FəNN: ƏRƏB ÖLKƏLƏRİNİN İQTİsadiyyati mühaziRƏ: 30 saat, məşğələ: 30 saat FƏnn müƏLLİMİ: sultanova g. A


MÖVZU: 10. Misir Ərəb Respublikasının iqtisadiyyatı



Yüklə 167,21 Kb.
səhifə36/58
tarix08.05.2023
ölçüsü167,21 Kb.
#108987
1   ...   32   33   34   35   36   37   38   39   ...   58
MUHAZIRE EREB OLKELERININ IQTISADIYYATI

MÖVZU: 10. Misir Ərəb Respublikasının iqtisadiyyatı

Ötən əsrin ortalarına qədər Misir, sənaye sahələri zəif inkişaf etmiş mo-nokultur (təkbitkiçilik) kənd təsərrüfat ölkəsi olmuşdur. Misir hökuməti 1952-ci ildən başlayaraq ölkədəəsaslı sosial-iqtisadi dəyişikliklər həyata keçirir. Bu müddətdə xarici mülklər milliləşdirilmiş, kənd təsərrüfatında yarımfeodal, mülkədar torpaq sahibliyini tədricən aradan çıxaran islahatlar keçirilmişdir. Ötən əsrin 50-60-cı illərində, dövlət sektorunun gücləndirilməsi siyasəti yeridilmiş, beşillik planlar həyata keçirilmiş, tutarlı kapital mülkiyyətçilik və iri torpaq sahibliyi məhdudlaşdırılmış, kəndlilərə torpaq paylanmışdır. 70-ci illərdən başlayaraq ölkəyə xarici kapitalın cəlb edilməsinə və Qərblə iqtisadi əlaqələrə üstünlük verilmişdir. Misirdə 90-cı illərin əvvəllərindən sosial-iqtisadi inkişafın bazar iqtisadiyyatı modelinə keçidi başlanmışdır. Bu halda dövlət təsərrüfat subyekti qismində öz mövqelərini zəiflətmişdir. Turizm ,yüngül və yeyinti sənaye müəssisələri özəlləşdirilmiş, valyuta qanunvericiliyi liberallaşdırılmışdır. Hazırda ümum daxili məhsulun 70 faizi özəl sektorun payına düşür, bütün kapital qoyuluşunun 60 faizi də özəl sektora aiddir. 2005-ci ildə Misirin ümumdaxili məhsulunun həcmi 70 mlrd. dollara yaxın olmuşdur. Milli gəlirin adambaşına düşən həcmi isə 3 min dollardan artıq olmuşdur. 1990-2005-ci illərdə iqtisadi artım tempi hər il 4-5 faiz olmuşdur. Ölkə iqtisadiyyatının sahələr üzrə strukturuna görə: ümum daxili məhsul istehsalının 14 faizi kənd təsərrüfatı və balıqçılığın (işçi qüvvəsinin təqribən 30 faizi bu sahə ilə məşğuldur); 30 faizi sənaye və tikintinin (işçi qüvvəsinin 20 faizi); 56 faizi xidmət sahələrinin payına düşür. Sənayenin aparıcı sahələri. Misirin sənaye sahələri içərisindəhasilat sənayesinin xüsusi mövqeyi var. Ölkə təbii ehtiyatların müxtəlifliyi ilə fərqlənir. Ölkədə daş kömür, volfram, qızıl, mis, dəmir və manqan filizləri, fosforlar, müxtəlif inşaat materialları, neft, təbii qaz yataqları var. Neft yataqları Süveyş kanalının hər iki sahili boyunda yerləşir. Afrikada sənaye üsulu ilə ilk dəfə neft çıxarılmasına (1896-cı il) vəemalına (1913-cü il) Misirdə başlanılmışdır. Ölkədə neft ehtiyatı o qədər çox deyil (500 mln ton). İllik hasilat isə 40 milyon tondan çoxdur. Misirdə neft ehtiyatı işləri ilə onlarca şirkət məşğul olur. Ən böyükləri Misir-Amerika qarışıq şirkəti (Qalf oil Petroleum Company) Süveyş körfəzindəki Morqan yatağında, Petrobel şirkəti Belayim yatağında neft çıxarır. Təbii qaz çıxarılmasına ötən əsrin 70-ci illərindən başlanılmışdır, təbii qaz ehtiyatları 55 mln. m3həddindədir. Ölkədə həm neftin, həm də təbii qazın ehtiyatları az olduğundan tükənmək üzrədir. Ona görə ölkəyə xammal və yanacaq idxalı tədricən artır. Dəmir filizi ehtiyatı isə müstəsnalıq təşkil edir, çünki Asuan şəhərinin cənub-şərqində yeni yataqlar aşkar edilmişdir. Dəmir filizinin ehtiyatı 400 mln. ton həddindədir. Sina yarımadasında kəşf olunmuş Mağara daş kömür yatağının ehtiyatı 30 mln. tona yaxındır. Kömürün çıxarılmasına Böyük Britaniya şirkətləri nəzarət edir. Xörək duzu Sina yarımadasının şimalında yerləşmiş göllərdən çıxarılır. Energetika sənayesi yüksək Asuan hidroenerji kompleksi istifadəyə verildikdən sonra inkişaf etməyə başlamışdır. Hidrotexniki kompleksdə olan su elektrik stansiyası ildə 10 mlrd. kvt/saatdan artıq elektrik enerjisi istehsal edir. Ölkədə mövcud olan su və istilik elektrik stansiyalarında 65,0 mlrd. kvt/saat (2004) elektrik enerjisi istehsal olunur. İstilik elektrik stansiyaları Asuan, İsgəndəriyyə, Qahirə, Port-Səid rayonlarındadır. Enerjiyə artan tələbatı nəzərəalaraq Günəş enerjisindən səmərəli istifadə olunması nəzərdə tutulur. Ölkədə Günəş enerjisi ilə işləyən suqızdırıcı qurğular az da olsa mövcuddur. Emaledici sənaye 300-dən artıq iri müəssisələrdəcəmlənmişdir. Ölkədə toxuculuq, tikiş, metallurgiya, metalemalı, maşınqayırma sənaye sahələri inkişaf etdirilir. Metallurgiya müəssisələrində polad, çuqun, alüminium istehsal olunur. Ölkənin mühüm qara metallurgiya kombinatı Heluanda, əlvan metallurgiya müəssisələri isə Hər-həmmadi vəİsmailliyədədir. Misirdə ildə 2,5 mln. ton polad, 170 min ton alüminium, 7,0 mln. ton azot gübrələri, 1,6 mln. ton superfosfat, 22 mln. ton sement istehsal olunur. Neft emalı sənayesi inkişaf etdirilir. Dövlət və xüsusi şirkətlərəməxsus neftayırma müəssisələri İsgəndəriyyə, Süveyş, Qahirə vəTantadadır. Neft emalı müəssisələri 1 ildə 45 mln. ton neft emal edəbilirlər. Kimya sənayesi azot və fosfor gübrələri, boyaq maddələri vədigər kimyəvi məhsullar istehsalı üzrə ixtisaslaşmışdır. Əsas mərkəzləri Asuan, Süveyş, Heluan və digər şəhərlərdir. Tikinti mate-rialları sənayesi zəif inkişaf etmişdir. Sement istehsalı tələbatın cəmi 50 faizini ödəyir. Maşınqayırma minik və yük avtomobillərinin, müxtəlif elek-tromexaniki məmulatların (məişət təyinatlılar üstünlük təşkil edir) yığılması ilə məşğuldur. Maşınqayırmanın mühüm mərkəzləri Qahirə, İsgəndəriyyə, Heluan, Port-Səiddir. İsgəndəriyyədə gəmi təmiri müəssisələri fəaliyyət göstərir. Ən müasir avadanlıqlar ilə yaxşı təchiz olunmuş sahəparfumeriya-kosmetika istehsalı sayılır. Bu sahə üçün zəruri nadir xammal xüsusi ilə müxtəlif efir yağları mövcuddur. İstehsal olunan salon mebeli öz keyfiyyəti ilə məşhurlaşmışdır.

Yüklə 167,21 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə