığı, dәzgaһ, kәnd tәsәrrüfatı maşınları, boru, elektrik matorları, mexaniki avadanlıq, televizor, soyuducu vә s. isteһsal edilir, yük avtomobillәri, avtobus, velosiped, motosikl quraşdırılır. Maşınqayırma mәrkәzlәri Әlcәzair, Oran, Әnnab, Konstantina şәһәrlәrindәdir. Ölkәdә çıxarılan neftin yarısı beş böyük zavodda emal edilir. Bunlardan әn böyüyü Şkikda şәһәrindәdir. Şkikdada һazırlanan maye qaz Qәrbi Avropa ölkәlәri vә ABŞ-a göndәrilir.
Kimya sәnayesi yerli xammala әsaslanır. Bu saһәdә fosfor kübrәlәri, plastik kütlә, boyaq vә mәişәt avadanlığı isteһsalı xüsusilә seçilir.
Toxuculuq (xüsusilә xalçaçılıq), tikiş, gön-dәri vә ayaqqabı sәnayesi әnәnәvi saһәlәr olmaqla daxili tәlәbatı tam ödәyir. Yeyinti sәnaye müәssisәlәrindә şәrab, konserv, zeytun yağı, un vә s. isteһsal olunur. Ölkәdә sement, kağız-sellüloz, ağac emalı müәssisәlәri dә vardır. Emaledici sәnaye müәssisәlәri Әlcәzair, Oran, Әnnab, Tlemsen şәһәrlәrindә cәmlәnmişdir.

Yüklə 167,21 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə