Fənn: reologiyanin əsaslari müəllim: dosent. F. R. Zeynalova



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə10/31
tarix08.10.2017
ölçüsü0,87 Mb.
#3884
1   ...   6   7   8   9   10   11   12   13   ...   31

26 

 

 



nyuton mayelərində reallaşır. Bu axma Nyuton tənliyi ilə ifadə olunur: 

 

 









 və ya 


dy

du

A

F





 



   (1.4)  

 

burada  η  –  iki  maye  təbəqəsi  arasında  onların  nisbi  qarışması  zamanı  yaranan  qüvvələrin 



miqdarını xarakterizə edən dinamik və ya mütləq özlülük əmsalı, Pa∙s; 

F – iki səth təbəqəsi arasında itələmə qüvvəsi, N; 

A – bu təbəqələrin itələmə səthinin sahəsi, m

2



 

2. Plastiki axma –  axıcılıq həddi τ

T

-yə bərabər olan τ gərginliyi zamanı olan axmadır. 



Gərilmə  –  cisimdə  xarici  qüvvələrin  təsiri  altında  yaranan,  qüvvə  vektoruna  normal 

vahid səthə düşən А [m

2

] daxili qüvvələrin ölçüsüdür F [N]: 



A

F



, Pa. 

 

 



 

 

(1.5) 



Yüklənmiş cisimdə gərilmə: 













A



F

0

ΔA

lim

σ

.   


 

 

 



(1.6) 

 

 



 

Yerdəyişmə və ya toxunma gərginliyi (τ), normal gərginlik (σ), təzyiq, ya da hidrostatik 

təzyiq (р) və adgeziya, ya da yapışma təzyiqi (р

0

) formaca 1.5 asılılığı ilə təsvir edilir ki, burada 



güc və sahə müvafiq fiziki məna kəsb edəcəkdir . 

Müşaiyət  olunan  gərilmələrdən  asılı  olaraq  deformasiyaların  müxtəlif  növlərinin 

öyrənilməsi reologiyanın predmetini təşkil edir.  

Materialların  əsas  reoloji  xassələrinə  özlülük,  elastiklik,  plastiklik,  bərklik  və  sərtlik 

aiddir. Eyni adlı materialda onun vəziyyətindən və yüklənmə şərtlərindən asılı olaraq, müəyyən 

reoloji  xassələr  üzə  çıxır.  Buna  görə  də,  ilk  növbədə  aydınlaşdırmaq  lazımdır  ki,  verilmiş 

deformasiya şəraitində öyrənilən materialın hansı xassələrini əsas hesab etmək olar.  

Özlülük  –  axmaya  qarşı  müqavimət  ölçüsüdür.  O,  həm  maye,  həm  də  plastik  cisimlər 

üçün  axıcılıq  həddindən  sonra  əsas  xassə  hesab  olunur.  Qeyri-Nyuton  mayeləri  üçün  özlülük 

yerdəyişmə  sürətinin  funksiyasıdır,  onu  «görünən»,  ya  da  effektiv  özlülük  adlandırırlar 



ef 



27 

 

 



[Pa·с]. Qeyri-Nyuton mayeləri üçün effektiv özlülük iki komponentdən ibarətdir: 

1) nyuton özlülük η, daxili sürtünməyə əsaslanır və materialın fiziki sabitliyini ifadə edir; 

2) struktur müqavimət dispers sistemlərin struktur vəziyyətindən asılıdır və yerdəyişmə sürətinin 

funksiyasıdır



 



Elastiklik – cismin deformasiyadan sonra öz əvvəlki vəziyyətini tamamilə bərpa etməsi 

qabiliyyətidir,  burada  deformasiya  işi  bərpa  işinə  bərabərdir.  Cisimlərin  elastikiliyi  dartılma-

sıxılma  zamanı  birinci  növ  elastiklik  modulu  (Yunq  modulu)  Е  [Pa]  ilə,  yerdəyişmə  zamanı 

ikinci növ elastiklik modulu (yerdəyişmə modulu) G [Pa] ilə xarakterizə olunur. 

 

Plastiklik – xarici qüvvələrin təsiri altında cismin tamlığı pozulmadan, bərpa edilmədən 

deformasiya  etməsi  qabiliyyətidir.  Bu  mənada  reologiyada  deformasiyalar  zamanı  gərilmənin 

son həddi adlanan və θ

ifadə olunan anlayış mövcuddur. Bu gərginliyin artması zamanı cisimdə 



plastik deformasiyalar meydana çıxır. 

Möhkəmlik – cismin axmasına  və  ya onun tamamilə dağılmasına gətirib çıxaran  xarici 

qüvvələrin  təsirinə  qarşı  onun  müqavimət  göstərməsidir.  Elastiki  cisimlərdə  deformasiya  sürəti 

möhkəmlik həddinə təsir göstərmir, odur ki, statik və dinamik möhkəmlik arasında heç bir fərq 

yoxdur.  Qeyri-elastik  cisimlər  (bütün  bərk  qida  məhsulları  bura  aiddir)  həm  elastiki,  həm  də 

plastiki xassələrə aid olduğundan möhkəmlik deformasiyanın sürətindən bilavasitə asılıdır. 

Sərtlik – elastiki olmayan cisimlərin qalıcı deformasiyalar zamanı digər cisimlərin nüfuz 

etməsinə  qarşı  müqavimətini  göstərən    kompleks  xassəsidir.

 

Sərtlik  ölçü  ilə  bir-qiymətli  fiziki 



kəmiyyət kimi ifadə edilə bilməz. O, təyin üsulundan asılı olaraq nisbi kəmiyyətlə ifadə olunan 

qismən, texniki parametrdir. 

Materialların  digər  fiziki-mexaniki  xassələrinə  yumşaqlıq,  kövrəklik,  adgeziya  və 

yapışqanlılıq aiddir.  

Yerdəyişmə  –  reologiyada  deformasiyanın  ən  vacib  növü  hesab  olunur.  Sadə 

yerdəyişməyə elementin üzlərinə toxunan gərginliyin təsiri ilə yaranan tərpənməz səthə paralelel 

olan  səthi  deformasiya  kimi  baxılır.  Sadə  yerdəyişmə  laminar  axın  kimidir,  bu  zaman  cisim 

sonsuz  sayda  nazik  təbəqələrdən  ibarətdir.  Bu  təbəqələr  deformasiya  etməyərək  biri  digərinin 

üzərində sürüşür (şək.1.1,а). 

Yumşaqlıq – sərtliyin əksi olan xassədir. 

Kövrəklik  –  bərk  cisimlərin  zəif  deformasiyalarda  belə  dağılmasına  gətirib  çıxaran 

xassəsidir.  Elastiki  cisimlər  istənilən  deformasiyalarda  ən  kövrək  dağılmalara  gətirib  çıxarır. 

Qeyri-elastiki  cisimlərdə  kövrək  dağılmalar  yalnız  güclü  deformasiyalarda  və  ya  aşağı 

temperaturlarda, özlülük xassələri öz təsirini itirən zaman baş verir. 




Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə