FəNN: ƏRƏB ÖLKƏLƏRİNİN İQTİsadiyyati mühaziRƏ: 30 saat, məşğələ: 30 saat FƏnn müƏLLİMİ: sultanova g. A


MÖVZU: 14 SUDANIN və CİBUTİNİN İQTİSADİYYATI



Yüklə 167,21 Kb.
səhifə52/58
tarix08.05.2023
ölçüsü167,21 Kb.
#108987
1   ...   48   49   50   51   52   53   54   55   ...   58
MUHAZIRE EREB OLKELERININ IQTISADIYYATI

MÖVZU: 14 SUDANIN və CİBUTİNİN İQTİSADİYYATI
1989-cu ildə müsəlmanlardan ibarət olan şimalda hərbi çevriliş baş verdi. Hakimiyyəti əvvəlkindən daha radikal qüvvələr ələ keçirdi. Bu dəfə ABŞ cənubdakı qiyamçılara dəstək verməyi qərara aldı.
1990-cı ildə ABŞ-ın "Chevron" şirkəti tərəfindən Sudanda neft yataqlarının aşkar edilməsi problemi daha da qızışdırdı. Məhz neftlə zəngin rayonlarda müharibə ən şiddətli xarakter aldı. Tərəflərdən hər biri onların üzərində nəzarəti ələ keçirməyə çalışırdı. Döyüş əməliyyatları ABŞ-ın neft sənayeçilərinə neft hasilatını nizama salmağa mane olurdu. Ona görə də 1994-cü ildə ABŞ-ın təzyiqi ilə Sudanın İslam hökuməti ilə Cənubi Sudandakı qiyamçılar arasında ölkənin yeni dövlət quruluşu haqqında bəyannamə imzalandı. Lakin bu sənəd yalnız 1997-ci ildə – yenə də ABŞ-ın və onun NATOüzrə müttəfiqlərinin təzyiqi altında qüvvəyə mindi. Ancaq şimal rəhbərləri danışıqlara getmədilər. Buna dərhal reaksiya verən ABŞ-ın xüsusi xidmət orqanları şimali Sudanda xalq üsyanlarını təşkil etdi. Bu etirazlara Qərbdən xeyli dəstək alan güclü müxalifət rəhbərlik edirdi. Hökumət bu üsyanları çox sərt şəkildə yatırırdı. Narazılıqların arası kəsilmirdi[1].
1998-ci ildə Amerika aviasiyası şimali Sudanın paytaxtı olan Xartum şəhərini bombardman etdi. Bundan sonra Xartumda parlament çoxpartiyalılığı təsbit edən yeni Konstitusiyanı qəbul etdi. Müxalifətə seçkilərdə iştirak etməyə icazə verildi. Lakin müharibə davam edirdi[1].
Yalnız 2005-ci ildə cənubla şimal silahlı qarşıdurmaya son qoymaq haqqında razılığa gəldi. Keçid dövrü haqqında razılıq əldə edildi. Sülh prosesi kifayət qədər uzun çəkdi. 2011-ci ildə keçirilmiş referendumundan sonra Cənubi Sudan müstəqillik əldə etdi. ABŞ isə hər iki tərəfə dəstək, o cümlədən hərbi dəstəyini davam etdirir. Çünki neft cənubi Sudanda hasil olunur, lakin neft kəmərləri və terminalları şimali Sudanın ərazisində yerləşir ki, bu da hər iki ölkənin hökumətlərini ABŞ-ın iqtisadi və hərbi yardımından asılı vəziyyətə salmışdır[1].
2019-cu il aprelin 11-də Sudanda ötən ilin dekabrında çörəyin qiymətinin bahalaşmasına qarşı keçirilən aksiyalar 1989-cu ildən ölkəni idarə edən Ömər əl-Bəşirin devrilməsi ilə nəticələndi. Silahlı Qüvvələr onun 30 illik hakimiyyətinə son qoydular. Ömər əl-Bəşirin hazırda ev dustaqlığında olduğu bildirilir. Sudanın müdafiə naziri və vitse-prezident Avad ibn Auf ölkənin idarə edilməsinə nəzarət edəcək müvəqqəti hərbi şuranın başçısı kimi and içib. Sudan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Kamal Abdul Maaruf isə onun müavini olub.[2]

Sudan geri qalmış aqrar ölkәdir. Britaniya müstәmlәkәçilәri 50 ildәn artıq bir müddәtdә Sudandan özlәrinin ucuz kәnd tәsәrrüfatı (qummiarabik, pambıq, küncüt, fil sümüyü, diri һeyvan) bazası kimi istifadә etmişlәr. Müstәm¬lә¬kә¬çi¬lik siyasәti ölkәdә kapitalist isteһsal üsulunu lәngitmiş, kәndlәrdә feodal-tayfa münasibәtlәrinin saxlanılmasına imkan yaratmış, tәsәrrüfat saһәlәrindә kәskin regional fәrqlәrin yaranması vә iqtisadiyyatının xarici kapitaldan tam asılı olmasına sәbәb olmuşdur.


1970-çi ildәn ölkәnin sosial-iqtisadi strukturunda dәyişikliklәr mәqsәdilә proqram һazırlanır. Proqram sәnәdlәrindә әrazi üzrә mәһsuldar qüvvәlәrin düzgün yerlәşdirilmәsi, kәnd tәsәrrüfatı isteһsalının diversifikasiyası, müһüm әrzaq mәһsulları vә çox işlәnәn sәnaye malları ilә ölkәnin tәmin olunmasına nail olmaq mәsәlәlәri göstərilir. Bu mәqsәdlә bütün xarici banklar, bir neçә milli vә xarici nәqliyyat şirkәti, xarici ticarətin müәyyәn saһәlәri millilәşdirilir, pambığın satışı üzәrindә dövlәt inһisarı yaradılır. Becәrilәn torpaqların 30%-i dövlәtin әlinә keçir. Lakin sonrakı illәrdә dövlәt xarici kapital üçün «açıq qapı» siyasәti һәyata keçirir, millilәşdirilmiş banklar vә müәssisәlәrin bәzilәrini yenidәn saһiblәrinә qaytarır. Ölkәdә sosial-iqtisadi ziddiyyәtlәr kәskinlәşir, iqtisadi inkişaf tempi aşağı düşür vә 1980-ci ildә ölkә dәrin maliyyә-iqtisadi böһranına düçar olur.
Buna görә dә һökumәt «yeni iqtisadi kurs» qәbul edir, ölkәni böһran vә-ziy¬yәtindәn çıxarmaq mәqsәdilә әlavә vәsaitin әldә edilmәsi yollarını göstər-mәklә yanaşı xüsusi bölmәnin inkişafına diqqәt artırılır. Bu tәdbirlәrә baxmayaraq 1989-cu il iyunun 30-da olan dövlәt çevrilişindәn sonra һakimiyyәtә gәlәn һәrbi һökumәt «kölgәli» iqtisadiyyat ilә mübarizә siyasәtindә ölkәdәn kәnarlarda işlәyәn Sudan vәtәndaşlarını (tәxminәn 500 min nәfәr) topladıqları valyuta vәsaitini dövlәt bankına vermәyә vadar edir, gündәlik tәlәbat mallarının qiymәtini nizama salır vә s.
Müasir Sudan dünyanın yoxsul ölkәlәrindәn biridir. Tәsәrrüfatı aqrar monokultur (pambıqçılıq) sәciyyәlidir. Kapitalizmә qәdәrki isteһsal münasibәtlәri qalmaqdadır. Sәnayenin inkişaf sәviyyәsi çox aşağıdır. Bu saһәnin 80%-i xüsusi bölmәnin әlindә cәmlәnmişdir. Sәnayenin bәzi müәssisәlәri vә nәqliyyat dövlәtә mәxsusdur. İqtisadiyyatının inkişafı xarici maliyyә yardımından çox asılıdır.

Yüklə 167,21 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə