Fənn: reologiyanin əsaslari müəllim: dosent. F. R. Zeynalova



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə19/31
tarix08.10.2017
ölçüsü0,87 Mb.
#3884
1   ...   15   16   17   18   19   20   21   22   ...   31

54 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 2.13. Sıxılma xassələrinin ölçülməsi üçün cihazların əsas sxemləri 

а) xətti sıxılma: 1 – lövhələr; 2 – məhsul; 

b) birtərəfli həcmi sıxılma; v) ikitərəfli həcmi sıxılma : 1 – porşen; 2 – məhsul; 3 – silindr; 

q) xətti dartılma: 1 – sıxac; 2 – məhsul 

 

 



Bütün  cihazlar  üçün  ölçmə  üsulları  demək  olar  ki,  eynidir.  Konstruktiv  sxemlər 

lövhələrin  ötürülməsi  üsuluna  görə  bir-birindən  fərqlənir:  aşağıdan  və  ya  yuxarıdan,  elektrik 

mühərriki  və ya bilavasitə yük tərəfindən.  

Məhsulların  dartılmaya  görə  öyrəınilməsi  üçün  cihaz  (şəkil  2.14)  içərisinə  2  məhlulu 

tökülən vannadan 1 ibarətdir. Səthdə üzən  nümunənin 4 uclarını sıxaclara bərkidirlər, onlardan 

biri hərəkətsizdir. Ölçü cihazı yönəldicinin üzərinə bərkidilmiş xətkeşdən ibarətdir. 

Yükləyici  mexanizm  oxdan  7,  yükdən  11,  ipdən  10,  təkərdən  5  və  8,  kronşteyndən 

(dayaq) 6 ibarətdir. Duz və ya şəkər məhlulunun qatılığı elə götürülməlidir ki, nümunə (məsələn, 

xəmir)  onun  səthində  sərbəst  şəkildə  üzsün.  Cihaz  elmi-tədqiqat  məqsədləri  üçün  nəzərdə 

tutulmuşdur.  

Sıxılma  zamanı  yaranan  deformasiyaları  ölçən  cihazlar  elastik  və  plastik  xassələrin 

müəyyən edilməsi üçün tətbiq edilir. 

Paralel xətlər arasında birxətli sıxılma zamanı yaranan deformasiyaların ölçülməsi üçün 

B.A. Nikolaev və A.S. Şpigelqlyasın cihazı üzərində stolun dayaq dirəyi yerləşdirilən özüldən 1 

ibarətdir. 

Tədqiq  olunan  material  2  və  3    disklərinin  paralel  səthləri  arasında  yerləşdirilir. 

Yuxarıdakı  disk  yükün  4  təsiri  altında  yerini  dəyişə  bilər,  eyni  zamanda  o,  altı  hissədən  ibarət 

zəncirə daxil olan reyka 8 ilə bağlıdır. Onun xəttinə şkala üzrə deformasiyanı göstərən əqrəb 

bərkidilmişdir, 

Aşağıdakı diski eksentrikin köməyilə (fırlanma hərəkətinin yerimə hərəkətinəvə əksinə 




55 

 

 



çevirən mexanizm) yerini dəyişdirərək  2 şaquli səthdə də yerləşdirmək olar. 

Təsvir  olunan  cihazda  ani  elastiki  deformasiyanı,  elastiki  sıxılma  modulunu,  eləcə  də 

özlülük deformasiyanın gərginlik həddini müəyyən etmək olar. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 Səthi xassələrin öyrənilməsi üçün cihazlar və metodlar 

 

Adgeziyanın  ölçülməsi  üçün  cihaz  və  metodlar  kənar    qüvvələrin  tətbiqi  ilə  adgeziya  

bağlarının qırılmasına əsaslanır (şək. 2.16) 

Qüvvənin tətbiq üsulundan asılı olaraq metodlar iki cür olur: qoparma (bərabər və qeyri-

bərabər) və yerdəyişmə.  

Adgeziyanı  ölçən  cihazlarda  qida  məhsulları  üçün  daha  çox  şəkil  2.16,a-da  göstərilən 

sxem  reallaşır.  O,  qüvvənin  tətbiq  olunma  üsulu  və  qoparıcı  qüvvələrin  qeyd  edilməsi  ilə 

fərqlənir.  Məsələn,  Nikolayev  cihazında  ling  mexanizminin  köməyi  ilə  yuxarı  disk  ani  olaraq 

qopur; Kulman cihazında ondan asılmış qabın  su  ilə dolması zamanı aşağı disk tədricən qopur. 

Bir-biri  ilə  təmasda  olan  cisimlərin  səthlərinin  ayrılması  üç  yolla  baş  verə  bilər:  adgeziya

məhsul və səthin bölünmə sərhədi üzrə, kogeziya- məhsulun təbəqələri üzrə və qarışıq. 

 Qida  məhsullarında  xarici  sürtünmə  yapışma  qabiliyyətindən  və  digər  amillərdən 

asılıdır. Sürtünmə  yerdəyişmədən əvvəl statik və səth üzrə məhsul  hərəkət edərkən dinamik ola 

bilər. 

Xarici sürtünmənin nəzəri əsaslandırılması üçün molekulyar-kinetik, mexaniki, fiziki və 





 8   7

 77

 



    

2      3  

 

  4

      

    5

  

         6 

10 

 

11 

Şək. 2.14. Dartılma zamanı sınaq təcrübələrinin 

aparılması üçün cihaz

 

3













2

1

Şək. 2.15. Sıxılma zamanı sınaq 

təcrübələrinin aparılması üçün cihaz 



56 

 

 



adgeziya  hadisəsini  izah  etməyə  çalışan  digər  nəzəriyyələr  təklif  olunmuşdur.  Belə  ki,  mövcud 

olan nəzəri tədqiqatlar hələ də qida məhsullarında xarici sürtünmənin öyrənilməsində öz tətbiqini 

tapmamışdır.  

Qida materiallarının sürtünmə əmsalları reoloji xassələrdən sürtünmənin təsirilə hərəkət 

edən  səthlərin  vəziyyətindən  və  sürtünmə  sürətindən  asılı  olaraq  müxtəlif  üsullarla  təyin  edilir. 

Xarici  sürtünmənin  gücünü  ölçmək  üçün  klassik  cihaz  bir-birinə,  sahəsi  kvadrat  millimetrdən 

tutmuş,  onlarla  kvadrat  millimetrə  qədər  ola  bilən  düz  səthləri  ilə  toxunan  iki  cisimdən 

ibarətdir.bu  zaman  cisimlərdən  biri  müəyyən  nisbətdə  digəriylə  qarışır.  Qarışma  (sürtünmə) 

qüvvəsi tenzometrik, dinamometrik və ya hər hansı digər vericilərlə ölçülür. Sürtünmənin aşağı 

sürətlərində səthlərin düzxətli  sürtünməsi  baş  verir. İ.V.Kragelski sürtünmə əmsalının  müəyyən 

edilməsi  üçün  tanınmış  metodları  dörd  qrupa  bölmüş,  bununla  da  həndəsi  və  kinematik 

prinsipləri əsas götürmüşdür (şək. 2.17).

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

а

 

 



   b

 

 




Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə