FəNN: ƏRƏB ÖLKƏLƏRİNİN İQTİsadiyyati mühaziRƏ: 30 saat, məşğələ: 30 saat FƏnn müƏLLİMİ: sultanova g. A


Nəqliyyatı, xarici ticarəti və maliyyə sistemi



Yüklə 167,21 Kb.
səhifə38/58
tarix08.05.2023
ölçüsü167,21 Kb.
#108987
1   ...   34   35   36   37   38   39   40   41   ...   58
MUHAZIRE EREB OLKELERININ IQTISADIYYATI

Nəqliyyatı, xarici ticarəti və maliyyə sistemi. Misirdənəqliyyatın bütün növləri vardır. Daxili yükdaşımanın 85 faizi avtomobil nəqliyyatının payına düşür. Şosse yollarının ümumi uzunluğu 48 min km-dir. Qahirə-İsgəndəriyyə, İsgəndəriyyə-Mərsə-Mətruh-Əs-Səlmum, Qahirə-Süveyş, Süveyş-Port-Səid, Qahirə-Qürdəqa, Qahirə-Əsyut mühüm avtomobil magistrallarıdır. Dəmir yollarının uzunluğu – 7,7 min km-dir. Qahirə-Asuan, Qahirə-İsgəndəriyyə, Qahirə-Süveyş, Port-Səid-İsmailliyyə mühüm dəmir yollarıdır. Misir iqtisadiyyatında çay nəqliyyatının da rolu böyükdür. Nil çayıdeltasındakı kanalların əksəriyyəti gəmiçilik üçün yararlıdır. Daxili su yollarının uzunluğu 3,4 min km-dən artıqdır. Misirin ərazisindən beynəlxalq dəniz və hava yolları keçir. Süveyş kanalının əhəmiyyəti xüsusilə böyükdür. Yük dövriyyəsinə görə o, dünyanın iri gəmiçilik kanallarındandır. Hər il kanaldan orta hesabla 350 mln. ton yük daşınır (dünya dəniz yüklərinin 14 faizi). Misir hökuməti kanaldan hər il orta hesabla 2 mlrd. dollar gəlir götürür. Ölkənin xarici ticarəti dəniz nəqliyyatı ilə həyata keçirilir. Mühüm limanlarıİsgəndəriyyə, Süveyş, Port-Səid, Ras-Qərib, Ras-Şükeyr və Səfaqadır. Port-Səidin yaxınlığındakıŞərq limanında iri gəmilərin yan almasını təmin etmək üçün dərinsulu kanal inşa edilmişdir. Həm də həmin ərazi azad ticarət zonası elan olunmuşdur. Misirin özünün milli dəniz donanması vardır. Süveyş körfəzi rayonundan İsgəndəriyyəşəhərinə neft kəməri çəkilmişdir. Misir ərazisindən 30-dan artıq beynəlxalq hava xətti keçir. Ölkənin bütün şəhərlərinin yaxınlığında beynəlxalq dərəcəli təyyarəmeydanları var. Qahirədə yerləşən təyyarə limanıən iri beynəlxalq hava yolları qovşağıdır. Turizm ölkə iqtisadiyyatının gəlirli sahələrindəndir. Misirin turist cəlb edən təkrarolunmaz təbii şəraiti, diqqətəlayiq tarixi-mədəni abidələri vardır. Ölkədə turizmin müxtəlif növləri (ekskursiya, ku-rort-məzuniyyət və s.) inkişaf etdirilir. 1970-ci ildən 1990-ci ilədək ölkəyə gələn turistlərin sayı 2 dəfə artaraq ildə 2 mln. nəfərə çatmış-dır. 2005-ci ildə isə ölkəyə təqribən 8,2 mln. əcnəbi turist gəlmişdir. Misirə turist axını Qərbi Avropa ölkələri (40 faiz), ərəb ölkələri (38 faiz), ABŞ (14 faiz) və digər bölgələrdəndir (8 faizdir). Ölkəyə gələn turistlləri ilk növbədə Qahirə, Luksor və Asuandakı mühüm tarixi abidələr və muzeylər maraqlandırır. Turizmdən gəlir 7,0 mlrd. dollardan artıqdır.
Xarici ticarət. Xarici ticarətində xroniki kəsirə baxmayaraq bu sahə Misir iqtisadiyyatında çox mühum əhəmiyyətə malikdir. 1974-cü ildən ölkə rəhbərliyi «açıq qapı» siyasətini yeridir. Məqsəd xarici investisiya və texnologiyaları ölkəyə cəlb etmək, həmçinin region ölkələri iləəməkdaşlığı nizama salmaqdır. 2003-cü ildə ölkədən mal ixracatının dəyəri 6,6 mlrd. dollar, idxal dəyəri 14,6 mlrd. dollar olmuşdur. Dövlət neft və neft məhsulları, pambıq vədüyü ixracatına inhisarı öz əlində saxlamışdır. Ənənəvi ixracat malları aşağıdakılardır: neft və neft məhsulları (bütün ixracat həcminin 50%-ə yaxını), alüminium, çiyidli-pambıq, iplik, parça, əczaçılıq malları, sintetik yuyucu malları, tütün məmulatları və son dövrlərdə bu siyahıya təbii qaz da əlavə edilmişdir. İdxal məhsulları: taxıl, ət və süd məhsulları, metal prokatı, avadanlıq, nəqliyyat vasitələri, elektrik mühərrikləri, ağac materialları, yanacaq və neft məhsulları. İxracatdan əldə olunan vəsait idxal məsrəflərinin 30 faizini ödəyir. Yaranmış kəsir fərqi turizmdən, Süveyş kanalından istifadədən, xaricdə işləyən misirlilərin pul köçürülmələri hesabına ödənir. Misirin ixrac mallarının ən böyük alıcısı ABŞ-dir. Misirəən çox mal göndərən isə Avropa İttifaqı ölkələridir. Misir 2001-ci ildən Avropa İttifaqının assosiativ üzvüdür. Bunun sayəsində Misir malları(ərzaq, pambıq və iplik istisna olmaqla) Avropa İttifaqı ölkələrinin bazarlarına gömrük rüsumu qoyulmadan çıxarılır. Ölkənin pul vahidi – Misir funtudur. 1 ABŞ dolları təqribən 4 funta (2004-cü il) bərabərdir.

Yüklə 167,21 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə