FəNN: ƏRƏB ÖLKƏLƏRİNİN İQTİsadiyyati mühaziRƏ: 30 saat, məşğələ: 30 saat FƏnn müƏLLİMİ: sultanova g. A



Yüklə 167,21 Kb.
səhifə39/58
tarix08.05.2023
ölçüsü167,21 Kb.
#108987
1   ...   35   36   37   38   39   40   41   42   ...   58
MUHAZIRE EREB OLKELERININ IQTISADIYYATI

Maliyyə sistemi. Mərkəzi bankın başçılıq etdiyi bank sisteminə 80 bank daxildir (2005-ci ildə). Bunlardan Milli bank, Qahirə bankı, İsgəndəriyyə bankı, Misir bankı (bütün bank aktivlərinin 70 faizi bunların payına düşür) qabaqcıl banklardır. Özəl banklardan «Beynəlxalq Kommersiya Bankı» və «Misir İnterneşnl» bankları(aktivlərin 10 faizi) gözə çarpandır. Bank sisteminin liberallaşmasında əsas mərhələ dövlət bankı səhmlərinin özəl şəxslərə satışına icazəverən 1998-ci il qanununun qəbul edilməsidir. Ölkədə inflyasiya səviyyəsi 2003-cü ildə 3,1 faiz olmuşdur. Misir özünün milli pul vahidinin konversiya edilməsinə nail olmuşdur. Ölkədə maliyyə sahəsinin özəlləşdirilməsinə imkan verəcək kifayət dərəcədə möhkəm iqtisadi baza mövcuddur. Bu durum hökumət üçün iqtisadiyyatın perspektivli sektorlarını vergidən azad etməyə yol açmışdır. Ödənc balansı son onillik müddətində defisitlətəkmilləşdirilmişdir. Xarici borclar 2004-cü ildə 24 mlrd. dollar (ümumi daxili məhsulun 36 faizi) səviyyəsinə çatmışdır. Paris klubu çərçivəsindəki danışıqlar nəticəsində Misir xarici borcların 24,5 mlrd. dollar məbləğinin mərhələlərlə silinməsinə və borcların qalıq hissəsinin ödənişinin 25 il müddətində həyata keçirilməsinə nail olmuşdur. Ölkə iqtisadiyyatını qaldırmaq, yoxsulluq və işsizlikdən yaxa qurtarmaq üçün Misir hökuməti müxtəlif yollardan istifadə edir. Bunlardan biri də Azad İqtisadi Zonaların yaradılmasıdır. İlk beləzona Port-Səid şəhərində yaradılmışdır. İsgəndəriyyəşəhərinə yaxın Qahirə-İsgəndəriyyə avtomobil trassında Əl-Əmriyyə adlı Azad Ticarət Zonası təşkil edilmişdir. Burada topdan satış ticarəti vəyüklərin saxlanılmasıəməliyyatları həyata keçirilir. Belə funksiyalıAzad Ticarət Zonası Süveyş, Naser-Siti, İsmailiyyə və Safaq şəhərlərində təşkil edilmişdir. Azad Ticarət Zonası rejimi investorları gömrük rüsumundan, digər vergilərdən və ödəmələrdən azad edir. Belə iş üsulu Misirəidxal olunan avadanlıq, mexanizm və nəqliyyat vasitələrinəşamil edilir. Obyektin istifadəyə verilməsindən sonra investorun həyata keçirdiyi gəlir bölgüsü vergi qanunvericiliyinin təsirindən azaddır. Misir qanunvericiliyinə görə ayrı-ayrı müəssisələrə onların harada yerləşməsindən asılı olmayaraq Azad Ticarət Zonası rejimindəfəaliyyət göstərmələrinə icazə verilir. Bu, lisenziya ilə rəsmiləşdirilir.

Yüklə 167,21 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə