Fərhad məMMƏdov tahiRƏ allahyarova



Yüklə 3,08 Kb.
Pdf görüntüsü
səhifə19/117
tarix27.10.2017
ölçüsü3,08 Kb.
#6971
1   ...   15   16   17   18   19   20   21   22   ...   117

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
53
aparmağa başlayır. Sonda kollektiv düşüncə sessiyalarını təşkil edərək nəticələrin 
əvvəlkindən  xeyli  yaxşı  olduğu  qənaətinə  gəlir.  O,  əldə  etdiyi  qənaətləri 
təkmilləşdirərək  “beyin hecumu” anlayışı və metodunu tətbiq etmiş, 1953-cü ildə 
“Tətbiqi təxəyyül” kitabında çap etdirmişdir.
32
  
Beyin  hücumu  hər  hansı  problemin  həlli  yollarını  aramaq  üçün
ekspertlərin  (iştirakçıların)  yaradıcı  fəallığının  stimullaşdırılmasına
əsaslanan operativ metoddur.İdarəetmə qərarlarının qəbul edilməsində qarşıya 
qoyulan problemin həlli üçün kollektiv, yaradıcı fəaliyyət formasıdır. Adətən bu 
metod problemin həlli üçün məlumatın az olduğu yaxud ümumiyyətlə olmadığı 
şəraitdə tətbiq edilir. Başqa sözlə deyilsə, problemin həlli üçün  ən qısa vaxtda 
kreativ və innovativ ideyaların yaranmasını stimullaşdıra bilən bütün texnikalar 
“beyin hücumu” anlayışına daxil edilir.
  Hazırda  A.Osbornun  artıq  “klassik”  adlandırıla  biləcək  beyin  hücumu 
metodunun, struktur və prosedur baxımından fərqlənən  onlarla yeni forması və 
növü yaranmışdır.   
Beyin hücumunun əsas mahiyyəti: ideyaların yaranmasını onların tənqidindən 
ayırmaq,  başqa  sözlə,  “xəyalpərvəri  tənqidçidən”  ayırmaqdır.  Hər  bir  insan 
problemlərin həlli üçün xeyli vaxt və qüvvə sərf edir, bəzən nəticədə heç nəyə nail 
ola bilmir. Beyin hücumunun məqsədi  məhz problemlərin həlli üçün  ideyaların 
yaranmasına stimul vermək, ən gərəkli olanları seçməkdir.   
Azərbaycanda bu ifadə “beyin həmləsi” kimi də tətbiq edilir. Eyni zamanda, 
bu gün beyin hücumu ifadəsi o dərəcədə geniş yayılıb ki, bir çoxları əmindirlər 
ki,  əgər  bir  neçə  nəfər  yığılıb  hər  hansı  bir  problemi  müzakirə  edirsə,  deməli 
onlar artıq beyin hücumunda iştirak edirlər. Yaxud düşünürlər ki, istənilən ekspert 
müzakirəsi beyin hücumundan başqa bir şey deyil. Həmçinin bu metodu beyin 
hücumuna bənzərliyi olan digər formalarla da qarışıq salırlar. Ən təəccüblüsü odur 
ki, bəzən keçirilən forumları, konfransları da beyin hücumuna aid edirlər. Bu isə 
düzgün deyil, çünki, beyin hücumu konkret kəmiyyətdə və formatda keçirilir, ən 
son dövrdə yaranan növləri nəzərə alınmazsa, əsasən kiçik qruplar üçün nəzərdə 
tutulur. Həm də, təsəvvür edildiyi qədər sadə olmayıb müəyyən qaydalara ciddi 
əməl edilməsini tələb edir. Beyin hücumunun  əsas xüsusiyyətlərindən qısa bəhs 
edək.
Beyin hücumunun əsas mərhələləri
Qrup  şəklində  problemin  həlli  və  qərarın  qəbul  edilməsi  prosesi  beyin 
hücumunda  iki  hissəyə  bölünür:  birinci  mərhələdə  aparıcının  təqdim  etdiyi 
32 Osborn, A.F. (1963) Applied imagination: Principles and procedures of creative problem solving (Third
Revised Edition). New York, NY: Charles Scribner’s Sons.


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
54
problemin həlli üçün müzakirə iştirakçıları hər hansı bir, hətta ən ağlasığmaz 
qərar  variantlarını  irəli  sürürlər  və  həmin  variantlar  bu  mərhələdə  tənqidə 
məruz  qalmır.  Bu  yanaşma  beyin  hücumunun  əsaslarından  biridir  və  tənqid 
olmadığından ideyalar çox məhsuldar olur. Bu o demək deyil ki, tənqid tamamilə 
ləğv edilir, sadəcə olaraq, ideyaların toplanması və müzakirəsi prosesi aparılır. 
Bu vəziyyət insan şüurunun ikili xüsusiyyətə malik olması ilə bağlı psixoloji 
fenomenə  əsaslanır,  belə  ki,  insan  həm  tənqidi  düşüncəyə,  həm  də  yaradıcı 
düşüncəyə malikdir.
Bununla  yanaşı  ideyaların  eyni  vaxtda  tənqidi  nəzərdən  keçirilməsi  onların 
yaradıcı  fəallığını  zəiflətməklə  yanaşı,  həm  də  yalnız  tamamlanmağa  ehtiyacı 
olan yaxşı ideyaların səthi müzakirə zamanı dərk edilməməsinə və elə yaranan 
kimi məhv edilməsinə səbəb ola bilər. Beyin hücumunun aksiomalarından biri də 
belədir ki, “əyləclərə basmaqla irəli getmək mümkün deyil”. 
İlk növbədə qrupa daxil olan ekspertlərin ümumi sayının parametrlərini 
göstərmək  lazımdır.  Bu  problem  hər  hansı  bir  kiçik  qrupun  say  hüdudları 
məsələsi ilə bağlıdır. Uzun müddət belə hesab edilirdi ki, 7±2 nəfərdən ibarət 
olan  kiçik  qrup  səmərəli  fəaliyyət  göstərə  bilər.  7±2  sayı  psixologiyada 
“Millerin  sehirli  rəqəmi”  adlanır.  Psixoloq  alim  Miller  müəyyən  etmişdir  ki, 
insanın operativ yaddaşında məhz bu sayda olaylar (əşyalar) qala bilər.  Qrupun 
aparıcı “sütunlarını” beyin hücumunun keçirilməsinin təşəbbüskarı olan siyasi 
ekspertlər təşkil edir. 
İştirakçılara  gəlincə,  adətən  beyin  hücumu  qrupuna  “onun  sütunu”  hesab 
edilən 3-5 nəfər daimi üzv, 5 nəfər yeni üzv, aparıcı və bütün təklifləri paralel 
formada  qeyd  edən  katib  daxil  olur.  O  da  istisna  deyil  ki,  qrupun  özəyi  olmur 
və bütün ekspertlər özlüyündə fərqli analitik mərkəzləri təmsil edirlər. Bununla 
əlaqədar  qeyd  etmək  lazımdır  ki,  “sütunların”  olması  beyin  hücumunun  ən 
geniş yayılmış variantıdır, lakin onun zəruri xüsusiyyəti deyil. Daha vacib şərt 
təkrarlanan  vəziyyətin  olmamasıdır,  belə  ki,  bəzən  beyin  hücumunda  hər  dəfə 
eyni insanlar iştirak edirlər. Psixoloqların fikrincə, belə bir vəziyyətdə qrup yeni 
ideyalar toplaya bilmir. Bu səbəbdən beyin hücumu iştirakçıları arasında müəyyən 
növbələşmə, əvəzləmə olması daha arzu ediləndir. 
Beyin  hücumu  qrupunun  tərkib  heyəti  haqqında  danışarkən,  nəzərə  almaq 
lazımdır ki, beyin hücumunun müvəffəqiyyəti çox zaman aparıcının (moderatorun) 
uğurlu  fəaliyyəti  ilə  bağlı  olur,  əks  halda  siyasi  təhlil  proseduru  xoşagəlməz-
nəzarət edilən çoxsəsli xor kollektivi formasını ala bilər. Məhz aparıcı bu metodun 
qaydalarına əməl edilməsi vəzifəsini və məsuliyyətini çiyinlərində daşıyır. 
Beyin  hücumu  başlamazdan  əvvəl  onun  keçirildiyi  məkanda  bu  metodun 
ilkin  mərhələsi  ilə  bağlı  dörd  əsas  qaydanı  izah  edən  böyük  plakat  asılması 


Yüklə 3,08 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə