6
Adgeziya – iki müxtəlif cismin fazaların bölünmə sərhəddində qarşılıqlı təsirinə əsaslanır və
cisimlərin bir-birinə yapışmasına səbəb olur. Cisimlərin ayrılması üçün yapışma qüvvələrinə üstün
gəlmək lazımdır.
Yapışqanlılıq – özlü və ya plastik materialların sərhəd qatının bir-birinə yapışan səthlərin
ayrılmasına müqavimət göstərməsi xassəsidir.
Hər bir material müxtəlif dərəcədə olsa da, bütün reoloji xassələrə malikdir. Eyni materialda
onun vəziyyətindən və yüklənmə şərtlərindən asılı olaraq, az və ya çox dərəcədə müxtəlif reoloji
xassələr meydana çıxa bilər.
Reologiyanın keyfiyyətcə inkişafı fiziki-kimyəvi mühəndislik mexanikasında mühüm rol
oynayır və bu dəyişikliklər aşağıdakı mərhələlərdə özünü göstərir.
Klassik reologiya həqiqi cisimlərin (həqiqi cisimlərin və ya dispers sistemlərin texniki
mexanikası) deformasiyası və axması haqqında elm kimi, hazır məhsulların xassələrinin
öyrənilməsini və lazımi keyfiyyətdə hazır məmulatların alınması üçün maşınların işçi orqanlarında
onların hərəkət prosesinin hesablanması metodlarının işlənib-hazırlanmasını vacib məsələ kimi
qarşıya qoyur.
Fiziki-kimyəvi mexanika müəyyən xüsusiyyətlərə malik dispers sistemlərin strukturunun
formalaşması üsulları və qanunauyğunluqları haqqında elm kimi aşağıdakı vəzifələri vardır:
1) fiziki-kimyəvi, biokimyəvi, mexaniki və digər amillərin məcmusundan asılı olaraq
dispers və həqiqi sistemlərdə strukturunun formalaşması və dağılmasının müəyyən edilməsi;
2) müəyyən reoloji (ən geniş mənada) xassələrə malik strukturların alınması yollarının
araşdırılması, əsaslandırılması və səmərəliləşdirilməsi
3) maşın və aparatların hesablanması üçün müəyyən edilmiş qanunauyğunluqların tətbiqi
üsullarının və struktur-mexaniki xassələrin qiymətinə görə keyfiyyətinin əsas göstəricilərinə
operativ nəzarətin işlənib-hazırlanması.
İdarəedici reologiya emal edilən xammala müxtəlif növ təsirlərin elə uygunluğunu öyrənir
və əsaslandırır ki, bu zaman reoloji xassələrin müəyyən səviyyəsi bütün texnoloji prosesin
gedişində və müəyyən istehlak xüsusiyyətlərinə malik hazır məhsulun alınması zamanı təmin edilir.
Tədqiqatların mühəndis reologiyası və fiziki-kimyəvi mexanikanın metodları ilə həyata
keçirilməsi məmulat çıxımını stabilləşdirməyə, daimi, əvvəlcədən müəyyən edilmiş keyfiyyətə
malik məhsullar istehsal etməyə, məhsulun keyfiyyəti anlayışını elmi cəhətdən əsaslandırmağa,
texnoloji prosesləri hesablamağa, təkmilləşdirməyə və intensivləşdirməyə, bu və ya digər ərzaq
məhsullarını «yaratmağa» və s. imkan verir. Bu onu göstərir ki, qida məhsullarının reologiyası və
7
fiziki-kimyəvi mühəndis mexanikası passiv bilik sahəsindən yeni və mövcud olan texnoloji
proseslərin işlənib-hazırlanması məqsədilə istehsal proseslərinə fəal şəkildə müdaxilə etməyə imkan
verən istehsal gücünə çevrilmişdir.
MÜHAZİRƏ 2
Reoloji cisimlərin təsnifatı
Plan:
1.Qida reologiyasının tədqiqat obyektləri.
2.Dispers sistemlər.
3.Dispers sistemlərin tipləri.
4.Makro və mikroreologiyanın fərqi.
5.Reoloji xassələrə gorə ərzaq məhsulların təsnifatı.
6.Fiziki göstəricilərə görə cisimlərin təsnifatı
6.Rebinder və Mixaylovun təklif etdiyi cisimlər barəsində.
7. Strukdurlaşmış mayelərin xüsusiyyıtləri.
Qida reologiyasında tədqiqat obyekti qida materiallarıdır. Qida materialların ilkin
keyfiyyət təhlilini və qruplaşdırılmasını aparaq. Əgər qaz, maye və bərk cisimləri əsas bəsit (aqreqat
halına görə) materiallar kimi qəbul etsək, onda qida materiallarının böyük əksəriyyəti dispers
sistemlərdən ibarətdir. Məhz xüsusilə sonuncular deformasiyanın və axmanın klassik qanunlarından
əhəmiyyətli kənarlaşmalar ilə xarakterizə edilir.
Dispers sistemlər iki və ya daha artıq komponentdən (və ya faza) ibarətdir. Adətən, bu
komponentlərdən birinə dispers mühit, digərinə dispers faza deyilir. Belə bölgü şərti və bir çox
hallarda az və ya çox aşkar hesab olunur. Dispers mühitlər şərti olaraq səkkiz tipə bölünür:
1) bərk və qaz fazasından ibarət ikifazalı sistem;
2) bərk və maye fazadan ibarət ikifazalı sistem;
3) maye və qaz fazasından ibarət ikifazalı sistem;
4) iki bərk fazadan ibarət ikifazalı sistem;
5) iki maye fazadan ibarət ikifazalı sistem;
6) iki qaz fazasından ibarət ikifazalı sistem;
8
7) bərk, maye və qaz fazadan ibarət üçfazalı sistem;
8) çoxfazalı sistemlər.
Xammal və yarımfabrikatlar da daxil olmaqla, qida məhsulları tərkibindən, dispers
quruluşundan və strukturundan asılı olaraq, müxtəlif reoloji xassələrə malikdir (cədvəl 1.1).
Fəza quruluşuna olan yüksək konsentrasiyayalı dispers sistemlər daha mürəkkəb reoloji
xassələrə malikdir.
Dispers mühitlərin təsnifatını daha geniş planda, yeyinti sənayesində tez-tez rastlaşdığımız
mühit təsnifatının bir hissəsi olaraq gözdən keçirsək, ona maqnit və elektrik sahələri, elektromaqnit
şüalanması seli, radioaktiv şüalanma, ultrasəs və s. haqqında təsəvvürləri daxil etmək lazımdır.
Makroreologiya bütün materialları onlara adi gözlə üst tərəfdən baxıldıqda göründüyü
kimi, yəni bircinsli və xətti struktura malik şəkildə öyrənir. Yalnız təmiz maye və mükəmməl
kristallar müstəsna halda homogen olur.
Mikroreologiya iki və çoxfazalı sistemlərin reoloji davranışını onun komponentlərinin
reoloji xassələrindən asılı olaraq öyrənir.