Fənn: reologiyanin əsaslari müəllim: dosent. F. R. Zeynalova



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə12/31
tarix08.10.2017
ölçüsü0,87 Mb.
#3884
1   ...   8   9   10   11   12   13   14   15   ...   31

31 

 

 



 

Enerji (güc) 

 

Həndəsi,  



Kinematik 

Brabender 

farinoqrafı, 

Bolşakov-

Fomin cihazı; güc-məsafə diaqramını 

göstərən cihazlar 



 

Üçüncü metod zamanı gərginlik sabiti cihazın hərəkətli hissəsinin dəyişməz kütləsindən 

asılıdır.  Ölçmə  müddəti  adətən  sabitdir  (180  –  300  s)  və  relaksasiya  müddətinə  nisbətən,  bir 

qədər böyük götürülür. Cihazlarda xüsusi formalı indentorun materialında baş verən yüklənməni 

ölçürlər ki, bu da son həddə sıfra bərabər olur.  



Dördüncü  metod  «güc-yerdəyişmə»  koordinatlarında  alınan  diaqramın  sahəsi  boyunca 

yerdəyişmə  enerjisini,  ordinat  oxu  isə  diaqramda  qüvvəni  göstərir.  Bundan  başqa,  bu  tip 

cihazlarda, özü yazan və qeyd edən vattmetr və ya sayğac varsa, enerji gücə görə hesablanır. 

M.P.Volaroviçin  təsnifatına  görə  reoloji  tədqiqat  metodlarını  və  cihazları  iki  qrupa 

ayırmaq olar:  inteqral  və diferensial. İnteqral  metodlar ümumi axma  effektini  müəyyən etməyə 

imkan  verir.  Diferensial  metodlar  dispers  sistemin  axması  zamanı  onun  hər  bir  nöqtəsində 

yerdəyişməni vaxtında müşahidə etməyə imkan verir. Diferensial metodlar stukturlu sistemlərin 

mürəkkəb  axma  hadisələrinin  tədqiqi  zamanı  gərginlik  sahəsində  dəyişiklikləri  və 

deformasiyaları müşahidə etməyə imkan verir. 

 

 



 

 

 Bu  zaman  müşahidələr  vizual  şəkildə,  eləcə  də  rentgenin,  mikrokinoçəkilişin  köməyi 



və s. ilə aparılır. Diferensial metodlar tədqiq olunan hadisənin yalnız keyfiyyət xarakteristikasını 

almağa  imkan  verir.  Məsələn,  özlü-plastik  materialın  iki  silindr  arasında  axmasının  tədqiqi 

zamanı  M.P.Volaroviç  əməkdaşlarla  birlikdə  işə  başlamazdan  əvvəl  materialın  səthinə 

alüminium tozu sürtmüşlər. Deformasiya zamanı ( daxili silindrin fırlanması zamanı) materialın 

səthində iki sahə aydın görünmüşdür: a) plastik axma zonası; b) elastiklik zonası (şək. 2.1) 

    


İnteqral  metodlar  axmanın  ümumi  effektini 

müşahidə  etməyə  imkan  verir.  Tədqiqat  şərtlərindən  asılı 

olaraq,  model    təhlilinin  köməyi  ilə  hər  bir  ayrıca  hal  üçün 

sistemin  mexaniki  xassələrinin  qoyulan  məsələnin  həlli  üçün 

vacib  olan  müstəqil  xarakteristikalarının  sayını  müəyyən 

edirlər. Kapilyar və rotasiyalı viskozimetriya, konusun tətbiqi, 





a

ω

Şək. 2.1. Özlü-plastik 

deformasiyanın

 

sxemi 




32 

 

 



lövhənin  uzununa  yerləşdirilməsi,  eləcə  də  diyircəkli  vizkozimetrlər  daha  mükəmməl  hesab 

olunurlar.    

 

 

2.2 Reometrlərin təsnifatı 



 

Reometrik  tədqiqatların  planlaşdırılmasında  və  təşkilində  cihazların  və  tədqiqat 

metodlarının təsnifatı mühüm rol oynayır. M.Reyner reometrləri 3 tipə bölür: 

1.  Bircins  deformasiyaların  baş  verdiyi  cihazlar.  Məsələn,  bərk  cisimlərdə  dartılma  və 

sıxılmanı təcrübədən keçirmək üçün maşınlar.  

2.  Laminar  yarımbircins  deformasiyaların  baş  verdiyi  cihazlar,  burada  qeyri-bircins 

deformasiyasının 

nəticəsi 

olan 

rəqəmlərin 



işlənməsi 

empirik 


(təcrübi) 

nəticələrin 

inteqrallaşdırılmasını  və  diferensiallaşdırılmasını  tələb  edir.  Buna  misal  olaraq  rotasiyalı  və 

kapilyar viskozimetrləri göstərmək olar. 

3. Daha mürəkkəb növ deformasiyaların baş verdiyi cihazlar. Məsələn, düşən diyircəkli 

viskozimetrlər. 

Fiziki-kimyəvi  əsaslandırılmış  reoloji  xassələrin  öyrənilməsi  üçün  cihazları  mütləq, 

nisbi və şərti olmaqla 3 yerə bölmək olar. 

Birinci qrup cihazlarda öyrənilən xassələrin qiymətlərini mütləq vahidlərlə alırlar. İkinci 

qrup  cihazlarda  işləyərkən  etalon  nümunələrdə  onların  ilkin  tarirovkasını  həyata  keçirirlər  ki, 

onların  da  xüsusiyyətləri  sınaq  şəraitində  əvvəlcədən  məlumdur.  Eksperimentlər  nəticəsində 

nisbi qiymətlər alınır və onlar qrafiklərin köməyilə hesablanaraq asanlıqla mütləq kəmiyyətlərlə 

ifadə edilir.  

Üçüncü qrup cihazlarda verilmiş cihaza xas olan bir qədər şərti qiymətlər alınır. Bu şərti 

göstəricilərdən  müxtəlif  kütlələrin  müqayisəsi,  eləcə  də  istehsal  prosesində  texnoloji  və  digər 

amillərin  sınaq  materiallarına  təsirinin  öyrənilməsi  üçün  istifadə  edilir.  Onlar  yalnız  keyfiyyəti 

müəyyən edir, maşın və avadanlıqların hesablanması üçün istifadə edilmir. 

Birinci  iki  qrup  cihazlarda  alınan  nəzəri  cəhətdən  əsaslanmış  məlumatlar  həm  ərzaq 

məhsullarının  keyfiyyətinin  qiymətləndirilməsi,  həm  də  maşınların  işçi  hissələrinin 

hesablanması, onların səmərəli iş rejimlərinin seçilməsi üçün tətbiq oluna bilər.  

İstehsalatda  tədqiqatların  aparıldığı  şərtlər,  eləcə  də  tətbiq  edilən  metodlar  və  cihazlar 

qoyulmuş    məsələdən  asılı  olaraq  müəyyən  edilir.  Buna  uyğun  olaraq,  qida  materiallarının 

struktur-mexaniki xassələrinin ölçülməsi üçün nəzərdə tutulan cihazlar dörd qrupa bölünür:  



33 

 

 



1) sənaye cihazları, bilavasitə texnoloji avadanlıqların üzərində və kütlələrin xassələrini 

axında qeyd edirlər; 

2)  laboratoriya  cihazları  kütləvi  istifadə  və  texnoloji  proseslərə  sürətli  nəzarətin 

aparılması üçün nəzərdə tutulmuşdur; 

3) müəssisələrin laboratoriyalarında daha dərinləşdirilmiş sınaqların aparılmasına imkan 

verən cihazlar; 

4)  elmi-tədqiqat  məqsədləri,    materialların  bəzi  spesifik  fiziki  xassələrinin  ölçülməsi 

üçün nəzərdə tutulmuş cihazlar.  

Hər  hansı  bir  materialın  reoloji  xassələrinin  öyrənilməsi  üçün  tədqiqat  metodlarının 

seçilməsi zamanı bəzi şərtlərin emal maşınlarında olmasını da nəzərə almaq lazımdır. 

Bəzi  hallarda  bir  məhsulun reoloji  xassələrinin  müxtəlif  metodlarla ölçülməsi  müxtəlif 

nəticələr  verə  bilər.  Bu  onunla  izah  olunur  ki,  hər  bir  ölçü  metodu  cihazın  müəyyən  həndəsi, 

kinematik  və  dinamik  parametrlərlə  və  təcrübənin  aparılması  şərtlərilə  izah  olunur.  Göstərilən 

parametrlər və şərtlər nəzəri müddəalara əsaslanır ki, onların işlənməsi zamanı həmişə müəyyən 

ehtimallar  tətbiq  edilir.  Elmi  əsaslandırılmış  sınaq  metodları  zamanı  ölçülən  parametrlər  ölçmə 

üsulundan və cihazın konstruksiyasından asılı olmayaraq eyni qiymətlər almalıdır.  



MÜHAZİRƏ  7 

 

Yerdəyişmə xassələrinin ölçülməsi üçün cihazlar 



 

Plan: 

 

1.Rotasiyalə viskozimetrlərin yeyinti sənayesində tətbiqi. 

 

2.Rotasiyalı viskozimetrlərin quruluşu. 

 

3.Rotasiyalı viskozimetrləriniş prinsipi. 

 

4.rotasiyalı viskozimetrlərin növləri. 

 

6.Kapilyar viskozimetrlərin mahiyyəti. 

 

7.Müxtəlif  kapilyar viskozimetrlərin modelləri 

 

 

Yerdəyişmə  xassələri  məhsulların  səthlərinin  toxunaraq  yerini  dəyişməsi  zamanı  üzə 

çıxır. Göstərilən xassələrin ölçülməsi üçün cihazlar iş prinsipinə görə aşağıdakı qruplara bölünür: 



Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə