FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə11/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   7   8   9   10   11   12   13   14   ...   130
[kitabyurdu.org]-KY0000338

KitabYurdu.az 
11


Əhali hakim təbəqənin nümayəndələrini və onların qulluqçularını, 
atlarını öz evlərində yerləşdirməli və yedizdirməli idilər. Bu cür xidmət 
üçün alınan vergi nüzl adlanırdı. Kömrük və gözləmə haqqı üçün 
təhəkkümat vergisi verilirdi. Bu vergidən yalnız dini idarələr azad idi. 
Feodal toyları zamanı əhalidən süd pulu, cehiz pulu məqsədilə şir baha 
deyilən vergi toplanırdı. Vergiləri saymaqla qurtaran deyildi. Monqol 
istilaları zamanı vergilərin sayı qırxı keçmişdi. 
XIII-XIV əsrlərdə Azərbaycan torpaqlarının çox böyük bir qismi 
monqol hakim dairələrinin əlinə keçmişdi. Elxanın və sülalə üzvlərinin 
əlində olan torpaqlar «incu» adlanırdı. Bu dövrdə iqta institutu 
qüvvətlənmişdir. Torpaqların bir hissəsi kənd icmasının ixtiyarında 
qalırdı. Vergi verilməsində əvvəlki kimi ellik zəmanət mövcud idi. 
Monqol qoşunlarının saxlanması üçün əhali üzərinə xüsusi vergi – 
tacar
qoyulmuşdu. 
Gömrükxanalarda 
bac
alınırdı. Mövcud vergilər zəhmətkeşlərin 
gəlirinin 3\4 hissəsini aparırdı. 
Vergi toplamaqla ayrıca idarə – divan məşğul olurdu. Divan 
vergiləri ya dövlət darğaları vasitəsilə, ya da vergi yığmaq hüququnu 
icarəyə vermək (müqatiə) yolu ilə toplanırdı. Azərbaycanın cənub 
vilayətlərində toplanan vergi 210 tümənə (1 tümən – 10 min dinar), 
şimal vilayətlərində toplanan vergi isə 54 tümənə çatırdı. Vergi verə 
bilməyənlərə icbari əmək müəyyən edilirdi. 
Xəzinə gəlirinin azalması, kəndlilər arasında qaçqınçılıq və 
ixtisasların artması ilə əlaqədar olaraq Keyxatu xan pul islahatı keçirdi: 
ölkədə kağız pullar – ça tədavülə buraxıldı. 
Lakin bu tədbir səmərə vermədi, bazar qiymətləri artdı, ticarət 
dövriyyəsi azaldı. Qazan xan feodalların hakimiyyətini möhkəmlətmək, 
dövlət gəlirini artırmaq məqsədilə bir sıra qanunlar verdi. Divan 
torpaqlarından əkin sahələri irsi iqta hüququ əsasında kəndlilərə 
paylandı. 
Qazan xan vergi sistemini qaydaya salmağa çalışaraq bəzi vergiləri 
məhdudlaşdırdı. İslahat müəyyən dərəcədə kənd təsərrüfatı istehsalının 
yüksəlişinə, gəlirin artmasına və onun daha müntəzəm xəzinəyə 
yığılmasına səbəb oldu. 
XV əsrdə Azərbaycanda Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin 
mövcud olduğu bir dövrdə otuzdan çox adda vergi və mükəlləfiyyət 
mövcud idi və bu ağır vergi sistemi əhalini əzirdi. 
Məlcahət
(və ya 
bəhrə) əsas vergi olmuşdur. Uzun Həsənin “Qanunnamə”sinə əsasən 
bəhrə əldə edilən məhsulun 1\5 hissəsini təşkil etmişdir. Kəndlilər 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə