4
nyuton mayelərində reallaşır. Bu axma Nyuton tənliyi ilə ifadə olunur:
və ya
dy
du
A
F
,
(1.4)
burada η – iki maye təbəqəsi arasında onların nisbi qarışması zamanı yaranan qüvvələrin miqdarını
xarakterizə edən dinamik və ya mütləq özlülük əmsalı, Pa∙s;
F – iki səth təbəqəsi arasında itələmə qüvvəsi, N;
A – bu təbəqələrin itələmə səthinin sahəsi, m
2
;
2. Plastiki axma – axıcılıq həddi τ
T
-yə bərabər olan τ gərginliyi zamanı olan axmadır.
Gərilmə – cisimdə xarici qüvvələrin təsiri altında yaranan, qüvvə vektoruna normal vahid
səthə düşən А [m
2
] daxili qüvvələrin ölçüsüdür F [N]:
A
F
, Pa.
(1.5)
Yüklənmiş cisimdə gərilmə:
A
F
0
ΔA
lim
σ
.
(1.6)
Yerdəyişmə və ya toxunma gərginliyi (τ), normal gərginlik (σ), təzyiq, ya da hidrostatik
təzyiq (р) və adgeziya, ya da yapışma təzyiqi (р
0
) formaca 1.5 asılılığı ilə təsvir edilir ki, burada güc
və sahə müvafiq fiziki məna kəsb edəcəkdir .
Müşaiyət olunan gərilmələrdən asılı olaraq deformasiyaların müxtəlif növlərinin
öyrənilməsi reologiyanın predmetini təşkil edir.
Materialların əsas reoloji xassələrinə özlülük, elastiklik, plastiklik, bərklik və sərtlik aiddir.
Eyni adlı materialda onun vəziyyətindən və yüklənmə şərtlərindən asılı olaraq, müəyyən reoloji
xassələr üzə çıxır. Buna görə də, ilk növbədə aydınlaşdırmaq lazımdır ki, verilmiş deformasiya
şəraitində öyrənilən materialın hansı xassələrini əsas hesab etmək olar.
Özlülük – axmaya qarşı müqavimət ölçüsüdür. O, həm maye, həm də plastik cisimlər üçün
axıcılıq həddindən sonra əsas xassə hesab olunur. Qeyri-Nyuton mayeləri üçün özlülük yerdəyişmə
sürətinin funksiyasıdır, onu «görünən», ya da effektiv özlülük adlandırırlar
ef
[Pa·с]. Qeyri-Nyuton
5
mayeləri üçün effektiv özlülük iki komponentdən ibarətdir:
1) nyuton özlülük η, daxili sürtünməyə əsaslanır və materialın fiziki sabitliyini ifadə edir;
2) struktur müqavimət dispers sistemlərin struktur vəziyyətindən asılıdır və yerdəyişmə sürətinin
funksiyasıdır
.
Elastiklik – cismin deformasiyadan sonra öz əvvəlki vəziyyətini tamamilə bərpa etməsi
qabiliyyətidir, burada deformasiya işi bərpa işinə bərabərdir. Cisimlərin elastikiliyi dartılma-sıxılma
zamanı birinci növ elastiklik modulu (Yunq modulu) Е [Pa] ilə, yerdəyişmə zamanı ikinci növ
elastiklik modulu (yerdəyişmə modulu) G [Pa] ilə xarakterizə olunur.
Plastiklik – xarici qüvvələrin təsiri altında cismin tamlığı pozulmadan, bərpa edilmədən
deformasiya etməsi qabiliyyətidir. Bu mənada reologiyada deformasiyalar zamanı gərilmənin son
həddi adlanan və θ
0
ifadə olunan anlayış mövcuddur. Bu gərginliyin artması zamanı cisimdə plastik
deformasiyalar meydana çıxır.
Möhkəmlik – cismin axmasına və ya onun tamamilə dağılmasına gətirib çıxaran xarici
qüvvələrin təsirinə qarşı onun müqavimət göstərməsidir. Elastiki cisimlərdə deformasiya sürəti
möhkəmlik həddinə təsir göstərmir, odur ki, statik və dinamik möhkəmlik arasında heç bir fərq
yoxdur. Qeyri-elastik cisimlər (bütün bərk qida məhsulları bura aiddir) həm elastiki, həm də plastiki
xassələrə aid olduğundan möhkəmlik deformasiyanın sürətindən bilavasitə asılıdır.
Sərtlik – elastiki olmayan cisimlərin qalıcı deformasiyalar zamanı digər cisimlərin nüfuz
etməsinə qarşı müqavimətini göstərən kompleks xassəsidir.
Sərtlik ölçü ilə bir-qiymətli fiziki
kəmiyyət kimi ifadə edilə bilməz. O, təyin üsulundan asılı olaraq nisbi kəmiyyətlə ifadə olunan
qismən, texniki parametrdir.
Materialların digər fiziki-mexaniki xassələrinə yumşaqlıq, kövrəklik, adgeziya və
yapışqanlılıq aiddir.
Yerdəyişmə – reologiyada deformasiyanın ən vacib növü hesab olunur. Sadə yerdəyişməyə
elementin üzlərinə toxunan gərginliyin təsiri ilə yaranan tərpənməz səthə paralelel olan səthi
deformasiya kimi baxılır. Sadə yerdəyişmə laminar axın kimidir, bu zaman cisim sonsuz sayda
nazik təbəqələrdən ibarətdir. Bu təbəqələr deformasiya etməyərək biri digərinin üzərində sürüşür
(şək.1.1,а).
Yumşaqlıq – sərtliyin əksi olan xassədir.
Kövrəklik – bərk cisimlərin zəif deformasiyalarda belə dağılmasına gətirib çıxaran
xassəsidir. Elastiki cisimlər istənilən deformasiyalarda ən kövrək dağılmalara gətirib çıxarır. Qeyri-
elastiki cisimlərdə kövrək dağılmalar yalnız güclü deformasiyalarda və ya aşağı temperaturlarda,
özlülük xassələri öz təsirini itirən zaman baş verir.