Fənn: reologiyanin əsaslari müəllim: dosent. F. R. Zeynalova



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə8/31
tarix08.10.2017
ölçüsü0,87 Mb.
#3884
1   ...   4   5   6   7   8   9   10   11   ...   31

21 

 

 



 

Kelvin-Foyqt  modeli  elastik  təsirin  nəticəsini  əks  etdirir  ki,  bu  zaman  elastik 

deformasiya yük tətbiq edildikdən sonra ya tədricən müəyyən həddə qədər daima artır, ya da yük 

aradan qalxdıqdan sonra tədricən azalır.

 

Relaksasiya  edən  özlü-elastik  Maksvel  cismi  (şək.  1.6,b)  Huk  elementlərinin  elastiklik 



modulu  G  və  Nyuton  özlülüyü

 

η  ilə  ardıcıl  birləşməsindən  ibarətdir.  Hər  iki  elementə  eyni  τ 

gərginliyi təsir göstərir. 

Maksvel  cismi  materialın  relaksasiya  vaxtının  sınaq  müddətinə  olan  nisbətindən  asılı 

olaraq  həm elastik, həm də özlü cisim kimi davranır. Beləliklə,  əgər ani qüvvə tətbiq edilərsə, 

yay dartılır, sonra dərhal  yük götürülərsə porşen  hərəkət etməyə  macal tapmır və sistem elastik 

cisim kimi davranır. Digər tərəfdən, əgər yayın gərilməsini sabit saxlasaq, o tədricən relaksasiya 

edərək  porşeni  yuxarı  hərəkət  etdirir  və  sistem  Nyuton  mayesi  kimi  davranır.  Maksvel  cismi 

üçün reoloji tənlik aşağıdakı kimidir: 

                                      







/

/



 G





(1.14) 

 

Şvedov-Binqam  özlü-plastik  cismi  üçün  iki  elementdən  ibarət  mexaniki  model  paralel 

birləşmiş  η  özlü  Nyuton  və  axıcılıq  həddi    τ

olan  Sen-Venan  elementlərindən  ibarətdir  (şək. 



1.6,q). Əgər

 

τ ≤ τ

Т 

olarsa, sistem tamamilə bərk deformasiyaya uğramayan cisim kimi davranır.



 

τ 

τ

A

 

olarsa, belə cisim üçün  reoloji tənlik aşağıdakı kimidir: 



                                               









/

T



   



                               (1.15) 

 

Təbiətdə  elə  materiallar  mövcuddur  ki,  onlara  ilk  baxışda  San-Venan  cismi  kimi 



baxmaq  olar.  Yerdəyişmə  gərginliyi  son  həddə  çatdıqda  onlar  axmağa  başlayır.  Əgər  özlü 

müqavimət  yoxdursa,  onda  materialın  axma  sürəti  istənilən  qədər  böyük  olacaqdır.  Bu  göstərir 

ki,  belə  materiallara  yalnız  birinci  yaxınlaşmada  San-Venan  cismi  kimi  baxıla  bilər.  İkinci 

yaxınlaşmada  onlar  özlülüyə  malik  olmalıdır.  Bütün  bunlar  elastiklik,  özlülük  və  plastiklik 

xassələrini özündə birləşdirən ideal Binqam cismini postulat kimi qəbul etməyə (mühakimə üçün 

əsas götürməyə) gətirib çıxarır. 



Binqam  müxaniki  modeli  (şək.  1.6,d)  elastiklik  modulu  G  olan  Huk,  özlülüyü  η  olan 

Nyuton  və  axıcılıq  həddi



 

τ

olan  Sen-Venan  elementlərindən  ibarətdir.  Nyuton  və  Sen-Venan 

elementləri bir-biri ilə qarşılıqlı paralel, birlikdə isə Huk elementi ilə ardıcıl surətdə birləşmişlər. 

 

 



22 

 

 



 

 

τ < τ

A

 gərginliyinin təsiri sltında Binqam modeli yalnız elestik deformasiyaya malikdir. 

Bu modelin reoloji tənliyi τ < τA gərginliyində aşağıdakı kimidir: 

                                                











/

/



Т





G



 

 



                   (1.16) 

 

Şvedov  mexaniki  modeli  elastiklik  modulu  G

N

  olan  Huk,  axıcılıq  həddi  τ



A 

olan  Sen-

Venan və elastiklik modulu G

və özlülüyü olan η olan Maksvel elementlərindən ibarətdir (şək. 



1.6,e).  XIX  əsrin  80-ci  illərində  F.N.  Şvedov  kolloid  məhlullarda  relaksasiya  proseslərini 

öyrənmiş  və  ilk  dəfə  onlarda  elastiklik  və  özlülüyü  müəyyən  etmişdir.  Bu  model  Binqam 

modelindən  onunla  fərqlənir  ki,  Sen-Venan  modelinə  Maksvel  modeli,  Binqam  modelinə  isə 

Nyuton elementi paralel olaraq birləşmişdir. 



τ ≤ τ

A  


zamanı Şvedov modelinin deformasiyası Huk elementinin hesabına baş verir. τ > 

τ

olduqda  modelin  bütün elementləri deformasiya edir. Diferensial  formada Şvedov  modelinin 



reoloji tənliyi aşağıdakı kimidir:  

                                               

                                               

 













/

/



1

/

1



Т

М

Н







G

G



.                                                

(1.17) 


 

 

 



Yükün təsiri altında qida materiallarının davranışını daha dəqiq əks etdirmək üçün can 

atması  mürəkkəb  modellərin  yaradılmasına  gətirib  çıxardı  ki,  bu  da  hesablamaların 

mürəkkəbliyini  xeyli  artırdı.  Az  sayda  elementlərdən  ibarət  olan  modellərdə  təcrübədə  alınan 

nəticələrlə  tənliklərə  əsasən  hesablanmış  rəqəmlər  arasında  uyğunluq  nadir  hallarda  əldə  edilir. 

Eyni zamanda elementlərin sayının dörddən artıq olması modelin əhəmiyyətli dərəcədə keyfiyyət 

dəyişikliyinə  gətirib  çıxarmır,  belə  ki,  dörd  elementdən  ibarət  modellər  verilmiş  materialın 

mexaniki davranışının bütün müxtəlifliklərini sərf edib qurtarır. 

Qida  materiallarının  deformasiyasının  modelləşdirilməsini  nəinki  mexaniki,  həm  də 

elektrik  modellər əsasında həyata keçirmək olar. Bu zaman gərginlik elektrik dövrəsinin 

э.д.с., 


deformasiya  sürəti  elektrik  cərəyanı,  elastik  modulu  həcmin  əks  qiyməti

özlülük  isə 



müqavimətlə  müqayisə  edilir.  Mexaniki  modelin  elementləri  ardıcıl  birləşməsi  elektrik 

dövrəsinin  elementlərinin  paralel  birləşməsinə,  mexaniki  modeldə  elementlərin  paralel 

birləşməsi  elektrik  dövrəsinin  elementlərinin  ardıcıl  birləşməsinə  ekvivalentdir.  Elektrik 

modellərinin  hazırlanması  qida  materiallarının  elastik,  özlü  və  plastik  xassələrinin  öyrənilməsi, 

eləcə də onların emalı proseslərinin hesablanması zamanı kompüter (EHM) modelləşdirilməsini 



Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə