FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə65/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   61   62   63   64   65   66   67   68   ...   130
[kitabyurdu.org]-KY0000338

KitabYurdu.az 
70


Vergi uçotunun qarşısında duran vəzifələri həll etmək üçün onun 
aşağıdakı üsullarını qeyd etmək olar: 
- vergi uçotu göstəricilərinin müəyyən edilməsi; 
- «vergi maya dəyərinin» hesablanması; 
- vergitutma bazasının formalaşması üsulunun müəyyən edilməsi; 
- vergi diskontunun təyin edilməsi; 
- vergi dövrünün müəyyən edilməsi
- xüsusi vergi sənədlərinin aparılması. 
Vergi uçot göstəricilərinin
müəyyən edilməsi mühasibat 
uçotunun məlumatlarına əsaslanır, ancaq yalnız vergitutma məqsədləri 
üçün istifadə olunur. Məsələn, vergi uçotu göstəricisi olan mənfəət 
göstəricisi mühasibat uçotu göstəricisi olan balans mənfəəti göstəricisi 
ilə sıx bağlıdır, lakin onunla üst-üstə düşmür. 
«Vergi maya dəyəri»
uçot-vergi göstəricisinin mühasibat uçotu 
metodikasından fərqli qaydada təyin edilməsini əks etdirir. Yəni 
müəssisənin çəkdiyi xərclər vergitutma məqsədləri üçün müəyyən 
edilmiş limit, norma və normativlər nəzərə alınmaqla müəyyən edilir. 
Məsələn, müəssisənin təmirlə bağlı çəkdiyi xərclər mühasibat uçotunda 
bötövlüklə xərclərin tərkibinə daxil etdiyi halda, vergitutma məqsədləri 
üçün bu xərclərin məbləği məhdudlaşdırılır. 
Vergitutma bazasının formalaşması üsulunun
müəyyən 
edilməsi vergi öhdəliyinin yarandığı hər anı düzgün təyin etmək üçün 
zəruridir. İki əsas üsul mövcuddur: 
kassa üsulu və hesablaşma üsulu.
Birinci üsul vəsaitlərin alındığı və ödənişlərin həyata keçirdiyi anı 
nəzərə alır. Məsələn, vergi ödəyicisinin nağd pul vəsaitinin onun bankda 
olan hesabına daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. 
İkinci üsuldan istifadə edildikdə isə mülkiyyət hüququnun və 
öhdəliklərin yarandığı an nərəzə alınır. Məsələn, gəlir əldə edilməsinin 
faktiki vaxtından asılı olmayaraq gəlir almaq hüququnun yarandığı vaxt 
gəlirin əldə edildiyi vaxt sayılır. 
Vergitutma nəzəriyyəsində vergitutma bazasının həcminin təyin 
edilməsinin bir neçə üsulu var. Bunlardan ən əsasları birbaşa və dolayı 
üsullardır. 
Vergitutma bazasının təyin edilməsinin əsas üsulu birbaşa üsuldur. 
Bu zaman vergitutma bazası vergi ödəyicisinin sənədlərlə təsdiq edilmiş 
göstəricilərinə əsasən təyin edilir. Məsələn, mənfəət vergisini 
hesablayarkən vergi ödəyicisi uçot və vergi-hesabat sənədlərində 
müəyyən dövr ərzində əldə etdiyi bütün gəlirlərini əks etdirir, sonra isə 
sənədlərlə təsdiq edilmiş xərcləri bu gəlirdən çıxır və beləliklə, vergiyə 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə