Fənn: reologiyanin əsaslari müəllim: dosent. F. R. Zeynalova



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə3/31
tarix08.10.2017
ölçüsü0,87 Mb.
#3884
1   2   3   4   5   6   7   8   9   ...   31

 

 



 

 Adgeziya – iki müxtəlif cismin fazaların bölünmə sərhəddində qarşılıqlı təsirinə əsaslanır və 

cisimlərin bir-birinə yapışmasına səbəb olur. Cisimlərin ayrılması üçün yapışma qüvvələrinə üstün 

gəlmək lazımdır. 

 

 Yapışqanlılıq  –  özlü  və  ya  plastik  materialların  sərhəd  qatının  bir-birinə  yapışan  səthlərin 



ayrılmasına müqavimət göstərməsi xassəsidir. 

 

Hər bir material müxtəlif dərəcədə olsa da, bütün reoloji xassələrə malikdir. Eyni materialda 



onun  vəziyyətindən  və  yüklənmə  şərtlərindən  asılı  olaraq,  az  və  ya  çox  dərəcədə  müxtəlif  reoloji 

xassələr meydana çıxa bilər. 

 

Reologiyanın  keyfiyyətcə  inkişafı  fiziki-kimyəvi  mühəndislik  mexanikasında  mühüm  rol 



oynayır və bu dəyişikliklər aşağıdakı mərhələlərdə özünü göstərir. 

 

Klassik  reologiya  həqiqi  cisimlərin  (həqiqi  cisimlərin  və  ya  dispers  sistemlərin  texniki 

mexanikası)  deformasiyası  və  axması  haqqında  elm  kimi,  hazır  məhsulların  xassələrinin 

öyrənilməsini və lazımi keyfiyyətdə hazır məmulatların alınması üçün maşınların işçi orqanlarında 

onların  hərəkət  prosesinin  hesablanması  metodlarının  işlənib-hazırlanmasını  vacib  məsələ  kimi 

qarşıya qoyur. 

 

Fiziki-kimyəvi  mexanika  müəyyən  xüsusiyyətlərə  malik  dispers  sistemlərin  strukturunun 

formalaşması üsulları və qanunauyğunluqları haqqında elm kimi aşağıdakı vəzifələri vardır: 

 

1)  fiziki-kimyəvi,  biokimyəvi,  mexaniki  və  digər  amillərin  məcmusundan  asılı  olaraq 



dispers və həqiqi sistemlərdə strukturunun formalaşması və dağılmasının müəyyən edilməsi; 

 

2)  müəyyən  reoloji  (ən  geniş  mənada)  xassələrə  malik  strukturların  alınması  yollarının 



araşdırılması, əsaslandırılması və səmərəliləşdirilməsi  

 

3)  maşın  və  aparatların  hesablanması  üçün  müəyyən  edilmiş  qanunauyğunluqların  tətbiqi 



üsullarının  və  struktur-mexaniki  xassələrin  qiymətinə  görə  keyfiyyətinin  əsas  göstəricilərinə 

operativ nəzarətin işlənib-hazırlanması. 



 

İdarəedici reologiya emal edilən xammala müxtəlif növ təsirlərin elə uygunluğunu öyrənir 

və  əsaslandırır  ki,  bu  zaman  reoloji  xassələrin  müəyyən  səviyyəsi  bütün  texnoloji  prosesin 

gedişində və müəyyən istehlak xüsusiyyətlərinə malik hazır məhsulun alınması zamanı təmin edilir. 

Tədqiqatların  mühəndis  reologiyası  və  fiziki-kimyəvi  mexanikanın  metodları  ilə  həyata 

keçirilməsi  məmulat  çıxımını  stabilləşdirməyə,  daimi,  əvvəlcədən  müəyyən  edilmiş  keyfiyyətə 

malik  məhsullar  istehsal  etməyə,  məhsulun  keyfiyyəti  anlayışını  elmi  cəhətdən  əsaslandırmağa, 

texnoloji  prosesləri  hesablamağa,  təkmilləşdirməyə  və  intensivləşdirməyə,  bu  və  ya  digər  ərzaq 

məhsullarını  «yaratmağa»  və  s.  imkan  verir. Bu onu göstərir ki, qida  məhsullarının reologiyası  və 




 

 



fiziki-kimyəvi  mühəndis  mexanikası  passiv  bilik  sahəsindən  yeni  və  mövcud  olan  texnoloji 

proseslərin işlənib-hazırlanması məqsədilə istehsal proseslərinə fəal şəkildə müdaxilə etməyə imkan 

verən istehsal gücünə çevrilmişdir.  

 

MÜHAZİRƏ  2 

 

Reoloji cisimlərin təsnifatı 

 

 

Plan: 

 

 

1.Qida reologiyasının tədqiqat obyektləri. 

2.Dispers sistemlər. 

3.Dispers sistemlərin tipləri. 

4.Makro və mikroreologiyanın fərqi. 

5.Reoloji xassələrə gorə ərzaq məhsulların təsnifatı. 

6.Fiziki göstəricilərə  görə cisimlərin təsnifatı 

6.Rebinder və Mixaylovun təklif etdiyi cisimlər barəsində. 

7. Strukdurlaşmış mayelərin xüsusiyyıtləri. 

 

Qida  reologiyasında  tədqiqat  obyekti  qida  materiallarıdır.  Qida  materialların  ilkin 



keyfiyyət təhlilini və qruplaşdırılmasını aparaq. Əgər qaz, maye və bərk cisimləri əsas bəsit (aqreqat 

halına  görə)  materiallar  kimi  qəbul  etsək,  onda  qida  materiallarının  böyük  əksəriyyəti  dispers 

sistemlərdən ibarətdir. Məhz xüsusilə sonuncular deformasiyanın və axmanın klassik qanunlarından 

əhəmiyyətli kənarlaşmalar ilə xarakterizə edilir. 

Dispers  sistemlər  iki  və  ya  daha  artıq  komponentdən  (və  ya  faza)  ibarətdir.  Adətən,  bu 

komponentlərdən  birinə  dispers  mühit,  digərinə  dispers  faza  deyilir.  Belə  bölgü  şərti  və  bir  çox 

hallarda az və ya çox aşkar hesab olunur. Dispers mühitlər şərti olaraq səkkiz tipə bölünür: 

1) bərk və qaz fazasından ibarət ikifazalı sistem; 

2) bərk və maye fazadan ibarət ikifazalı sistem; 

3) maye və qaz fazasından ibarət ikifazalı sistem; 

4) iki bərk fazadan ibarət ikifazalı sistem; 

5) iki maye fazadan ibarət ikifazalı sistem; 

6) iki qaz fazasından ibarət ikifazalı sistem; 



 

 



7) bərk, maye və qaz fazadan ibarət üçfazalı sistem; 

8) çoxfazalı sistemlər. 

Xammal  və  yarımfabrikatlar  da  daxil  olmaqla,  qida  məhsulları  tərkibindən,  dispers 

quruluşundan və strukturundan asılı olaraq, müxtəlif reoloji xassələrə malikdir (cədvəl 1.1). 

Fəza  quruluşuna  olan  yüksək  konsentrasiyayalı  dispers  sistemlər  daha  mürəkkəb  reoloji 

xassələrə malikdir.   

Dispers mühitlərin təsnifatını daha geniş planda, yeyinti sənayesində tez-tez rastlaşdığımız 

mühit təsnifatının bir hissəsi olaraq gözdən keçirsək, ona maqnit və elektrik sahələri, elektromaqnit 

şüalanması seli, radioaktiv şüalanma, ultrasəs və s. haqqında təsəvvürləri daxil etmək lazımdır.  

Makroreologiya  bütün  materialları  onlara  adi  gözlə  üst  tərəfdən  baxıldıqda  göründüyü 

kimi,  yəni  bircinsli  və  xətti  struktura  malik  şəkildə  öyrənir.  Yalnız  təmiz  maye  və  mükəmməl 

kristallar müstəsna halda homogen olur. 

Mikroreologiya  iki  və  çoxfazalı  sistemlərin  reoloji  davranışını  onun  komponentlərinin 

reoloji xassələrindən asılı olaraq öyrənir. 

  



Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə