21
Kelvin-Foyqt modeli elastik təsirin nəticəsini əks etdirir ki, bu zaman elastik
deformasiya yük tətbiq edildikdən sonra ya tədricən müəyyən həddə qədər daima artır, ya da yük
aradan qalxdıqdan sonra tədricən azalır.
Relaksasiya edən özlü-elastik Maksvel cismi (şək. 1.6,b) Huk elementlərinin elastiklik
modulu
G və Nyuton özlülüyü
η ilə ardıcıl birləşməsindən ibarətdir. Hər iki elementə eyni
τ
gərginliyi təsir göstərir.
Maksvel cismi materialın relaksasiya vaxtının sınaq müddətinə olan nisbətindən asılı
olaraq həm elastik, həm də özlü cisim kimi davranır. Beləliklə, əgər ani qüvvə tətbiq edilərsə,
yay dartılır, sonra dərhal yük götürülərsə porşen hərəkət etməyə macal tapmır və sistem elastik
cisim kimi davranır. Digər tərəfdən, əgər yayın gərilməsini sabit saxlasaq, o tədricən relaksasiya
edərək porşeni yuxarı hərəkət etdirir və sistem Nyuton mayesi kimi davranır. Maksvel cismi
üçün reoloji tənlik aşağıdakı kimidir:
/
/
G
.
(1.14)
Şvedov-Binqam özlü-plastik cismi üçün iki elementdən ibarət mexaniki model paralel
birləşmiş η özlü Nyuton və axıcılıq həddi τ
A
olan Sen-Venan elementlərindən ibarətdir (şək.
1.6,q). Əgər
τ ≤
τ
Т
olarsa, sistem tamamilə bərk deformasiyaya uğramayan cisim kimi davranır.
τ
> τ
A
olarsa, belə cisim üçün reoloji tənlik aşağıdakı kimidir:
/
T
(1.15)
Təbiətdə elə materiallar mövcuddur ki, onlara ilk baxışda San-Venan cismi kimi
baxmaq olar. Yerdəyişmə gərginliyi son həddə çatdıqda onlar axmağa başlayır. Əgər özlü
müqavimət yoxdursa, onda materialın axma sürəti istənilən qədər böyük olacaqdır. Bu göstərir
ki, belə materiallara yalnız birinci yaxınlaşmada San-Venan cismi kimi baxıla bilər. İkinci
yaxınlaşmada onlar özlülüyə malik olmalıdır. Bütün bunlar elastiklik, özlülük və plastiklik
xassələrini özündə birləşdirən ideal Binqam cismini postulat kimi qəbul etməyə (mühakimə üçün
əsas götürməyə) gətirib çıxarır.
Binqam müxaniki modeli (şək. 1.6,d) elastiklik modulu
G olan Huk, özlülüyü
η olan
Nyuton və axıcılıq həddi
τ
A
olan Sen-Venan elementlərindən ibarətdir. Nyuton və Sen-Venan
elementləri bir-biri ilə qarşılıqlı paralel, birlikdə isə Huk elementi ilə ardıcıl surətdə birləşmişlər.
22
τ <
τ
A
gərginliyinin təsiri sltında Binqam modeli yalnız elestik deformasiyaya malikdir.
Bu modelin reoloji tənliyi τ < τA gərginliyində aşağıdakı kimidir:
/
/
Т
G
.
(1.16)
Şvedov mexaniki modeli elastiklik modulu
G
N
olan Huk, axıcılıq həddi τ
A
olan Sen-
Venan və elastiklik modulu G
M
və özlülüyü olan η olan Maksvel elementlərindən ibarətdir (şək.
1.6,e). XIX əsrin 80-ci illərində F.N. Şvedov kolloid məhlullarda relaksasiya proseslərini
öyrənmiş və ilk dəfə onlarda elastiklik və özlülüyü müəyyən etmişdir. Bu model Binqam
modelindən onunla fərqlənir ki, Sen-Venan modelinə Maksvel modeli, Binqam modelinə isə
Nyuton elementi paralel olaraq birləşmişdir.
τ ≤
τ
A
zamanı Şvedov modelinin deformasiyası Huk elementinin hesabına baş verir.
τ >
τ
A
olduqda modelin bütün elementləri deformasiya edir. Diferensial formada Şvedov modelinin
reoloji tənliyi aşağıdakı kimidir:
/
/
1
/
1
Т
М
Н
G
G
.
(1.17)
Yükün təsiri altında qida materiallarının davranışını daha dəqiq əks etdirmək üçün can
atması mürəkkəb modellərin yaradılmasına gətirib çıxardı ki, bu da hesablamaların
mürəkkəbliyini xeyli artırdı. Az sayda elementlərdən ibarət olan modellərdə təcrübədə alınan
nəticələrlə tənliklərə əsasən hesablanmış rəqəmlər arasında uyğunluq nadir hallarda əldə edilir.
Eyni zamanda elementlərin sayının dörddən artıq olması modelin əhəmiyyətli dərəcədə keyfiyyət
dəyişikliyinə gətirib çıxarmır, belə ki, dörd elementdən ibarət modellər verilmiş materialın
mexaniki davranışının bütün müxtəlifliklərini sərf edib qurtarır.
Qida materiallarının deformasiyasının modelləşdirilməsini nəinki mexaniki, həm də
elektrik modellər əsasında həyata keçirmək olar. Bu zaman gərginlik elektrik dövrəsinin
э.д.с.,
deformasiya sürəti elektrik cərəyanı, elastik modulu həcmin əks qiyməti
,
özlülük isə
müqavimətlə müqayisə edilir. Mexaniki modelin elementləri ardıcıl birləşməsi elektrik
dövrəsinin elementlərinin paralel birləşməsinə, mexaniki modeldə elementlərin paralel
birləşməsi elektrik dövrəsinin elementlərinin ardıcıl birləşməsinə ekvivalentdir. Elektrik
modellərinin hazırlanması qida materiallarının elastik, özlü və plastik xassələrinin öyrənilməsi,
eləcə də onların emalı proseslərinin hesablanması zamanı kompüter (EHM) modelləşdirilməsini