Fənn: reologiyanin əsaslari müəllim: dosent. F. R. Zeynalova



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə18/31
tarix08.10.2017
ölçüsü0,87 Mb.
#3884
1   ...   14   15   16   17   18   19   20   21   ...   31

51 

 

 



 

 

 



 

 

 



 

 

 



 Lövhələri səthə paralel yerləşən cihazlar 

 

Səthə  paralel  yerləşən  lövhəli  cihazlar  kiçik  deformasiyalar  zamanı  materialın 



strukturunun  pozulduğu  sahələrdə  yerdəyişmə  xarakteristikalarının  ölçülməsi  üçün  nəzərdə 

tutulmuşdur. Reoloji xassələrin (özlülük, elastiklik, relaksasiya müddəti və s.) öyrənilməsi üçün 

P.A.  Rebinder,  D.M.  Tolstoy,  B.A.Nikolayev  tərəfindən  müxtəlif  konstruksiyalı  cihazlar  təklif 

olunmuşdur. 

Lövhələrin  tangensial  yerdəyişməsi  metodu  nəinki  yerdəyişmə  gərginliyinin  son 

həddini,  həm  də  elastiklik  modulunu,  effektiv  özlülüyü  tapmağa,  relaksasiya  prosesini 

öyrənməyə,  eləcə  də  müxtəlif  sürətli  deformasiyalarda  bütün  axın  əyrilərini  çəkməyə  imkan 

verir. Bu metoda əsaslanan cihazlar böyük həssaslığa malikdir və zəif strukturlu zollardan tutmuş 

yüksək  davamlı  struktura  malik  bərk  sistemlərədək  olan  böyük  diapazonlarda  xassələrin 

öyrənilməsi üçün tətbiq edilir. 

Cihazlarda  səthə  paralel  kəsiklər  şaquli,  üfüqi  və  ya  maili  yerləşə  bilər.  Şəkil  2.11-də 

S.Y.  Veyler  və  P.A.  Rebinderin  təklif  etdiyi    kəsiyi  şaquli  yerləşən  cihaz  göstərilmişdir. 

İçərisində tədqiq oluna cisim olan küvet 2 hərəkətsiz  şəkildə quraşdırılmışdır. Onun  içərisinə 

yükü  ilə  hərəkətə  gətirilən  lövhə  1  yerləşdirilir.  Lövhə  ilə  ipin  arasında  mikroşkala 

quraşdırılmışdır  ki,  bu  şkalaya  görə  mikroskopun  köməyi  ilə  deformasiyanı  ölçürlər.  Vaxtı 

saniyəölçənlə ölçürlər. 

Yerdəyişmə gərginliyini τ  yayın  deformasiyası,  bu deformasiyaya uyğun F qüvvəsi  və 

lövhəni yan səthlərinin sahəsinə görə hesablayırlar: 



τ = F / (2A).   

 

 



 

(2.20) 


Yerdəyişmə  gərginliyinin  son  həddini  θ

0

  daha  böyük  F

max 

qüvvəsinə  görə  müəyyən 



edirlər ki, bu zaman lövhələrin yerdəyişməsi baş verir: 

θ

0

 = F



max

 / (2A). 

 

 

 



(2.21) 


52 

 

 



D.M. Tolstoyun  lövhələri üfüqi  yerləşmiş plastometri (şək. 2.12) strukturu dağılmayan 

cisimlərin elastiki-plastiki-özlü xassələrinin sabitlərini tapmağa xidmət edir. 

Sürətli  elastik  deformasiya  modulu  G

1

,

 

ani  elastik  deformasiya  modulu  G

2

,  ən  böyük 



plastiki özlülük 

0

  aşağıdakı düsturlara əsasən hesablanır: 

                           

0

/



1

h

h

G







0

m



2

/

h



h

h

G















/



T

0



                  



(2.22) 

burada: τ – yerdəyişmə gərginliyi, Pа; 



h – lövhənin qalınlığı, m; 

Δh

0

 – başlanğıc (şərti-ani) deformasiya, m; 



Δh

m

 – elastiki deformasiya, m. 



(2.21)  düsturuna  əsasən  həm  də  şərti  statik  deformasiya  gərginliyinin  son  həddini 

hesablayırlar. 

Plastometrin (şək. 2.12) əsas hissəsi lövhələrdir 5 ki, onların arasında məhsul nümunəsi 

6  yerləşdirilir. Lövhələrin  səthi riflənmişdir (kələ-kötürlük) ki, onlar  yana doğru,  yəni  məhsulu 

deformasiya etdirən qüvvələrin əksinə istiqamətlənmişdir. 

Bu  cihazların  bir  sıra  çatışmazlıqları  vardır,  bu  da  onların  istifadəsini  xeyli 

 

Şəkil  2.11. Veyler və Rebinder cihazı: 



 

1 – lövhə; 2 – küvet; 

3 – mikroskop; 4 – mikroşkala; 5 – yay 















      3 











 Şəkil 2.12. D.M. Tolstoyun cihazı: 

 

1 – ekssentrik  (hərlənmə hərəkətini yerimə 



hərəkətinə və əksinə çevirən mexanizm);  

2 – ağırlıq daşı; 

3 – bərabərqollu olmayan ling; 

4 – bərabərqollu ling; 

 5 – lövhələr; 6 – sınaq nümunəsi; 7 – ling; 

8 – tir; 9 – tenzorezistor 




53 

 

 



məhdudlaşdırır.  Bu  çatışmazlıqlara  konstruksiyanın  mürəkkəbliyi,  hərəkətliliyin  zəif  olması, 

konkret  materialda  kəsiyin  həcmi  üçün  başlanğıc  hesablamaların  aparılmasını,  tədqiq  ounan 

materialın  hissəciklərinin  işçi  kəsiyin  səthindən  təmizləməyin  mürəkkəbliyini  və  lazımi 

temperaturun  yaradılmasının  çətinliyini  misal  göstərmək  olar.  Bu  xüsusilə  yeyinti  sənayesində 

onların  tətbiqini  məhdudlaşdırır,  belə  ki,  yeyinti  məhsulları  öz  reoloji  xassələrini  bir  qayda 

olaraq bir sıra texnoloji, fiziki və kimyəvi amillərin təsiri altında dəyişirlər. 

Göstərilən  bütün  çatızmazlıqlar  bu  növ  cihazların  geniş  tətbiqini  və  onların  seriyalı 

şəkildə istehsalın əhəmiyyətli dərəcədə azaldır.  

 

MÜHAZİRƏ  9 

 

 

Sıxılma xassələrini öyrənən cihazlar. 

 

 

Plan: 

 

1.Sıxılma xassələri  öyrənmək uçun əsas cıhazlar. 

2. Məhsulları dartılmaya görə öyrənən cihazlar. 

3. Səthi xassələrin öyrənilməsi üçün cihazlar. 

4.Səthi xassələr oyrənmək üçün metodlar 

 

Yerdəyişmə  ilə  bərabər  həcmi  və  ya  xətti  sıxılma,  eləcə  də  xətti  dartılma  emal  və 



qablaşdırma  prosesində  məhsulların  deformasiyası  zamanı  rast  gəlinən  əsas  mexaniki 

deformasiya növlərindən hesab olunur. 

Xətti dartılmanın və sıxılmanın əsas ölçülmə üsulları şəkil 2.13-də göstərilmişdir.  

 

 



 

 

 



 

 

 



 

а) 



















b) 











v) 






Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə