Fərrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə26/238
tarix02.04.2022
ölçüsü6,79 Mb.
#84976
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   238
Ferrux Rustamov - Ali məktəb pedaqogikasi - 2007(1)

təbabət  doktoru.

  Elmi  dərəcələr  universitet 

nizamnaməsi əsasında verilirdi. 

1819-cu  ildə  Xalq  Təhsili  Nazirliyi  Rusiyanın  bütün 

universitetləri  üçün  «Elmi  dərəcə  almaq  üçün  Əsasnamə»  qəbul 

etdi.  Bu  Əsasnaməyə  görə,  bütün  əlaçı  məzunlara  «universitet 

kandidatı»  adı  verilirdi.  Digər  məzunlar  isə  bu  adı  almaq  üçün 

müəllimlərin nəzarəti altında inşa yazmalıydılar. Magistr imtahanı 

iki, doktor imtahanı dörd sualdan ibarət olurdu. Onlara yazılı cavab 

verilməliydi.  Doktorluq  dissertasiyaları  latın  dilində  yazılmalıydı. 



«Elm!ər namizədi»

 və «doktor» fakültənin adı ilə adlanırdı. Magistr 

adı  isə  on  dörd  ixtisas  istiqamətlərindən  biri  əsasında 

müəyyənləşdirilirdi. 



«Magistr»

  və 


«doktor» 

dərəcəsi  Xalq  Təhsili 

Naziri tərəfindən təqdim olunurdu. 

1837-ci  ildə  magistr  və  doktorluq  imtahanlarında  sualların 

sayı azaldıldı. Filologiya və təbabət üzrə dissertasiya yazmaq üçün 

latın dili vacib hesab olunurdu. İxtisaslaşmamış 



«dokior» 

dərəcəsi 

yalnız hüquqşünaslar üçün saxlandı. 

«Hüqucj doktoru», «riyaziyyat 

elmləri  doktoru»,  «ləbiət  elmləri  doktoru»,  mmumi  dilçilik 

doktoru», 

«Şərq 

dilçiliyi 

doktorıo)

 

kimi 



elmi 

adlar 


müəyyənləşdirildi. 

1844-cü ildə «Elmi dərəcələrin verilməsi haqqında Əsasna- 

mə»  ilə  «magistr»  dərəcəsinin  verilməsi  22  ixtisas  üzrə 

müəyyənləşdirildi.  Dissertasiyaların  latın  dilində  yazılması  tələbi 

ləğv olundu. Yalmz təbabət üzrə doktorluq dissertasiyaları 1859-cu 

ilə qədər latınca yazılırdı. 

1863-cü  ildən  başlayaraq  universitet  nizamnaməsi  Elmi 

Şuraya  dissertasiya  müdafiə  etmədən  görkəmli  alimlərə 



«fəxri 

doktor»

  adı  və  imtahansız  «magistr»  dərəcəsi  vermək  hüququnu 

təsdiqlədi.  Alimin  ixtisasını  müəyyənləşdirən  elmlərin  sayı 

universitetin kafedralarına uyğun olaraq 1864-cü ildən başlayaraq 

artırıldı. 

61 



XIX  əsrin  60-cı  illərində  əlyazması  formasında  olan 

dissertasiyalar  çap  olunmuş  dissertasiyalarla  əvəz  olundu. 

Dissertasiyanın  məzmunu  və  müdafiəyə  təqdim  olunan  əsas  elmi 

müddəaların «Elmi məqalələr məcmuəsində», universitetin «E1- nıi 

əsərlər»ində,  sahə  jurnallarında  məqalə  və  tezis  şəklində  çap 

olundu.  Rusiyanın  hər  hansı  bir  universitetində  müdafiəyə  bura- 

.xılmayan  dissertasiya  müdafiə  üçün  başqa  universitetə  təqdim 

oluna bilərdi. 

1884-cü ildə fakültələr xüsusi hallarda magistr dissertasiyası 

üçün «doktor» adı vermək hüququ qazandı. 

1917-ci  il  oktyabr  çevrilişindən  sonra  Rusiyada  elmi 

dərəcələrin verilməsində müəyyən dəyişikliklər edildi. 1934-cü ilin 

yanvarında,  daha  sonra  isə  1937-cü  ildə 

wimbr  namiz,ıdi» 

və 


«elmbr doktoru»

 kimi elmi dərəcələrin verilməsinin yeni qaydaları 

müəyyənləşdirildi,  namizədlik  minimumları  və  dissertasiya 

müdafiəsi qaydaları dəyişdirildi. 

1934-cü  ildə  keçmiş  SSRİ  məkanında  Ümumittifaq  Ali 

Attestasiya Komissiyası (ÜAAK) fəaliyyətə başladı. 1949-cu ildən 

dissertasiyanın müdafiəsi üçün çap olunmuş avtoreferatın, 1958-ci 

ildən  dissertasiyanın  mövzusu  üzrə  çap  olunmuş  məqalələrin 

olması  tələbi  qoyuldu.  1973-cü  ildə  dissertasiyanın  həcmi 

dəyişdirildi. 

Keçən  əsrin  70-80-cı  illərində  mütəxəssis  kvalifikasiyası- 

fizika,  riyaziyyat,  kimya,  biologiya,  geologiya-minerologiya, 

coğrafiya,  texnika,  hüquq,  pedaqogika,  psixologiya,  təbabət, 

incəsənət,  arxitektura  ixtisasları  üzrə  müəyyənləşdirilirdi.  Hər  bir 

elm  daxilində  sonrakı  diferensiasiya  nəzərdə  tutuldu  (bütövlükdə 

500 ixtisas üzrə). 

1992-ci  ildən  elmi  dərəcələr  və  elmi  adlar  xüsusi 

ixtisaslaşmış dissertasiya şuralarında verilməyə başlandı. 1994-cü 

ildə  Rusiya  Federasiyası  tərəfindən  yeni  müdafiə  qaydaları 

təsdiqləndi. 

İlk dəfə olaraq ali məktəbdə professor (latınca «profes- sor»- 

müəllim  deməkdir)  statusu  XVI  əsrdə  Oksford  universiteti 

tərəfindən müəyyənləşdirilib. 

62 



Sonralar bir sıra ölkələrdə 


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə