Fənn: reologiyanin əsaslari müəllim: dosent. F. R. Zeynalova



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə6/31
tarix08.10.2017
ölçüsü0,87 Mb.
#3884
1   2   3   4   5   6   7   8   9   ...   31

16 

 

 



 

Koaqulyasiya  tipli  psevdoplastik  və  plastic-özlü  dispers  sistemlərin  əsas  xüsusiyyəti 

yükləmə  və  boşalma  zamanı  histerezis  ilmələrinin  olmasıdır. 

 




  əyrisi  və  koordinat  oxu 



arasında olan reoqram sahəsi (müvafiq miqyasda) xüsusi gücü (vahid həcmdə Vt/m

3

) ifadə edir. 



O, nyuton axınının gücündən  və  verilmiş  sürət qradientində  strukturun dağılması üçün 

tələb  olunan  gücdən  ibarətdir.  histerezis  ilmələrini  formalaşdıran  iki  əyri  arasındakı  sahəyə 

mütənasib olan güc,

 

strukturun



 

tarazlıq vəziyyətinə yaxınlaşma dərəcəsini xarakterizə edir. 

 

Bir  çox  proseslər  zamanı  məhsul  mexaniki  təsirlərə  (nasoslar,  mikserlər  və  s.)  məruz 



qalır,  bununla  da  onun  strukturunun  qismən  və  ya  demək  olar  ki,  maksimum  dağıdılması  baş 

verir. Buna görə də, praktiki hesablamalarda reoloji tədqiqatların nəticələrindən istifadə edərkən 

təxmini  olaraq,  ən  azı  verilmiş  dağıdılma  dərəcəsinə  uyğun  olan  axın  əyrisi  seçilməlidir.  Buna 

uyğun  olaraq,

 

müxtəlif  proseslərin  hesablanmasında  gərginlik  və  deformasiyaların  uyğun 



intervalında  müəyyən  edilmiş  xassələrdən  istifadə  etmək  lazımdır.  Məhsulun  keyfiyyət 

qiymətləndirilməsi verilmiş prosesə uyğun olan xassələr üzrə aparılmalıdır. 



 

MÜHAZİRƏ  4 

 

Qida materiallarının reoloji davranışının mexaniki 



modelləşdirilməsi 

 

Plan: 

 

1.Reologiyanın əsas modelləri. 

 

2.Hukun ideal –elastik cismi. 

 

3.Nyutonun ideal-özlü mayesi. 

 

4.Sen-Venanın elastik-plastik cismi. 

 

Reologiyada bir-birini  inkar edən  iki anlayış  mövcuddur: «bərk  ideal-elastik cisim»  və 

«qeyri-özlü  maye».  Bərk  ideal-elastik  cisim  dedikdə  elə  cisim  başa  düşülür  ki,  onun  taraz 

forması  və  gərginlik  ani  əldə  edilir.  Əgər  maye  deformasiya  gərginliyi  yaratmaq  və  saxlamaq 

qabiliyyətinə  malik  deyilsə,  onu  qeyri-özlü  maye  adlandırırlar.  Təbiətdə  cismin  məhdud 

vəziyyətləri ‒ bərk ideal-elastik cisim və qeyri-özlü mayelər arasında çoxlu sayda aralıq cisimlər 




17 

 

 



mövcuddur. 

Qida  mhsullarının  reoloji  xassələrinin  öyrənilməsi  zamanı  rast  gəlinə  bilən  əsas 

modelləri  gözdən  keçirək.  Bu  zaman  qeyd  etmək  lazımdır  ki,  yalnız  dəqiq  riyazi 

qanunauyğunluqlar  nyuton  mayeləri  üçün  alınmışdır,  bütün  qeyri-nyuton  hərəkəti  üçün  yalnız 

təxmini düsturlar qəbul etmişdir. 

Idealizə olunmuş materialların üç aralıq modelləri (Cədvəl 1.3) məlumdur: ideal-elastik 

cisim (Huk); ideal-özlü maye (Nyuton); ideal-plastik cisim (Sen-Venan). 

Hukun  ideal-elastik  cismi.  Belə  cisimdə  deformasiyaya  sərf  olunan  enerji  yüklənmə 

zamanı toplanır və geri qayıda bilər. Huk qanunu ən kiçik deformasiyalarda kristal və amorf bərk 

cisimlərin, eləcə də mayelərin izotrop genişlənmə, yəni sıxılma zamanı davranışlarını təsvir edir. 

İdeal-özlü  Nyuton  mayesi.  Belə  mayedə  gərginlik  deformasiya  sürətinə  mütənasibdir. 

Özlü  axma  müxtəlif  qüvvələrin  təsiri  altında  baş  verir,  belə  ki,  qüvvə  azalanda  deformasiya 

sürəti  də  azalır,  yox  olduqda  isə  sıfra  bərabər  olur.  Belə  mayelər  üçün

 

sabit  olan  özlülük 



yerdəyişmə gərginliyinə bərabərdir.  

 

 



 

 

 



 

 

 



 

Cədvəl 1.3. İdeallaşdırılmış sadə cisimlərin reoloji modelləri. 

 

 



Model 

 

Modelin 



növü 

 

Əyrilərin 



 qrafiki 

Bərabərliklər 

Şərti işarələr 



18 

 

 



 

 

Huk 



 

 

 



 

.

;



E

G











 

 





,

–toxunan və xətti gərginlik, Pa; 



 



,

–bucaq və xətti deformasiyaları; 



 

GE–bucaq və xətti deformasiyalarda 

elastiklik modulları, Pa. 

 

 

Nyuton 



 

 

 



 

.

;



T















 

 



–yerdəyişmə sürəti, s



–1



–yerdəyişmə zamanı özlülük, s

–1



– uzununa axın sürəti, s



–1

T



 –  uzununa  axın  xamanı  özlülük 

(Truton), Pa·s. 

 

 

Sen-Venan 



 

 

 τ  <  τ



Т  olduqda, 

deformasiya 

yoxdur

;  τ  =  τ



Т

 

olduqda,  axın 



yoxdur 

 

T



 –yerdəyişmə 

zamanı 


axıcılıq 

həddi, Pa. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Nyuton qanunu  molekul çəkisi az olan bir çox  mayelərin  yerdəyişmə  və uzununa axın 



zamanı  davranışını  izah  edir.  Nyuton  mayesinin  mexaniki  modeli,  içində  maye  olan  silindrdə 

yerləşdirilmiş  və  hərəkət  edən  porşendən  ibarət  dempferdir.  Maye  porşenin  hərəkəti  zamanı 



σ 

σ 

τ 

τ 

τ 

τ 

τ 

γ 

α

τ 



α

τ 



τ

Т

 




Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə