Fənn: reologiyanin əsaslari müəllim: dosent. F. R. Zeynalova



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə11/31
tarix08.10.2017
ölçüsü0,87 Mb.
#3884
1   ...   7   8   9   10   11   12   13   14   ...   31

28 

 

 



 

 Adgeziya – iki müxtəlif cismin fazaların bölünmə sərhəddində qarşılıqlı təsirinə əsaslanır 

və cisimlərin bir-birinə yapışmasına səbəb olur. Cisimlərin ayrılması üçün yapışma qüvvələrinə 

üstün gəlmək lazımdır. 

 

 Yapışqanlılıq – özlü və ya plastik materialların sərhəd qatının bir-birinə yapışan səthlərin 



ayrılmasına müqavimət göstərməsi xassəsidir. 

 

Hər  bir  material  müxtəlif  dərəcədə  olsa  da,  bütün  reoloji  xassələrə  malikdir.  Eyni 



materialda  onun  vəziyyətindən  və  yüklənmə  şərtlərindən  asılı  olaraq,  az  və  ya  çox  dərəcədə 

müxtəlif reoloji xassələr meydana çıxa bilər. 

 

Reologiyanın keyfiyyətcə inkişafı fiziki-kimyəvi mühəndislik mexanikasında mühüm rol 



oynayır və bu dəyişikliklər aşağıdakı mərhələlərdə özünü göstərir. 

 

Klassik  reologiya  həqiqi  cisimlərin  (həqiqi  cisimlərin  və  ya  dispers  sistemlərin  texniki 

mexanikası)  deformasiyası  və  axması  haqqında  elm  kimi,  hazır  məhsulların  xassələrinin 

öyrənilməsini  və  lazımi  keyfiyyətdə  hazır  məmulatların  alınması  üçün  maşınların  işçi 

orqanlarında  onların  hərəkət  prosesinin  hesablanması  metodlarının  işlənib-hazırlanmasını  vacib 

məsələ kimi qarşıya qoyur. 

 

Fiziki-kimyəvi  mexanika  müəyyən  xüsusiyyətlərə  malik  dispers  sistemlərin  strukturunun 

formalaşması üsulları və qanunauyğunluqları haqqında elm kimi aşağıdakı vəzifələri vardır: 

 

1)  fiziki-kimyəvi,  biokimyəvi,  mexaniki  və  digər  amillərin  məcmusundan  asılı  olaraq 



dispers və həqiqi sistemlərdə strukturunun formalaşması və dağılmasının müəyyən edilməsi; 

 

2)  müəyyən  reoloji  (ən  geniş  mənada)  xassələrə  malik  strukturların  alınması  yollarının 



araşdırılması, əsaslandırılması və səmərəliləşdirilməsi  

 

3)  maşın  və  aparatların  hesablanması  üçün  müəyyən  edilmiş  qanunauyğunluqların 



tətbiqi  üsullarının  və  struktur-mexaniki  xassələrin  qiymətinə  görə  keyfiyyətinin  əsas 

göstəricilərinə operativ nəzarətin işlənib-hazırlanması. 



 

İdarəedici  reologiya  emal  edilən  xammala  müxtəlif  növ  təsirlərin  elə  uygunluğunu 

öyrənir  və  əsaslandırır  ki,  bu  zaman  reoloji  xassələrin  müəyyən  səviyyəsi  bütün  texnoloji 

prosesin gedişində və müəyyən istehlak xüsusiyyətlərinə malik hazır məhsulun alınması zamanı 

təmin edilir. 

Tədqiqatların mühəndis reologiyası və fiziki-kimyəvi mexanikanın metodları ilə həyata 

keçirilməsi  məmulat  çıxımını  stabilləşdirməyə,  daimi,  əvvəlcədən  müəyyən  edilmiş  keyfiyyətə 

malik  məhsullar  istehsal etməyə,  məhsulun keyfiyyəti anlayışını elmi cəhətdən əsaslandırmağa, 

texnoloji prosesləri  hesablamağa, təkmilləşdirməyə və  intensivləşdirməyə, bu  və  ya digər ərzaq 




29 

 

 



məhsullarını  «yaratmağa»  və s.  imkan  verir. Bu  onu göstərir ki, qida  məhsullarının reologiyası 

və  fiziki-kimyəvi  mühəndis  mexanikası  passiv  bilik  sahəsindən  yeni  və  mövcud  olan  texnoloji 

proseslərin  işlənib-hazırlanması  məqsədilə  istehsal  proseslərinə  fəal  şəkildə  müdaxilə  etməyə 

imkan verən istehsal gücünə çevrilmişdir.  

 

 

MÜHAZİRƏ  6 



 

 

QİDA  MATERİALLARININ  REOMETRİYASININ 

ÜMUMİ  MƏSƏLƏLƏRİ 

 

Plan: 

 

1.Reologiyanın ölçü metodları. 

2.Ölçmə metodların növləri. 

3.Ölçmə metodların təsnifatı 

4.Reometrlərin təsnifatı. 

 

 Ölçü metodları 

Reoloji  tədqiqatların  obyektlərinin  məcmusu  yeyinti  sənayesində  bərk  cisimlərdən 

tutmuş  özlü  mayelərə  qədər  materialların  aqreqat  hallarının  geniş  diapazonunu  əhatə  edir.  Bu, 

eləcə  də  müxtəlif  məqsədli  reoloji  tədqiqatlar  həm  iş  prinsipinə,  həm  də  konstruksiya 

xüsusiyyətlərinə görə son dərəcə müxtəlif olan cihazların tətbiqini tələb edir. 

Fiziki-kimyəvi  mexanika  metodlarının  ərzaq  məhsulları  istehsalının  müxtəlif 

sahələrində tətbiqi durmadan artır. 

Qida  kütlələrində  struktur-mexaniki  xassələrin  (SMX)  müəyyən  edilməsi  üçün 

istehsalatda  daimi  texnoloji  nəzarətin  olması  vacibdir.  SMX-in  qiymətində  qəbul  edilmiş 

normalardan  kənaraçıxmaların  olması    nəinki  hazır  məhsulun  keyfiyyətinin  aşağı  düşməsinə, 

eləcə də ayrı-ayrı texnoloji proseslərin gedişi zamanı avadanlığın məhsuldarlığına təsir edə bilər. 



30 

 

 



Buna  görə  də  reometriyanın  əsas  vəzifəsi  bu  və  ya  digər  amillərin  təsiri  altında  materialın 

xassələrinin dəyişməsinin müəyyən edilməsidir. 

Qida  materiallarının  struktur-mexaniki  xassələrinin  müəyyən  edilməsi  istehsalda daimi 

texnoloji nəzarətin olması ilə bağlıdır. Onların qəbul edilmiş normalardan əhəmiyyətli dərəcədə 

fərqlənməsi  nəinki  hazır  məhsulların  keyfiyyətinə,  həm  də  ayrı-ayrı  texnoloji  proseslərin 

aparılması  zamanı avadanlığın  istehsal  gücünün aşağı düşməsinə səbəb ola  bilər. Buna görə də 

reometriyanın əsas vəzifəsi bu və ya digər amillərin təsiri altında materialların xassələrində baş 

verən dəyişilmələrin öyrənilməsidir.  

Struktur-mexaniki  xassələrin  çoxlu  sayda  ölçü  metodlarının  olması  bir  tərəfdən 

mayelərin  və  dispers  sistemlərin  böyük  müxtəlifliyi,  digər  tərəfdən  onlar  üçün  geniş  praktiki 

şəraitin olması ilə izah olunur.  

Ölçmə  növünə  görə  reoloji  metodlar  dörd  qrupa  bölünür  (cədvəl  2.1):  bu  təsnifat 

müəyyən dərəcədə  şərtidir, belə ki,  bəzi cihazlar  üçüncü sabit qaldığı  halda digər  iki kəmiyyəti 

dəyişdirməyə imkan verir. 

Birinci  iki  metod  xüsusilə  vizkozimetriyada  geniş  tətbiqini  tapmışdır.  Birinci  metod  – 

sabit yerdəyişmə sürəti metodu 

const





 – elektromexaniki və ya hidravlik ötürücülərin tətbiqi 

yolu  ilə  reallaşır.  Bu  zaman  mühitin  müqavimət  qüvvəsi  müxtəlif  dinamometrlər  vasitəsilə 

ölçülür. 



İkinci metod – sabit ağırlıq qüvvəsi mtodu 

const




F

və ya 


const



M

 – konstruktivliyi 

xeyli  sadədir,  belə  ki,  ölçülən  cismin  yerdəyişmə  və  ya  fırlanma  sürətini  adi  saniyəölçən 

vasitəsilə asanlıqla ölçmək, ya da diaqram lentinə yazmaq olar. 

 

Cədvəl 2.1. Reoloji xassələrin ölçülmə metodlarının təsnifatı 

 

Təyin olunan 

ölçülər 

 

Sabit ölçülər 



Cihaz 

 

Dinamik  (güc,  an, 



gərginlik) 

 

Həndəsi, 



kinematik 

 

"Reotest" viskozimetri; 



Universal cihaz ВНИИМПа; 

Simonyanın yerdəyişmə ölçən 

cihazı 

Kinematik  (zaman, 



sürət) 

Dinamik,  

həndəsi 

РВ  –  8,  Ostvald,  Ubbelode,  Heppler 

viskozimetrləri 

Həndəsi  (uzunluq, 

sahə, həcm) 

Dinamik, kinematik (zaman) 

Panetrometrlər (konusvarı plastometr 

КП – 3 və s.) 




Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə