Fənn: reologiyanin əsaslari müəllim: dosent. F. R. Zeynalova



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə2/31
tarix08.10.2017
ölçüsü0,87 Mb.
#3884
1   2   3   4   5   6   7   8   9   ...   31

 

 



nyuton mayelərində reallaşır. Bu axma Nyuton tənliyi ilə ifadə olunur: 

 

 









 və ya 


dy

du

A

F





 



   (1.4)  

 

burada η – iki maye təbəqəsi arasında onların nisbi qarışması zamanı yaranan qüvvələrin miqdarını 



xarakterizə edən dinamik və ya mütləq özlülük əmsalı, Pa∙s; 

F – iki səth təbəqəsi arasında itələmə qüvvəsi, N; 

A – bu təbəqələrin itələmə səthinin sahəsi, m

2



 

2. Plastiki axma –  axıcılıq həddi τ

T

-yə bərabər olan τ gərginliyi zamanı olan axmadır. 



Gərilmə – cisimdə xarici qüvvələrin təsiri altında yaranan, qüvvə vektoruna normal vahid 

səthə düşən А [m

2

] daxili qüvvələrin ölçüsüdür F [N]: 



A

F



, Pa. 

 

 



 

 

(1.5) 



Yüklənmiş cisimdə gərilmə: 













A



F

0

ΔA

lim

σ

.   


 

 

 



(1.6) 

 

 



 

Yerdəyişmə  və  ya  toxunma  gərginliyi  (τ),  normal  gərginlik  (σ),  təzyiq,  ya  da  hidrostatik 

təzyiq (р) və adgeziya, ya da yapışma təzyiqi (р

0

) formaca 1.5 asılılığı ilə təsvir edilir ki, burada güc 



və sahə müvafiq fiziki məna kəsb edəcəkdir . 

Müşaiyət  olunan  gərilmələrdən  asılı  olaraq  deformasiyaların  müxtəlif  növlərinin 

öyrənilməsi reologiyanın predmetini təşkil edir.  

Materialların əsas reoloji xassələrinə özlülük, elastiklik, plastiklik, bərklik və sərtlik aiddir. 

Eyni  adlı  materialda  onun  vəziyyətindən  və  yüklənmə  şərtlərindən  asılı  olaraq,  müəyyən  reoloji 

xassələr  üzə  çıxır.  Buna  görə  də,  ilk  növbədə  aydınlaşdırmaq  lazımdır  ki,  verilmiş  deformasiya 

şəraitində öyrənilən materialın hansı xassələrini əsas hesab etmək olar.  

Özlülük – axmaya qarşı müqavimət ölçüsüdür. O, həm maye, həm də plastik cisimlər üçün 

axıcılıq həddindən sonra əsas xassə hesab olunur. Qeyri-Nyuton mayeləri üçün özlülük yerdəyişmə 

sürətinin funksiyasıdır, onu «görünən», ya da effektiv özlülük adlandırırlar 



ef 


[Pa·с]. Qeyri-Nyuton 


 

 



mayeləri üçün effektiv özlülük iki komponentdən ibarətdir: 

1) nyuton özlülük η, daxili sürtünməyə əsaslanır və materialın fiziki sabitliyini ifadə edir; 

2)  struktur  müqavimət  dispers  sistemlərin  struktur  vəziyyətindən  asılıdır  və  yerdəyişmə  sürətinin 

funksiyasıdır



 



Elastiklik  –  cismin  deformasiyadan  sonra  öz  əvvəlki  vəziyyətini  tamamilə  bərpa  etməsi 

qabiliyyətidir, burada deformasiya işi bərpa işinə bərabərdir. Cisimlərin elastikiliyi dartılma-sıxılma 

zamanı  birinci  növ  elastiklik  modulu  (Yunq  modulu)  Е  [Pa]  ilə,  yerdəyişmə  zamanı  ikinci  növ 

elastiklik modulu (yerdəyişmə modulu) G [Pa] ilə xarakterizə olunur. 

 

Plastiklik  –  xarici  qüvvələrin  təsiri  altında  cismin  tamlığı  pozulmadan,  bərpa  edilmədən 

deformasiya  etməsi  qabiliyyətidir.  Bu  mənada  reologiyada  deformasiyalar  zamanı  gərilmənin  son 

həddi adlanan və θ

ifadə olunan anlayış mövcuddur. Bu gərginliyin artması zamanı cisimdə plastik 



deformasiyalar meydana çıxır. 

Möhkəmlik  –  cismin  axmasına  və  ya  onun  tamamilə  dağılmasına  gətirib  çıxaran  xarici 

qüvvələrin  təsirinə  qarşı  onun  müqavimət  göstərməsidir.  Elastiki  cisimlərdə  deformasiya  sürəti 

möhkəmlik  həddinə  təsir  göstərmir,  odur  ki,  statik  və  dinamik  möhkəmlik  arasında  heç  bir  fərq 

yoxdur. Qeyri-elastik cisimlər (bütün bərk qida məhsulları bura aiddir) həm elastiki, həm də plastiki 

xassələrə aid olduğundan möhkəmlik deformasiyanın sürətindən bilavasitə asılıdır. 

Sərtlik  –  elastiki  olmayan  cisimlərin  qalıcı  deformasiyalar  zamanı  digər  cisimlərin  nüfuz 

etməsinə  qarşı  müqavimətini  göstərən    kompleks  xassəsidir.

 

Sərtlik  ölçü  ilə  bir-qiymətli  fiziki 



kəmiyyət  kimi  ifadə  edilə  bilməz.  O,  təyin  üsulundan  asılı  olaraq  nisbi  kəmiyyətlə  ifadə  olunan 

qismən, texniki parametrdir. 

Materialların  digər  fiziki-mexaniki  xassələrinə  yumşaqlıq,  kövrəklik,  adgeziya  və 

yapışqanlılıq aiddir.  

Yerdəyişmə – reologiyada deformasiyanın ən vacib növü hesab olunur. Sadə yerdəyişməyə 

elementin  üzlərinə  toxunan  gərginliyin  təsiri  ilə  yaranan  tərpənməz  səthə  paralelel  olan  səthi 

deformasiya  kimi  baxılır.  Sadə  yerdəyişmə  laminar  axın  kimidir,  bu  zaman  cisim  sonsuz  sayda 

nazik  təbəqələrdən  ibarətdir.  Bu  təbəqələr  deformasiya  etməyərək  biri  digərinin  üzərində  sürüşür 

(şək.1.1,а). 

Yumşaqlıq – sərtliyin əksi olan xassədir. 

Kövrəklik  –  bərk  cisimlərin  zəif  deformasiyalarda  belə  dağılmasına  gətirib  çıxaran 

xassəsidir. Elastiki cisimlər istənilən deformasiyalarda ən kövrək dağılmalara gətirib çıxarır. Qeyri-

elastiki  cisimlərdə  kövrək  dağılmalar  yalnız  güclü  deformasiyalarda  və  ya  aşağı  temperaturlarda, 

özlülük xassələri öz təsirini itirən zaman baş verir. 




Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə