Fənn: reologiyanin əsaslari müəllim: dosent. F. R. Zeynalova



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə17/31
tarix08.10.2017
ölçüsü0,87 Mb.
#3884
1   ...   13   14   15   16   17   18   19   20   ...   31

48 

 

 



 

ρ – ölçülmə anındakı temperaturda mayenin sıxlığı, kq/m

3



t – h sahəsində kürənin yerləşdirilmə müddəti, s. 

Strukturlu  mayelərin  reoloji  tədqiqi  zamanı  kürəcikli  viskozimetrlərdən  istifadənin 

çətinliyi  ondan  ibarətdir  ki,  axın  əyrisinin  alınması  üçün  müxtəlif  diametrli  kürələrdən  istifadə 

etməklə bir sıra ölçmələr aparmaq lazımdır. Tiksotrop mayelərin tədqiqi zamanı isə kürənin ölçü 

sahəsində bərabərsürətli olmayan hərəkəti nəticəsində böyük xətalar mümkündür.  

Belə  çətinliklərdən  biri  də  ondan  ibarətdir  ki,  hərəkət  edən  kürəciyin  məhsula  təsiri 

zamanı  sonuncunun  reoloji  xassələri  dəyişir,  bunun  nəticəsində  hər  bir  sonrakı  müşahidələrin 

nəticəsi  əvvəlkindən  fərqlənir.  DÖST-ün  tələblərinə  ciddi  riayət  etməklə  1  saniyə  ərzindəki 

ardıcıl müşahidənin nəticələri arasındakı fərqlərə görə mühakimə yürüdürlər. Məsələn, quru süd 

məhsulu üçün bu nəticə 10-15 müşahidədən sonra əldə edilir. 

Kürəcikli  viskozimetrlər  göstərilən  çatıçmazlıqlar  üzündən  qida  sənayesində  geniş 

tətbiq olunmur. 

 

 

 

 

 

 



а)

 



b

α = 

10

о 



Şək. 2.7. Kapilyar viskozimetrlərin sxemi 

6

 

   7 





 

 

 

 

 

10

 

 

 

11 

5

4

3

2

1

12

Şək. 


2.8. 

Hepplerin 

kürəcikli 

viskozimetri 




49 

 

 



 

 

 

2.3.4 Konusşəkilli plastometrlər 

 

Penitrasiya  (nüfuzetmə)  yarımbərk  və  bərk  məhsulların-struktur  mexaniki  xassələrinin 

onların  müqavimətinin  müəyyən  edilməsi  yolu  ilə  ölçülməsi  üsuludur.  Bu  zaman  məhsula 

müəyyən  vaxt  ərzində  dəqiq  ölçüyə,  çəkiyə  və  materiala  malik  olan  konus,  kürə,  iynə,  silindr 

daxil edilir. Tədqiqatları aşağıdakı  kimi aparmaq olar: 

a) daimi nüfuzetmə qüvvəsi ilə (bu zaman nüfuzetmənin dərinliyi müəyyən olunur); 

b) daimi batırılma dərinliyi h (qüvvəsi ölçülür); 

c)  daimi  batırılma  sürəti  ilə  (batırılma  dərinliyindən  asılı  olaraq  qüvvənin  qiyməti  qeyd 

edilir). 

Bunun əsasında konsistensiya ilə bağlı müxtəlif parametrlər hesablanır. 

Deformasiyanın 

gərginlik 

həddi 

θ

0

 



materialın 

struktur 

möhkəmliyinin 

qiymətləndirilməsi üçün vacib reoloji  xassələrindən  biri olub, konusşəkilli plastometrin köməyi 

ilə tapılır. 

Konusun  batırılması  metodu  özlü-plastik  cisimlərin  struktur-mexaniki  xassələrinin 

öyrənilməsi  məqsədilə  P.A.Rebinder  və  N.A.Semenenko  tərəfindən  irəli  sürülmüşdür. 

Konusşəkilli  plastometrlər  ideyası  ondan  ibarətdir  ki,  şaquli  qüvvələrin  təsiri  altında  materiala 

konusun  batırılma  dərinliyinin  ölçüsünə  görə  materialın  deformasiyasının  gərginlik  həddini 

müəyyən etmək olar (şək. 2.9). 

Deformasiyasının gərginlik həddini müəyyən etmək 

üçün P.A.Rebinderin təklif etdiyi düstur aşağıdakı kimidir:  

                      

2

α



0

h

F

К



,   

(2.18) 


burada: К

α

 – konus üçün həndəsi sabitdir, α təpə bucağından 



asılıdır; 

F – şaquli təsir qüvvəsinin qiyməti; 

h – konusun batırılma dərinliyi, m. 

Konus sabiti P.A.Rebindər tərəfindən verilmiş daha 

bir düsturla hesablanır: 

                                                                   

2

ctg


2

cos


2

α











g



К

     


 

(2.19) 




h

 

2α 


Şəkil 2.9. Konus 

yeridilməsi sxemi 




50 

 

 



Qeyd etmək lazımdır ki, təpə bucağı müxtəlif olan 2α konusların tətbiqi zamanı (2.18) 

düsturundakı  θ

0

-ın  qiyməti  К



α

  əmsalından  istifadə  etməklə  hesablanarkən  heç  də  həmişə  eyni 

nəticələr alınmır. 

 

 



 

Bir  sıra  müəlliflər  К

α

  üçün  digər  düsturlar  və  onlar  üçün  düzəliş  əmsalları  təklif 



olunmuşdur. Onlar müəyyən dərəcədə konusun təpəsində 2α bucağının təsirini azaltmağa imkan 

verir. 


                                                      Bu 

qrupdan 


olan 

ilk 


cihazlardan 

birisi 


M.P.Bolaroviçin  konusşəkilli KP-3 plastometri olmuşdur ki, onun sxematik təsviri şəkil 2.10-da 

verilmişdir. Tədqiq olunan kütlə qaldırıcı stolun üzərində 1 qabına yerləşdirilir, konusun təpəsi 2 

kütlənin  səthinə  toxundurulmuş  vəziyyətə  gətirilir.  Konusu  çəki  daşları  4  ilə  yükləyir  və  3 

indikatorunun köməyi ilə konusun batma dərinliyi dayanma anına qədər müəyyən edilir. 

 Plastometrlərin  məlum  olan  konstruksiyalarında  bir 

sıra  ümumi  çatışmazlıqlar  mövcuddur.  Onlara  aiddir: 

materialın  səthinə  indentorun  əl  ilə  ötürülməsi  nəticəsində 

məhsulların 

struktur-mexaniki 

xassələrinin 

qeyri-dəqiq 

ölçülməsi,  daşların  köməyi  ilə  yüklənmə  və  konusun  batma 

dərinliyinin 

ölçülməsində 

xətalar. 

Plastometrlərin 

konstruksiyası  təkmilləşdikcə  konusun  mexaniki  yolla 

yüklənməsi  tətbiq  edildi  ki,  bu  da  tədqiqat  işlərinin 

aparılmasını asanlaşdırdı. 

Batma 


dərinliyini 

induktiv 

vericilərin, 

tenzovericilərin  və  s.  köməyi  ilə  müəyyən  edilməsi  təklif 

edilmişdir.  

Bu struktur-mexaniki xassələrin müəyyən edilməsində dəqiqliyi artırdı, ancaq bu zaman 

bütün  konstruksiyalarda  ölçmə  diapazonu  yenədə  dar  olaraq  qalır.  Bu  isə  yeyinti  məhsullarına 

genişmiqyaslı nəzarəti həyata keçirmək üçün müasir tələblərə cavab vermir.   

 

 

 



 







Şəkil 2.10. Konusvarı KP-3 

plastometri 



Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə