Fənn: reologiyanin əsaslari müəllim: dosent. F. R. Zeynalova



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə15/31
tarix08.10.2017
ölçüsü0,87 Mb.
#3884
1   ...   11   12   13   14   15   16   17   18   ...   31

42 

 

 



 Kapilyar viskozimetrlər. 

 

Bu  tip  viskozimetrlərdən  nisbətən  kiçik  özlülüyə  malik  olan  materialların  özlü 

xarakteristikalarının  ölçülməsində  istifadə  olunur.  Kapilyar  viskozimetrlərin  mahiyyəti  ondan 

ibarətdir  ki,  sərfi,  təzyiq  fərqini,  materialın  hərəkət  etdiyi  kapilyarın  uzunluğunu  və  diametrini 

ölçərək  materialın  yerdəyişməyə  qarşı  müqavimətini,  yəni  özlülüyünü  hesablamaq  olar.  Bu 

məsələ nyuton mayeləri üçün daha sadədir. Onların kapilyarlarda laminar axını Puazeyl düsturu 

ilə ifadə olunur: 

LQ

p

R

8

4







,   


 

 

(2.10) 



burada: η – dinamik özlülük əmsalı, Pa·s; 

R – kapilyarın radiusu, m; 

Δр – kapilyarın uzunluğu boyu təzyiq fərqi, Pa; 



L – kapilyarın uzunluğu, m; 

Q – kapilyardan keçən materialın həcmi, kq/m

3



Viskozimetrin  kapilyarında  mayenin  axma  sxemi  şəkil  2.5-də  göstərilmişdir.  Kapilyar 

viskozimetriya  nəzəriyyəsi  ona  əsaslanır  ki,  cihazdakı  axın  laminardır,  divarlarda  sürüşmə 

yoxdur. Nöqtənin deformasiya sürəti elə həmin nöqtədəki yüklənmədən asılıdır. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil. 2.5. Kapilyarda viskozimetrin axma sxemi. 



 

 

 







R

τ 

τ 



Р



Р




43 

 

 



Eyni  zamanda  qeyd  etmək  lazımdır  ki,  bəzi  hallarda  sürüşmə  mümkündür.  Bir  çox 

alimlər belə hallarla dəfələrlə rastlaşmışlar. Lakin bu hadisələrin öyrənilməsi üçün kifayət qədər 

etibarlı  üsullar  indiyə  qədər  də  işlənib-hazırlanmamışdır.  Kapilyar  viskozimetrlərdə  aparılan 

sınaqlar zamanı Q kütlə sərfinin Δр təzyiq fərqindən asılılığı müəyyən olunur. Əgər sınaqlar bir 

kapilyarda  aparılırsa,  onda  kapilyarın  divarındakı  deformasiya  gərginliyinini  τ,  Pa  aşağıdakı 

düsturla hesablayırlar: 

 







nR



L

pR



2

/



 



 

 

(2.11) 



burada: n – axır təsirləri nəzərə almaqla, əlavə düzəlişdir. 

 

Özlülüyün dəqiq ölçülməsinə axır təsirləri kənar etmək üçün eyni radiuslu, lakin müxtəlif 



uzunluqlu iki kapilyardan istifadə olunur. Onda τ aşağıdakı düsturla hesablanır: 





2

1



2

1

2



/

L

L

p

p

R





.  


 

(2.12) 


Yerdəyişmə sürəti 

, s



–1

 aşagıdakı düsturla hesablayırlar. 









lg

/



lg

3

СР



СР

d

d





 

 



(2.13) 

burada: 


3



СР

R



Q





 

 



Nyuton və qeyri-nyuton xassəli məhsullar üçün kapilyar viskozimetrlərin ümumi sxemi 

şəkil 2.6-da göstərilmişdir. 

Bütün bu tip cihazlar üçün  ümumi cəhət kapilyarın, mayenin və sistemin sərfini və ya 

həcmini ölçmək üçün hidrostatik təzyiqin yaranmasını təmin edən qurğunun olmasıdır. Kapilyar 

kimi  nyuton  və  qeyri-nyuton  mayelərinin  özlülüyünü  ölçmək  üçün  diametri  2-3  mm  olan 

kalibrlənmiş  borulardan  istifadə  olunur.  Bir  qayda  olaraq,  alınan  nəticələr  dəyişkəndir,  belə  ki, 

boruların diametrindən asılı deyil. Yüksək özlülüyə malik qeyri-nyuton mayeləri və plastik özlü 

sistemlər  üçün  kapilyarın  diametri  bir  neçə  onlarla  millimetrə  bərabər  ola  bilər,  ölçmələrin 

nəticələri isə çox zaman onun diametrindən asılı olur, yəni dəyişkən deyildir. Göstərilən hər iki 

halda kapilyarın diametri nəzəri olaraq uyğun cisimlər üçün alınmış düsturlara daxil olur. Lakin 

plastik  özlü  cisimlərin  modellərinin  boruları  ilə  hərəkət  zamanı  axın  diametrdən  asılı  ola  bilər. 

Bu zaman müxtəlif diametrlərdə eyni adlı məhsul müxtəlif axın modellərinə malik olur ki, onları 

hesablamaq kifayət qədər mürəkkəbdir. 

Nisbətən  sadə,  ənənəvi,  eyni  zamanda  universal  kapilyar  viskozimetrlər  olan  Ostvald 

(şək. 2.6,a) və Ubellodi (şək. 2.6,b) viskozimetrləri kapilyarına və maye üçün və kürələrinə 



44 

 

 



malikdir.  Axma  prosesi  üçün  hərəkət  qüvvəsi  təzyiq  dəyişməsidir.  Ostvald  viskozimetrində  o, 

maye  sütununun  hündürlüyündən,  Ubellodi  viskozimetrində  isə  vakum  və  ya  borunun  bir 

hissəsində olan təzyiqdən asılıdır. Ölçmələr zamanı cihazları adətən su hamamına yerləşdirirlər. 

Öyrənilən  mayenin  istilik  tənzimlənməsi  cihazda  10-30  dəq.  davam  edir.  Bu  müddət  ərzində 

onun  temperaturu  termostatda  olan  mayenin  temperaturuna  yaxınlaşır,  əvvəlki  ölçmələrlə  eyni 

olan  şərait  yaranır.  Qısa  müddətli  istilik  tənzimlənməsi  zamanı  qiymətlərdəki  səhvlər  onların 

həqiqi qiymətlərindən kənara çıxmalara səbəb olur. 

Ubellodi tipli viskozimetrlərdə ölçmələr aparan zaman mütləq bir tərəfdən təzyiq və ya 

vakuum yaratmaq lazımdır. Bunun üçün kompressor və ya vakuum nasos kimi işləyə bilən hava 

nasosundan  ibarət  qurğudan,  həcmi  8-10  l  olan  tıxaclı  şüşə  monostat,  U-ya  bənzər  maye 

manometr,  manometrdən  atılan  mayeni  tutub  saxlayan  qabdan  və  havanın  verilməsini 

tənzimləyən  üçqapılı  krandan  istifadə  olunur.  Ölçməyə  başlamazdan  əvvəl  təzyiq  bütün 

həcmlərdə  bərabərləşdirilməlidir.  Maye  kapilyardan  axan  zaman  təzyiqin  çoxluğu  axının 

burulğanlığını  yaradır.  Buna  görə  də  Reynolds  kriterisinə  görə  laminarlığın  yoxlanmasını 

xüsusilə diqqətlə həyata keçirmək lazımdır.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

a

 

 

 



 

 

b

Şək. 2.6. Kapilyar viskozimetrlər: 

a) Ostvald; b) Ubellodi: 1 – kapilyardan keçən mayenin həcmini ölçən dəyirmi qab; 2 – kapilyar;    

3 – mayenin yığılması üçün kürə qab 

 

 



Bütün  cihazların  işində  ümumi  şərtlər  stendin  tərtibi  və  üfüqi  və  ya  cihazın  şaquli 

qurulması,  yaxşı  yuyulub  qurudulmuş  cihazın  tədqiq  olunan  məhsulla  doldurulması  və  onun 

temperaturunun seçilmiş temperatura görə sabitləşdirilməsi, müəyyən həcmdə zamanın gedişinin 














Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə